Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4460/2021 04.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyətinin pozulması, subyektiv hüquq, apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə qiymət verməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı v ə üçüncü şəxs X17 vəkili Vəkil nın, Cavabdeh1 vəkili X25 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1049/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Cavabdeh2 Başçısının 22.10.1992-ci il tarixli, 532/5 saylı boşalmış mənzil sahəsinin X21 verilməsi haqqında sərəncama əsasən x1 04 nəfər ailə təkibi ilə (özü, oğlu, gəlini, nəvəsi) Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 25,9 kvadrat metr olan 02 otaqlı mənzilində yaşayır. Həmin evin yaşayış sahəsi 36,5 kvadrat metr olan digər mənzili boşalmışdır. x1 boşalan mənzilin otaqlarının onun mənzilinə əlavə edilməsini xahiş edir. Qeyd edilənləri nəzərə alaraq, Nizami küçəsindəki 53 saylı evin yaşayış sahəsi 36,5 kvadrat metr olan boşalmış mənzilin X16 mənzilinə əlavə edilməsi və onun yaşayış sahəsi 62,4 kvadrat metr olan mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə əsasən Nizami küçəsindəki 53 saylı evin 37 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 467-ci səhifədə 67809 qeydəalma № 30/67809, 28 sentyabr 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin 03 sentyabr 2011-ci il tarixli ölüm haqqında şəhadətnamənin s urətinə əsasən X26 25 avqust 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən Ə.Bayramov küçəsindəki 07 saylı evin 06 saylı mənzili X7 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 163 saylı reyestr kitabında 24072-ci səhifədə qeydəalma № 30/5822, 01 iyun 1997-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, № 251260 saylı qeydiyyat vəsiqəsinə əsasən X11 07 saylı evin 31,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil X7 adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmişdir və bu barədə 572 saylı reyestr ki tabında 85559-cu səhifədə qeydəalma № 30/21845, 24 noyabr 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, №212421 saylı qeydiyyat vəsiqəsinə əsasən X11 07 saylı evin 35,0 yaşayış sahəsindən ibarət 02 otaqlı mənzil Cavabdeh1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatından keçirilmişdir, bu barədə 1365 saylı reyestr kitabında 204912-ci səhifədə qeydəalma № 30/204912, 08 yanvar 2005-ci il tarixdə qeydiyyat aparılmışdır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyi tərəfindən Mehriban Əliyevaya ünvanlanmış 37/Ə01521 saylı, 04 iyul 2017-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Cavabdeh2nə X22, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi, vətəndaş Cavabdeh1 məxsus mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Qeyd edilən ünvanda yerləşən evin üzərində aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətdə tərtib edilmiş eksiz layihəsi Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə razılaşdırılmış və vətəndaş Cavabdeh1 adına sənədləşdirilməsi haqqında Cavabdeh2 tərəfindən 05.06.2017-ci il tarixli, 157 saylı sərəncam verilmişdir. Bakı şəhəri Cavabdeh2 Başçısının 1-ci müavini tərəfindən Mehriban Əliyevaya ünvanlanmış 07 avqust 2017-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, yanğından sonra vət. Cava bdeh1 mənzili yaşayış üçün yararsız vəziyyətə düşdüyündən o, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı razılaşdırımış layihə əsasında rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 157 saylı, 05.06.2017-ci il tarixli sərəncamı ilə mənzilində təmir-bərpa və yenidənqurma işləri aparır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən vət. Cavabdeh1 ünvanlanmış 18/03-8/1420 saylı, 02 iyun 2017-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, onun daxil olmuş 01.06.2017-ci il tarixli ərizəsini nəzərə alaraq, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktubu ilə Yasamal rayonu, X22, 7 saylı ünvanda yerləşən evin üzərində aparılm ış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair razılaşdırılmış memarlıq planlaşdırmasının həlli layihəsinə əsasən təqdim olunmuş işçi layihəsinin memarlıq hissəsi ("xxxx" MMC-nin işi, memar O.O.Məmmədov) razılaşdırılır. Sənədləşdirmə işləri mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq qaydada aparılmalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 və Bakı şəhəri Cavabdeh2nə qarşı iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qarşı qaldırdığı ünvan 5 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzildən cavabdeh tərəfindən istifadəyə yaradılan maneələrin aradan qaldırılma sı, iddiaçının qanunsuz bağlanmış pəncərəsinin açılması və cavabdehin mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavabdehlərdən 5000 manat vəsaitin alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X24 qarşı qaldırdığı iddia tələblərinin təmin edilməsi, Bakı şəhəri Yasamal RİHB-nın 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamın ləğv edilməsi, ünvan 5 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə sökülməsi, ona məxsus Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzildən cavabdeh tərəfındən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, qanunsuz bağlanmış pəncərəsinin açılması, cava bdehdən mənzilindən istifadəyə yaratdığı qanunsuz maneələr nəticəsində ona vurduğu maddi zərərə görə 5000 manat və mənəvi zərərə görə 50000 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun hazırda yaşadığı Bakı şəhəri, Nizami küçəsi, ev 53, 37 saylı mənzil anası X21 məxsus olmuş, anasının vəfatından sonra həmin mənzil vərəsəlik qaydasında adına rəsmiləşdirilmiş və mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır. Texniki pasporta görə ona məxsus mənzil 2 yaşayış otağından və köməkçi sahələrdən ibarətdir. Eyni zamanda 1992-ci ildə yaşadıqları 53 saylı evdə ona məxsus mənzilə bitişik yaşayış sahəsi 36,5 kvadrat metr olan mənzil boşalmış və Bakı şəhəri Yasamal rayon İHB-nin 22.10.1992 -ci il tarixli 532/5 saylı sərəncamı ilə həmin mənzil də ailəsinin sərəncamına verilmiş, mərhum anası X26 yaşayış sahəsi 62,4 kvadrat metr olan 4 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. Anasının vəfatından sonra yaşayış sahəsi 62,4 kvadrat metr olan 4 otaqlı mənzil onun və ailə üzvlərinin mülkiyyətindədir, həmin mənzildə yaşamaqda davam edirlər. 2017-ci ilin aprel ayında mənzilinin yerləşdiyi binanın yanında ünvan 5 ünvanda yerləşən mənzildə yanğın baş vermiş və nəticədə də cavabdehin mənzili yanmış, eyni zamanda həmin yanğın zamanı ona məxsus mənzilin balkonu və bir otağın avadanlıqları da yanmış, otağın özü isə istifadəyə yararsız vəziyyətə düşmüşdür. Ona məxsus mənzil 3 mərtəbəli evin 3-cü mərtəbəsində, cavabdehə məxsus mənzil isə qonşu 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşi r. Cavabdeh1 yanğından sonra mənzilinə vurduğu ziyanı ödəyəcəyini vəd etsə də, bu günədək ödəməmiş, əksinə bu müddət ərzində binanın 2-ci mərtəbəsində yerləşən mənzilini bərpa etmiş, mənzilinin üstündə qanunsuz olaraq 3-cü və 4-cü mərtəbələri inşa etməyə başlamış və hazırda da evin 4-cü mərtəbəsinin inşasını davam etdirir. Cavabdehin qanunsuz inşa etdiyirdi tikililər onun mənzilinin açıq eyvanının və pəncərələrinin 0,5-1,0 metrliyindədir, açıq eyvanına və otaqlara düşən havanın və gün işığının qarşısını kəsir, divarda quraşdırılan kondinsionerin, havatəmizləyici aparatların səsindən mənzildə yaşamaq olmur. Bu məsələlərlə bağlı müvafiq İcra Hakimiyyəti və Polis orqanlarına etdiyi müraciətlər nəticəsiz qalmış, mübahisənin yalnız məhkəmə qaydasında həll edilməsinin münkün olduğunu bildirirm işlər. Eyni zamanda hesab edir ki, cavabdehin mənzilində baş vermiş yanğın nəticəsində mənzilinə dəymiş ziyan da ödənilməlidir. İş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X27 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı müstəqil iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 ünvan 5 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs X4 iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2 Başçısının 05.06.2017-ci il tarixli 157 saylı sərəncamının ləğv edilməsi, Cavabdeh1 tərəfindən ünvan 5 evin 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməklə s ökülməsi, iddiaçıya məxsus Bakı şəhəri, T.Xəlil küçəsi, 7 saylı evdə yerləşən iki otaqlı mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması, mənzildən istifadəyə yaratdığı maneələr nəticəsində iddiaçıya vurulmuş 5000 manat maddi və 50000 manat mənəvi zərərin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxsin iddiası onunla əsaslandırılmışdır ki, 2017-ci ilin aprel ayının 10-da Bakı şəhəri, Yasamal rayonu, X22, ev 7 ünvanda yerləşən binanın 2-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan mənzildə yanğın baş vermişdir. Yanğından bir müddət sonra cavabdeh “öz mənzilində təmir” işləri aparılması adı altında yenidənqurma işləri aparmağa başlamışdır. Qonşular və onun tərəfindən dəfələrlə tikinitinin dayandırılması ilə bağlı dövlət orqanlarına müraciətlərinə baxmayaraq cavabdeh tikintisini davam etdirmiş və tikili demək olar ki, artıq yekunlaşmaq üzrədir. Qeyd edilən ünvanda onun iki mənzili var və hər ikisi binanın birinci mərtəbəsində yerləşir (qeydiyyat vəsiqələri ərizəyə əlavə olunmuşdur.) Cavabdehin tikilisi onun mənzillərinin düz üstündədir. Cavabdeh ikimərtəbəli daş binanın üzərində əlavə 2 mərtəbəli monolit beton bina yüksəltmişdir. Köhnə daş binanın üzərində iki mərtəbə ucaltmaq binanın uçmasına səbəb ola bilər. Bundan başqa yeni tikili onun mənzilini günəş işığından və havadan məhrum etmiş, evə giriş hissəsi məhdudlaşdırılmışdr. Mənzillərinin divarlarında çatlar əmələ gəlmişdir. Dövlət orqanlarına müraciətləri heç bir nəticə verməmiş, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Cavabdeh tərəfindən ona məxsus mənzillərin üzərində özbaşına inşa etdirilmiş əlavə tikililər onun və ailə üzvlərinin həyatını təhlükə altına alır, həmin tikililər qanunsuz hesab edilməklə sökülməlidir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli sərəncamında göstərilmişdir ki, Cavabdeh2nə X22, 07 ünvanda yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1 icra hakimiyyətinə müraciət edərək həmin mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi 30.05.2017-ci il tarixli, 18/03- 8/1358 nömrəli məktubla X22, 7 saylı ünvanda yerləşən evin üzərində vət. Cavabdeh1 tərəfindən aparılmış əlavə tikinti işlərinin mövcud vəziyyətinə dair təqdim olunmuş memarlıq-planlaşdırmasının həlli layihəsini, 02.06.2017-ci il tarixli, 18/03- 8/1420 nömrəli məktubla işçi layihəsinin memarlıq hissəsini razılaşdırmışdır. Qeyd olunanlara əsaslanaraq: Yasamal rayonu, X22, 7 saylı ünvanda yerləşən mənzilin mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işləri mövcud vəziyyətində razılaşdırılmış layihəyə uyğun ölçülərdə onun adına sənədləşdirilsin. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən məhkəməyə ünvanlanmış 01/182 saylı, 03 iyun 2 019-cu il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan İnşaat və Memarlıq X2 3.6-cı bəndinə əsasən ödənişli əsaslarla hüquqi və fiziki şəxslər uçün elmi-tədqiqat və layihə işləri aparmaq tikintiyə və layihələndirməyə dair normativ sənədləri hazırlamaq və fəaliyyətinə uyğun qanunvericilikdə qadağan olunmayan digər xidmətlən göstərmək İnstitutun hüququ kimi müəyyən edilmişdir. Bununla əlaqədar bildirmişlər ki, müqavilə bağlanaraq İnstitutun hesabına ödəniş heyata keçirildikdən sonra müvafiq tikililərə texniki baxış keçirilərək rəy veriləcək. Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-02791 saylı, 13 may 2019-cu il tarixli, 37/34-02962 saylı, 15 may 2019-cu il tarixli və 37/36 saylı, 24 may 2019-cu il tarixli cavab məktublarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən 2019cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş zəlzələlər nəticəsində yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması və eyni zamanda, 2019-cu il yanvarın 1-dək tikinti quraşdırma işləri başa çatmış və istismar edilən çoxmənzilli yaşayış binalarının istismara hazırlığı baxımından müayinələrin aparılması Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Qeyd olunan tapşırıqların çox həcmli və onların icra müddətlərinin məhdud olduğundan, hal-hazırda həmin tədbirlərin həyata keçirilməsinə Agentliyin tabeliyində olan bütün qurumların mütəxəssisləri cəlb olunmuşlar. Bu səbəbdən də məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəflərindən yaxın müddət ərzində mütəxəssislərin ayrılması imkan xaricindədir. Eyni zamanda bildirmişlər ki, Respublikada istismara qəbul olunmuş binaların texniki vəziyyətinin müayinəsi aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdindəki Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ) tərəfindən həyata keçirilir. Bununla bağlı, bu müddət ərzində məhkəmə ekspertizasının keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzİMETİ-nin və ya bu sahədə ixtisaslaşmış özəl qurumların mütəxəssislərinin, yaxud da müvafiq yerli icra hakimiyyətinin memarlıq və tikinti şöbələrinin mühəndislərinin cəlb edilməsini məhkəmədən xahiş etmişlər. Fövqəladə Hallar Nazirliyi X37 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 37/3608648 saylı, 07 oktyabr 2019-cu il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, ev 7-də yerləşən dörd mərtəbəli yaşayış evinin üçüncü və dördüncü mərtəbələrinin yanğın təhlükəsizliyi tələblərinə uyğunluğu barədə YTNƏŞ-0588 saylı, 20.09.2018-ci il tarixli akt, 37/N-00793 saylı, 20.09.2018-ci il tarixli məktubla X37 Xidməti tərəfindən vətəndaş Cavabdeh1 göndərilmişdir. Akta əsasən təqdim olunmuş sənədlərin araşdırılmış və yerində yanğın-texniki müayinədən obyektin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdınlması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.0289 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomat ikası» Tikinti Norma və Qaydalarının. “X5 Qaydalarının, 2 02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexnıkı ləvazimatlarla təmin edilmişdir. Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-06888 saylı, 17 oktyabr 2019-cu il tarixli cavab məktubundan və məktuba əlavə edilmiş 10.10.2019-cu il tarixli Rəydən görünür ki, məhkəmənin 17 sentyabr 2019-cu il tarixli, 2(004)-50 nömrəli məktubu ilə əlaqədar olaraq, Tikintidə X19 Agentliyinin mütəxəssisi Bakı şəhəri, Yasamal rayonu, X22 7 ünvanında müvafiq tədqiqat işləri aparmış, tədqiqat işləri nəticəsində tərtib olunmuş 10 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir, Rəy verilməsindən ötrü həmçin in “Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun 2 nömrəli memar - inşaat şöbəsinin, konstruksiya sektorunun mühəndisi X33 da cəlb edilmişdir. Mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir; Tədqiqat hissəsi: Baxış keçirilən Bakı şəhəri, Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən yaşayış evi 4 mərtəbəli, 1 girişli olub planda düzbucaqlı şəkillidir. Yaşayış binasının yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəngdaşından yerinə yetirilmişdir. Damı mansard tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Mərtəbəarası örtükləri 1-ci və 2-ci mərtəbələrdə ağac konstruksiyasından, 3-cü və 4-cü mərtəbələrdə isə monolit dəmir-betondandır. Baxış zamanı evin 3 saylı mənzilində, divarın qalınlığı 0,2 metr olan sanitar qovşağının hörgü birləşmələrində 2-3 mm qalınlığında aralan malar müşahidə olundu. 3 saylı mənzilin əsas yükdaşıyan divarlarında çat və zədələnmələr müşahidə edilmədi. Baxış zamanı yaşayış evinin 6 saylı mənzilinin giriş qapısının yerinin dəyişdirilməsi müşahidə olundu. Belə ki, evinin tağvari formada olan əsas giriş qapısı əhəng daşı ilə hörülüb, təqribən əsas qapıdan 2,5 - 3,0 metr məsafədə yeni qapı boşluğu açılmışdır. Yeni qapı boşluğu tikinti norma və qaydalarına əməl edilmədən qapı üzəri atmalardan istifafə edilməməklə açılmışdır. Açılmış qapı boşluğunun üzərində qalınlığı 2-3 mm olan iki tərəfli və birtərəfli çatlar yaranmışdır. 6 saylı mənzilin digər əsas yükdaşıyan divarlarında da müxtəlif ölçülü birtərəfli çatlar müşahidə olundu. Baxış zamanı 7 saylı yaşayış evinin üzərində monolit dəmir-betondan olmaqla 3-cü və 4-cü mərtəbəsinin inşa edi lməsi müşahidə olundu. Yeni inşa edilmiş tikiliyə tam şəkildə baxış keçirmək mümkün olmadı. Sonradan inşa edilmiş hissələrdə (fasad və baxış keçirilən hissələrdə ) çat və deformasiyalar müşahidə edilmədi. Tədqiqatın nəticəsi; ünvan 5 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qimətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə tədqiqat işləri aparılmalıdır. 1,2,3,5,6,7,8,9 və 10-cu suallar üzrə: Bu suallar inşaat konstruktorunun səlahiyyətlərinə aid olmadığı üçün tərəfindən ca vablandırılmır. Fövqəladə Hallar Nazirliyi Tikintidə X19 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 37/34-02756 saylı, 30 aprel 2020-ci il tarixli cavab məktubundaa qeyd olunmuşdur ki, məhkəmənin sübutun tələb edilməsi barədə 11 mart 2020-ci il tarixli, 2(004)-17/2020 nömrəli sorğusuna cavab olaraq, Agentliyin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən tərtib olunmuş Bakı şəhəri, Yasamal rayonu, X3, 7 saylı ünvanda mövcud 2 mərtəbəli yaşayış evinin üzərində inşa edilmiş üçüncü və mansard mərtəbələrinin müayinəsi haqqında Texniki rəyin surətini məhkəməyə təqdim etmişlər. Eyni zamanda bildirmişlər ki, alınması ilə bağlı sifarişçi müraciət etmədiyinə görə tikintinin istismara hazır olması barədə akt tərəflərindən tərtib olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli ekspert rəyinə əsasən: 1-ci sual üzrə: tədqiq olunan binanın üstündə inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazəsi, qabaqcadan İH orqanı ilə razılaşdırılmış tikinti lahiyyəsi mülki iş materiallarına əlavə edilməmişdir. Lakin Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, həmçinin Azərbaycan Respublikası Memarlıq və Şəhərsalma Baş idarəsinin 02.06.2017-ci il və 30.05.20 17-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmışdır; 2-ci sual üzrə: tikinti norma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin sahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müə yyən oluna bilər; 3-cü sual üzrə: sanitar, havaçəkən, istilik və kondisioner qurğularının quraşdırılmasının qanunun tələbinə uyğun olub-olmamasının müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı; 4-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X19 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 10.10.2019-cu il tarixli mütəxəssis əsasən ünvan 5 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatların yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qiymətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqa t institutu tərəfindən müvafiq instrumental müayinə tədqiqat işləri aparılmalıdır; 5-ci sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanın Nəzarəti Xidmətinin X12 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş 20.09.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması» Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.0289 «İctimai bina və qurğular» Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.04- 09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X5 Qayadaları”nın, 2.02.01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına q arşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi müəyyən olunmuşdur; 6-cı, 7-ci və 8-ci suallar üzrə: mülki iş materiallarındakı məlumatlara əsasən, tədqiq olunan binanın 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olduğu, hazırda 2-ci mərtəbənin üstündə 3-cü və mansard mərtəbəsi inşa edildiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamına əsasən, Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən mülkiyyətçisi vət. Cavabdeh1 mənzildə baş vermiş yanğın hadisəsindən sonrakı təmir-bərpa işləri ilə əlaqədar evin üzərində apardığı əlavə tikinti işlərinin mövcud vəziyyətində tərtib edilmiş layihəyə uyğun sənədləşdirilməsinə icazə verilmiş, eləcə də Azəbaycan Respublikası Memarlıq v ə Şəhərsalma Baş idarəsinin 02.06.2017-ci il və 30.05.2017-ci il tarixli, 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq-planlaşdırmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X19 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin tikililər müayinə edilərək müsbət rəy verilmiş, həmçinin Fövqəladə Hallar Nazirliyi X37 Xidmətinin X12 Əsasları şöbəsi tərəfindən tərtib edilmiş 20.09.2018-ci il tarixli, YTNƏŞ-0588 saylı akta əsasən, tədqiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 «Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Norma larının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı xarici xətlər və qurğular” TN və Q- nın; 2.04-09-84 «Bina və qurğuların yanğın avtomatikası» Tikinti Norma va Qaydalarının, “X9 Qayadaları”nın, 2.02 01-97 «Bina və qurğuların yanğın təhlükəsizliyi» yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olunduğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi qeyd olunmuşdur; 9 və 10-cü suallar üzrə: tədqiq olunan tikililərin digər şəxslərə məxsus mənzillərə maneə yaratmasının müəyyən olunması tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, bu suallar üzrə tədqiqat aparılmadı. Yasamal Rayon Məhkəməsinin (hakim Hüseyn Səfərov) 2(004)–6159/2017 saylı, 13.07.2017-ci il tarixli qərardadı ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 nümayəndəsinin iddianın təmin etmə tədbiri barədə ərizələri təmin edilərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək və yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək Cavabdeh1 tərəfindən aparılan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşası ilə bağlı tikinti, təmir və bərpa işləri dayandırılması və həmin işlərin aparılmasına qadağa qoyulmuş, qərardad dərhal icraya yönəldilmişdir. Qərardad apellyasiya və kassasiya instansiyalarında mübahisələndirilmiş, nəticədə dəyişdirilmədən saxlanılmışdır. Yasamal rayon icra şöbəsinin icra məmurlarının tərtib etdiyi 18.07.2017-ci il, 20.07.2017-ci il, 28.07.2017-ci il tarixli aktlara əsasən iddianın təmini tədbiri barədə Yasamal Rayon Məhkəməsinin 2(004)–6159/2017 saylı, 13.07.2017-ci il t arixli qərardadı icra edilərək, bu barədə qeydiyyat aparılmış, Həmin aktı Cavabdeh1 qardaşı X34 da imzalamışdır. Yasamal rayon icra şöbəsinin rəisi X20 Rayon Polis İdarəsinə ünvanlandığı 07.08.2017-ci il tarixli, 17/72-222277-17/12-22425 saylı məktubda qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-6159/2017 saylı, 13.07.2017-ci il tarixli icra vərəqəsinə əsasən mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək və yekun məhkəmə qətnaməsi qüvvəyə minənədək Cavabdeh1 tərəfindən aparılan Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrinin inşası ilə bağlı tikinti, təmir və bərpa işləri dayandırılmış, həmin işlərin aparılmasına qadağa qoyulmuşdur. İcra tədbirləri həyata keçirilən zaman müəyyən edilmişdir ki, təmir, tikinti və bərpa işləri borclu C avabdeh1 qardaşı X34 tərəfindən həyata keçirilir. X10 işlərin dərhal dayandırılması təklif olunsa da, həmin işlər onun tərəfindən dayandırılmamış və halhazırda da davam etdirilməkdədir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu, T.Xəlil Rza oğlu küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində təmir, tikinti və bərpa işlərinin dayandırılmasına köməklik göstərilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Hüseyn Səfərov) 2(004)-17/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası və iddiaçı tərəfindən müstəqil tələb irəli sürən üçüncü şəxs X17 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X22, 7 saylı evin 2-ci mərbətəsinin üzərindək i (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi, Bakı şəhər Cavabdeh2 Başçısının 05.06.2017-ci il tarixli 157 saylı Sərəncamının ləğv edilməsi, iddiaların qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə hazırda mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə edilən Yasamal rayonu, X22 7 saylı ünvanda yerləşən bina 2017-cı ilin aprel ayınadək 2 mərtəbədən ibarət olmuşdur. Sonradan həmin binada 2-ci və 3-cü mərtəbələr inşa edilmişdir. Binanın hazırda mübahisə predmeti olan 3 və 4-cü mərtəbələrinin inşasına hər hansı bir səlahiyyətli orqan tərəfindən icazə verilməsi iş üzrə müəyyən edilməmişdir. Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı Sərəncamı isə tikiliyə icazə verilməsinə dair rəsmi sənəd deyil. Buna görə də həmin binanın hazırda mübahisə edilən 3-cü və 4-cü mərtəbələrinin tikintisi özbaşına tikili hesab edilir. Çünki Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin maddənin bir neçə müstəqil şərtləri vardır. Həmin şərtlərdən birinin olması kifayət edir ki, tikili özbaşına tikili hesab edilsin. Hazırkı iş üzrə də müəyyən edilir ki, həmin maddənin dispozitiv şərtlərindən biri olan, yəni “buna lazımi icazələr almadan” tikinti aparıldığından, bu cür icazə alınmadan aparılmış tikinti özbaşına tikilidir. MM-in 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. MM-nin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Hazırkı iş üzrə həmin özbaşına tikiliyə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınmasına dair hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə MM-in 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə daha sonra qeyd etmişdir ki, iddiaçı və müstəqil tələb irəli sürən üçün şəxs ilə Cavabdeh1 qonşudurlar. Belə olduğu təqdirdə iş üzrə ekspert rəyinə əsasən müəyyən edilir ki, aparılmış həmin özbaşına tikili nəticəsində Cavabdeh1 məxsus olan və özbaşına tikilinin aparıldığı 2017-cı ilin aprel ayınadək mövcud olan mənzilin pəncərəsinin qarşı tərəfindən, divardan 30 sm aralı məsafədə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən edilmişdir. Bu da iddiaçının həmin otağına düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Mülki Məcəllənin 170.2-ci maddəsin də cürbəcür hədsiz təsirlərdən bir neçəsi xüsusilə (yəni xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri) sadalanmış, təsirlərin tam dairəsi maddədə göstərilmiş, həmçinin həmin cürbəcür hədsiz təsirlərin dairəsi də məhdudlaşdırılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən özbaşına tikinti aparılan anadək iddiaçının mövcud olan mənzilinin 30 santimetrliyində özbaşına tkilinin aparılması, tikili nəticəsində iddiaçının evinə düşən təbii işığın qarşısı alındığından, bu özbaşına tikili iddiaçının qanunla qorunan mənafelərini pozur, divarda çatların əmələ gəlməsi həmin binanın və qonşu binada mənzili olan ididaçı fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlü kə yaradır. Ona görə də hazırkı iş üzrə iddiaçılar maraqlı tərəf kimi həmin özbaşına tikilinin sökülməsi barə məhkəmədə iddia qaldıra bilərlər. Bundan əlavə müəyyən edilir ki, həmin ünvanda yerləşən 3 saylı mənzilin divarlarında çatlar əmələ gəlmişdir. Bu hal binanın təhlükəli hala salınması barədə, bina sakinlərinə, iddiaçıların təhlükə yaratması barədə iddiaçıların nümayəndəsinin izahatında qeyd edilən faktları təsdiqləyir. Ona görə də gələcəkdə yarana biləcək binanın uçub dağılması təhlükəsinin qarşısının alınması üçün ididaçıların hazırkı iddia ilə məhkəməyə müraciət etməsinə də yol verilir. Məhkəmə həmçinin Yasamal RİH-nin sərəncamının ləğv edilməsi hissəsində də hesab etmişdir ki, iddialar təmin edilməlidir. Çünki həmin sərəncam tikilinin nəticələrinin sənədləşdirilməsinə dairdir. Be lə olduğu təqdirdə tkilinin sökülməsi qərara alındığından, həmin tikilinin nəticələrinin sənədləşdirilməsinə dair Sərəncam da ləğv edilməlidir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələblərinin təmin edildiyi hissələrdə ləğv edilməsi və həmin hissələrdə iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun tərəfindən Bakı şəhəri, Yasamal rayonu, T. Xəlil küçəsi, 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri qanunvericiliyin tələblərinə və müəyyən olunmuş qaydalara (yanğın təhlükəsizlik və s) uyğun şəkildə aparılmışdır. (əsas Cavabdeh2 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamı, Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubları, Fö vqəladə Hallar Nazirliyininin müvafiq qurumlarının müsbət rəyi və digər sənədlər). Bu səbəbdən həmin tikinti qanunsuz hesab edilə və sökülə bilməz. 532/5 nömrəli “boşalmış mənzil sahəsinin x1ya verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin yaşayış sahəsi 62,4 kvadrat metr olan 3 otaqlı mənzilin kirayəçisi hesab edilmişdir. Bundan başqa Cavabdeh2 Başçısının 08.07.1994-cü il tarixli 121/11 nömrəli “Nizami küçəsi 53 nömrəli evin 36-cı mənzilinin bölünməsi haqqında” Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami küçəsindəki 53 nömrəli evin 36-cı mənzilində yaşayan X26 ərizə ilə müraciət edib, ona məxsus olan 4 otaqlı sahəsi 58,9 kvadrat metr mənzilin bölünməsini xahiş etmişdir. İcra Hakimiyyəti təfindən onun xahişi nəzərə alınaraq, evi n 41,9 kvadrat metr sahə, eyni zamanda evin 17,0 kvadrat metr sahəsi olan 1 otaqlı ev sahibi X18 adına keçirilmişdir. Bundan sonrakı müddətdə, X26 Bakı şəhəri, Nizami küçəsi 53 saylı evin 36 nömrəli mənzilini öz adına qalan (17, 0 kvadrat metrlik hissəni) digər şəxsə-X1. Qeyd olunan hallardan belə nəticəyə gəlmək olur ki, iddiaçı hazırda ünvan 10 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. İşdə olan həmin mənzilin texniki pasportunun surətindən, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı, 20.02.2020-ci il tarixli rəyindən də görünür ki, iddiaçının mənzili 3 yaşayış otağından, şüşəbənddən, mətbəx tikilisindən, 20.02.2020-ci il tarixli rəyindən görünür ki, mənzilin texniki pasportu üzrə 3 saylı kimi göstərilən otağın yan divarında qapı boşluğu açıldığı və divarın digər tər əfindəki qonşu sahədə sahəsi 7,7 kvadrat metr olan otağın 37 saylı mənzillə birləşdirildiyi müəyyən edilmişdir. Beləliklə iddiaçının cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının mənzilinə hər hansı aidiyyətin olmadığını, həmin, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadəyə hər hansı maneənin yaradıldığının istisna olmasını bildirmişdir. Göründüyü kimi iddiaçı və üçüncü şəxs hazırki iddia tələbini irəli sürməkdə hər hansı subyektiv hüquqa malik olmamışlar. Lakin məhkəmə bu hala qiymət verməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasi ya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Cavabdeh1 (vəkil X32) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə ləğv edib, iddia tələbinin mülki mübahisəyə aid hissədə rədd edilməsi, inzibati tələbə aid hissəsdə isə mülki məhkəmə icraatı qaydasmda ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi səhv olaraq qətnamənin ləğvi və yaxud dəyişdirilməsi üçün əsasların olmaması nəticəsinə gəlməklə bərabər, inzibati məhkəmə icraatına aid olan mübahisə üzrə qərar qəbul etmişdir. Bundan başqa məhkəmə iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin ona qarşı irəli sürdüyü tələblər üzrə sübyektv hüququnun olub-olmamasını araşdırmamışdır. Məhkəmə göstərmişdir ki, iddiaçılar və cavabdeh qonşudurlar. Halbuki onun mülkiyyətində olan 7 saylı mənzil T.Xəlil küçəsində, İddiaçı yaşadığı mənzil Nizami küçəsi ev 53-də yerləşir. Onun mülkiyyəti ilə bağlı Bakı şəhəri Cavabdeh2 05.06.2017-ci il tarixli 157 saylı sərəncamı, Bakı şəhər İH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinn məktubları, Fövqəladə hallar Nazirliyinin müvafiq qürumlarının müsbət rəyi və digər lazımı sənədlər əsasında Bakı şəhəıri Yasamal rayonu T.Xəlil küçəsi 7 saylı evin 3-cü və 4-cü mərtəbələrində müvafiq tikinti işləri aparmışdır. 2017-ci ilin aprel ayında Bakı şəhəri Yasasmal rayonu 7 saylı evin ikinci mərtəbəsində yerləşən iki otaqlı mənzildə yanğın baş vermişdir. Yanğın hadisəsindən sonra o, dövlət qürumlarının müvafıq razılıqları əsasında mübahisələndirilən təmir-tikinti işlərini aparmışdır. Həmin sənədlər iş materiallarındadır. Beləliklə, inşa etdiyi tikili mülkiyyətində olan Bakı şəhəri T.Xəlil küşəsi 7 saylı evin 3 və 4- cü mərtəbələrində yerləşir. İddiaçı ünvan 11 ünvanda yerləşən 3 otaqlı mənzilin mülkiyyətçisidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mehriban Əliyeva qonşuluqda yaşasa da onun inşa etdiyi tikililər M.Əliyevanın mülkiyyətində olan mənzildən istifadəyə heç bir maneə törətmir, hüquqlarına müdaxilə edilmir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20905 saylı 20.02.2020-ci il tarixli rəyindən və “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun texniki rəyindən də görünür ki, ünvan 12 ünvanda yerləşən 2 mərtəbəli binanın üzərində və əlavə inşa edilmiş üçüncü və dördüncü mərtəbələrinin müayinəsi zamanı tikilinin mövcud vəziyyətinin qənaətbəxş olduğunu göstərir. Binanın yük daşıyan konstruksiyalarında zədələr müşahidə olunmamışdır. Ona aid tikililərin iddiaçılara məxsus mənzillərə maneə yaratması iş materialları ilə s übuita yetirilməmişdir. İddiaçılar öz mənzillərindən istədikləri kimi istifadə edirlər. Bundan başqa ona qarşı irəli sürülən tələbin bir hissəsi inzibati orqanın qəbul etdiyi inzibati aktın - sərəncamın ləğv edilməsi ilə də bağlıdır. Bu cür mübahisələndirməyə isə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19.05.2014-cü il tarixli qərarında da inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılması göstərilmişdir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtis ad) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialara, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialara heç bir bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Bununla yanaşı, həmin Qərarın 16.2-ci bəndinə əsasən İnzibati məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki ınəhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Hazırkı işdə Yasamal Rayon İcra Hakmiyyətinin sərəncamının ləğv edilməsi ilə bağlı mübahisənin aidiyyət məsələsinə apellyasiya instansiyası məhkəməsi qiymət verməmişdir. Bu mübahisə inzibati məhkəmələrin yurisdiksiyasına aid edildiyindən qanunsuz olaraq ümumi məhkəmədə baxılmış və prosessual qanunvericiliyin tələbləri pozularaq qanunsuz qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.03.2013-cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair birbiri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəməyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələr dair işlər üzrə məhkəmə icraatı, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 3-cü maddəsinə əsasən inzibati mübahisələrə birinci instansiyası məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzib atı orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbiridir. Beləliklə apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən qanunun imperativ normalarının tələblərini kobud pozmuşdur. Bundan əlavə “İnzibati və mülki hüquq münasəbətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının tələblərini apellyasiya ınstansiyası məhkəməsi pozmuşdur. Belə ki, plenum qərarında məhkəmələrin nəzə rinə çatdırmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası MPM-nin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2–ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmçinin qərardad qeyd edilmişdir ki, inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Daha sonra plenumun qərann 16.3-cü bəndində qeyd edilmişdir ki, ümumi və ya inzbati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələb aid hissəsinin qəbulundan imtina olmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraat xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegi yasının 04 may 2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına iyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmə tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisələrin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasmı araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Səxsiyyətin davranışının bu və ya digər üsülunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. B u cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmürHəmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa şəxslərdən tələb etmək hüququ,müdafıə hüququ. Subyektiv hüququn ikinşi Və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin,yəni başqa Şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçıların ona qarşı qanunsuz inşa edilmiş tikilinin Sökülməsi və Bakı şəhəri Cavabdeh2nə qarşı 05.06.20175 ci il tarixli 157 nömrəli sərəncamın ləğv edilməsini tələb etmək hüququ yaranmamışdır. Onların subyektiv hüquqa malik olmaması iddianın təmin edilməsini istisna edir. Bakı şəhəri Nizami küç. ev 53 m.37 mülkiyyətçisi İddiaçı özü qanunsuz olaraq pilləkan qəfəsinin bir hissəsini öz mənzilinə, heç bir əsas, razılıq olmadan birləşdirib, qeyri-yaşayış sahəsinin təyinatını qanunsuz dəyişdirib ondan istifadə edir və iddasının əsası da məhz həmin sahədə olan pəncərəyə guya işığın az düşməsindən ibarətdir. Məhkəmə həmin sahənin iddiaçıya aidyyətinin olub-olmamasına hüquqi qiymət verməmişdir. İş materialllarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı,20.02. 2020-ci il tarixli ekspert rəyinin 2-ci sual üzrə verdiyi cavabdan görünür ki, baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağa həyətə tərəf oları pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfındən inşa edildiyi müəyyən olunmuşdur. Yəni onun inşa etdiyi tikili iddiaçının qanunsuz zəbt edib pilləkən qəfəsini öz mənzilinə birləşdirdiyi divardan 30 sm aralı yerləşir. Daha sonra ekspert rəyi ilə bir daha təsdiq olunur ki, ( 6.7.8-ci suallar üzrə) onun apardığı tikinti işləri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02.06.2017-ci il və 30.05.2017-ci il tarixli 18/03-8/1358 saylı məktublarına əsasən, əlavə tikinti işlərinin memarlıq planlaşdırılmasının həlli layihəsi və işçi layihəsinin memarlıq hissəsi razılaşdırılmış. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X19 Agentliyi “Azərövlətsənayelayihə” DLİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş həmin tikililər müayinə edilərək müsbət rəy verilmiş, həmçinin Fövqəladə Hallar Nazirliyi X39 X6 X31 tərəfındən tərtib edilmiş 20.09.2018-ci il tarixli,YTNƏŞ-0588 saylı akta əsasən, tətbiq olunan evin üçüncü və dördüncü mərtəbələrinin qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.1 1-1 “Su Təchizatı xarici xətlər və qurğular” TN və Q-nın; 2.0409-84 “Bina və qurğuların yanğın avtomatikası “Tikinti Norma və Qaydalarının” X5 Qaydaları”nın, 202 01-97 “Bina və qurğular ın yanğın təhlükəsizliyi” yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa olundiğu və yanğın-texniki ləvazimatlarla təmin edildiyi qeyd olunmuşdur. Beləliklə, ona aid tikililərin iddiaçılara məxsus mənzillərə maneə yaratması iş materialları ilə sübuita yetirilməmişdir. İddiaçılar öz mənzillərindən istədikləri kimi istifadə edirlər. Apellyasiya məhkəməsi işin həllində səhv olaraq Mülki Məcəllənin 180.1-ci maddəsini tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı və üçüncü şəxs X17 vəkili Vəkil kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin istinad edilmiş dəlilləri ilə razı deyil və hasab edir ki, həmin dəlillər işin həqiqi halları, məhkəmə araşdırmaları zamanı tədqiq edilmiş sübutlarla va qanunvericiliyin tələbləri ilə tam təkzib olunur. Belə ki, iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 20905 saylı, 20.02.2020ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən 46,0 kvadrat metr sahəli mənzilin üstündə inşa edilmiş olan 3-cü və 4-cü mərtəbələrin inşa edilməsi üçün müvafiq icra Hakimiyyəti orqanın icazasi, qabaqcadan İH orqanı ilə razılaşdırılmış tikinti İayihəsi mövcud olmamışdır. Məhkəmənin həmin sərəncamın verilməsinə əsas olan sənədlərin tələbi ilə bağlı sorğuya cavab olaraq BŞİH-nin Memarlıq və Şəhərsalma Baş ldarəsi 30.05.2017-cil il tarixli və 02.06.2017-ci il tarixli məktublarl və ”Məkan” MMM-nin 30.06.2016-cı il tarixli eskiz lahiyyəsinln surətləri təqdim edilmiş, !akin həmin sənədlərin içində nə ünvan 13 ünvanda Cəmilə Nasirliyə məxsus mənzilin olması, nə də həmin mənzildə 2017-ci ilin aprel ayında yanğın hadisəsinin baş vermasi, bunun da nəticəsində mənzilə zərər dəyməsi və bu zərərin aradan qaldırılması üçün binanın 2-ci mərtəbəsinin üstündə 3-cü və 4-cü mərtəbələrin inşa edilməsinə zaruriyyat yaranmasını və buna icazə verilməsini təstiq edan hər hansı bir sənəd və subut müəyyən edilməmişdir. Kassasiya şikayətində inzibati akt hesab edilən sərəncamın ləğv edilməsi ilə bağlı mübahisəyə məhkəmə mülki icraat qaydasında yox, inzibati icraat qaydasında baxılmalı olmasına gəldikdə isə iş materiallarına aidiyyat məsələləri ilə bağlı qəbul edilmiş birinci və apellyasiya məhkəmələrinin qərardadları əlavə edilmişdir. Qanuni qüvvəsini almış həmin məhkəmə qarardadları ilə müəyyən edilmişdir ki, mübahisanin predmeti olan Bakı şəhəri Yasamal RİHB-nin 05.06.2017-ci il tarixli, 157 saylı sərəncamı inzibati akt olmuş olsa da, həmin sərəncam tikilinin inşa edilməsi üçün yox, inşası başa çatmış tikilinin mövcud vəziyyətdə cavabdehin adına sənədləşdirilməsi üçün verildiyindən həmin sərəncamla bağlı mübahisəyə mülki icraat qaydasında baxılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili X32 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və üçüncü şəxs X17 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə ko llegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər Cavabdeh2 nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı və üçüncü şəxs tələbin rədd edilən hissəsini mübahisələndirməmişlər. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Aidiyyət qaydalarının pozulmasına yol verilmir. (maddə 31.1) İşə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının p ozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq ləğv edilməlidir. (maddə 418.4 və 418.4.9) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin Bakı şəhər Cavabdeh2 Başçısının 05 iyun 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissədə iş üzrə icraata xitam verilməli, qətnamə mübahisələndirilən qalan hissədə, yəni iddia tələblərinin tə min edilən digər hissələrində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissədə icraat qəbul edib mahiyyəti üzrə baxmaqla prosessual pozuntuya yol vermiş, bu hissədə məhkəmə aidiyyatı qaydaları pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi də bu pozuntunu diqqətdən qaçırmışdır. Belə ki, mübahisələndirilən Sərəncam Bakı şəhəri Cavabdeh2 Başçısı tərəfindən qəbul edilmiş inzibati aktdır. İş üzrə cavabdeh Bakı şəhər Cavabdeh2 inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların Təsnifatının İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının Yerli İcra Hakimiyyəti orqanları inzibati orqanlardır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüs usi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Baxılan iş üzrə iddia tələbinin qeyd edilən hissəsi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aidd ir. Belə ki, mübahisələndirilən Sərəncam inzibati orqan olan Bakı şəhəri Cavabdeh2 tərəfindən qəbul edilmiş inzibati aktdır. Belə olan halda mübahisə inzibati orqanın publik hüququn nizamasalma predmetinə aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tə rəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinin şərh edilməsinə dair» 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikası MPM-nin 30-cu maddəsinə uyğun həll edilməlidir. İddia tələbi predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati xarakterli olduqda məhkəmə aidiyyəti Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. Göstərilənlərə əsasən qətnamə qeyd edilən hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin digər hissələri, yəni Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X22, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzərindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsində də məhkəmələrin gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, ilk növbədə qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə heç bir qiymət verməmiş, birinci instansiya məhkəm əsinin iş üzrə gəldiyi qənaəti qətnamədə təkrarlamış, ümumi ifadələrlə apellyasiya şikayətindəki dəlillərin formal mülahizələrdən ibarət olduğu göstərərək şikayəti təmin etmədən, qətnaməni isə dəyişdirmədən saxlamış, bununla da prosessual normaların tələblərini pozmuşdur. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasın ın Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sa dəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçının cavabdeh tərəfindən maneə yaradıldığını qeyd etdiyi otağın ümumiyyətlə, iddiaçının m ənzilinə hər hansı aidiyyətin olmadığını, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzildən istifadəyə hər hansı maneənin yaradıldığının istisna olmasını bildirmiş, iddiaçı və üçüncü şəxsin hazırki iddia tələbini irəli sürməkdə hər hansı subyektiv hüquqa malik olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi bu dəlillərə qiymət verməmiş, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı, yəni cavabdeh tərəfindən inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin iddiaçıya məxsus sahədə günəş işığının qarşısının alınmasını iddia etdiyi tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədlərinin olub-olmamasını aydınlaşdırmamışdır. İş üzrə keçirimiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, tikinti no rma və qaydalarına əsasən yaşayış otaqları və yardımçı tikililər təbii işıqla təmin olunmalıdır. Baxış zamanı 37 saylı mənzilə sonradan əlavə edilmiş və texniki pasport üzrə nəzərdə tutulmayan otağın həyətə tərəf olan pəncərəsinin qarşı tərəfində, divardan 30 sm aralı məsafədə iş üzrə cavabdeh tərəfindən tikili inşa edildiyi müəyyən olunmuşdur ki, bu da həmin otağa düşən təbii işığın qarşısının qismən alınmasına səbəb olmuşdur. Lakin təbii işığın qarşısı nə qədər alınması və normalara uyğun olub-olmaması həmin sahə üzrə mütəxəssis tərəfindən xüsusi ölçmə cihazı vasitəsilə ölçülərək müəyyən oluna bilər. Göründüyü kimi ekspert rəyində işıq düşən hissənin (otağın) texniki pasport üzrə nəzərdə tutulmayan tikinti olması öz əksini tapmış, məhkəmə bu hala əhəmiyyət verməmiş, qeyd edilən tikili il ə bağlı iddiaçının iddia tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmamasına qiymət verməmişdir. Digər tərəfdən məhkəmə üçüncü şəxsin iddiası üzrə onun mülkiyytində olan tikililərin üzərində cavabdeh tərəfindən inşa edilmiş mərtəbələrin üçüncü şəxsin tikilisinə hər hansı bir qəza vəziyyəti törətməsi, təhlükə yaratması iş üzrə keçirilmiş ekspert rəyi ilə sübuta yetirilmir. İş üzrə keçirimiş ekspertiza rəyində məhkəmənin ekspert qarşısında qoyduğu 2-ci sual üzrə cavabında ekspert qeyd etmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X19 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 10.10.2019-cu il tarixli mütəxəssis əsasən ünvan 5 binanın birinci mərtəbəsində yerləşən iki otaqlı, 6 saylı və iki otaqlı, 3 saylı mənzillərin divarlarında əmələ gəlmiş çatla rın yaranma səbəbini yalnız vizual baxışla müəyyən etmək qeyri-mümkündür. Yaşayış evinin yükdaşıyan konstruksiyasının hazırki vəziyyətinin - dayanıqlığının qiymətləndirilməsi və çatların yaranma səbəblərinin araşdırılması üçün elmi tədqiqat institutu tərəfindən müvafiq instrumental müayinə - tədqiqat işləri aparılmalıdır; Məhkəmə ekspert rəyinin qeyd edilən ikinci sual üzrə rəyinə istinad edərək həmçinin üçüncü şəxsin iddiasını da təmin etmiş, lakin üçüncü şəxsin iddia tələbinin faktiki əsası kimi istinad etdiyi halların mövcud olub-olmaması üzrə hər hansı bir araşdırma aparmamışdır. Göründüyü kimi, işə baxan məhkəmələr sübutları MPM-nin 88-ci maddəsinə uyğun qiymətləndirməyərək həmin normanın tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Həmin normaya görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Bu baxımdan, həmçinin iddia tələbinin özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrin inşasının qanunsuz hesab edilməsi və sökülməsi hissəsi üzrə məhkəmənin gələcəyi nəticə Bakı şəhəri Cavabdeh2 Başçısının 157 saylı, 05.06.2017-ci il tarixli Sərəncamının ləğv edilməsi tələbinin n əticəsindən asılı olması nəzərə alınmaqla qətnamə iddia tələbinin və üçüncü şəxsin iddia tələbinin təmin olunan qalan hissəsində ləğv edilməklə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1049/2021 nömrəli iş üzrə 25 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin Bakı şəhər Cavabdeh2 Başçısının 05 iyun 2017-ci il tarixli Sərəncamının ləğv edilməsi hissədə iş üzrə icraata xitam verilsin. Mülki iş qətnamənin mübahisələndirilən qalan hissəsində, yəni iddia tələbinin və üçüncü şəxsin iddia tələbinin təmin edilən Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, X22, 7 saylı evin 2-ci mərbətəsinin üzərindəki (2 mərtəbəli binasının üzə rindəki) özbaşına inşa edilmiş 3-cü və 4-cü mərtəbələrinin inşasının qanunsuz hesab edilməsi və sökülməsinin təmin edilən hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4460/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4460/2021
04.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver