Məhkəmə qərarları › İş №2(102)-4462/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4462/2021

11.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4462/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh1 ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2335/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 24.07.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" İKB ASC-nin xeyrinə 28.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 47793,63 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) borcun və 30 manat dövlət rüsumunun, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın İddiaçı, ümumi birgə mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 3 otaqlı, 63,38 kvadrat metr ümumi, 39,6 kvadrat metr yaşayış sahəsindən ibarət 9 saylı mənzilə yönəldilməsi və həmin mənzilin ilkin satış qiymətinin 5000 0 manat müəyyən edilməklə açıq hərracda satılaraq borcun ödənilməsi, 28.11.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qətnaməsinin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.04.2019-cu il tarixli, 2-(102)-2496/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Sumqayıt şəhər üzrə İcra şöbəsinin 117/38 saylı 19.07.2019-cu il tarixli məktubuna əsasən, ipoteka predmeti olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 9 saylı mənzilə dair hərracın keçirilməsi "xxxx" MMC-yə şifariş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında hərracın nəticələrinə dair yekun protokolun və 04.10.2019-cu il tarixli Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 27-də yerləşən 9 saylı mənzilə dair bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həmin mənzildə qeydiyyatda olan ailə üzvlərinin hərracın keçirilməsindən məlumatl arı olmamış, onlara bu barədə hər hansı bir məktub göndərilməmiş və həmin mənzil onlara təklif edilməmişdir. Bundan başqa, hərracın nəticələrinə dair 04.10.2019-cu il tarixdə protokol tərtib edilməklə həmin gün cavabdeh "xxxx" MMC ilə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdehlə alğı-satqı müqaviləsi bağlanan vaxt bir mülkiyyətçi kimi nə iddiaçının, nə də ailə üzvlərinin razılığı alınmamış, onlar bununla bağlı dəvət edilməmiş və həmin mənzilin hansı qiymətə satılmasından xəbərsiz olmuşlar. Protokolun surətini Sumqayıt şəhər İcra və Probasiya şöbəsindən aldıqda isə iddiaçı mənzilin 31875 manata satıldığından məlumatı olmuşdur. Halbuki Sumqayıt şəhərində hazırda 1 otaqlı mənzilin bazar qiyməti 35000-40000 manat civarındadır, iddiaçının mənzili isə 3 otaqlı olmaqla, onun bazar qiyməti təxmi nən 65000 manatdır. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin tələbkar "xxxx" İKB ASC-yə, borclular İddiaçı, X3, X2 və X1 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 09.08.2019-cu il tarixli, 776 №-li bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un ilkin satış qiyməti 50000 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 04 sentyabr 2019-cu il tarixə təyin edilmişdir. Təqdim edilmiş "xxxx" MMC-nin tələbkar "xxxx" İKB ASC-yə, borclular İddiaçı, X3, X2 və X1ünvanladığı «açıq hərracın keçirilməsinə dair» 06.09.2019-cu il tarixli, 863 №-li bildirişdə qeyd edilmişdir ki, Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un satış qiyməti 42500 manat müəyyən edilməklə, satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçiril məsi 18 sentyabr 2019-cu il tarixə təyin edilmişdir. 10.08.2019-cu il və 06.09.2019-cu il tarixli xəbərnamələr "xxxx" MMC tərəfindən borclulara göndərilmiş bildirişlər onların köçməsi (yaxud qapının bağlı olması) səbəbindən geri qaytarılmışdır. «Hərracın nəticələri haqqında» 04 oktyabr 2019-cu il tarixli, Y-235/2 №-li protokoldan və hərracın yekunları üzrə əmlakın alğı-satqısı müqaviləsinə əsasən hərracın təşkilatçısı – "xxxx" MMC-nin nümayəndəsi Z.H.Bədəlovilə alıcı "xxxx" ASC-nin nümayəndəsi O.Ə.Babaşov Sumqayıt şəhər, 10-cu mikrorayon,ev 27, mənzil 9-un 31.875 manata alınması barədə razılığa gələrək həmin protokolu imzalamışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən ver ilmiş 30.12.2019-cu il tarixli Çıxarışın surətinə əsasən Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 27, mənzil 9 Cavabdeh1 ASC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkməsinin (hakim Rəşid Səmədov) 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarına əsasən Sumqayıt şəhər üzrə İcra İdarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən Sumqayıt şəhər, 10cu mikrorayon,ev 27, mənzil 9-un açıq hərracda satışı üçün elan verilmiş və ilkin hərrac 04.09.2019-cu il tarixində, təkrar hərrac isə 18.09.2019-cu il tarixində keçirilmiş, lakin “İpoteka haqqında” Azərbaycan Respublikasın ın Qanununun 43.1.2-ci maddəsinə əsasən hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış elan olunmuşdur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən əmlak 25% endirimlə "xxxx" İKB ASC-yə təklif olunmuş və nəticədə bank tərəfindən ipoteka predmeti əldə edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmiş və bundan sonra həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» 28 oktyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Qərarda həmçinin qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu y aradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Göründüyü kimi, hərracın keçirilməsini həyata keçirən "xxxx" MMC tərəfindən «İpoteka haqqında» Qanunun tələblərinə uyğun olaraq hərracın keçirilməsinin qanunla müəyyən olunmuş qaydalarına riayət olunmuş, ipoteka saxlayan "xxxx" İKB ASC (Cavabdeh1 ASC) də öz növbəsində təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka predmetini 30 gün müddətində əldə etmişdir. İddiaçı hərracın keçirilməsindən xəbərinin olmadığını bildirsə də, hərracın keçirilməsindən 1 il keçdiyini nəzərə alaraq məhkəmə həmin halı inandırıcı hesab etməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ziya Şirinov - sədrlik edən və məruzəçi, Fuad Talışinski, Rafael Eyvazov) 10 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı, hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məh kəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər Əksinə, işdə olan poçt sənədlərinə əsasən məhkəmə müəyyən etmişdir ki, təyin edilmiş hərraclar barədə bildirişlər iddiaçını iş materiallarında olan rəsmi ünvanına (ünvan 1ərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracın vaxtı və keçirilm ə yeri, satışa çıxarılan əşya barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ipoteka predmetinin real bazar dəyərindən dəfələrlə aşağı qiymətə satılması barədə apellyasiya şikayətinin dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Baxılan işdən görünür ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti qanuni qüvvəs ini almış məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş və hərrac təşkilatı tərəfindən məhz həmin qiymətlə hərraca çıxarılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən keçirilmiş ilkin (ipoteka predmetinin ilkin satış qiymətilə) və təkrar (ipoteka predmetinin ilkin satış qiymətindən 15 aşağı qiymətlə) hərraclar baş tutmadığından ipoteka predmeti olan sözügedən mənzil ipoteka saxlayan tərəfindən təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə əldə olunmuşdur. Göründüyü kimi, mübahisə predmeti olan mənzilin hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, həmin hərracın yekunları üzrə bağlanmış əmlakın alğı-satqısı barədə müqavilə və onlar əsasında "xxxx" ASC-yə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış e tibarlı hesab olunur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və pr osessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) m üəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkila tçısı) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. M addə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qa palı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azər baycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərd ə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MP M-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2335/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar