Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-445/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxslər Tərtər Rayon İcra Hakimiyyətinə, Tərtər şəhər Bələdiyyəsinə və DƏDRXin 7 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə müdaxilənin və hüquqdan suiistifadənin qarşısının alınması, tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(104)-2255/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Tərtər şəhəri, Ş.İ.Xətai küçəsində 0,05 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Quliyeva (Alışova) Xatirə Ələkbər qızının, qonşuluqda yerləşən torpaq sahəsi və fərdi yaşayış evi Cavabdeh1 istifadəsindədir.
2. Cavabdeh1 tərəfindən torpaq sahələrini bir-birindən ayıran hasarın 7,7 metr hissəsində 2 sıra əlavə mişar daşı ilə hörgü aparılmaqla və üzərində taxta millər düzülüb, dəmirdən dam örtüyü vurulmaqla əlavə tikililər inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktlar ı: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələb sürməyən üçüncü şəxslər Tərtər Rayon İcra Hakimiyyətinə, Tərtər şəhər Bələdiyyəsinə və DƏDRX-in 7 saylı Ərazi İdarəsinə qarşı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, ona məxsus olan torpaq sahəsinə müdaxiləyə və hüquqdan sui-istifadəyə yol verilməsinin qarşısının alınması, qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, həyətinə mişar daşından çəpər kimi çəkdirdiyi daş hasarının üzərində hördürdüyü 2 sıra mişar daşının və onun hasarına bitişik tikdirdiyi, tikinti kimi istifadə etdiyi daş hörgülərin onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Tərtər şəhər XDS İK-nin 27 sentyabr 1991-ci il tarixli qərarına əsasən Tərtər şəhəri, Ş.İ.Xətai küçəsində onun adına 0,05 ha həyətyanı torpaq sahəsi verilmiş və o, həmin torpaq sahəsində öz evində yaşayır. Həmin torpaq sahəsi cavabdehin yaşadığı ünvana yaxın ərazidə yerləşir. Əvvəllər cavabdehlə qonşuluğu normal keçsə də, son bir neçə müddətdir ki, münasibətləri pozulmuşdur. Cavabdehin qanunazidd hərəkətinin mahiyyəti ondan ibarətdir ki, iddiaçının evdə olmamasından istifadə edərək həyətinin kənarına çəpər kimi mişar daşından (kubikdən) çəkdirdiyi daş hasarının üzərində 2 sıra mişar daşı hördürmüş və iddiaçının hasarından özünə evin bir tərəfini ev kimi tikib istifadə edir.
5. Tərtər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(061)-729/20 20 nömrəli qətnaməsi ilə (hakim K.A.Rzayev) iddia təmin edilmiş, Cavabdeh1 hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, İddiaçı1 məxsus olan torpaq sahəsinə müdaxiləyə və hüquqdan sui-istifadəyə yol verilməsinin qarşısının alınması, qadağan edilmiş özbaşınalıq yolu ilə etdiyi pozuntulara son qoyulması, həyətinə mişar daşından çəpər kimi çəkdirdiyi daş hasarının üzərində hördürdüyü 2 (iki) sıra mişar daşının və hasara bitişik tikdirdiyi, tikinti kimi istifadə etdiyi daş hörgülərin cavabdehin hesabına sökülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli hasar iddiaçı tərəfindən inşa edildiyindən, cavabdeh həmin hasarın inşa edilməsinə vəsait xərcləmədiyindən, iddiaçının razılığı olmadan hasarın üzərində 2 cərgə hörgü hördürərək hörgünün üzərindən mil döşədiyindən və özünə tikili inşa etdiyindən, həmin tikilinin heç bir hüquqi sənədi mövcud olmadığından iddia təmin edilməlidir.
7. Birinci instansiya məhkəməsi öz mövqeyini MPM-nin 14.2, 77.1, 78.1, 81, 88, 106.1, 2017.1, 2017.4, 218.1, 218.3-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(061)-729/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İş üzrə apellyasiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilsə də, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 may 2021-ci il tarix li mütəxəssis rəyinə əsasən iddiaçı və cavabdehin iştirakı ilə hər ikisinin faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsi və üzərindəki tikililərin koordinatları naturada təyin edilmiş, lakin iddiaçı və cavabdehin istifadəsində olan həyətyanı torpaq sahələrinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri əlavə olunmadığından mütəxəssis qarşısında qoyulan sualların tam cavablandırılması mümkün olmamışdır.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2(104)-790/2021 nömrəli qətnaməsi ilə (hakim A.H.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər L.S.Süleymanovun və Ş.Q.Rzaquliyevin iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(061)729/2020 nömrəli qətnaməsi ləğ v edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri daş hasarın iddiaçının deyil, cavabdehin mülkiyyətində olan torpaq sahəsində inşa edilməsi ilə bağlı olmuşdur ki, qeyd olunan halın aydınlaşdırılması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin yuxarıda qeyd olunduğu kimi hasarın kimin mülkiyyətində olmasını müəyyən etmək mümkün olmamışdır. Apellyasiya kollegiyası Mülki Məcəllənin 176.3-cü maddəsini tətbiq edərək, mübahisəli daş hasarın tərəflərin öz razılaşmaları kimi torpaqların sərhədində inşa edilməsi qənaətinə gəlmişdir.
12. Apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı ümumiyyətlə onun tərəf indən tikilmiş hasarın sonradan üzərinə cavabdeh tərəfindən 2 cərgə hörgü aparılmaqla, həmin hasara bitişik toyuq damının və sair tikililin inşa edilməsinin onun hansı hüquqlarını pozmasını, qanunla maraqlarına toxunmasını və ya ona hər hansı bir maneçilik yaratmasını əsaslandırmamışdır. İddiadan belə anlaşılır ki, iddiaçı iddianı sadəcə cavabdehlə münasibətləri pozulması səbəbindən qaldırmışdır ki, bu da əsassız iddia qaldırılması hesab olunur.
13. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 157.4, 176, 180.4-cü maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı Quliyeva (Alışova) Xatirə Ələkbər qızı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2(104)790/2021 nömrəli qət naməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 (102)2958/2022 saylı iş üzrə 01 iyun 2022-ci il tarixli qərarı ilə (hakim İ.R.Xələfovun məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və Z.Ə.Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
16. Kassasiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd edilmişdir ki, tərəflər qonşu olmaqla istifadələrində olan torpaq sahələri hazırki mübahisənin predmeti olan hasarla ayrılır. Mübahisənin predmeti olan hasar, müəyyən olunduğu kimi iddiaçı tərəf indən və onun vəsaiti hesabına inşa olunmuşdur.
17. Məhkəmə qeyd etmişdir ki, işin 32-ci səhifəsində olan Tərtər rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri – baş memarının məhkəməyə ünvanlanmış 15 iyul 2020-ci il tarixli məktubundan məlum olur ki, tərəflərə məxsus torpaq sahələrinə onların iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən hasarın 7,7 metr hissəsinin üzərində 2 sıra (hündürlüyü 40 sm.) mişar daşı ilə hörgü aparılmış, üzərinə taxta millər düzülərək dəmirdən dam örtüyü vurulmaqla tikililər inşa edilmişdir.
18. Göründüyü kimi iddiaçının vəsaiti hesabına inşa edilmiş hasar cavabdeh tərəfindən görülmüş tikinti işləri nəticəsində 7,7 metr hissədə yüklənmiş və hasarın həmin hissəsindən iddiaçının zərurət yarandığı təq dirdə istifadəsi məhdudlaşmışdır.
19. Göstərilən vəziyyətdə cavabdeh tərəfindən aparılmış tikinti-quraşdırma işlərinin iddiaçı üçün hər hansı bir maneə yaratmaması barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi kassasiya kollegiyasına görə kifayət qədər inandırıcı və ağlabatan şəkildə əsaslandırılmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(104)-2255/2022 nömrəli qətnaməsi ilə (hakim Ə.İ.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər S.B.Hüseynovdan və E.İ.Xasməmmədovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli, 2(061)-729/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə kollegiyası Ali Mə hkəmənin baxılan işdə hüquqi mövqeyini nəzərə alıb və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 152.1, 180.1, 180.2, 180.3, 180.4-cu maddələrinə istinad edərək aparılmış araşdırmaların nəticəsi kimi belə qənaətə gəlmişdir ki, işin məhkəmədə müəyyən edilən faktiki halları hüquq normalarının dispozisiya şərtlərinə uyğun olmaqla, irəli sürülmüş iddia tələbinin təmini üçün qanuni əsaslar mövcuddur. Cavabdehin iddiaçı tərəfindən inşa edilmiş hasar üzərində əlavə olaraq gördüyü tikinti işləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinin tələbləri baxımından qanuni tikililər kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
22. Cavabdeh1 kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2 022-ci il tarixli, 2(104)-2255/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Prosessual Məcəllənin 165, 168, 376.2-ci maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının ümumiyyətlə onun ərazisində və ya həmin divara aidiyyətinin olubolmamasını yoxlanılmamış, texniki pasport tam araşdırılmamış, iddiaçının həmin torpaq ərazisinə və ümumiyyətlə çəkilmiş hasara aidiyyəti müəyyən edilməmişdir. Həmçinin cavabdehin apellyasiya məhkəməsinə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasına dair xahişi nəzərə alınmamaqla işə onun iştirakı olmadan baxılmışdır.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
26. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının pro sessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı təl əb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 180.1-ci maddəsinə əsas ən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsa sən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları d üzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
33. Kassasiya şikayətinin dəlilləri isə işin faktiki hallarının araşdırılmaması ilə əlaqəlidir. Konstitusiya Məhkəməsi Plenum unun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Apellyasiya məhkəməsinin işə cavabdehin iştirakı olmadan baxı lmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh məhkəməyə 08 sentyabr 2022-ci il tarixdə teleqram ünvanlayaraq, məhkəmə iclasının 20 gün təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh vəsatətini əsaslandırmadığından və gəlməməsinin üzrlü səbəblərdən baş verməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən, apellyasiya məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə istinad etməklə işə onun iştirakı olmadan baxmışdır.
35. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2022-ci il tarixli, 2(104)-2255/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.