Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4444/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 51 saylı Notariat Ofisinə (50 saylı Notariat Ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, kassasiya instansiyasının qərarında şərh edilən göstərişlərə əməl edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə ünvan 1-də yerləşən 63 №-li mənzillə bağlıdır.
2. Mənzil İddiaçı, ondan əvvəl isə Anna Qavrilkeviçə məxsus olub. Anna Qavrilkeviç mənzili İddiaçı vəsiyyət edib və 2018-ci ilin iyul ayında vəfat edib. İddiaçı mülkiyyətçi olduqdan sonra 2 müqavilə bağlanıb.
3. Birinci müqavilə xx.xx.2020-ci ildə satıcı İddiaçı ilə alıcı Cavabdeh2 arasında bağlanıb. Həmin müqaviləyə görə mənzil 39.000 manata alqı-satqı edilib. Müqaviləni satıcının adın dan onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 bağlayıb. Belə ki, xx.xx.2020-ci ildə İddiaçı Cavabdeh1 etibarnamə verib, bu etibarnamənin əsasında həmin gün Cavabdeh1 Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayıb. Cavabdeh1 və Cavabdeh2 bacı-qardaşdırlar. Etibarnamənin verilməsi ilə alqı-satqı müqaviləsinin bağlanmasının arasında 3 saat 32 dəqiqəlik zaman fərqi var. Etibarnamə xx.xx.2020-ci ildə, saat 12:56-da 21 saylı Notariat Ofisində verilib, alqı-satqı müqaviləsi isə həmin gün saat 16:28-də 51 saylı Notariat Ofisində bağlanıb. Bu müqavilənin əsasında Cavabdeh2 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib.
4. İkinci müqavilə birinci müqavilədən 39 gün sonra – xx.xx.2020-ci ildə satıcı Cavabdeh2 ilə alıcı Cavabdeh4 arasında bağlanıb. Həmin m üqaviləyə görə mənzil 50000 manata alqı-satqı edilib. Müqaviləni satıcının adından onun etibarnamə üzrə nümayəndəsi Fuad İslamov bağlayıb. Etibarnamə müqavilənin bağlanmasından 4 il əvvəl – xx.xx.2016cı ildə verilib. Bu müqavilənin əsasında Cavabdeh4 mənzil üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb və reyestr çıxarışı verilib.
5. Birinci müqavilə üzrə təmsil edilən İddiaçı ilə nümayəndə Cavabdeh1 26 saylı MKİS-nin keçmiş rəisi Natiq Məmmədov əlaqələndirib. Natiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət təqibi həyata keçirilir. İttiham aktına əsasən, ona qarşı irəli sürülmüş ittihamlardan biri də onun 26 saylı MKİS-nin rəisi işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını tamah məqsədilə ələ keçirmək üçün N izami rayonu, Naxçvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzillin (hazırkı mübahisədə adı keçən mənzilin) sahibi Anna Qavrilkeviçin ölməsindən istifadə edərək həmin mənzili Anna Qavrilkeviçin varisi vasitəsilə Könül Əskərovaya hissə-hissə ödəmək şərtilə 45.000 manata satacağına dair yalan vəd verib aldatmaqla 2019-cu il yanvar-mart aylarında 25.000 manat pulunu ələ keçirib zərər çəkmiş Könül Əskərovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı iddia ərizəsi (sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, onun adından Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 4Ə-401 reyestr nömrə si ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri, 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531- reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 ilə Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsi və 50 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müs təqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb ediliblər.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. 2020-ci ilin əvvəllərində iddiaçı həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmişdir. İddiaçı 21 aprel 2020-ci il tarixdə Cavabdeh1 adlı şəxsə Bakı şəhəri 51 saylı Notariat Ofisində etibarnamə vermişdir. Lakin iddiaçı Vüsaləni həmin günə qədər tanımamış ilk dəfə onu həmin gün görmüşdür.
9. İddiaçının Cavabdeh1 etibar verməsinə səbəb isə Nizami RİH-in əməkdaşının təkidi olmuşdur. Cavabdeh1 etibarnaməni 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, Cavabdeh1 isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərindən 2 dəfə aşağı qiymətə qohumu (çox güman ki qardaşı) Cavabdeh2 adına alqı-satqı edərək keçirmişdir. Mənzil guya ki, 39.000 manata satılmışdır.
10. Həmin müqavilə formal olaraq bağlanmışdır, aldatma yolu ilə iddiaçının etibarından sui-istifadə edilərək, həmçinin qeyri-azərbaycanlı və yaşlı olmağından yararlanılaraq onun mənzilini ələ keçirmişdir. Əvvəla, mənzilin qiyməti ən azı 65.000 manatdır, alqı-satqı həyata keçirən notarius da bunu yaxşı bilir, 2 dəfə aşağı qiymətə, 39.000 manata rəsmiləşdirilmiş müqavilədən iddiaçıya pul verilməmişdir. Digər tərəfdən iddiaçı özü də Bakı şəhərində ola-ola, məhz həmin gün etibarnamə verdiyi halda (əgər o, Cavabdeh2la alqı-satqı etmək istəyirdisə, onda onunla özü müqavilə bağlaya bi lərdi, etibarnamə vermək zərurəti olmazdı), digər bir notariusun 2 saatdan sonra aparılan əməliyyatdan "şübhələnməməsi" başa düşülən deyildir. İddiaçıya müqavilənin surəti də təqdim edilmədiyindən, həmin alqı-satqıdan təsadüfən xəbər tutmuş (evin qapısının açarı dəyişdirildikdən sonra), dərhal notariusa müraciət edərək xx.xx.2020-ci il tarixdə verdiyi etibarnaməni ləğv etdirmişdir.
11. Həmçinin cavabdehlərdən Cavabdeh2 qeyd olunan mənzili Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 40-531 reyestr nömrə ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli/ AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satmışdır. Baxmayaraq ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mənzilin üzərinə həbs qoyulmuşdur, Cavabdeh4 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeyd aldırmışdır.
12. İkinci müqaviləyə əsasən mübahisəli mənzil 50000 manata satılmışdır, hansı ki, həmin mənzil bundan təxminən 1 ay əvvəl 39.000 manata bacı-qardaş arasında alqı-satqı edilmişdir. Həmin müqavilələr etibarsız olmaqla yanaşı, formallığı süni şəkildə "ört-basdır” etmək, mülkiyyətçini dəyişdirməklə "izi" itirməyə hesablanmışdır.
13. Cavabdehlərin qeyd edilən hərəkətləri, hüquqdan sui-istifadə etmələri iddiaçının maraqlarına toxunur, onun mülkiyyət hüququna qəsd edir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 389.1, 390.1, 337.1 və 339.2-ci maddələrinə istinad etmişdir.
15. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi iddiaya etiraz ed ərək göstərib ki, nı qəbul etməmiş və izahat verərək Cavabdeh1 ilə İddiaçı arasında qohumluq əlaqələri və yaxın münasibət olmasa da, onlar hər ikisinin ümumi tanışı vasitəsi ilə tanış olmuşlar və İddiaçı könüllü olaraq Vüsaləyə etibarnamə vermişdir. Vüsalə isə mənzili satdıqdan dərhal sonra satışdan əldə olunmuş 39000 manat pulu İddiaçı vermişdir. Mənzilin etibarnamə verildikdən 3-4 saat sonra Vüsalə tərəfindən öz qardaşı Seyfəddinə satılması həmin alqı-satqı müqaviləsinin etibarsızlığına səbəb ola bilməz.
16. Birinci instansiya məhkəməsində Cavabdeh2 vəkili və nümayəndəsi iddiaya etiraz edərək göstərib ki, Cavabdeh2 bacısı Vüsalə tərəfindən mübahisəli mənzilin satıldığını eşitdikdən sonra bacısına mənzili almaq istədiyini bildirmişdir. L.Zarutckaya bacısına etibarnamə verərkən onları 51 s aylı Notariat ofisinə Seyfəddinin aparmasında qeyri-adi bir şey yoxdur. Sadəcə bacısının xahişinə görə bunu etmişdir. Seyfəddin pulunu verib əmlak almışdır. Sonra da bir müddət sonra onu Cavabdeh4 bir qədər baha qiymətə satmışdır. Burada hər hansı bir qanun pozuntusu yoxdur.
17. Birinci instansiya məhkəməsində cavabdeh 51 saylı Notariat Ofisinin notariusunun vəkili və nümayəndəsi iddiaya etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh1 51 saylı Notariat Ofisində etibarnamə verilərkən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, onların hər ikisi notariat ofisində olmuş, onlara hüquq və vəzifələri izah edilmişdir. İddiaçı hər hansı təzyiq və təsir olunmamışdır. O,sərbəst şəkildə, öz iradə ifadəsinə uyğun olaraq etibarnaməni və qeydiyyat kit abını imzalamışdır.
18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinin alqı-satqısına dair 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi və Cavabdeh2 ilə Cavabdeh4 arasında həmin mənzillə əlaqədar Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 və Cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. (hakim Fikrət Mirzəyev)
19. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 359.3 və 362.1-ci maddələrinə istinadən qeyd edib ki, İddiaçı adından etibarnamə ilə çıxış edən və onun əmlakı üzərində sərəncam vermək hüququ əldə edən Cavabdeh1 özünün şəxsi maraqları üçün heç bir hərəkət əldə edə bilməzdi. Lakin Cavabdeh1 iddiaçının əmlakı üzərində sərəncam verərkən onun nəticəsində maraqlı olmuşdur. Belə ki, “mənzilin gələcək alıcısı” Qasımov X1 qardaşı olmaqla etibarnamə alındığı ilk dəqiqələrdən onunla birlikdə notariat ofisində olmuş və həm ilk, həm də sonrakı əməliyyatlarda iştirak etmiş, hətta iddiaçı ilə birli kdə mənzilin 39000 manata satılmasına razılaşmaları ilə bağlı notariusa razılıq ərizəsi vermişdir. Həmin ərizəni də etibarnamə əsasında iddiaçının adından məhz Cavabdeh1 imzalamışdır. Hadisələrin bu cür inkişafı ehtimal etməyə əsas verir ki, məhz bacı-qardaş arasında bu cür əqdin (mənzilin alqı-satqı müqaviləsinin) imzalanması (baxmayaraq ki, Vüsalə etibarnamə əsasında hərəkət edirdi) Cavabdeh1 şəxsi maraqlarına uyğun olmuşdur. Mənzilin alqı-satqısının tələm-tələsik (etibarnamə verildikdən bir-neçə saat sonra başqa bir notariat ofisində) həyata keçirilməsi bu ehtimalı daha da gücləndirir.
20. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən həm də onu nəzərə alıb ki, İddiaçı alqı-satqıdan əldə olunan pulun ona verilmədiyini bildirir. Cavabdeh1 nümayəndəsi pulun iddiaçıya verildiyini israrl a bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə, Cavabdeh1 39000 manatı alması mübahisə predmeti olmadığından onun iddiaçıya verilməsini sübutetmə yükü məhz Cavabdeh1 üzərinə düşür. Həmçinin, 10 il müddətinə verdiyi etibarnaməni bir ay keçməmiş ləğv etməsi iddiaçının əqd bağlarkən aldanıldığına dəlalət edir.
21. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 324.1, 337.1, 389.1, 390.1-ci maddələrinə və “Ə. Ə. İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına istinadən qeyd olunanlar ı ümumiləşdirərək belə nəticəyə gəlib ki, 51 saylı Notariat Ofisində təsdiq olunmuş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı adından Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilini Cavabdeh2 39000 manata satması barədə bağlanmış əqd etibarsız əqddir. Həmin əqd etibarsız olduğundan onun hüquqi nəticələri də(Cavabdeh2 verilmiş çıxarış, 50 saylı Notariat Ofisində təsdiq olunmuş xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 46 kv.m sahəsi olan 2 otaqlı 63 saylı mənzilinin Cavabdeh4 50000 manata satması barədə bağlanmış əqd, son olar aq Cavabdeh4 verilmiş çıxarış əhəmiyyətsiz əqdlərdir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1, 359.3, 362.1 389.1 və 390.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
23. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
24. Cavabdeh4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməmiş, ona nə şifahi, nə də rəsmi qaydada məhkəmə iclaslarının vaxtı barədə məlumat verilməmiş, məhkəmə iclasında iştirakı təmin edilmədən qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, iş üzrə əhəmiyyət kəsb edə n bütün halları araşdırmamış, qətnamədə iddia tələbinin ona qarşı hissəsinin hansı əsaslarla təmin edilməsinə münasibət bildirməmiş, iddia tələbinin həmin hissəsinin qanuniliyi və əsaslılığı məhkəmə araşdırması zamanı sübut edilməmişdir. Belə ki, o, mübahisəli mənzili vicdanlı əldə edən olmasına baxmayaraq, məhkəmə qətnamə qəbul edərkən qanunvericiliyin tələblərini pozmuş, ümumiyyətlə, mübahisəli mənzilin vicdanlı əldə edilməsi halını araşdırmamış, bununla da, onun konstitusiyada təsbit edilmiş mülkiyyət hüququnu pozmuşdur.
25. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, qətnamədə maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən, qətnamə ləğv edilməlidir. Belə ki, iddiaçı könüllü şəkildə, öz istəyi ilə Cavabdeh1 etibarnamə vermişdir. İddiaçını Cavabdeh1 etibarnamə verməyə heç kim məcbur etməmiş, notariusda növbə olduğundan və iddiaçı gözləyəcəyi halda SMS icazəsinin vaxtı bitəcəyindən, Cavabdeh1 yalnız onun adından sənədləri imzalamaq üçün etibarnamə vermiş, müqavilənin bütün şərtlərini, ən əsas da mənzilin satış qiymətini əvvəlcədən iddiaçı ilə razılaşmışlar. Müqavilə iddiaçı ilə razılaşdıqları kimi mənzilin satış qiyməti 39.000 manat göstərilməklə bağlanmışdır.
26. Cavabdeh2 apellyasiya şikayətini Cavabdeh1 apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5535/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov)
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir.
29. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh4 apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, İddiaçı adından Cavabdeh1 ilə Cavabdeh2 arasnda bağlanmış AN-İ № ******* saylı, 21 aprel 2020-ci il tarixli alqı-satqı müqa viləsi etibarsız hesab edildiyindən onun hüquqi nəticələri olan Cavabdeh2 ilə Cavabdeh4 arasnda bağlanmış AN-İ № ******* saylı, 30 may 2020-ci il tarixli alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqdlərdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur, həmin dəlilləri əsassızdır.
30. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin dəlillərini də əsassız hesab edən apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə bağlı qeyd edib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətlərində müqavilə bağlandıqdan sonra Cavabdeh1 həmin gün etibarnamə əsasında (etibarnamədə iddiaçı pulu almaq səlahiyyətini ona vermişdir) 390 ədəd yüzlüyü əskinas şəklində (39.000 manat pulu) depozitdən çıxardığını, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşdüyünü və Seyfəddinin pulu iddiaçıya verdiyini, iddiaçının pulu sayaraq almasını, və mənzilin açarlarını Seyfəddinə təhvil verdiyini bildirmişlər. Lakin İddiaçı alqı-satqıdan əldə olunan pulun ona verilmədiyini bildirir. Cavabdeh1 pulun Lidiya Zarutckayaya verildiyini israrla bildirsə də, istər birinci instansiya məhkəməsinə, istərsə də, apellyasiya məhkəməsinə bunu təsdiq edən hər hansı bir mötəbər sübutlar təqdim edə bilməmişdir. Mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə isə Cavabdeh1 39000 manatı alması mübahisə predmeti olmadığından onun İddiaçı verilməsini sübutetmə yükü məhz Cavabdeh1 öz üzərinə düşür. Bundan başqa, Cavabdeh1 apellyasiya şikayətində 39.000 manat pulu depozitdən çıxarıb, növbəti gün isə Seyfəddin və əri Məmmədlə birlikdə iddiaçı ilə görüşüb, Seyfəddinin 390 ədəd yüzlük əskinas şəklində 39.000 manat pulu iddiaçıya verdiyini göstərsə də, Cavabdeh2 apellyasiya şikayətində mənzilin qiymətini 39.000 manata rəsmiləşdirmək barədə razılaşdıqdan sonra, 3.000 manatı əvvəlcədən beh kimi əlbəəl İddiaçı verilməsini göstərmişdir. Bu da cavabdehlərin göstərdiklərinin bir-birinə zidd olduğuna dəlalət edir, yəni Cavabdeh1 39.000 manatın iddiaçıya bütöv 390 ədəd yüzlük əskinas şəklində verildiyini, Cavabdeh2 isə əvvəldən 3.000 manat beh kimi verildiyini göstərir.
31. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan xüsusatlar üzrə belə nitəyə gəlib ki, cavabdehlər apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsəl ər də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-503/2022 nömrəli, 15 fevral 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 kassasiya şikayətləri qismən, Cavabdeh1 kassasiya şikayəti tam təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
34. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - iş in mübahisə olunmayan hallarına görə, 22 fevral 2020-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 41 saylı evin 63-saylı mənzili iddiaçının mülkiyyətində olub. 21 aprel 2020-ci ildə iddiaçı notarial qaydada təsdiq edilməklə mənzil üzərində sərəncam verməyi və digər hərəkətləri etməyə dair 10 il müddətinə, yəni 21 aprel 2030-cu il tarixədək qüvvədə olmaqla Cavabdeh1 adına etibarnamə və elə həmin gün də, yəni 21 aprel 2020-ci il tarixdə eyni notariusda iddiaçının əri Aleksandr Zarutskiy mənzilin satılmasına yazılı razılıq verib. 21 aprel 2020- ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı adından mənzili 39.000 manata Cavabdeh2 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 39.000 manatı notariusun Bankda olan xəzinəsinə mədaxil edib. Bundan sonra, 23 aprel 2020-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb və 30 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Fuad İslamov mənzili 50.000 manata Cavabdeh4 satıb və elə həmin gündə də sonuncu mənzilin dəyəri olan 50.000 manatı notariusun Bankda olan xəzinəsinə mədəxil edib. Eyni zamanda, işdən görünür ki, 18 may 2020-ci ildə iddiaçı ərizə ilə notariat ofisinə müraciət edərək 21 aprel 2020-ci ildə Vüsal Qasımzadənin adına verdiyi etibarnaməni ləğv etdirib. Hazırda iddiaçı, mənzili 65.000 manata satmaq niyyətində olduğunu, bunun üçün müxtəlif şəxslərə və maklerlərə müraciət etdiyini, mənzili satmaq üçün Cavabdeh1 adına eti barnamə verdiyini, elə həmin gündə də sonuncunun mənzili dəyərindən iki dəfə aşağı qiymətlə alqısatqı müqaviləsinə əsasən qardaşı Cavabdeh2 adına keçirdiyini, həmin müqavilənin formal, aldatma təsiri altında bağlandığını, alqı-satqı müqaviləsi üzrə ona pul verilmədiyini göstərib, mənzilə dair alqısatqı müqavilələrinin etibarsız hesab edilərək Çıxarışların ləğv edilməsini iddia edir. Cavabdehlər isə mənzilə dair alqı-satqı müqavilələrinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığını, həmin müqavilələrin etibarsızlığı üçün əsasların olmadığını, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası baxımından Cavabdeh4 mənzili vicdanlı əldə edən olduğunu göstərib, iddiaya etiraz ediblər; - əvvəla, sözügedən mənzilə dair iddiaçının təmsilçisi Cavabdeh1 il ə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, həmin alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh2 mülkiyyətinə keçib. Nəzərə alınmalıdır ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur; - apellyasiya instansiyası məhkəməsi sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən, iddiaçının iradə ifadəsinin həqiqi mənasını, yəni onun mənzili satmaq niyyətində, arzusund a olmasını, məhz bu məqsədlə Cavabdeh1 10 il müddətinə qüvvədə olmaqla etibarnamə verməsini, sonuncunun həmin etibarnamə üzrə ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkət edərək mənzili Cavabdeh2 satmasını, başqa sözlə alqısatqı müqaviləsinin etibarlılığı şərtlərinə tam əməl olunmasını və bütövlükdə alqı-satqı müqaviləsinin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almamışdır; - apellyasiya instansiyası məhkəməsi müqavilə Mülki Məcəllənin 404-cü maddəsinin tələbi baxımından təfsir etməmişdir; - digər tərəfdən, Mülki Məcəllənin 337-354-cü maddələrində əqdlərin etibarsızlığının anlayışı, onların nəticələri, mübahisə edilən və əhəmiyyətsiz əqdlərin dairəsi dəqiq müəyyən edilib göstərilib və həmin normalarda əmlakın öz dəyərindən iki dəfə aşağı qiymətə satılması, təmsilçinin təmsil edilənin adından əmlakı öz qardaşına satması, habelə təmsilçinin etibarnamənin verildiyi eyni gündə təmsil edilənin adından əmlakı özgəninkiləşdirməsi, həmçinin təmsilçinin əmlakın dəyərini təmsil edilənə ödəməməsi halları, əqdin etibarsızlığının əsası kimi nəzərdə tutulmayıb; - hazırki halda iddiaçının əvvəldən sözügedən mənzili satmaq niyyətində, arzusunda olması işin mübahisə olunmayan halıdır və iddiaçı özü də iddia ərizəsində bu faktı inkar etməmişdir. Göründüyü kimi, tərəflər arasındakı hazırki mübahisə əslində iddiaçının mənzili 65.000 manata satmaq niyyətində olması, təmsilçi Cavabdeh1 isə mənzili dəyərindən ucuz qiymətə, yəni 39.000 manata satması, habelə mənzilin dəyərini iddiaçıya ödəməməsinə görə yaranıb; - iddiaçının sözügedən alqı-satqı müqaviləsi bağlan arkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi Cavabdeh1 həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də iddiaçı, təmsilçi Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - bundan əlavə, təmsilçi Cavabdeh1 təmsil edilən iddiaçının adından mənzili qardaşı Cavabdeh2 satmaqla şəxsən özü barəsində əqd bağlamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də səhvdir. Çünki, Mülki Məcəllənin 359.3-cü maddəsinin mənasına görə, təmsil edilənin mənafelərinin müdafiəsi və mümkün suiistifadə hallarının qarşısını almaq məqsədi ilə təmsilçiyə təmsil edilənin adından özü ilə və ya təmsil etdiyi başqa şəxslə əqd bağlaması qadağandır. Təmsilçinin şəxsən özü ilə əqd bağlaması dedikdə, onun bilavasitə öz mənafeyi üçün, öz xeyrinə əqd bağlaması başa düşülür; - təmsilçi Cavabdeh1 təmsil etdiyi iddiaçının adından mənzili əvəzi ödənilməklə qardaşı Cavabdeh2 satması, sonuncunun isə mənzilin dəyərini təşkil edən razılaşdırılmış 39.000 manat pul vəsaitini notariusun Bankda olan depozitinə köçürməsi, təmsilçi Cavabdeh1 şəxsən özü barəsində əqd bağlaması anlamına gəlmir və apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin təfsirində səhvə yol verib; - apellyasiya instansiyası məhkəməsi iddiaçının əqd bağlanması məqsədilə təmsilçisi Cavabdeh1 və sonuncunun qardaşı Cavabdeh2 tərəfindən aldadıldığı qənaətinə gəlsə də, əqdin aldatma olmada n bağlana bilməyəcəyinin aşkar olduğu halların nədən ibarət olduğunu araşdırmayıb və gəldiyi nəticəni Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbləri baxımından kifayət qədər əsaslandırmayıb; - apellyasiya instansiyası məhkəməsi cavabdehlərin hansı əsl həqiqəti iddiaçıdan gizlətmələrini, onların iddiaçını həqiqətdən uzaq hansı hərəkətə təhrik etmələrini, alqı-satqı müqaviləsinin bağlanması məqsədilə iddiaçının cavabdehlər tərəfindən aldadılmasının nədə ifadə olunmasını aydınlaşdırmadan, yalnız ehtimallara əsaslanaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Hansı ki, ilk gündən iddiaçının niyyəti, arzusu mənzili satmaq olub və məhz bunun üçün Cavabdeh1 adına etibarnamə verib. Buna görə də Cavabdeh1 mənzili iddiaçının iddia etdiyi kimi 65.000 manata deyil, 39. 000 manata öz qardaşı Cavabdeh2 satması və satış pulunu iddiaçıya verməməsi, sonuncunun əqd bağlanması məqsədilə aldadılması kimi qiymətləndirilə bilməz; - Cavabdeh4 izahatında, apellyasiya şikayətində mənzili əvəzli şəkildə, yəni alqısatqı müqaviləsində şərtləndirilmiş 50000 manat pulu notariusun depozit hesabına köçürməklə Cavabdeh2 satın aldığını və mənzili vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili üzrə ümumiyyətlə heç bir araşdırma aparmayıb, Mülki Məcəllənin 140-ci maddəsinə diqqət yetirməyib; - sözügedən alqı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Cavabdeh2 tərəfindən 39.000 manat, Cavabdeh4 tərəfindən isə 50.000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yo xdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbləri üzrə hər iki alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilələr üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.20 22-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri rədd olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev №41-də yerləşən 63№-li mənzilə dair İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, ünvan 1-də yerləşən 63 №-li mənzilə dair Cavabdeh2 ilə Cavabdeh4 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manatın Cavabdeh2 alınaraq Cavabdeh4 qaytarılması qət edilmişdir. (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Emin Mehdiyev)
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci alqı-satqı müqaviləsi uydurma əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız gö rünüş üçün bağlanmış əqddir. Göründüyü kimi, əqdin uydurma olduğunu müəyyənləşdirən əsas əlamət “niyyət”dir. Alqısatqı müqaviləsində satıcının niyyəti əşyanı alıcının mülkiyyətinə vermək, alıcının niyyəti isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməkdir. Mübahisənin düzgün həlli üçün tərəflərin belə niyyətinin olub-olmadığı müəyyənləşdirilməlidir. Bu zaman iki niyyət fərqləndirilməlidir: ümumi niyyət və müqavilədəki niyyət.
37. Birinci müqavilə üzrə satıcı İddiaçı mənzili satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur. Onun özü belə niyyətinin (ümumi niyyət) olduğunu və bu məqsədlə etibarnamə verdiyini iddia ərizəsində etiraf edib. Lakin satıcı müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlayıb. Təmsilçi liyin anlayışı nəzərə alınmaqla satıcının niyyəti (müqavilədəki niyyət) yalnız onun özünün deyil, həm də nümayəndənin niyyətinə əsasən müəyyənləşdirilir. Əqdin uydurma olub-olmadığı məhz müqavilədəki niyyətə əsasən təyin olunur. Satıcının mənzili satmaq niyyəti (ümumi niyyət) olsa da, nümayəndənin niyyəti (müqavilədəki niyyət) mənzili öz qardaşına satmaq olmayıb. O cümlədən, nümayəndənin qardaşının (alıcının) müqavilədəki niyyəti mənzili almaq olmayıb. Bacı-qardaşın müqavilədəki niyyəti satıcıya əvəz ödəmədən mənzili onun mülkiyyətindən çıxartmaq olub. Bu məqsədlə əvvəlcə aldatma yolu ilə bacının adına etibarnamə alınıb, daha sonra isə etibarnamədən istifadə edilməklə bacı-qardaş arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanıb.
38. Apellyasiya instansiyası məhkəməsi etibarnamənin alda tma nəticəsində alındığını belə əsaslandırıb: 1) təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh1 etibarnamə verilənə qədər bir-birlərini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz mənzilini satmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Digər tərəfdən, təmsil edilən İddiaçı əks tərəflə Natiq Məmmədov (26 saylı MKİS-nin keçmiş rəisi) əlaqələndirib, o, isə dələduzluqda ittiham olunub. Təmsil edilən və nümayəndənin bir-birini tanımaması, onları əlaqələndirən şəxsin dələduzluqda ittiham olunması, dələduzluğun həm də mübahisə predmeti olan mənzillə bağlı olması etibarnamənin aldatma nəticəsində alındığını təsdiq edən sübutlardan biridir. 2) təmsilçi Cavabdeh1 ilə müqavilənin əks tərəfi – alıcı Cavabdeh2 yaxın qohumluq münasibəti v ar. Cavabdeh tərəf bunu belə izah edir ki, satıcı İddiaçı özü şəxsən Cavabdeh2 ilə mənzilin alqı-satqısına dair razılığa gəlmiş, habelə satıcı İddiaçı alıcı Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamaq üçün şəxsən 21 saylı Notariat Ofisinə gəlmiş, lakin notariat ofisində iş yükü çox olduğundan, İddiaçı isə karantin dövrünə uyğun olaraq alınmış SMS icazəsinin vaxtının bitməsinə az qaldığından, o, könüllü şəkildə Cavabdeh1, yəni mənzili ondan almaq istəyən şəxsin bacısına etibarnamə vermiş, alqısatqı müqaviləsi İddiaçı ilə razılaşdırılmış şərtlərlə həmin etibarnamənin əsasında bağlanmışdır. 21 saylı Notariat Ofisində iş yükü çox olduğundan etibarnamə verildikdən sonra alqı-satqı müqaviləsinin bağlanması üçün 51 saylı Notarait Ofisinə getmişlər. Bu məlumat həqiqətə uyğun deyil. Belə ki, əqd bağlanmasına qərar verildikdən sonra əqdin bir tərəfi əqdin digər tərəfinin – kontragentin yaxın qohumunu özünə nümayəndə təyin edirsə, bu, ona işarə edir ki, təmsilçilik həqiqi deyil, çünki qohumluq maraqları və təmsilçilik maraqları toqquşur. Cavabdeh tərəfin bildirdiyinə görə alqı-satqı müqaviləsi bağlanan gün Cavabdeh1 alıcı Cavabdeh2 qohumu kimi notariat ofisinə gəlib. “Qohum kimi gəlmə” bir davranış olaraq onu nümayiş etdirir ki, Cavabdeh1 öz qardaşının maraqlarından narahatdır və onun maraqlarını qorumaq üçün gəlib. Belə vəziyyətdə onun öz qardaşının qarşısında əks tərəfin maraqlarının təmsilçisinə çevirilməsi nümayəndəlik institutunun mahiyyətinə uyğun gəlmir. Bundan başqa, əgər belə hal olsayıdı, İddiaçı mənzilini konkret şəxsə (Cavabdeh2), konkret məbləğə (39.000 manata) və qısa müddət daxilində (bir və ya bir neçə günə) satılması səlahiyyətini verdiyini etibarnamənin məzmununda qeyd edə bilərdi. Ancaq etibarnamənin məzmunundan görünür ki, o, 10 il müddətinə verilib, səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü qeyd olunub, o cümlədən mənzili yalnız satmaq deyil, bağışlamaq, dəyişmək və ipoteka qoymaq səlahiyyəti də etibar edilib. O cümlədən, etibarnamə verilməsinin səbəbini cavabdeh tərəf onunla izah edir ki, 21 saylı Notariat Ofisində iş yükü çox olmuşdur. Lakin bunun ardınca cavabdeh tərəf özü qeyd edir ki, 21 saylı Notariat Ofisində iş yükü çox olduğundan etibarnamə verildikdən sonra alqısatqı müqaviləsinin bağlanması üçün başqa notariat ofisinə - 51 saylı Notarait Ofisinə getmişlər. Əgər müqavilənin rəsmiləşdirilməli olduğu notariat ofisi iş yükünün ç oxluğuna görə iş yükü az olan notariat ofisinə dəyişdirilirdisə, belə halda məhz iş yükünün çoxluğuna görə etibarnamə alınmasına zərurət yox idi, satıcı da iş yükü az olan notariat ofisinə dəvət oluna bilərdi.
39. Həm müqavilənin, həm də etibarnamənin təsdiqi notariat hərəkətidir. 21 saylı Notariat Ofisinin iş yükünün çoxluğu bütün notariat hərəkətlərinin ləngiməsinə təsir etməli idi. Lakin etibarnamənin 21 saylı Notariat Ofisində təsdiq edilməsi onu göstərir ki, notariat hərəkətlərini ləngidən iş yükü olmayıb, alqı-satqı müqaviləsi də qısa müddətdə həmin notariat ofisində təsdiq oluna bilərdi. Beləliklə, aldatmanın aşkar olunmaması üçün əvvəlcə (saat 12:56-da) 21 saylı Notariat Ofisinidə etibarnamə alınıb, 3 saat 32 dəqiqə sonra (saat 16:28-də) başqa notariat ofisində - 51 saylı Notariat Ofisində bacı-qardaş arasında görünüş üçün alqı-satqı müqaviləsi bağlanıb. 3) Təmsil edilənə satış pulunun verilməməsi faktı nümayəndənin öz öhdəliyini icra etməməsi kimi deyil, aldatma kimi qiymətləndirilir. Əgər təmsil edilənə satış pulunu verməmək qərarı etibarnamənin alınmasından sonra nümayəndədə formalaşsaydı, bu, təmsilçiliklə bağlı öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməli idi. Lakin, satış pulunu verməmək qərarı etibarnamənin alınmasına qədər formalaşıb. Bu hal isə, etibarnamənin aldatma nəticəsində alındığını təsdiq edir. 4) Nümayəndənin öz qardaşı ilə görünüş üçün uydurma alqı-satqı müqaviləsi bağlamasından 39 gün sonra qardaşın öz nümayəndəsi vasitəsilə yeni alqı-satqı müqaviləsi bağlayaraq mənzili 11.000 manat baha qiymətə (50.000 manata) başqasına satması da etibarnam ənin aldatma nəticəsində alındığını təsdiq edir.
40. Apellyasiya instansiyası məhkəməsinin birinci müqavilə ilə bağlı mövqeyi belə olub ki, həmin müqavilə əsasında mənzil üzərində mülkiyyət hüququnun satıcı İddiaçı alıcı Cavabdeh2 keçməsi baş verməyib. Çünki həmin müqavilə əhəmiyyətsiz əqd kimi etibarsızdır, Mülki Məcəllənin 337.4-cü maddəsində isə qeyd olunub ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Cavabdeh2 mülkiyyət hüququ olmadığına görə onun mənzil üzərində sərəncam vermək hüququ olmayıb. Mülki Məcəllənin 152.1-ci maddəsindən görünür ki, sərəncam hüququ mülkiyyətçiyə məxsus olan hüquqdur. Bu səbəbdən Cavabdeh2 bağladığı 2-ci müqavilə əhəmiyyətsiz əqd kimi etibarsız sayılmalı, bu müqavilənin əsasında daşınmaz əmlakın dövl ət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışı ləğv edilməlidir
41. Apellyasiya instansiyası məhkəməsi ikinci müqavilə ilə bağlı onu da vurğulayıb ki, həmin müqavilə üzrə alıcı Cavabdeh4 vicdanlı əldə edən olub-olmamasının mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Belə ki, birincisi, Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişi daşınar əşyalara aiddir. Həmin maddənin yerləşdiyi 9-cu fəslin 2-ci paraqrafı “Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi” adlanar. Daşınmaz əşyalara münasibətdə qanunvericilikdə belə norma yoxdur. İkincisi, “vicdanlı əldə edən” institutunun məhkəmələr tərəfindən hüquqi əsas olmadan tətbiq edilməsi mülki dövriyyə iştirakçılarına bu institutdan sui-istifadə etməyə şərait yaradır. Yəni başqasının daşınmaz əşy asını qanunsuz əldə edən şəxs onun geri – qanuni sahibinə qaytarılmasına mane olmaq üçün qısa müddətdə yeni müqavilə bağlamaqla əşyanı özgəninkiləşdirir, bununla da münasibətlərə vicdanlı əldə edən cəlb edir. Hazırkı işdə belə hal baş verib: qanunsuz əldə edilən mənzil 39 gündən sonra özgəninkiləşdirilib. Üçüncüsü, alıcı Cavabdeh4 ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirsəydi mənzilin mübahisəli olduğunu müəyyənləşdirə bilərdi. Belə ki, alqı-satqı üçün Cavabdeh4 təqdim edilən sənədlərdən (reyestr çıxarışından və etibarnamədən) aşkar görünürdü ki, mənzili satan şəxsin mülkiyyət hüququ 37 gün əvvəl (xx.xx.2020-ci ildə) qeydə alınıb və o, mənzili nümayəndə (Fuad İslamov) vasitəsilə satır. Bundan başqa, Cavabdeh4 mənzili ona satan şəxsdən tələb edə bilərdi ki, 37 gün əvvəl özünün həmin mənz il üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsas olan müqaviləni təqdim etsin. Belə halda o, həmin müqavilənin məzmunundan müəyyən edə bilərdi ki, hazırda mənzili ona satan şəxsə mənzili əvvəlki mülkiyyətçinin (İddiaçı) nümayəndəsi satıb və həmin nümayəndə (Cavabdeh1) ilə mənzili hazırda ona satan şəxs (Cavabdeh2) eyni soyad və ata adını daşımaqla yaxın qohumudurlar.
42. Həmçinin apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsinə və Ali Məhkəmə Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli qərarına istinadən hesab edib ki, ikinci müqavilə üzrə alıcı Cavabdeh4 ödədiyi 50.000 manat pul satıcı Cavabdeh2 alınaraq geri qaytarılmalıdır.
43. Apellyasiya instansiyası məhkəməsi sonda belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi iddianı təmin etsə də, işin faktiki hallarını düzgün müəyyən etməyib və maddi hüquq normasını səhv tətbiq edib. Yəni məhkəmə müəyyən edib ki, birinci müqavilə aldatma yolu ilə bağlanıb, ona görə də Mülki Məcəllənin aldatma yolu ilə bağlanan əqdlərin etibarsızlığını müəyyən edən 339.2-ci maddəsi tətbiq edilməlidir. Əslində isə etibarnamə aldatma nəticəsində alınıb, daha sonra həmin etibarnamədən istifadə edilməklə uydurma əqd olan birinci müqavilə bağlanıb. Buna görə də Mülki Məcəllənin uydurma əqdlərin etibarsızlığını müəyyən edən 340.1-ci maddəsi tətbiq edilməlidir Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsini qətnaməsinin ləğv, iddianın rə dd edilməsi barədə qəfrar çıxarılmasını xahiş etmişlər.
45. Cavabdeh1 kassasiya şikayətini əvvəlki şikayətlərinin dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq notariatlarda aparılan əməliyyatların vaxtını qabartmışdır. Halbuki, bununla bağlı qanunvericilikdə heç bir qadağa yoxdur. Vətəndaş istədiyi notariat ofisində istədiyi vaxtlarda əməliyyat apara bilər. Bu hal, əqdin etibarsızlığına dəlalət etmir. İddia tələbi əqdin etibarsızlığı ilə deyil, pulun tələb edilməsi ilə bağlıdır. Belə olan halda, iddiaçı pul tələbi ilə məhkəməyə müraciət etməli idi.
46. Cavabdeh4 kassasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə ehtimallara əsaslanır, işin heç bir faktiki halına uyğun olmamaqla, heç bir mötəbər sübuta söykənmir. İdd iaçı özü etiraf edir ki, niyyəti mənzili satmaq olub və bununla əlaqədar etibarnamə verib. Bu da onu göstərir ki, tətbiq edilən maddi hüquq norması etibarsızlıq hissəsində öz əhəmiyyətini itirib. Vicdanlı alıcı olaraq 50000 manat pulu notarial qaydada bağlanmış alqısatqı müqaviləsinə əsasən bank vasitəsilə alıcıya ödəyib. Mənzili alarkən ödədiyi pulun dəyəri indikindən daha üstün idi və mənzili oğluna aldığı üçün dərhal təmir işləri apararaq daha əlverişli hala salıb.
47. Cavabdeh2 kassasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə işdə olan dəlillərə uyğun deyil, mübahisənin əhatə etdiyi dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq edilməli olduğu halda, edilməmişdir. Qətnamənin məzmunundan görünür ki, apellyasiya məhkəməsi iddianın rəddinə əsas verən yetərincə müəyyən edilən dəlillər mövcud olduğu halda, nədənsə iddiaçının irəli sürdüyü formal mülahizələri daha üstün sübut kimi qəbul etmiş, lakin onun üstünlüyünün nədən irəli gəldiyini izah etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də b ağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şə xsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 364.1. Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Maddə 364.2. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağl anmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakt iki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərar dadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətl əndirilməməlidir
50. Kassasiya şikayətində cavabdehlər apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndiriblər, buna görə də kollegiya qətnaməni tam yoxlayır.
51. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
53. Belə ki, əvvəla, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarında şərh edilən və hazırki qərarın 34-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmiş, Ali Məhkəmənin qeyd etdiyi hallarla bağlı araşdırma aparmamışdır. Halbuki Mülki Prosessual Məcəlləni n 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
54. Bundan başqa, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsızlığı barədədir, iddiaçı tələbinin əsası kimi mənzilin 65000 manat olduğu halda, dəyərindən xeyli aşağı qiymətə, 39000 manata satılmasına və hətta həmin pulun da ona verilməməsinə istinad edərək aldadıldığını göstərmişdir.
55. İşin müəyyən edilmiş mübahisə edilməyən halına görə isə iddiaçı əvvəldən sözügedən mənzili satmaq niyyətində olub. Bu məqsədlə iddiaçı Cavabdeh1 etibarnamə vermişdir. Təmsilçi kimi Cavabdeh1 mənzili 65.000 manata deyil, 39.000 manata satması, mənzilin dəyərini iddiaçıya ödəməməsi ilk alqı-satqı müqaviləsinin etibarsız sayılması üçün əsas ola bilməz. B elə halda hüquq müdafiə vasitəsi kimi iddiaçı etibarnamə üzrə təmsilçisi olmuş Cavabdeh1 qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
56. Birinci alqı-satqı müqaviləsinin uydurma əqd olması barədə apellyasiya instansiyası məhkəməsinin “niyyət”lə bağlı mövqeyinə gəldikdə, bu mövqe əsaslı deyil. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci müqavilə üzrə satıcı İddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olmasının mübahisə doğurmamasını qeyd edib, lakin satıcının müqaviləni şəxsən deyil, nümayəndə vasitəsilə bağlaması halını əsas götürüb müqavilədəki niyyətin, yəni nümayəndənin niyyətinin mənzili öz qardaşına satmaq olmamasını, qardaşın da (alıcının) müqavilədəki niyyətinin mənzili almaq olmamasına istinad edərək belə nəticəyə gəlib ki, bacı-qardaşın müqavilədəki niyyəti satıcıya əvəz ödəmədən mənzili onun mülkiyyətindən çıxartmaq olub. Belə olan təqdirdə, bir halda ki, mülkiyyətçi olaraq İddiaçı mənzilini satmaq, yəni başqasının mülkiyyətinə vermək niyyətində (ümumi niyyət) olması mübahisə doğurmur, belə olan halda, bacı-qardaşın məqsədinin həmin mənzili onun mülkiyyətindən çıxartmaq olması barədə gəlinən nəticə ziddiyyətlidir. Çünki bütün hallarda mülkiyyətçi öz əmlakını satırsa, əmlak onun mülkiyyətindən çıxır. Alqı-satqı müqaviləsinin mahiyyəti də məhz bundadır. Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi ö hdəsinə götürür. Həmçinin birinci müqavilə təmsilçi Cavabdeh1 tərəfindən imzalansa da, müqavilənin tərəfləri satıcı İddiaçı və alıcı Cavabdeh2dur. Mülki Məcəllənin 340.1-ci maddəsi tətbiq edilirsə, məhz həmin müqavilənin alıcı və satıcıya münasibətdə uydurma əqd olmasına qiymət verilməli idi. Bacı-qardaşın satıcıya əvəz ödəməməsinə gəldikdə, yuxarıda qeyd edildiyi kimi bu hal zərərin tələb edilməsi üçün əsas ola bilər, müqavilənin etibarsızlığı üçün isə əsas deyil.
57. Etibarnamə ilə bağlı da apellyasiya instansiya məhkəməsinin dəlilləri qəbul edilən deyil. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə təmsil edilən İddiaçı və nümayəndə Cavabdeh1 etibarnamə verilənə qədər bir-birlərini tanımayıblar, bunu hər iki tərəf təsdiq edir. Ağlabatan mühakiməyə görə mülkiyyətçi öz mənzilini s atmağı və ona çatmalı olan pulu almağı tanımadığı şəxsə etibar etməz. Təmsil edilən İddiaçı əks tərəflə Natiq Məmmədov (26 saylı MKİSnin keçmiş rəisi) əlaqələndirib, o, isə dələduzluqda ittiham olunub. Bununla belə, apellyasiya instansiyası məhkəməsi etibarnamənin İddiaçı tərəfindən könüllü, hər hansı təzyiq olmadan verilməsinə, ümumiyyətlə, onun özünün də tanımadığı adama etibarnamə verməsinin riskini daşımasına əhəmiyyət verməmiş, bütün bu halları yalnız cavabdehlərin ziyanına şərh etmişdir.
58. İkinci müqavilə üzrə alıcı Cavabdeh4 vicdanlı əldə edən olub-olmamasının mübahisənin düzgün həlli üçün əhəmiyyət daşımaması barədə gəlinən nəticə ilə də razılaşmaq olmaz. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişinin daşın ar əşyalara aid olması, həmin maddənin yerləşdiyi 9-cu fəslin 2-ci paraqrafının “Daşınar əşyalara mülkiyyət hüququnun əldə edilməsi” adlanmasına istinad etməsi daşınmaz əmlaklarla bağlı vicdanlı əldə edən institutunun, ümumiyyətlə, inkar edilməsinə gətirib çıxarar ki, bu da mülki dövriyyənin (əqdlər və ya digər hüquqi faktlar əsasında əmlakın bir şəxsdən digərinə keçməsi) inkişafına maneə deməkdir. Halbuki Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmas ından imtina edilməsi qeyd edilmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli, “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarları)
59. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
60. Göründüyü kimi, əqdin həqiqi sayılması üçün reyestrdəki əldə edən şəxsin xeyrinə olan qeydə dair etirazın reyestrə daxil edilməməsi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bilməməsi əsas şərtdir. Başqa sözlə, əqd o vaxt həqiqi sayılmır ki, bu qeydə dair etiraz reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs q eydin qeyri-dəqiq olmasını bilmiş olsun.
61. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin “vicdanlı əldə edən adlı” 182-ci maddəsinin göstərişinin daşınar əşyalara aid olmasına istinad etdiyi üçün nəticədə ikinci müqavilə üzrə Cavabdeh4 vicdanlı əld edən olub-olmaması Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar baxımından, ümumiyyətlə, hər hansı hüquqi dəyərləndirmədən kənarda qalıb.
62. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şəxsin vicdanlı əldə edən olubolmamasına qiymət vermək üçün reyestrin həqiqiliyi və tamamlığı prezumpsiyası satana münasibətdə deyil, əldə edənə münasibətdə yoxlanmalıdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin başqasının daşınmaz əşyasını qanunsuz əldə edən şəxsin onu geri – qanuni sahibinə qaytarılmasına mane olmaq üçün qısa müddət də yeni müqavilə bağlamaqla əşyanı özgəninkiləşdirməsi, bununla da münasibətlərə vicdanlı əldə edən cəlb etməsinə istinad etməsi düzgün deyildir. Belə hallarda da əldə edənin vicdanlı olması istisna edilmir.
63. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
64. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.