Məhkəmə qərarları › İş №2(102)-4464/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4464/2021

24.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4464/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: elektrik enerjisinə görə hesablanmış borcun silinməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-552/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə A li Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçıdır. Həmin obyektdə elektrik enerjisindən istifadə üzrə ********** VÖEN əsasında icarədar X2 fəaliyyət göstərir və 09/K348 saylı abonent kimi istifadəçidir. 25 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana gələrək dövlət yoxlamasının keçirilməsi üçün baxış keçirmiş və barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 25.02.2019-cu il tarixli 005444 saylı akt tərtib etmişlər. İddiaçı tərtib edilmiş aktı qanunsuz hesab edərək mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 25.02.2019-cu il tarixli aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 3300 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, elektrik enerjisindən istifadəyə görə ödənişlər vaxtlı-vaxtında edilir. 25 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvana gələrək dövlət yoxlamasının keçirilməsi üçün baxış keçirmiş və barəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında 25.02.2019-cu il tarixli 005444 saylı akt tərtib etmişlər. Aktda göstərilmişdir ki, guya eyni obyektə kənar xətt daxil olur, kənar xətt obyektin arxa hissəsində olan fərdi yaşayış evinə məxsus elektrik sayğacı qidalandıran sip kabelin obyektin dam hissəsindən izolyasiya pozulmaqla budaqlanma birbaşa işlədicilərə çəkilmişdir. Həmin akt əsasında ona 3300 manat borc hesablanmışdır. Akt tərtib olunarkən onun və hal şahidlərinin iştirakı təmin olunmamış, sayğacdan kənar xətt olduğu təqdirdə fotoşəkli çəkilib akta əlavə olunmamışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(006)5914/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək cavabdeh "xxxx" ASC tərəfindən 25.02.2019-cu il tarixdə tərtib edilmiş NDQ № 005444 saylı aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış 3193,02 manat məbləğində borcun İddiaçı abunə hesabından silinməsi qət olunmuşdur.

5. Məhkəmə iddia tələbini qismən təmin edərkən «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi; 17; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 7.11, 8.32, 8.33-ci bəndlərinə istinad etmişdir.

6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Sarıyev, (sərlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(006)5914/2019 saylı qətnaməsi cavabdeh "xxxx" açı q səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 20 iyul 2020-ci il tarixli qərarı ilə (hakimlər- Ə.Nurməmmədov (sərlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

11. Məhkəmə kassasiya şikayətini qismən təmin edərkən «İsteh lakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.6, 8.32, 8.33-ci bəndlərinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat

12. Bakı Apelyasiya Məhkəməsi MK-nın 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Kərimli, (sərlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli 2(006)5914/2019 saylı qətnaməsi cavabdehin apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "xxxx" açıq səhmdar cəmiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh "xxxx" ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunu:

20. Maddə

13. Bənd

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

21. Maddə.

17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»

22. Bənd. 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdır ılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir

23. Bənd 8.32. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verild iyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

24. Bənd. 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.2. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

27. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan qeyriyaşayış obyekti (restoran) icarə müqaviləsi əsasında X1 istifad əsindədir. Sonuncu həmin restoranı məişət abonenti kimi deyil, gəlir əldə etmək üçün xidmət sahəsi kimi istifadə etmiş, İddiaçı isə obyekti icarəyə verməklə gəlir götürmüşdür. Lakin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilərkən nə İddiaçı, nə də həmin obyekti icarəyə götürmüş Pərvin Babazadənin iştirakı təmin edilməmişdir. Bundan əlavə, iddiaçıya məxsus obyektdə elektrik enerjisindən istifadə qaydalarının pozulması halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.

30. Nəzərə almaq lazımdır ki, MPM-in 77.2. maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsı z hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

31. Analoji işlərdə cavabdeh təşkilat mötəbər sübutlarla sübuta yetirməlidir ki, həqiqətən abonent sayğacdankənar elektrik xətti çəkmiş və ondan istifadə etmişdir. Cavabdeh təşkilatın öz əməkdaşlarından ibarət olaraq tərtib etdikləri akt faktı təsdiq edən mötəbər sübut kimi o halda qəbul edilə bilər ki, bu hal digər sübutlarla da təsdiq edilmiş olsun. Hazırkı işdə aktın tərtib edilməsində mülkiyyətçi (abonent), icarədar iştirak etməmişdirsə, onda digər sübutlarla aktın doğruluğu təsdiq edilməli idi. Məsələn, kənar xəttin çəkilməsini təsdiq edən fotoşəkil, həmin xəttin hansı xəttə qoşulması, hansı istiqamətə aparılması və.s. M üasir dövrdə belə sənədləşmələri həyata keçirmək çətinlik törətmir. Müvafiq sənədləşmələr aparılmadan tərtib edilmiş akt şübhə doğurur və nəticə etibarı ilə abonentin xeyrinə şərh edilir.

32. Apelyasiya Məhkəməsi əvvəlki kassasiya instansiyası məhkəməsinin göstərişlərini yerinə yetirərək müvafiq hala qanunvericilik normalarını düzgün tətbiq etmişdir.

33. Yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-552/2021 nömrəli, 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar