Məhkəmə qərarları › İş №2(102)-445/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-445/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipotekaya xitam verilməsi 19.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Üçüncü şəxs LPO "xxxx" ASC-nin vəkili X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASCnin İddiaçı, X7, X4 və X2 qarşı «kredit müqaviləsinin ləğvi, mənzildə qeydiyyatda olan şəxslərin mənzildən istifadə hüququnun ləğv edilməsi, mənzildən çıxarılma və ipoteka qoyulmuş əmlaka tələbin yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli xxx saylı kredit müqaviləsi ləğv edilmiş, 27 may 2015-ci il tarixli xxx saylı kredit müqaviləsi üzrə cavabdeh İddiaçı 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manatla məzənnə ilə) pul vəsaitinin və ödənilmiş 30 ma nat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi; tutmanın ipoteka ilə yüklü edilmiş, İddiaçı məxsus xxx küçəsində 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi; mənzilin ilkin satış qiymətinin 120.300 manat məbləğində müəyyən edilməsi və mənzilin açıq hərracdan satılması; satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi; mənzildə qeydiyyatda olan İddiaçı, X5, X3 və X1 həmin mənzildə istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlər mənzildən məcburi qaydada çıxarılmaları; cavabdeh İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

2. Qeyd olunan qətnamə qanuni qüvvəyə minmiş, hə min qətnaməyə əsasən icra vərəqəsi tərtib olunaraq icra edilməsi üçün Cavabdehnə göndərilmişdir.

3. Cavabdeh 03 iyun 2019-cu il tarixdə "xxxx" MMC-yə məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 120.300 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir. 4. "xxxx" MMC Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən ilk hərracı 24.07.2019-cu il tarixə, əmlak satılmadığından ikinci hərracı 14.08.2019-cu il tarixə təyin etmişdir

5. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC bildirir ki, 19 avqust 2019-cu il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 13.09.2019-cu il tarixədək ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlakın ilkin satış qiyməti, təklif qiyməti qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsinə əsasən ipotekaya xitam verilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli 2(002)-298/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" ASC ilə aralarında bağlanmış 27 may 2015-ci il tarixli sonrakı xxx saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ondan 24.670 ABŞ dolları əsas borc, 11.104 ABŞ dolları 42 sent faiz, 50 ABŞ dolları cərimə olmaqla, cəmi 35.824 ABŞ dolları 42 sent (ödənildiyi zaman manat a məzənnəsi ilə) pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş xxx küçəsi ev 1, 35-ci mənzilinin açıq hərracda satılması, satışdan əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi, mənzildə qeydiyyatda olanların mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzil satıldıqdan sonra cavabdehlərin mənzildən məcburi qaydada çıxarılması və ondan ekspertiza tədqiqatının dəyəri olan 145 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh icra məmuru X 24.05.2019-cu il tarixli qərarında 10 gün müddətində evin boşaldılmasını, əks təqdirdə məcburi icra tədbirlərinin tətbiq edilməsini qərara almış və evin hərracda satılması barədə hərrac təşkilatçısı Yxxx küçəsi 44-də (X) yer ləşən "xxxx" MMC-yə müraciət etmişdir. Həmin MMC ilkin hərracın keçirilməsini 24.07.2019-cu il tarixə təyin etməklə bu barədə hər iki tərəfi qanunauyğun qaydada bildirişlə xəbərdar edilmiş, lakin ilkin hərrac baş tutmadığından eyni qaydada xəbərdarlıq edilməklə 2-ci hərrac 14.08.2019cu il tarixdə keçirilsə də baş tutmamışdır. Hərrac təşkilatçısı bu barədə «X» qəzetinin 19.08.2019-cu il tarixli 31(1015) saylı buraxılışında elan verilmiş və həmin tarixli 527 saylı məktubla mənzilin alınmasını "xxxx" ASC-yə təklif etmişdir. Bank qanunla nəzərdə tutulmuş bir ay ərzində mənzili götürmədiyi üçün hərrac təşkilatçısı ipotekaya xitam verilməsi üçün materialı 17.09.2019-cu il tarixdə Cavabdehnə qaytarmışdır. Göstərilənlərə baxmayaraq, icra məmuru X ipotekaya xitam verməkdən imtina edərək, buna əsas kimi Qaradağ Rayon Məhkəməsinin tutma yönəldilməsini bir il müddətinə təxirə salınması haqqında qanuni qüvvəyə minmiş qərarının olmasını göstərmişdir. Hansı ki, bu qərar yalnız onların evdən çıxarılmalarına aid olan bir qərar olsa da, 19.06.2020-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən ləğv edilmişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim K.Əsədov) 2(002)-111/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilmiş, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 27 may 2015-ci il tarixli 356/E saylı kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus xxx küçəsində istifadədə olan tam mülkiyyət hüququ üzrə İddiaçı daşınmaz əmlakın dövlət reyestrində 1459 nömrəli reyestr kitabının 133709 nömrəli və rəqində qeydiyyata alınmış 1 nömrəli binada yerləşən, 80,42 m2 ümumi, 55,92 m2 yaşayış, 24,5 m2 yardımçı sahədən ibarət 4 otaqlı 35 nömrəli mənzilinə münasibətdə ipotekaya xitam verilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, "xxxx" MMC Bakı şəhəri Cavabdeh 03 iyun 2019-cu il tarixli sifariş məktubuna əsasən ilk hərracı 24.07.2019-cu il tarixə, əmlak satılmadığından ikinci hərracı 14.08.2019-cu il tarixə təyin etmişdir.

10. Əmlak ikinci hərracda da satılmadığından, hərrac təşkilatçısı olan "xxxx" MMC 19 avqust 2019-cu il tarixdə "xxxx" ASCyə təklif ünvanlayaraq, 13.09.2019-cu il tarixədək ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlakın ilkin s atış qiyməti, təklif qiyməti qeyd edilmişdir.

11. İşin faktiki hallarından göründüyü kimi, bank tərəfindən qeyd olunan təklif qəbul edilməmişdir.

12. Belə olduğu təqdirdə, iddiaçının ipotekaya xitam verilməsi barədə tələbi əsaslıdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 43.4, 43.5, 43.6, 43.7, 43.8-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.4cü maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.443.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Qətnamədən hüquq və vəzifələrinə toxunan ləğv prosesində olan "xxxx" ASC apellyasiya şikayəti vermişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-111/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmaqla, İddiaçı Cavabdehnə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, maraqlarına toxunulan "xxxx" ASC hərraclar barədə məlumatlandırılmamış (bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır), həmçinin “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ip oteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiymətinə alması üçün müqavilənin bağlanması ilə əlaqədar heç bir tədbir görülməmişdir. (bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır) Kollegiya xüsusilə qeyd edir ki, “İpoteka haqqında” Qanun, təkrar hərracın keçirilməsini “ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiyməti ilə alması üçün müqavilənin baş tutmaması” faktından asılı etmişdir – bu müqavilənin bağlanmasının təklifi barədə bildiriş mövcud olsa da, onun ipoteka saxlayana çatdırılması sübut edilməmişdir.

17. Göründüyü kimi, iddiaçının əmlakı üzərindəki ipoteka yüklülüyünə xitam verilməsi üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər ümumiyyətlə mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üz rə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

18. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, ipotekaya xitam verilməsinə əsaslar müəyyən edilmədiyindən iddia tələblərinin təmin edilməsi üç ün əsas mövcud deyidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə q arşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Üçüncü şəxs LPO "xxxx" ASC-nin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

24. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

25. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamas ını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq “İpoteka haqqında” Qanun

28. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt gö ndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). (maddə 42.1)

29. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. (maddə 43.1)

30. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2)

31. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. (maddə 43.3)

32. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. (maddə 43.4)

33. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (maddə 43.5)

34. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. (maddə 43.6)

35. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. (maddə 43.7)

36. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. (maddə 43.7-1)

37. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.8) Mülki Prossesual Məcəllə

38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araş dırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (m addə 407.2)

42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm ası və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5385/2021 nömrəli iş üzrə 28 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar