Məhkəmə qərarları › İş №2(102)-4457/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4457/2023

13.12.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4457/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qonşunun mülkiyyətinə təsir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılmasına” dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-367/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə X2 Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır.

2. Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı ilə X1 Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. 3. 14.03.2013-cü il tarixli etibarnamənin surətindən görünür ki, X3, Əzizbəyov rayon X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarı əsasında ona ayrılmış 600 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinə dair zəruri sənədlərin toplanması, özəlləşdirilməsi, tikinti işlərinin aparılması, Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsindən kadastr planının alınması və sairə hərəkətlərin aparılması barədə Cavabdeh2 etibar etmişdir. 4. "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 2/223 nömrəli sahədə yerləşən Cavabdeh2 məxsus fərdi yaşayışın evinin tikinti layihəsi hazırlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh1 qarşı həyətə açılmış pəncərələrin cavabdehin hesabına sökülməsi və yerinin bağlanılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə açılmış və həyətə baxan pəncərələr cavabdehin hesabına sökülməsi və onun yeri cavabdehin hesabına bağlanılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İşin baxılması zamanı Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.1989-cu il tarixli Əzizbəyov rayon X5 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq orqanlardan alınmış cizgi və plan, evin texniki pasportu vardır. Həmin texniki pasportda evin sxemi vardır. ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində uzun illərdir yaşayır. Qonşusu Cavabdeh1 tərəfindən öz evindən onun həyətinə və evinin içərisinə baxan qanunsuz pəncərələr açılmışdır. Qonşuluqda tikili olmadan öncə evini inşa etdirmiş və onun evindən qonşusu Cavabdeh1 evinə baxan pəncərələr olmuşdur. Bu onu narahat etdiyindən, öz evinin xarici görkəmini və havalandırmasını pozaraq evindən qa rşı tərəfin evinə doğru baxan pəncərələri hördürmüşdür. Lakin qonşusu inşa etdirdiyi evdən onun mətbəxinə, həyətinə və evinə baxan pəncərələr tikdirmişdir və bu da onu narahat edir. Bu narahatlığı ilə bağlı dəflərlə iradını bildirərək, heç olmasa pəncərələri görünməyən şüşələrlə əvəz edilməsini və ya havalandırma üçün nəfəslik qoyulmasını təklif etmişdir. Buna baxmayaraq, onun həyətinə və evinə baxan pəncərələri inşa etdirmişdir. Onun inşa etdirdiyi pəncərələr onun mətbəxindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. Öz əmlakından istifadəsinə çətinlik törədir. Onun yaşadığı ünvanın xx.xx.1992-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 1 ünvanında yaşayan qonşusu Cavabdeh1 tərə findən fərdi yaşayış evindən onun evinin içərisinə baxan pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr onun yaşadığı həyət və evin içərisinə baxdığı üçün ona maneçilik yaradır. Onunla qonşu arasında olan hissədə onun həyətyanı sahəsi var, ancaq qonşunun hasarı ilə fərdi yaşayış evinin ara məsafəsi çox cüzidir. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir.

8. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onların yaşadıqları evin torpaq sahəsi arvadı Cavab deh2 məxsusdur. Evlərinin arxa hissəsində olan pəncərə uşaq otağın pəncərəsidir və həmin otağa başqa yerdən pəncərənin qoyulması mümkün deyil. Həmin pəncərədən iddiaçıya məxsus evin içi görsənmir və iddiaçıya heç bir maneəçilik törətmir. İddiaçıya həmin pəncərələrin şüşəsinin görünməyən şüşə ilə əvəz etməyi barədə təklif etsə də iddiaçı bununla da razılaşmamışdır.

9. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, pəncərəsi sökülməsi olan yer bir otaqdan ibarətdir. Həmin otaqda nəfəslik üçün pəncərənin qoyulması mümkün deyil. Belə ki, həmin otaq yan otaqların ortasında yerləşir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tixinki ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 10/7337 nöm rəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin ikinci mərtəbəsinin arxa divarında olan iddiaçılara tərəf açılmış pəncərəyə dair hər hansı bir layihə və ya icazə sənədi aşkar edilmədiyindən həmin pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin texniki pasport və ya layihə sənədi mülki iş materiallarında aşkar edilmədiyindən həmin pəncərənin evin texniki pasport və ya layihə sənədlərinə uyğunluq sualına cavab verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan pəncərənin bağlanması texniki cəhətdən mümkündür. Lakin Tikinti Norma və Qaydaları 2.08.01.89-un 1.3-c ü bəndinə əsasən, cavabdehin mübahisəli pəncərəsi olan otağın digər tərəfindən pəncərənin açılması zəruridir.

11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyin təbəblərindən görünür ki, icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazə verməlidir. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir və ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti lay ihəsi, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunmalıdır. Tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilmə si və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalıdır. İşin araşdırılmış hallarından görünür ki, cavabdehlər tərəfindən inşa edilmiş tikilinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən sənəd, tikinti layihəsi mövcuddur. Lakin mübahisələndirilən həmin tikilinin inşa edilməsi üçün müvafiq ərizə ilə icra hakimiyyətinə müraciət olunmamış, tikilinin inşası barədə icazə alınmamışdır. Mübahisə predmeti olan pəncərənin məhz həmin icazə sənədinin olmaması səbəbindən müvafiq qaydalara zidd olması müəyyən edilir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunur. Bununla da müəyyən olunur ki, cavabdehlər tərəfindən inşa edilmiş evin müvafiq icazə sənədləri olduğu təqdirdə mübahisə predmeti olan pəncərə tikinti obyektinə olan tələblərə uyğundur. Belə ki, həmin pənc ərə tikilidə sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına, havalandırma, təbii və süni işıqlandırma tələblərinə riayət edilməsi üçün zəruridir.

13. Həmçinin məhkəmə qeyd etmişdir ki, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona man eçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının həmin pəncərədən cavabdehlər tərəfindən onlara məxsus evin mətbəxinin görünməsi səbəbindən ləğv edilməsi tələbi əsaslı hesab edilə bilməz. Əvvəla həmin pəncərələr qarşılıqlı olmaqla hər iki tərəfin fərdi yaşayış evlərinə doğru qarşı-qarşıya pəncələri mövcud olması halı da nəzərə alınmalıdır. Bu halı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı onun istifadəsində olan evdə yerləşən pəncərənin qarşı hissəsində cavabdehlərin istifadəsində olan evdə yerləşən pəncərənin sökülməsinin tələb edilməsi üçün subyektiv hüquqa da malik deyil.

15. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1, 57.2, 57.3, 75.1, 75.2, 75.3-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 170.1, 170.2, 171.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.1989-cu il tarixli Əzizbəyov rayon X5 sərəncamı əsasında onun mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair müvafiq orqanlardan alınmış cizgi və plan, evin texniki pasportu vardır. Həmin texniki pasportda evin sxemi vardır. ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evində uzun illərdir yaşayır. Qonşu Cavabdeh1 tərəfindən öz evindən həyətinə və evinin içərisinə baxan qanunsuz pəncərələr açılmışdır. Qonşuluqda tikili olmadan öncə evini inşa etdirmiş və onun evindən qonşu Cavabdeh1 evinə baxan pəncərələr olmuşdur. Bu məni narahat etdiyindən öz evimin xarici görkəmini və havalandırmasını pozaraq evindən qarşı tərəfin evinə doğru baxan pəncərələri hördürmüşdür. Lakin qonşusu inşa etdirdiyi evdən mətbəxinə, həyətinə və evinə baxan pəncərələr tikdirmiş və bu da onu narahat edir. Bu narahatçılığı ilə bağlı dəflərlə irad bildirərək, heç olmasa pəncərələri görünməyən şüşələrlə əvəz edilməsini və ya havalandırma üçün nəfəslik qoyulmasını təklif etməyinə baxmayaraq həyətinə və evinə baxan pəncərələri inşa etdirmişdir. Onun inşa etdirdiyi pəncərələr mətbəxindən istifadə etməsinə, evində rahat hərəkət etməsinə maneələr yaradır. Öz əmlakından istifadəyə çətinlik törədir. Yaşadığı ünvanın xx.xx.1992-ci il tarixli texniki pasportundan görünür ki, həyətyanı tikililər və qurğuları texniki pasportda öz əksini tapmışdır. Lakin ünvan 3 ünvanında yaşayan qonşu Cavabdeh1 tərəfindən fərdi yaşayış evindən evinin içərisinə baxan pəncərə açılmışdır. Bu barədə polisə və icra hakimiyyətinə şikayətlər etsə də heç bir nəticəsi olmamış, məhkəməyə müraciət etməyi tövsiyə edil mişdir. Cavabdeh tərəfindən quraşdırılan həmin pəncərələr yaşadığı həyət və evin içərisinə baxdığı üçün ona maneçilik yaradır. Onunla qonşu arasında olan hissədə onun həyətyanı sahəsi var, ancaq qonşunun hasarı ilə fərdi yaşayış evinin ara məsafəsi çox cüzidir. Həmin pəncərələr cavabdeh tərəfindən qanunsuz olaraq quraşdırılmışdır. Cavabdeh tərəfindən hasardan həyətinə bu cür pəncərələrin açılması həm əxlaq normalarına, həm də tikinti-texniki normalara ziddir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirmiş ki, onların yaşadıqların evin torpaq sahəsi arvadı Cavabdeh2 məxsusdur. Evlərinin arxa hissəsində olan pəncərə uşaq otağın pəncərəsidir və həmin otağa başqa yerdən pəncərənin qoyulması mümkün deyil. Həmin pəncərədən iddiaçıya məxsus evin içərisi görsənm ir və iddiaçıya heç bir maneəçilik törətmirlər. İddiaçıya həmin pəncərələrin şüşəsinin görünməyən şüşə ilə əvəz etməyi barədə təklif etsə də, iddiaçı bununla da razılaşmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, cavabdehlərin uşaqları yoxdur və orada hər hansı şəxsin həyat və sağlamlığı üçün təhlükə yoxdur. Digər qeyd etdikləri isə iş materialları və işin faktiki halları ilə uyğunsuzluq təşkil edir. 10/7337 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyində cavabdehlərə məxsus evin hər hansı bir layihə və ya izacə sənədi olmadığından açılmış pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması nəticəsinə gəlmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/7337 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin ikinci mərtəbəsinin arxa divarında olan iddiaçılara tərəf açılmış pəncərəyə dair hər hansı bir layihə və ya icazə sənədi aşkar edilmədiyindən həmin pəncərənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidd olaraq açılması müəyyən edilmişdir. Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/233 sahədə yerləşən evin texniki pasport və ya lahiyə sənədi mülki iş materiallarında aşkar edilmədiyindən həmin pəncərənin evin texniki pasport və ya lahiyyə sənədlərinə uyğunluq sualına cavab verilməsi mümkün olmamışdır. Mübahisə predmeti olan pəncərənin bağlanması texniki cəhətdən mümkündür. Lakin Tik inti Norma və Qaydaları 2.08.01.89-un 1.3-cü bəndinə əsasən, cavabdehin mübahisəli pəncərəsi olan otağın digər tərəfindən pəncərənin açılması zəruridir. Ekpert rəyindən də aydın olur ki, cavabdeh tərəfindən açılan pəncərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 N-li qərarının bəndlərinə zidddir və digər yerdən pəncərənin açılması texniki cəhətdən mümkündür.

18. Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan pəncərənin yerləşdiyi otağın çöl hissəyə tərəf olan divarı yalnız iddiaçıya məxsus fərdi yaşayış evinə tərəf olduğundan mübahisə predmeti olan pəncərənin başqa yerdən açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.Tikililərdə havalandırma və işıqlandırma təmin olması ilə bağlı suala aid olmadığı üçün cavab verilməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-367/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Pərviz Hüseynov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-253/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış, birinci instansiya məhkəməsinin mövqeyini öz qətnaməsində əks etdirməklə apellyasiya şi kayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, şikayətin dəlilləri baxımından Bakı Apellyasiya məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir və rəy alınana kimi işin icraatı dayandırılmışdır.Belə ki, birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza zamanı cavabdeh tərəfin mənzilində olmadığı səbəbindən pəncərənin başqa yerdən açılmasının mümükünlüyü barədə rəy verməsi mümkün olmamışdır.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyi məhkəməyə daxil olduqdan sonra işin icraatı təzələnmişdir.

22. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-ci il tarixli rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan pəncərənin yerləşdiyi otağın çöl hissəyə tərəf olan divarı yalnız iddiaçıya məxsus fərdi yaşayış evinə tərəf olduğundan mübahisə predmeti olan pəncərənin başqa yerdən açılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən olunur.Tikililərdə havalandırma və işıqlandırma təmin olması ilə bağlı suala aid olmadığı üçün cavab verilməmişdir.

23. Məhkəmə kollegiyası işin digər faktiki halları və tərəflərin izahatları ilə birgə qiymətləndirmə apararaq ekspert rəyləri ilə razılaşmamaq üçün əsaslar müəyyən etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ortaq divarlarda pəncərə boşluqlarının açılması da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməlidir. Bu baxımdan mübahisə qiymətləndirildikdə yaşayış sahəsinin fasad divarında pəncərənin quraşdırılması nəticəsində iddiaçının hüququ cavabdeh tərəfindən pozulmuşdur. İşdən də göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş tikilinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən sənəd, tikinti layihəsi mövcuddur. Lakin həmin tikilinin inşa edilməsi üçün müvafiq ərizə ilə icra hakimiyyətinə müraciət olunmamış, tikilinin inşası barədə icazə alınmamışdır. Mübahisə predmeti olan pəncərənin məhz həmin icazə sənədinin olmaması səbəbindən müvafiq qaydalara zidd olması müəyyən edilmişdir. Bu hal iş üzrə keçirilmiş ekspert rəyi ilə də təsdiq olunmuşdur. Bu hal məhkəmə tərəfindən müəyyən olunsa da hüquqi qiyməti düzgün verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməsi nəticəsində ədalətli və düzgün olmayan qətnamə qəbul olunmuşdur. Mübahisəli pəncərələrinin iddiaçının müvafiq texniki pasport üzrə nəzərdə tutulmuş həyətyanı torpaq sahəsinə tərəf açılmasını və bunun nəticəsində iddiaçının mülkiyyətində olan evinin həyətindən sərbəst istifadəsinə mane olduğunu məhkəmə nəzərə almamışdır. Məhkəmə nəticəyə gələrkən işin faktiki hallarına düzgün qiymət verməmiş, cavabdehin ümumiyyətlə tikintiyə dair hər hansı razılığının və ya sənədlərinin olmadığını nəzərə almamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyi digər sübutlarla yoxlanılarkən düzgün qiymətləndirməmişd ir. Ekspert rəyinin nəticə hissəsi cavabdehin lehinə şərh olunmuşdur.

26. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 157.8-ci 180.1-ci, 180.4-cü, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 71.1, 71.2-ci, Azərbaycan Respublikasının MPM-in 9.1, 14.1, 14.2, 77.1, 88, 106.1, 217.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

28. Maddə 48.1 Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri lay ihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər.

29. Maddə 57.2 Tikinti obyekti yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmalı, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmalı, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etməli, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmalı, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratmamalı, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməməsini təmin etməli, ist ilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmalı, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmalı, əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir.

30. Maddə 57.3 Bu Məcəllənin 57.2.5-57.2.6-cı maddələrində nəzərdə tutulmuş tələblərlə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

31. Maddə 75.1 Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.

32. Maddə 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obye ktin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.

33. Maddə 75.3 Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, tikinti layihəsi, sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti əlavə olunur. Mülki Məcəllə

34. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola b ilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

36. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

37. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bə sləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

38. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq ol unub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallar ı müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Kassasiya şikayətinin ortaq divarlarda pəncərə boşluqlarının açılmasının da normativ sənədlərə və hər iki qonşunun tələbatına cavab verməli olması barədə dəlilinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən pəncərənin ortaq divarda inşa olunması məhkəmələr tərəfindən müəyyən edilməmişdir.Ümumiyyətlə iddia ərizəsində də bu hala istinad edilməmişdir.

53. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kol legiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 1 avqust 2023-cü il tarixli 2(103)-367/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar