Məhkəmə qərarları › İş №2(102)-4458/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4458/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4458/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və C2na qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilələrin, ipoteka və icra qeydinin ləğvi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X2nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il t arixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh1 120.000 manat borc almış, pulu xx xxxxxx 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onlar arasında bağlanmış ipoteka müqaviləsinə görə, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı mülkiyyətində olan, xn 31 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. xx xxxxxx 2017ci il tarixdə C2nun xüsusi notariusu X4, tələbkar Cavabdeh1 xeyrinə borclu İddiaçı vaxtında ödənilməmiş 120.000 manat pulun tutulması barədə icra qeydi vermişdir. İcra qeydi üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən icra icraatına başlanılmış və tələbin 10 gün müddətində könüllü icra olunması İddiaçı təklif olunmuşdur. Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş xx xxxx 2017-ci il tarixli, 17-228 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatla ipoteka predmeti olan mənzilin qiyməti 115.000 manat müəyyən edilmişdir. xx xxx 2017-ci il tarixdə Nəsimi rayon İcra şöbəsi, “X1 Mərkəzi” MMC-yə məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ipoteka predmetinə tutma yönəldilməsi qaydasında satışının təşkil olunmasını sifariş etmişdir. "X1 Mərkəzi" MMC tərəfindən xx xxxx 2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində ilkin satış qiyməti 115.000 manat olan mənzil həmin məbləğlə Cavabdeh1 satılmışdır. Həmin tarixdə hərracın nəticələri haqqında Y-322 saylı yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə tərtib edilmişdir. Mənzilə mülkiyyət hüququ xx xxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddiaçı iddiası əsasında məhkəmə qətnaməsi ilə hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli yekun protokolu etibarsız hesab edilmiş, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına aparılmış qeyd ləğv edilmişdir.

2. İddiaçı bildirir ki, borc müqaviləsi bağlandıqdan sonra, Cavabdeh1 ona borc verməmişdir. Həmin müqavilə bağlanarkən onsuz da formal bağlandığından, o da pulun ona verilməsini tələb etməmişdir. Sonradan ona məlum olmuşdur ki, guya heç bir borc almadığı Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin şərtlərinə onun tərəfindən əməl olunmamış, buna görə də, Cavabdeh1 notariat kontoruna müraciət edərək, icra qeydinin verilməsini xahiş e tmişdir. Əslində isə, onun Cavabdeh1 heç bir borcu olmamışdır. Buna baxmayaraq, C2 kredit müqaviləsi üzrə borc vermək öhdəliyini üzərinə götürmüş şəxsin öhdəliyini icra edib-etməməsini yoxlamadan, dərhal icra qeydi vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit və ipoteka müqavilələrinin, xinin Cavabdeh1 xeyrinə daşınmaz əmlakın dövlət reyestrində yüklülüyünün dövlət qeydiyyatının və C2nun xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, İddi açı Cavabdeh1 120.000 manat borc almış, pulu xx xxxxxx 2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə görə, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün İddiaçı mülkiyyətində olan, xn 31 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia tələblərinin hüquqi əsası yoxdur.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Yaqubov) xx xxxx 2019-cu il tarixli, 2(011)-607/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

6. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələblərinin əsaslarını sübuta yetirmədiyindən, iddia rədd edilməlidir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiya sının (hakimlər-E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn) xx xxxx 2020-ci il tarixli, 2(103)-253/20 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “icra qeydi” və “sifariçi” əsasında mənzilə pulun yönəldilməsinə və mənzilin hərracda açıq satqısına və cav abdehin adına dövlət qeydiyyatına alınmasına dair hərəkətlər qanuni tələblərə uyğun olmamış, iddiaçının bununla bağlı hüquqları pozulmuş, qeyd olunanlar ilə əlaqədar yekun nəticəyə gələn məhkəmə kollegiyası işin faktiki hallarından uzaq və qanuni tələblərə uyğun olmayan məhkəmə qətnaməsi qəbul edilərək maddi və prosessual hüquqların pozulması ilə əlaqədar qərar qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, iş ə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

14. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

15. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

16. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkl ində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

21. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

22. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ha qqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

23. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun:

24. Maddə 1.0.7. İpoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir.

25. Maddə

10. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüv vədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

26. Bənd

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müd dətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat" informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələnd irildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olun muşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir.

34. Borcverən Cavabdeh1 ilə borcalan İddiaçı arasında bağlanmış və C2nda təsdiq edilmiş 19.11 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 120.000 manat məbləğində pul borc verir, borcalan isə krediti xx.xx.2017-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür.

35. İpoteka saxlayan Cavabdeh1 ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış və C2nda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ipot eka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 34 nömrəli evin 31 nömrəli mənzilini kredit müqaviləsinə əsasən, yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 9.2-ci bəndinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir.

36. C2nun İddiaçı ünvanladığı məktubunda qeyd olunur ki, İddiaçı aldığı kreditin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Bunun üçün 10 gün ərzində aldığı borcu Cavabdeh1 qaytarmağı tövsiyyə olunmuş, əks təqdirdə işin icraya yönəldiləcəyi göstərilmişdir. 37. xx.xx.2017-ci il tarixli notariusun icra qeydinin surətindən görünür ki, C2nun xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh1 xeyrinə 120.000 manat pulun tutulmasını təklif etmişdir.

38. Apelyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilikdə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Lakin bu halı təsdiq edən hər hansı bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

39. Beləliklə, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2016-cı il tarixdə tərəflər arasında notarial qaydada borc müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndində Borc verənin Borc alana 120000 manat məbləğində pul borc verdiyi qeyd olunmuşdur. Müqavilənin 2-ci bəndində isə İddiaçı krediti xx.xx.2017-ci il tarixədək Cavabdeh1 qaytarmağı öhdəsinə götürmüşdür. Belə olan halda, müqavilə əsasında pulun ona verilməməsi haqqında iddianının mövqeyi əsaslı deyil. Eyni tarixdə tərəflər arasında ipoteka müqaviləsi də notarial qaydada təsdiqlənərək xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı borcun qaytarılması öhdəliyini vaxtında icra etmədiyindən notarius tərəfindən icra qeydi verilmişdir.

40. İddiaçı, kredit və ipoteka müqavilələrinin, habelə ipoteka yüklülüyü və icra qeydinin ləğv edilməsinə əsas ola biləcək hallara dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

41. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§27-28).

42. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

43. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

44. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X2nömrəli iş üzrə xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar