Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4447/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X1, Bakı şəhəri 26 saylı notariat ofisi və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4447/2022 (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsi) Bakı şəhəri 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızının məruzəsi ilə, Şamayev Elşad Yaquboviçə və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavab dehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X1, Bakı şəhəri 26 saylı notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9793/2021 nömrəli, 25 may 2022-ci il tarixli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3, Cavabdeh4, Qusar rayon notariat ofisinin xüsusi notariusu X1, Bakı şəhəri 26 saylı notariat ofisi və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ANİ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv ediləməsi, Cavabdeh4 ilə Cavabdeh1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxa rışın ləğv edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Orxan Məmmədli) 2(004)-2108/2021 saylı, 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova, iş № 2(103)-9793/2021) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edil miş, iddia qismən təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilmiş və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova, iş № 2(103)-9793/2021) kassasiya şikayəti geri qaytarılmışdır.
7. Apellyasiya instansiyası mə hkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(103)-9793/2021 saylı qətnaməsi cavabdehin elektron kabinetinə 28 yanvar 2022-ci il tarixdə təqdim olunsa da, hazırki kassasiya şikayəti 2 aydan çox vaxt keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə, yəni qanunvericiliklə müəyyən olunmuş prosessual müddəti ötürməklə verildiyindən və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmədiyindən kassasiya şikayəti geri qaytarılmalıdır.
8. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsi Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2021 il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini yenidən tərtib edərək, elektron kabinet vasitəsilə vermiş və şikayətə ərizə əlavə edərək, qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 24 dekabr 2021ci il tarixli, 2(103)-9793/2021 saylı qətnaməsi 28 yanvar 2022-ci il tarixdə cavabdeh AR ƏMDX yanında DƏDKR X3 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron kabinetinə yerləşdirilsə də, bu barədə Ərazi İdarəsinin məlumatı olmamış, qətnamə yalnız poçt vasitəsilə 13 aprel 2022-ci il tarixində daxil olduğundan kassasiya şikayəti verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova, iş № 2(103)-9793/2021) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təm in edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
11. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı X açmaz Ərazi İdarəsi kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-9793/2021 saylı qərardadının ləğv olunması, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Cavabdeh (Vəkil2) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası prosessual hüquq normalarını pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, qətnamə Ərazi İdarəsinin şəxsi kabinetinə yerləşdirilərkən bu barədə Ərazi İdarəsinə heç bir sms, bildiriş və ya digər formada məlumat verilməmişdir, yəni cavabdehin qətnamənin kabinetdə yerləşdirilməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə qərarı kağız daşıyıcısında daxil olduqd a bir ay sonra kassasiya şikayəti verilmişdir. İstənilən halda məhkəmə kollegiyası cavabdehin məhkəmə qərarından kassasiya qaydasında şikayətin verilməsi hüququnu təmin etməli idi, bununla da ədalətli məhkəmə araşdırması hüququnu təmin etmiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
16. Maddə 135.6. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
17. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir
18. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
19. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
20. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
21. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müdd əti bərpa edir.
22. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabde h kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
26. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin siste m vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. Cavabdeh tərəfin vəkili və nümayəndəsinin elektron kabinetinə məhkəməin qətnaməsi xx.xx.2022-ci il tarixdə yerləşdirilməklə həmin tarixdə rəsmi çatdırılmış hesab edilmişdir. Buna görə də, apellyasiya məhkəməsi həmin tarixdən hesablanmaqla kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması nəticəsinə gəlmişdir.
28. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
29. Prosessual müddətin bərpası üçün müd dəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar.
30. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
31. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
32. Kassasiya şikayətində də, tərəf müddətin üzürlü səbəbdən buraxılmasına deyil, əslində buraxılmamasına, yəni qətnaməni poçt vasitəsilə aldıqdan sonra şikayət verdiyinə istinad edir ki, bu da müddətin bərpa edilməsi üçün əsas ola biməz.
33. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9793/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.