Məhkəmə qərarları › İş №2(102)-4452/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4452/2023

05.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4452/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi, maneələrin aradan qaldırılması, ekspert rəyinin qiymətləndirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-374/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsində n Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq reyestrdən RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş və həmin torpağa dair xx.xx.2017-ci il tarixdə A seriyalı, 151271 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

2. Bu torpaq sahəsi ilə qonşuluqda yerləşən, 0,02 ha ölçülü torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyy ata alınaraq reyestrdən RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş və həmin torpaq sahəsində dair xx.xx.2017-ci il tarixdə A seriyalı, 078766 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları A )Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 88 kv.m sahədə inşa olunmuş mənzilin ona məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1ində yerləşən 0,0235 ha torpaq sahəsini 07 oktyabr 2016-cı il tarixdə bağlanmlş və Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında torpağın hüquq sahibi olan X2 almışdır. 11 avqust 2017-ci il tarixində DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin nümayəndələri tərəfindən həmin torpaq sahəsinə baxış keçirilərkən, iddiaçıya məxsus torpaq sahəsinin 5 kv.m hissəsinin qonşuluqda yaşayan X4 tərəfindən zəbt edilərək öz mənzilinin sahəsinə əlavə olunduğu, torpaq sahəsinin digər tərəfinin isə qonşuluqda yaşayan X6 tərəfindən mişar daşı ilə qanunsuz olaraq hasarlandığı, torpaq sahəsinin əsas hissəsinin isə şəxsiyyəti müəyyən olunmayan şəxs tərəfindən zəbt olunaraq yerində-qanunsuz tikintinin aparılması müəyyən olunmuşdur. İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz tikintini aparan şəxsin müəyyən olunması üçün A bşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Müraciət əsasında aparılan araşdırılma zamanı iddiaçıya məxsus torpaq sahəsinin 5 kv.m hissəsinin qonşuluqda yaşayan X4 tərəfindən qanunsuz olaraq zəbt olunması, torpaq sahəsinin digər tərəfinin isə qonşuluqda yaşayan X6 tərəfindən mişar daşı ilə qanunsuz olaraq hasarlandığı və həmçinin də şəxsiyyəti müəyyən olunmayan şəxsin ümumilikdə 88 kv.m sahədə inşa etdiyi mənzilin 48 kv.m sahəsinin iddiaçıya məxsus torpaq sahəsinə düşdüyü müəyyən olunmuşdur. Bundan sonra iddiaçı ünvan 1ində yeriəşən iddiaçıya məxsus torpaq sahəsində qanunsuz tikililərin sökülməsi tələbinə dair, cavabdehlər DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə, X5, X3 və digərlərinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 mart 2020 -ci il tarixli, 2(012)-1712/2020 saylı qətnaməsi ilə iddia təmin olunaraq cavabdehlər X6 və X1 inşa etdikləri qanunsuz tikililərin sökülməsi qət edilmişdir. Qətnamədə cavabdehlər X6 və X1 qanunsuz əməllərinə hüquqi qiymət verilsə də, məhkəmə proseslərində digər cavabdehin şəxsiyyəti müəyyən olunmadığı üçün həmin şəxsin əməllərinə məhkəmə tərəfindən hüquqi qiymət verilməsi mümkün olmamışdır. Sonradan iddiaçı tərəfindən aparılmış araşdırılma zamanı ümumilikdə 88 kv.m sahədə inşa olunmuş və 48 kv.m hissəsi iddiaçıya məxsus torpaq sahəsinə düşən mənzilin faktiki sahibinin indiki cavabdeh olduğu müəyyənləşdirilmişdir. İşin faktiki hallarından da görünür ki, ümumilikdə 88 kv.m sahədə inşa olunmuş mənzilin 48 kv.metri qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsində tikildiyindən mövcud qanunv ericiliyin tələblərinə əsasən cavabdehin hesabına sökülməlidir.

5. Birinci instansiya məhkəməsində cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, çıxarışla faktiki onun istifadəsində 2 sot torpaq sahəsi vardır. O, torpaq sahəsini 2014-cü il tarixdə almış və həmin tarixdə üzərində həyət evi tikmişdir. İddiaçı isə ondan 7 ay sonra gəlmişdir. 2016-cı ildə torpaq sahəsini sənədləşdirərək çıxarış almışdır. İddiaçının torpaq sahəsini aldığı şəxs hazırda həbsdə olduğu üçün qonşuları məhkəməyə vermişdir.

6. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, çöl-ölçmə işləri zamanı aşağıdakılar müəyyən edilmişdir: İddiaçı fakt iki istifadəsində torpaq sahəsi olmadığından Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş, AN № 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdeh faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin koordinatları Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən Cavabdeh verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli 0,02 ha torpaq sahəsinin planı və ölçüsündə (RX seriyalı, ******* №-li hüquqların dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəlir. Elektron məlumat bazasına əsasən İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, AN №151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) göstərilən koordinatları ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2016-cı il tarixli, **********56 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə (RX seriyalı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında) göstərilən koordinatları üst-üstə düşmür.

7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2022-ci il tarixli, 10/4649 saylı ekspert rəyində göstərilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Bakı LTİ-nin mütəxəssis rəyinə əsasən iddiaçının faktiki istifadəsində torpaq sahəsi olmadığından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi idarəsi tərəfindən verilmiş, AN 151271 saylı, xx.xx.2017-ci il tarixli, **********46 reyestr nömrəli 0,0235 ha torpaq sahəsinin planı və ölçüsündə (RX seriya lı, ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) göstərilən döngə nöqtələrinin koordinatları ilə uyğun gəlib-gəlməməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin faktiki istifadəsində olan 0,0221 ha torpaq sahəsinin xx.xx.2016-cı il tarixli, torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının 0,0117 ha hissəsi ilə uyğun gəldiyi və iddiaçıya məxsus AN 151271 saylı, xx.xx.2017-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar ilə cavabdehə məxsus xx.xx.2016-cı il tarixli, torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlarının üst-üstə düşmədiyi müəyyən edilmişdir.

8. Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Əra zi İdarəsinin mütəxəssisi məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və tərəflərin torpaqdan faktiki istifadə vəziyyəti ilə çıxarışla verilən torpaq sahəsi arasında uyğunsuzluqlar aşkarlanmışdır. Belə ki, tədqiqat aparılan torpaq sahəsində sürüşmə yoxdur, lakin torpaqların alğı-satqısı zamanı satıcılar öz aralarında olan razılaşmaya əsasən, yol salmışlar və bu da faktiki istifadə vəziyyəti ilə çıxarışla verilən torpaq sahəsi arasında uyğunsuzluqlar yaratmışdır. Sənədlərlə müəyyən edilir ki, hal-hazırda cavabdehin faktiki istifadəsində 0,0221 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsinin 0,0117 ha hissəsi cavabdehə çıxarışla verilən torpaq sahəsinə uyğun gəlir və iddiaçıya məxsus 96 kv.m torpaq sahəsi də cavabdeh tərəfindən zəbt edilmişd ir. Cavabdeh tərəfindən zəbt edilən hissəyə tikilinin bir hissəsi də düşür.

9. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 sentyabr 2022-ci il tarixli, 2(012)-103/2022 nömrəli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddia təmin edilmiş, ünvan 1i ünvanında yerləşən 0,0235 ha ölçülü torpaq sahəsinin 88 kv.m sahəsində inşa olunmuş evin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdehin hesabına sökülməsi, iddiaçının mütəxəssis rəyi üçün ödədiyi 311 manat pulun və 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehə məxsus olan ümumilikdə 88 kv.m sahədə inşa olunmuş mənzilin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması işin faktiki halları ilə, həmçinin mütəxəssis və ekspertiza rəyləri ilə öz təsdiqini tapmışdır. Həmçinin, hal-hazırda cavabdehin özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçının daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnu pozur.

11. Məhkəmə yuxarıda qeyd olunanları, o cümlədən cavabdehin izahatının heç bir sübuta əsaslanmadan formal mülahizələrdən ibarət olduğunu nəzərə alaraq hesab etmişdir ki, ümumilikdə 88 kv.m sahədə inşa olunmuş evin iddiaçıya məxsus torpaq sahəsinə düşən hissəsi cavabdehin hesabına sökülməlidir.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139,1, 152.1, 152.5, 157.2, 164.1, 164.2, 165.1-ci maddələrinə, Torpaq Məcəlləsinin 5.1, 49.1, 68, 111-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Qanunvericiliyə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsində də qeyd olunduğu kimi iddiaçının daha öncə ona məxsus torpaq sahəsinin digər h issələrdən üçüncü şəxslər tərəfindən zəbt edilməsi ilə bağlı mövcud məhkəmə mübahisəsinə dair qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin 26 oktyabr 2020-ci il tarili 04 №li rəyi və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 27 yanvar 2021-ci il tarixli, 10/2295 № li rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 20 oktyabr 2016-cı il tarixli RX seriyalı ******* nomrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0,0235 hektar torpaq sahəsinin, RX seriyalı ******* nomrəli çıxarışa əsasən X1 mülkiyyətində olan ünvan 1ində yerləşən 0,02 ha ölçüdə torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi mü əyyən olunmuşdur. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının torpaq sahəsi hasara alınarsa cavabdeh X1 habelə yaxınlıqda yerləşən 3 fərdi yaşayış evinin sakinlərinin mülkiyyətində olan torpaq sahələrindən küçəyə çıxış mümkün olmayacaq. Çünki ümumi istifadə olan yolun 10 kv.metri iddiaçının hüquqverici sənədinə işlənmişdir. Həmin üç evdən biri Cavabdeh məxsus olduğundan onun küçəyə çıxışı mümkün olmayacaq. Yəni 10 kv.m torpaq sahəsi əsassız olaraq iddiaçının çıxarışına işlənmişdir. Bununla da torpaqlar arasında yolun olması qaçılmaz olduğundan, yəni iki torpaq arasında yol olduğundan torpaq sahələri üst üstə düşə bilməz. Göstərilən 88 kv.m torpaq sahəsi ümumiyyətlə iddiaçıya aid hissəyə düşə bilməz. Bu mümkünsüzdür. Artıq bu hal sübut olunmuşdur. Torpaq sahələri arasında ümumi istifadədə ola n yol keçir, yəni bu torpaq sahələri bitişik yerləşmir. Nəzərə almaq lazımdır ki, iş üzrə rəylər alınmışdır. Həmin rəylərin hamısında iddiaçı ilə cavabdehin torpaq sahələrinin üst-üstə düşmədiyi görünür. Heç bir rəydə cavabdehin iddiaçının 88 kv.m torpaq sahəsini zəbt etdiyi göstərilmir. Cavabdehin iddiaçının 88 kv.m torpaq sahəsini zəbt etməsi heç bir halla sübut olunmur. Ekspert rəyləri ilə torpaq sahələrinin ümumiyyətlə üst-üstə düşmədiyi müəyyən olunur. Lakin bununla belə məhkəmə əsassız iddianı təmin etmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-374/2023 saylı, 07 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə və Əmlak Məsəl ələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardad əsasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-7059/2023 nömrəli mütəxəssis rəyi verilmiş, müəyyən olunan vəziyyətə dair müfəssəl sxem rəyə əlavə olunmuşdur. Həmin mütəxəssis rəyi ilə müəyyən olunan hallar nəzərə alınmaqla verilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli, 10/4211 nömrəli rəyində göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-213-32/27059/2023 nömrəli mütəxəssis rəyinə əsasən RX s eriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən iddiaçının adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatların faktiki yerində mövcud olduğu, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən cavabdehin adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatların faktiki yerində mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunan mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən iddiaçının adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha t orpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları daxilində torpaq sahəsinin 95 kv.metr hissəsindən cavabdeh tərəfindən faktiki olaraq istifadə olunur. Həmçinin, mütəxəssis rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya məhkəməsi) 2(105)-374/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və A.M.Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 96 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, ek spertiza tədqiqatının dəyəri olan 50 manat pulun cavabdehdən alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki,

18. Qeyd olunan torpaq sahələri qonşu torpaq sahələridir. Hazrkı iş üzrə tərəflər mülkiyyətlərində olan torpaq sahələrinin hüquqi statusu baxımından bərabərhüquqlu şəxslərdir. İddiaçının iddiası ondan ibarətdir ki, ona məxsus olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilmiş və yerində fərdi yaşayış evi inşa edilmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası əsasında əldə edilmiş ekspert rəyinə istinad etmiş və hesab etmişdir ki, iddiaçıya məxs us torpaq sahəsinin bir hissəsinin faktiki olaraq cavabdehin istifadəsində olması müəyyyən edildiyindən iddia təmin edilməlidir.

19. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılması, obyektiv həqiqətin üzə çıxarılması məqsədi ilə iş üzrə təkrar məhkəmə tikinti texniki ekspertizası təyin etmiş və əldə edilmiş ekspert rəyində daşınmaz əmlakın dövlət reystrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları daxilində torpaq sahəsinin 95 kv metr hissəsindən Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu müəyyən edilmişdir. Başqa sözlə iddiaçının iddia tələbində qeyd etdiyi hallar əsaslandırılmış ekspert rəyi ilə sübut olunmuş, cavabdehin apellyasiya şika yətində qeyd etdiyi dəlillər isə təkzib edilmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiyanın qənaətinə görə cavabdehin qaldırdığı məsələ yalnız tərəflərin qarşılıqlı razılaşması yolu ilə həll oluna bilər. Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən mülkiyyətçinin razılığı olmadan onun mülkiyyətində inşa etdirdiyi tikilinin qanuni olmasını hesab etməklə, dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyət hüququnu kobud şəkildə pozur.

21. Məhkəmə kollegiyası qeyd etmişdi r ki, iddiaçının xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı mə hkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Əksinə müəyyən olunmuşdur ki, cavabdehin tikinti işləri apardığı və zəbt etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin daxilində yerləşir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə təkrar ekspertizanın keçirilməməsinə dair dəlil əsassızdır. Belə ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyinə əsasən, mübahisəsi gedən torpaq sahəsi və cavabdehin fərdi yaşayış evinə baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçının adına qeydə alınmış ünvan 1i ünvanında yerləşən 0,0235 ha torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatları daxilində torpaq sahəsinin 95 kv.metr hissəsindən cavabdeh tərəfindən faktiki olaraq istifa də olunur.

24. Məhkəmə kollegiyası həmçinin təkrar ekspertiza təyin edilməsi barədə cavabdeh tərəfin vəsatətini rədd etmiş, qeyd etmişdir ki, cavabdeh ekspert rəyinin əsassız olmasını bildirsə də, bu mövqeyini əsaslandırmamışdır.

25. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 170.2, 180.3, 238.1, 238.3, 239.2-ci maddələri, Torpaq Məcəlləsinin 48.2, 55, 67.1, 68, 83.1, 84.1, 84.3, 111-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, MPM-nin 372.2, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə kollegiyası cavabdehin mülkiyyət hüquqlarını pozaraq, onun mülkiyyətində olan əmlaka istədiyi kimi sahib olmaq imkanını məhdudlaşdırmış, işdə olan sübutları sadalamamış və onlara ayrı-ayrılıqda hüquqi qiymət verməmişdir.

28. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 180.3, 238.1, 238.2, 239.2-ci, Torpaq Məcəlləsinin 48, 55, 67.1, 68, 83.1, 84.1, 111-ci, MPM-nin 76, 77, 82.3, 88, 89-cu maddələrinə istinad edərək əsaslandırm ışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə 13, birinci hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29, birinci hissə. Hər kəsin mülkiyyət hüququ vardır.

32. Maddə 29, ikinci hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə mü əyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyu lmasını məhkəmə vasitəsilə tələb edə bilər.

37. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

39. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahən in üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.

40. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

41. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

42. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

43. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər.

44. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

45. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

46. Maddə 111.1.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

47. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

48. M addə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsas lı olmalıdır.

53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən ed ilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir.

62. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

63. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edən sübut kimi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2016-cı il tarixli RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 64. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

65. Adı çəkilən Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

66. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

67. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.3-cü maddəsində nəzərdə tutulan hüquqi əsasdır.

68. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.

69. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan tor paq sahəsinin 95 kv.m hissəsindən cavabdeh istifadə edir.

70. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır və məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur.

71. Çünki Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

72. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan suiistifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

73. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digə r şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

74. Baxılan işdə iddianın təmin olunması üçün qanunla müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. İddiaçının tələbi hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

75. Kassasiya şikayətinin dəlilləri iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun əsassızlığı (əsasən yerləşmə vəziyyəti ilə) ilə bağlıdır. Lakin həmin dəlillər baxılan iş üzrə kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir.

76. Çünki yuxarıda qeyd olunan daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamaml ığı prezumpsiyasını müəyyən edən Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

77. Daşınmaz əmlakın yerləşmə vəziyyətinə (sərhədlərinə) dair məlumatlar da inzibati orqan tərəfindən tərtib olunan yerquruluşu sənədlərində əksini tapır. Çünki Mülki Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

78. Buna görə də iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sərhədləri barədə yerquruluşu sənədləri qüvvədə olduğu halda, cavabdehin həmin sənədlərdə əks olunan məlumatlqrın əsassızlığı ilə bağlı dəlilləri, hazırda baxılan işdə yoxlanıla bilməz.

79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir

80. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

81. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-374/2023 saylı, 07 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar