Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4445/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinə, 3-cü şəxslər "xxxx" ASC-yə və "xxxx"MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4445/21 (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi və aktıın ləğv edilməsi) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil və 3-cü şəxs "xxxx" ASC-nin vəkili iştirakları il ə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 22 fevral 2021ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində "xxxx" ASC və "xxxx" MMC işə cəlb edilməklə) cavabdehlər "xxxx" MMC və Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə “satış hərracının nəticələrinin etibarsız hesab edilməsi və aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Səbail rayon İcra və Probasiya Şöbəsinin 03.12.2020-cu il tarixli sifarişi əsasında Əmlak İxtisaslaşmış Hərrac Mərkəzi MMC-nin keçirdiyi hərracın etibarsı z hesab edilməsi və 22 may 2020-ci il tarixli aktın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15.07.2019cu il tarixli icra sənədinə əsasən cavabdehlər "xxxx" MMC və ondan Kİ750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış 21.10.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 303.576,08 manat əsas, 80.587,27 manat faiz, 48,352,36 manat cərimə borcu tutularaq "xxxx" ASC-yə ödənilməli, cavabdehlər "xxxx" MMC və ondan K1750 saylı kredit xətt müqaviləsinə dair imzalanmış 21.10.2015-ci il tarixli 01 saylı kredit razılaşması üzrə 223,317,78 manat əsas, 66,780,31 manat faiz, 32,354,05 manat cərimə borcu, 30 manat döv lət rüsumu, bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu, 40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməli, tutma "xxxx" MMC-yə məxsus aşağıdakı 28 adda daşınar əşya-mal qalıqlarına yönəldilməlidir: DB Classic DER with Tap Bags (B10P52)-9000 manat, DB Classic plain ring (B20P53)-20000 manat, X4 Necklace (Z00W39)-60000 manat, Aura Cushion ring (F15P48)16000 manat, X2 (Z00W41)-7000 manat, Arpeggia THREELİNES Necalce 18KP-40000 manat, DB Classic plain ring (B10P50)-9000 manat, DB Classic plain ring (B10P55)-5000 manat, X6 & Plain Ring (C10P52)-8000 manat, X7 & Plain Ring (B15P52)-10000 manat, X9 Signature Ring (B10P54)-6000 manat, X9 Signature Ring (B15P52)-10000 manat, X6 & Plain Ring (C10P53)9000 manat, X3 -10000 manat, Aura Pendant no gap (F10W42)-10000 manat, DB Classic p lain ring (B10P53)-8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X1 (B10P54)-6000 manat, Pendant no gap (F10W42)-10000 manat, DB Classic plain ring (B10P53)- 8000 manat, DB Classic plain ring (B10P51)-6000 manat, DB X1 (B10P54)6000 manat, Adonis Rose DER (Bİ552)10000 manat, Adonise Rose DER (B10P54)-8000 manat, Adonis Rose DER (B15P52)-13000 manat, DB Classic pedant (B10P42)-7000 manat, DB Classic plain ring (B15P55)-12000 manat, X8 Ring Pave RB (B15P53)-18000 manat, X5 (Z00W49)-10000 manat, Adonis Rose Cluster10000 manat. Həmin əşya-mal qalıqları hərracdan satılmalı, həmin əmlakların ilkin satış qiyməti 350.000 manat müəyyən edilməlidir. İcra sənədində qeyd edilən məhkəmə qətnaməsi üzrə 350.000 manat dəyərində qiymətləndirilmiş 28 adda daşınar əşya-mal qalıqları icra mərhələsi ndə iddiaçıya heç bir rəsmi bildiriş və ya şifahi məlumat verilmədən cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinin 03.12.2019-cu il tarixli sifarişi əsasında 27 adda girov (22 may 2020-ci il tarixli Aktda isə 26 adda girov predmetləri qeyd edilmişdir) predmetlərinin satışının təmin edilməsi məqsədi ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə sifariş verilmiş və Hərrac təşkilatının 28.02.2020-ci il tarixli məktubunda qızıl-zinyət əşyalarının satılmadığı qeyd edilmişdir, həmin əmlaklar 29.04.2020ci il tarixdə 26 adda tələbkar "xxxx" ASC-yə təklif olunmuş və tələbkar tərəfindən 22 may 2020-ci il tarixli Aktla 322.000 manat dəyərində qəbul edilmişdir. Bütün bu proseslər barədə iddiaçıya hər hansı rəsmi yazılı şəkildə və ya şifahi məlumat verilməmişdir. Bu proseslərdən o, bu yaxın gü nlərdə şifahi formada tanışı Səbail rayon İcra və Probasiya şöbəsindən aldığı məlumat əsasında xəbər tutduqdan sonra nümayəndəsi vasitəsilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi və yekun protokolu etibarsız hesab edilməli və həmin daşınar əşyalar barədə yenidən qiymətləndirmə keçirilməlidir. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına yol verildiyi üçün satış hərracının keçirilməsi etibarsız hesab edilməli və 22 may 2020-ci il tarixli Akt ləğv edilərək yenidən qiymətləndirmə keçirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1924/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hərracın yeri, vaxtı və əmlakın satış qiyməti barədə tərəflərə məlumat verilmiş, lakin keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə qanunvericiliyə uyğun qərar qəbul etmək üçün iş İcra şöbəsinə geri qaytarılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zi nət əşyalarının hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Nəzərə alınmalıdır ki, bildirişlərdə hərracın forması, vaxtı, yeri, predmeti və başlanğıc qiyməti, hərracın keçirilmə qaydası, iştirakın rəsmiləşdirilməsinə dair məlumatlar öz əksini tapmışdır. Bundan başqa, hərracın keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrində elanlar dərc olunmuşdur. İddiaçının sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyalarının tələbkara təhvil verilməsinə dair 22.05.20-ci il tarixli aktın ləğv edilməsi edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edi r ki, məhkəməiclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə iş İcra şöbəsinə geri qaytarılmış, İcra şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən icra sənədində qeyd olunmuş əmlaklar tələbkar olaraq "xxxx" ASC-yə təklif olunmuş və tələbkar bank girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Bundan sonra isə icra məmurlarının, tələbkar bankın nümayəndələrinin və hal şahidlərinin iştirakı ilə icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşya-mal qalıqları "xxxx" ASC-nin nümayəndəsinə təhvil verilmiş və bu barədə 22.05.2020-ci il tarixli Akt tərtib edilmişdir. Məhkəmə yuxarıda şərh olun an halları müzakirə edərək və onlara müvafiq qiymət verərək, hesab edir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 297, 319.2, 385.1, 415.2, 560.1-ci, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2, 53.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rə şad Həsənov) 2(103)-2019/2021 saylı, 22 fevral 2021ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1924/2020 saylı, 29 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin “22 may 2020-ci il tarixli aktın ləğv edilməsi” barədə təmin edilməyən hissədə yoxlanılması təşkil edir. Belə ki, iddiaçı qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan onun qətnaməni yalnız qeyd edilən hissədə mübahisələndirdiyi aydın olur. Məhkəmə kollegiyası qeyd edilən kontekstdə apellyasiya şikayətinin dəl illərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hərracın keçirilməsi ilə bağlı sənədlərdən görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər, o cümlədən iddiaçıya ünvanlanmış bildirişlər onun qeydiyyatda olduğu ünvana çatdırılmışdır. Həracın keçirilıməsi ilə bağlı “Market” qəzetində müvafiq elanlar verilmişdir. Yuxarıda qeyd olunduğu kimi qətnamənin bu hissəsi hazırki apellyasiya baxışı çəçivəsində yoxlanılmır. İddiaçının sözügedən icra sənədi üzrə girov predmeti olan qızıl zinət əşyalarının tələbkara təhvil verilməsinə dair 22.05.2020-ci il tarixli aktın ləğv edilməsi edilməsi tələbi ilə bağlı kollegiya qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Qeyd olunan Qanunun 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. İşin müəyyən edilmiş hallarına əsasən, "xxxx" MMC tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün qızıl-zinət əşyaları satılmamış, buna görə iş İcra şöbəsinə geri qaytarılmış, İcra şöbəsi tərəfindən “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən icra sənədi ndə qeyd olunmuş əmlaklar tələbkar olaraq "xxxx" ASC-yə təklif olunmuş və tələbkar bank girov predmetlərini 322000 manat məbləğində borc müqabilində mülkiyyətə almağa razılığını bildirmişdir. Bundan sonra isə icra məmurlarının, tələbkar bankın nümayəndələrinin və hal şahidlərinin iştirakı ilə icra sənədinin icrası ilə bağlı girov predmetləri olan 26 adda əşya-mal qalıqları "xxxx" ASC-nin nümayəndəsinə təhvil verilmiş və bu barədə 22.05.2020-ci il tarixli Akt tərtib edilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, mübahisəli qızıl-zinyət əşyalarının sahibi İddiaçı olmadığından aktın etibarsız hesab edilməsini hüquqi baxımdan tələb edə bilməz. O, belə bir tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Belə ki işin müəyyən edilmiş hallarına əsasən, iddia ərizəsində sadalanan qızıl-zinyət əşyaları "xxxx" MMC-yə məxsusdur və hazırki iddia tələbi həmin MMC tərəfindən irəli sürülə bilərdi. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarından İddiaçı "xxxx" MMC-nin qanuni təmsilçisi olduğu müəyyən edilmir. Bu mənada kollegiyanın qənaətinə görə, 22 may 2020-ci il tarixli aktın etibarsız hesab edilməsi barədə iddia tələbi hüququ olmayan şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilmişdir ki, mübahisəli qızılzinət əşyalarının sahibi İddiaçı olmadığından aktın etibarsız hesab edilməsini hüquqi baxımdan tələb edə bilməz. Lakin iş materiallarından görünür ki, P ilə "xxxx" MMC və İddiaçı arasında 21.10.2015-ci il tarixli K 1750 saylı Kredit Xətti Müqaviləsi imzalanmış və Borcalanlara 21.10.2017ci il tarixinədək 1.595.000 manat məbləğində borcalma limiti verimişdir. Əlavə olaraq Kredit Xətti Müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə R-nə məxsus adda daşınar əşya mal qalıqları P-nin xeyrinə yüklü edilmişdir. İcra sənədində qeyd edilən məhkəmə qətnaməsi üzrə 350.000 manat dəyərində qiymətləndirilmiş 28 adda daşınar əşya mal qalıqları icra mərhələsində ona heç bir rəsmi bildiriş və ya şifahi məlumat verilmədən cavabdeh Səbail rayon İcra və Probasiya Şöbəsinin 03.12.2019-cu il tarixli sifarişi əsasında 27 adda girov (22 may 2020-ci il tarixli Aktda isə 26 adda girov predmetləri qeyd edilmişdir) predmetlərinin satışının təmin edilməsi məqsədi ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi MMC-yə sifariş verilmiş və Hərrac təşkilatının 28.02.2020-ci il tarixli məktubunda qızıl-zinət əşyalarının satılmadığı qeyd edilmişdir, həmin əmlaklar 29.04.2020-ci il tarixdə 26 adda tələbkar “PAŞA bank" ASC-yə təklif olunmuş və tələbkar tərəfindən 22 may 2020-ci il tarixli Aktla 322.000 manat dəyərində qəbul edilmişdir. Bütün bu proseslər barədə iddiaçıya hər hansı rəsmi yazılı şəkildə və ya şifahi məlumat verilməmişdir. Satış hərracının keçirilməsi ilə əlaqədar ciddi qanun pozuntularına da yol verilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, cavabdehlər "xxxx" MMC-nin, Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin və 3-cü şəxs "xxxx" MMC-nin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil kasasiya şi kayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs "xxxx" ASC-nin vəkili oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2021 nömrəli, 22 fevral 2021-ci il tarixli qətnaməsinin dəyişdirilməən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümləd ən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəx slərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əs aslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını n düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessua l hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasında yoxlama həyata keçirilərkən müəyyən edilmişdir ki, həqiqətən də mübahisəli qızıl- zinyət əşyalarının sahibi İddiaçı olmadığından aktın etibarsız hesab edilməsini hüquqi baxımdan tələb edə bilməz. O, belə bir tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyil. İddia ərizəsində sadalanan qızıl-zinyət əşyaları "xxxx" MMC-yə məxsusdur. İddiaçı bunu kasasiya şikayətində də etiraf etmişdir. Ona görə kasasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegi yası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2019/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.