Məhkəmə qərarları › İş №2(102)-4465/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4465/2022

21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4465/2022 21.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati Ərazi Dairəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4465/2022 ( Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi tələbi ) Bakı şəhəri, 21 noyabr 2022-ci il Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimlə ri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh2 və Zaqatala rayonu 2 saylı Notariat Ofisinə (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Çardaxlar inzibati Ərazi Dairəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və çıxarışların ləğvi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)528/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 21 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icr aat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıların və Cavabdeh2 (tərəflər bacı-qardaşdırlar) mərhum ataları Qocayev Yusif Abakar oğlu xx.xx.2008-ci il tarixdə, anaları X23 xx.xx.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər.

2. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır.

3. Mərhum valideynlərindən miras qalmış əmlaklara dair tam hissədə vərəsə Cavabdeh2 adına Zaqatala rayon 2 saylı Notariat Ofisində 15 avqust 2021-ci il tarixdə 2 V 750, 2 V 751, 2 V 752, 2 V 753, 2V 754, 2V 755, 2 V 756, 2 V 757, 2 V 758, 2 V 759 reyestr n ömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 15 avqust 2021-ci il tarixli 2V 750, 2V 751, 2V 752, 2V 753, 2V 754, 2V 755, 2V 756, 2V 757, 2V 758, 2V 759 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında Cavabdeh2 adına verilmiş çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, valideynləri vəfat etdikdən sonra miras qalmış əmlaklara uzun illər iddiaçılar tər əfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. İddiaçılar mərhum valideynlərindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideynlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir. Notariat Ofisi miras qalmış əmlaklara dair tam hissədə vərəsə kimi Cavabdeh2 tanımaqla vərəsəlik hüquqlarını pozmuş, miras əmlaklardan onlara düşən payı açıq saxlamamaqla tam vərəsə kimi bütün əmlak payını cavabdehə verməklə miras əmlaklardan pay almaq hüquqlarından məhrum olmuşlar. Notariat işinə əlavə olunmuş Zaqatala rayon Aşağı Çardaxlar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışda X7 1955-ci il tarixdən mərhum valideynlərinin təsərrüfatında olması qeyd olunur. Lakin Zaqatala rayon Dövlət arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunur ki, Qocayev Yusif Abakar oğlunun 2006-2010-cu illərdə ailə tərkibi və sairə aşağıdakı kimi olmuşdur. Qocayev Yusif Abakar oğlu və X23. Əlavə olaraq qeyd hissəsində göstərilir ki, hər iki təsərrüfat başçıları vəfat etdikdən sonra birgə təsərrüfatda yaşayanlar olmadığı üçün təsərrüfat bağlanmışdır. Notariat işinə əlavə olunmuş arxiv arayışına əsasən Cavabdeh2 ümumiyyətlə mərhum valideynlərinin təsərrüfatında olmamışdır. İcra nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 və 154 saylı arayışlarla Arxiv idarəsi tərəfindən verilmiş arayış ziddiyyət təşkil etdiyi üçün notariat kontoru tərəfindən notariat işində olan sənədlərə diqqət yetirilməmiş, Cavabdeh2 miras əmlaklardan tam pay verilmişdir. Belə olan təqdirdə notarius digər vərəsələrin olmasını araşdırmalı, onların mirası faktiki qəbul edib etməməsini yoxlamalı, arayışlar arasında ziddiyətlər olduğu üçün qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməli idi. Vərəsəlik işində olan 27 iyul 2021-ci il tarixli 151 saylı arayışda qeyd olunur ki, mərhum Qocayev Yusif Abakar oğlunun adında olan ünvan 1ində yerləşən evində onun ölümündən so nra hal-hazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh2 daimi olaraq həmin evdə son 1 ildir ki, yaşamağa başlamışdır. Həmin müddətə qədər o Rusiyada olmuş, mərhum valideynləri vəfat etməmişdən öncə Rusiyada yaşamış, yalnız onların dəfn mərasiminə gəlmiş, dəfn mərasimində iştirak etdikdən sonra Rusiyaya geri qayıtmışdır. 12 il həmin əmlaklara sahiblik həyata keçirməmişdir. Vərəsəlik işində olan RİHB-nın Aşağı Çardaxlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 112 saylı arayışda qeyd olunur ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş Qocayev Yusif Abakar oğlunun yas mərasiminin dəfn xərcini və 06 may 2021-ci il tarixli arayışlarda qeyd olunur ki, 19 iyun 2008-ci il tarixdə vəfat etmiş X14 yas mərasiminin dəfn xərcini həqiqətən ölən gününədək birlikdə yaşamış oğlu Cavabdeh2 tərəfindən çəkilmişdir. Yuxarıda qeyd olunduğu kimi Cavabdeh2 ümumiyyətlə mərhum valideynləri ilə birlikdə yaşamamış, onlarla birlikdə təsərrüfat aparmamış, ümumiyyətlə nə valideynləri sağlığında nə də onlar vəfat etdikdən sonra orada yaşamamışdır. Cavabdeh ümumiyyətlə mirasa nə faktiki sahibliyi həyata keçirmiş, nə də ki mirası qəbul etdiyi barədə Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Aşağı Çardaxlar kənd İcra nümayəndəliyi və X17 tərəfindən verilmiş arayışlar yalnız formal xarakter daşımaqla miras qalan əmlaklardan tam pay almaq üçün Cavabdeh2 sözügedən arayışlar verilmişdir. Mərhum valideynləri sağlığında həmin əmlaklardan bütün övladlarının payını ayıraraq fındıq bağında və boş torpaq sahələrində yerini göstərmişlər. Kənddə qalan d igər qardaşları İddiaçı1 atalarına məxsus torpaq sahəsində ev tikmiş və həmin torpaq sahələrinə qulluq etmişdir. İcra nümayəndəliyi tərəfindən mərhumlardan miras qalmış əmlaklara faktiki sahibliyi həyata keçirmədiyi təqdirdə cavabdehə verilən arayışların heç bir hüquqi əsası yoxdur. Bunun üçün Notariat ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməli və onun əsasında verilmiş çıxarışlar ləğv olunmalıdır.

6. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, valideynlərindən miras qalmış fərdi yaşayış evi həyətyanı torpaq sahəsində yerləşir. Həyətyanı torpaq sahəsi onun oğlu X13 ayrılmış torpaq sahə sidir. Evin yerləşdiyi ərazi mərhum valideynlərindən miras qalmış torpaq sahəsində yerləşmir. Lakin DƏDRX-dən hüquqların qeydə alınaraq çıxarış əsasında verilmiş 0,2053 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin həyətyanı torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsindən valideynlərinin vəfatından sonra o və onun ailə üzvləri istifadə etmişdir. Həmin torpaq sahəsində ona məxsus mal tövləsi yerləşir. Hazırda miras qalmış evdə iş üzrə cavabdeh olan Cavabdeh2 yaşayır. Cavabdeh2 atası ilə birlikdə yaşamamış, atası və anası vəfat etdiyi zaman Rusiya Federasiyasında yaşayırdı. Yalnız onların yas mərasimləri üçün Azərbaycana gəlibgedirdi. İş üzrə İcra Nümayəndəsi Nəcməddin Musayev tərəfindən verilmiş reallığı əks etdirməyən arayışlar barəsində onu qeyd etmişdir ki, miras əmlakların Abdur rahman Qocayev tərəfindən idarə olunması tam yalnışdır, X1ynı olduğu üçün həmin məzmunlu arayışları vermişdir.

7. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, atası öldükdən sonra ona məxsus torpaq sahəsindən qardaşı İddiaçı1 istifadə etmişdir. O, ərə köçüb başqa yerdə yaşasa da ata və anasına baxıb onların qayğısına qalmışdır. Həm atalarının həm də analarının dəfni üçün yığdığı pulla qardaşı Abakar dəfn mərasimlərini keçirmişdir. Qardaşı Abakar atasına məxsus torpaq sahəsində tikilmiş evdə yaşamışdır. Cavabdeh olan digər qardaşı Cavabdeh2 də Rusiya Federasiyasından qayıtdıqdan sonra atasına məxsus evdə yaşamağa başlamışdır. Vali deynləri rəhmətə gedən vaxt Abdurrahman Rusiya Federasiyasında yaşaırdı. Həm atalarından həm də analarından miras qalmış torpaq sahələrindən Abakar, o, və digər bacları da istifadə etmişlər. Valideynləri hələ sağlığında həmin torpaq sahəsindəki fındıq bağından ona başqa torpaqları isə digər qardaş və bacılarına pay vermişdir. Lakin cavabdeh torpaq sahələrini adına keçirdikdən sonra onları fındıq bağına girməyə imkan verməmişdir. Keçən ilə qədər fındıq bağından olan məhsulu o, yığmışdır, bu ilin məhsulunu isə iddiaçı onları sahəyə buraxmadığı üçün özü yığmışdır.

8. İddiaçı4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qardaşı Abakar atas ı vəfat etdikdən sonra ona məxsus evdə yox, atasına məxsus torpaqda onun oğluna tikilmiş evdə yaşamışdır. Valideynlərinə məxsus evdə cavabdeh Abdurahmanın arvadı gəlib yaşamış və həmin vaxt Abdurahman Rusiya Federasiyasında olmuşdur. Valideynləri hələ sağlığında öznə məxsus torpaq sahəsindəki fındıq bağından Abakara, ona və digər bacılarına pay vermiş, lakin cavabdeh torpaq sahələrinə vərəsəlik şəhadətnaməsi aldıqdan sonra onlara həmin bağdan istifadə etməyə imkan verməmişdir. O, özünə düşən fındıq bağını tələb edir.

9. İddiaçı5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, Xaldanda yaşayır. Valideynləri vəfat etdikdən sonra o özünə ata sı tərəfindən verilmiş 13 top fındığı yığmış, lakin 2021-ci ildə qardaşı Abdurahman həmin fıdıq bağından ona istifadə etməyə imkan verməmişdir. Bu səbəbdən bu il həmin bağın fındığını Abdurahman yığdı. O, fındıq bağının özünə qaytarılmasını xahiş edir.

10. İddiaçı3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verərək digər iddiaçıların məhkəmədə verdikləri izahatları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, atası sağlığında ona və digər bacılarına torpaq payı vermişdir. Lakin cavabdeh torpaq sahəsini adına keçirdikdən sonra həmin torpaq sahəsi onların əlindən alınmışdır.

11. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 məhkəmə iclasında iddia tələb ini qəbul etməyərək göstərmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Cavabdeh2 müraciəti əsasında verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsində onun səhvi olmamışdır. Belə ki, varislər barədə ərizədə cavabdehin hansı səbəbdən iddiaçıların adını qeyd etmədiyi ona məlum deyil. Onların adı qeyd olunsaydı o, iddiaçıların da adını qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə qeyd edərdi. Şəhadətnamələr İcra Nümayəndəsinin arayışı əsasında verilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli arayışdan məlum olur ki, yalnız Cavabdeh2 həmin təsərüfatda qeydiyyatdadır, digər varislər müxtəlif vaxtlarda 2008-ci ildən çox əvvəl təsərüffatdan çıxmışlar.

12. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmi şdir ki, tərəflərin valideyinlərinin dəfn mərasimini Cavabdeh2 özü xərc çəkərək təşkil etmişdir. O, atası vəfat etdikdən sonra mirası faktiki olaraq qəbul etmiş və idarə etmişdir, digər varislər miras əmlakdan istifadə etməmişlər, etmiş olsalar belə Abdurahmanın icazəsi ilə etmişlər.

13. Üçüncü şəxs Zaqatala RİHB-ın Aşağı Çardaxlar İƏD üzrə nümayəndəsi X15 göstərmişdir ki, tərəfləri tanıyır. Cavabdeh2 bacısının əridir. O, 2013-cü ildən icra nümayəndəsi vəzifsində işləyir. Tərəflərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tərəflərin valdeynlərinin dəfn xərcini Abdurahamn Qocayev çəkmişdir. Cavabdeh2 şəhərdə özünə məxsus evi olsa da, valideynlərini ziyarət etmək üçün hərdən bir onlara məxsus evə gedib-gəlmişdir. O, diqqətsizliyi səbəbindən iş üzrə birbirlərinə zidd arayışlar vermişdir. Laki n sonuncu verdiyi arayışı müdafiyə edərək bildirmişdir ki, mərhumlardan miras qalmış torpaq sahəsi İddiaçı1 məxsus torpaq sahəsi ilə bitişikdir və həmin torpaq sahəsində İddiaçı1 mal tövləsi yerləşir.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 məhkəmə iclasında göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qonşu olmuşdur. 5 ildir ki, kənddə yaşamır. Tərəflərin atalarının dəfn mərasimində iştirak etmişdir. Onların anası vəfat etdikdən sonra miras qalmış evdə Cavabdeh2 arvadı və onun övladları yaşamışdır. Cavabdeh2 çox vaxt Rusiya Federasiyasında olmuş və rayona qayıtdıqda mübahisəli evdə qalmışdır. Cavabdeh2 mübahisəli evdə əsaslı təmir işləri aparıb-aparmamasından xəbərsizdir. Tərəflərin valideynləri vəfat etdikdən sonra fındıq bağının məhsulunu iddiaçılar yığmışlar.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəmə iclasında gösətmirşdir ki, Abdurahman və İddiaçı1lər onun qayınlarıdır. O, İddiaçı3 əridir. 1985-ci ildən o, kənddən çıxmış və hazırda Qazangül qəsəbəsində yaşayır. Qayınatası Yusif Qocayev özünə məxsus torpaq sahəsindən 20 sot torpaq sahəsini onun arvadı Həlimətə vermiş və arvadı həmin bağdan istifadə etmişdir. Cavabdeh2 sonradan ona xəbər göndərərək bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur və bundan sonra arvadı həmin torpaq sahəsindən istifadə etməmişdir. Tərəflərin valdeyinləri vəfat etdikdən sonra miras qalmış evdə heç kəs yaşamamış, Cavabdeh2 və ailəsi hərdən bir gəlib həmin evdə qalmışlar. İddiaçı1 evi Zaqatala şəhərində yerləşir.

16. Məhkəmə icraatı zamanı iş materiallarına istinadən müəyyən edilmişdir ki, iddiaçıların mərhu m ataları Qocayev Yusif Abakar oğlu xx.xx.2008-ci il tarixdə, anaları X23 xx.xx.2008-ci il tarixdə ünvan 1ində vəfat etmişlər. Mərhum valideynləri vəfat etdikdən sonra onlara məxsus ünvan 1ində 0.3418 ha. 0.2053 ha. 0.4990 ha. 0.4116 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri və ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 74.70 kv.m olan fərdi yaşayış evi və 0.1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlaklara uzun illər vəfat etdikdən sonra onların tərəfindən faktiki sahiblik həyata keçirilmiş, həmin torpaq sahəsində yaşayış evi tikilmiş, miras qalmış torpaq sahəsində olan fındıq ağaclarındakı məhsulları onlar yığmışlar. Bu il qardaşları Cavabdeh2 onların torpaq sahələrindən istifadə etməmələrini, fındıq bağına girməmələrini bildirmişdir. Onlar mərhum valideynlə rindən miras qalan əmlakdan onlara düşən paylarını almaq üçün notariat ofisinə müraciət edən zaman məlum olmuşdur ki, Cavabdeh2 Zaqatala rayon Notariat Ofisinə müraciət edərək mərhum valideynlərindən miras qalmış əmlaka vərəsəlik açdırmış, həmin əmlaklara özünün adına çıxarış əldə etmişdir.

17. İş materialların əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 151 saylı arayışdan görünür ki, mərhum Qocayev Yusif Abakar oğlunun adına olan ünvan 1ində yerləşən evində onu ölümündən sonra hal-hazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır.

18. İş materialların əlavə edilmiş Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 111 və 112 saylı arayışlardan görünür ki, 08 yanvar 2008-ci il tarixində vəfat etmiş Qocayev Yusif Abakar oğlunun və 19 iyun 2008-ci il tarixində vəfat etmiş X14 yas mərasimlərinin dəfn xərcini həqiqətən ölən gününədək birlikdə yaşamış oğlu Cavabdeh2 tərəfindən çəkilmişdir.

19. Zaqatala rayonu X10 02 aprel 2021-ci il tarixli 10 saylı arayışından görünür ki, aparılmış torpaq islahatı zamanı Qocayev Yusif Abakar oğlunun təsərüffatına 1.46 ha pay torpaq sahəsi verilmiş, həmin pay torpaq sahəsinin Bələdiyyəyə olan vergi borcunu oğlu Cavabdeh2 ödəyir, hal-hazırda onun vergi borcu yoxdur.

20. X10 sədri tərəfindən təsdiq edilmiş 02 fevral 2008-ci il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu Aşağı Çardaxlar kəndində yerləşən ona məxsus və ərinin adına 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal da mını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını Cavabdeh2 vəsiyyət etmişdir.

21. Zaqatala rayonu X10 25 oktyabr 2021-ci il tarixli 29 saylı arayışından görünür ki, Qocayev Yusif Abakar oğlunun təsərrüfatına verilmiş 1,46 ha pay torpaq sahəsinin oğlu Cavabdeh2 tərəfindən ödənilmiş vergi borcu 03 noyabr 2011-ci ildə 10 manat, 18 oktyabr 2017-ci ildə 10 manat, 21 avqust 2020-ci ildə 50 manat, 25 sentyabr 2020-ci ildə 50 manat, 23 mart 2021-ci ildə 57,35 manat olmuşdur. Evə görə əmlak vergisi 23 mart 2021ci ildə 27,46 manat olmuşdur. X2 tərəfindən 0,30 ha sahə üçün (nənəsi tərəfindən verilmiş yerli bələdiyyə tərəfindən təsdiq olunmuş vəsiyyətnamə əsasında) ödənilmişdir. 04 noyabr 2014-cü ildə 12,42 manat, 19 mart 2021-ci ildə 20,45 manat ödənilmişdir.

22. İş materia llarına əlavə edilmiş 749972845, 749972847, ********* və ********* nömrəli mədaxil qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən Zaqatala rayonu X10 hesabına 23 mart 2021-ci il tarixdə 57.35 manat, 23 mart 2021-ci il tarixdə 27.46 manat, 25 sentyabr 2020-ci il tarixdə 50 manat və 21 avqust 2020-ci ildə 50 manat torpaq vergi pulu ödənilmişdir.

23. Zaqatala Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 dekabr 2021-ci il tarixli, 2(033)-1169/2021 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia tələbinin təmin edilməsi, iddiaçıların dövlət rüsumu olaraq ödədikləri 10 (on) manatın özlərinə aid edilməsinin tanınması qət edilmişdir.

24. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəf, atası vəfat etdikdən sonra mirası Cavabdeh2 faktiki olaraq qəbul etdiyini və idarə e tdiyini, digər varislərin miras əmlakdan istifadə etmədiklərini, etmiş olsalar belə Abdurahmanın icazəsi ilə etdiklərini bildirsə də, iddiaçıların bağdan istifadə etmədikləri barədə hər hansı sübutu təqdim etməmişdir. İddiaçıların bağdan onun icazəsi ilə istifadə etdiklərini qeyd olunanlar isə, iddiaçıların bağdan istifadə etdiklərinə, məhsulunu yığıb üzərində sərəncam verdiklərinə dair yanaşı yoxlanılmış şahid ifadələri ilə tamamlanan izahatlarının işin hallarına uyğun olduğunu təsdiq edir.

25. Məhkəmə cavabdehin bu dəlili üzrə qeyd etmişdir ki, iddiaçıların bağdan istifadə etdikləri dövrdə miras əmlak cavabdehin mülkiyyətinə qeydə alınmadığından, onun özü ilə bərabər hüquqlu digər vərəsələrə mirasdan istifadə etmələrində icazə vermək səlahiyyəti olmamış və bağdan onun razılığı ilə istifa də mirasın digər vərəsələr tərəfindən qəbul edilməməsi olaraq dəyərləndirilə bilməz. Belə ki, digər vərəsələrin miras bağ sahəsindən istifadə etməklə onun məhsulu üzərində sərəcam vermələri mirası qəbul etdiklərini şəksiz nümayişinin sübutu üçün yetərli olmuşdur.

26. Bundan başqa, cavabdeh tərəf yalnız atası vəfat etdikdən sonra mirası Cavabdeh2 faktiki olaraq qəbul etdiyini qeyd etmiş, anasından qalmış mirasın tərəfindən qəbul edilməsi halını təsdiq etməmişdir.

27. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 müvafiq vergiləri mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdikdən sonra ödəmişdir. İddiaçılar bu halı onunla əsaslandırmışlar ki, mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Cavabdeh, bu dəlillərin təkzib edilməsində sübut ol an, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir.

28. Məhkəmə, qeyd edilənlərə əsasən mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşaması və mirası qəbul etməməsi barədə iddiaçıların bildirdiklərini müəyyən olunmuş hesab etmişdir.

29. Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi miras əmlak barəsində biri digərini təkzib edən arayışlar verərək, 27 iyul 2021-ci il tarixli 151 saylı arayışında, mərhum Qocayev Yusif Abakar oğlunun adına olan ünvan 1ində yerləşən evində onun ölümündən sonra hal-hazıradək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşadığını göstərmiş, 06 dekabr 2021-ci il tarixli 219 saylı arayışında isə, mərhumlardan miras qalmış torpaq sahəsində İddiaçı1 və onun ailə üzvl ərinə məxsus fərdi yaşayış evi həyətyanı torpaq sahəsində yerləşdiyi, həyətyanyı torpaq sahəsinin İddiaçı1 oğlu X13 ayrılmış torpaq sahəsi olduğu, evin yerləşdiyi ərazinin mərhumlardan miras qalmış torpaq sahəsində yerləşmədiyi, lakin DƏDRX-dən hüquqların qeydə alınaraq çıxarış əsasında verilmiş 0,2053 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin həyətyanı totpaq sahəsinə bitişik olduğu, həmin torpaq sahəsindən mərhumların vəfatından sonra İddiaçı1 və onun ailə üzvlərinin istifadə etdikləri, həmin torpaq sahəsində mal tövləsinin yerləşdiyini göstərmişdir. İddiaçılar həmin arayışları verən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə olan X9 cavabdeh Abdurrahman Qocayevin qaynı olduğunu və həmin arayışları sonuncunun maraq və mənafeyini təmin etmək üçün vəzifəsindən istifadə edərək ve rdiyini iddia etsələr də, X15 bunu diqqətsizliyi səbəbindən etdiyini bildirmişdir. Məhkəmə, 2013-cü ildən hazırkı vəzifədə çalışan və uzun müddətli iş təcrübəsinə malik olan X9 bildirdiklərini inandırıcı saymamışdır.

30. Məhkəmə iş üzrə olan sübutlarla müəyyən etmişdir ki, övladları iddiaçılar və Cavabdeh2 ibarət birinci növbədə bərabər pay hüquqlu vərəsələri olan Qocayev Yusif Abakar oğlu 08 yanvar 2008-ci ildə, X23 19 iyun 2008-ci ildə vəfat etmiş və onların ümumi birgə mülkiyyətlərində olan ünvan 1i ünvanında yerləşən 0,4116 ha, 0,4990 ha, 0,2053 ha, 0,3418 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ümumi sahəsi 74,70 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,1998 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Mesed Qocayeva ümumi birgə mülkiyyətdə olan əmlaklardan yalnız 1957-ci ildə tikilmiş 3 otaqlı evi, mal damını, altıaçıq, 0,77 ha torpaq sahəsini, 55 topa bar verən fındıq ağacını Cavabdeh2 vəsiyyət etsə də, həmin əmlaklar onun mərhum Yusif Qocayev ilə ümumi birgə mülkiyyəti olduğundan, Mesed Qocayevanın vəsiyyət etdiyi əmlaklardakı payı 1/2 hissə təşkil etmişdir ki, həmin vəsiyyət olunan əmlakda da vəsiyyətnamənin məzmunundan asılı olmayaraq iddiaçıların məcburi pay hüquqları olmuşdur. Miras əmlak barədə vəsiyyət üzrə vərəsəlik qeydə alınmamışdır. Mübahisəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə bağlı mirasın qəbuluna dair 02 avqust 2021-ci il tarixli ərizələrlə notariat orqanına müraciət etmiş Cavabdeh2, iddiaçıların da mirasqoyanın vərəsəsi olduğuna dair zəruri məlumatı vermədiyindən, sonuncuların vərəsə olması notariat orqanına m əlum olmamış, bu səbəbdən miras əmlak barədə həmin vərəsələrə xəbər verməyə dair qanunun icrası məcburi olan imperativ normasına riayət edilmədən cavabdehin adına mübahisəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr vermiş, nəticədə miras əmlaka münasibətdə cavabdeh vərəsələrlə bərabər pay hüququ olan iddiaçıların vərəsəlik hüququ pozulmuşdur.

31. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146, 1159, 1243.2, 1243.3, 1246, 1318-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3 və 119.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etm işdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ata-anasının ölümündən sonra hal-hazıradək onlardan miras qalmış evdə ailəsi ilə birlikdə yaşayır. Bu faktı məhkəmə iclasında İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3, şahid X11, şahid X6 təsdiq etmişlər. Mərhum Yusif Qocayevə məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi olan mal tövləsi iddia olunur ki, İddiaçı1 tərəfindən tikilib. Lakin bu faktı təsdiq edəcək heç bir sübut iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamışdır. Mərhum Yusif Qocayevə məxsus pay torpağında yerləşən təsərrüfat tikilisi başqa şəxsə məxsus ola bilməz. Ona görə ki, əvvəla təsərrüfat tikilisi mülkiyyətdə olan əmlak kimi DƏDRX-də qeydiyyata alınmır. Bundan başqa mal tövləsi adı altında İddiaçı1 hər hansı tikili aparmışdırsa bu tik intinin aparılması özü MM-nin 180-cı maddəsinə əsasən qanunsuzdur. İddiaçılar mirasın qəbulu ilə bağlı özlərinin iddia etdiklərinin sübutu kimi məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişlər. Cavabdeh2 valideynlərindən miras qalmış əmlakın vergi borclarını ödəyir və bu faktı da bələdiyyənin arayışı təsdiq edir. Zaqatala Rayon Məhkəməsi iddiaçılar tərəfindən miras əmlakdan qanunsuz istifadə etməni, miras əmlakın məhsulunu qanunsuz yığmasını onlar tərəfindən mirasın faktiki qəbulu kimi qəbul edərək düzgün qiymət verməmişdir. Lakin miras əmlakın miras qoyanları vəfat etdikdən sonra həmin miras əmlakda yaşamaqla əmlaka sahiblik etməyə, həmin əmlakı idarə etməyə faktiki başlayan bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirən Cavabdeh2 hərəkətini isə qanunsuz hesab edərək mirası qəbu l etməyən vərəsə kimi tanımışdır. Məhkəmənin ədalətsiz hərəkət etdiyi buradan görünür. Belə ki, MM-nin 1243-cü maddəsində qeyd olunur ki, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Bu maddənin tələbindən görünür ki, Cavabdeh2 miras qalmış evdə yaşamağa başlamaqla valideynlərindən qalmış bütün mirası vərəsə olaraq təkcə o, qəbul etmişdir. Digər vərəsələrin təsərrüfatları və yaşayış ünvanları ayrı olduqlarına görə onlar mirasdan pay almaq üçün mirasın açıldığı gündən 6 ay keçməmiş notariusa ərizə ilə müraciət etməli idilər. Belə ki, MM-nin 1246-cı maddəsində qeyd olunur ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İş üzrə iddiaçılar valideynlərinin öldüklərini, onların əmlaklarının miras qaldıqlarını bildikləri halda miras qalmış əmlakdan pay almaq üçün notariusa ərizə ilə müraciət etməmişlər və yaxud da miras əmlakın heç bir hissəsini faktiki olaraq miras əmlak kimi qəbul etməmiş və idarə etməmişlər. Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 99-cu bəndində qeyd olunur ki, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər. Vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş mü ddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması barədə müvafiq sənəd, miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd. Məhkəmə qeyd olunan təlimatın tələblərini pozaraq mirası faktiki olaraq qəbul edib miras qalmış evdə yaşayan, eyni zamanda vergiləri ödəyən, vergiləri ödədiyini sübuta yetirən sənədəlri nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. İddiaçıların heç biri vergi borcunun ödənilməsi, nə miras qalmış yaşayış evində yaşaması barədə, nə də ki, mirası faktiki qəbul edib idarə etmələri barədə heç bir sənədi məhkəməyə təqdim edə bilməmişdirlər. Məhkəmə yalnız iddiaçının evinin miras qalmış torpaqların qonşuluğunda yerləşməsini əsas gətirərək iddiaçıları mirası qəbul etmiş vərəsə hesab etmişdir. Beləliklə, məhkəmə MPM-nin 77 və 88-ci maddələrinin tələblərini, eyni zamanda MM-nin 1243 və 1346-cı maddələrinin tələblərini pozmuşdur.

34. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 7 aprel 2022-ci il tarixli, 2(107)-528/2022 nömrəli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin mövqeyi ilə razılaşmış, apellyasiya şikayətinin dəlillərininin formal olduğunu qeyd etmiş və müəyyən etmişdir ki, mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Cav abdeh bu dəlillərin təkzib edilməsində sübut olan, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir. Buna görə də, mirasın açıldığı vaxt Cavabdeh2 Rusiya Federasiyasında yaşaması və mirası qəbul etməməsi barədə iddiaçıların bildirdiklərini müəyyən olunmuş hesab etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1146, 1159.1, 1243.2, 1246, 1318, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 2.2 və 8.0.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək qətnam ənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların miras əmlakın bir hissəsini qəbul etməsini onların mirası tam qəbul etməsi kimi qiymətləndirmiş, lakin mirasın digər, hansı ki, iddiaçıların faktiki sahiblik və idarə etmədiyi hissənin mirasın açıldığı vaxtdan Cavabdeh2 istifadəsində olmasına, faktiki idarə etməsinə, torpaq sahəsinə dair vergiləri ödəməsinə qiymət verməmiş, mirası faktiki idarə və sahiblik edən, daha sonra mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə təqdim etmiş vərəsənin mirası qəbul etməməsi nəticəsinə gəlmiş, bununla da, Konstitusiyanın 29-cu maddəs inin tələblərini pozmuş, Mülki Məcəllənin 1146, 1243 və 1255-ci maddələrini mübahisəyə düzgün tətbiq etməmişdir. Bundan əlavə, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri miras əmlakın açıldığı vaxt cavabdehin ölkəyə giriş-çıxışını təsdiq edən ümumvətəndaş pasportunun təqdim edilməməsi əsası ilə cavabdehin miras əmlakı qəbul etməməsi nəticəsinə gəlmiş, cavabdehin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqlarını səmərəli və əlçatan vasitələrlə təmin etməmişdir. Bununla da, apellyasiya instansiyası məhkəməsi tərəfindən Konstitusiyanın 60, 125 və 127-ci maddələrinin tələbləri pozulmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mirası faktiki qəbul etməsi nəticəsinə gəlsə də, bu nəticəni təsdiq edən sübutlar iş materiallarınd a mövcud olmamışdır. İddiaçılar özlərinin mirası faktiki qəbul etmələrini Cavabdeh2 son bir ilədək Rusiya Federasiyasında yaşaması ilə əsaslandırmış, onun həmin vaxtadək Azərbaycan Respublikasında olmamasını bildirmiş, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 01 iyun 2022-ci il tarixli məktubu ilə müəyyən olunduğu kimi, Cavabdeh2 atasının ölümü ilə bağlı 08 yanvar 2008-ci ildə ölkə ərazisinə daxil olmuş, onun yas mərasimini təşkil etmiş, mirası faktiki qəbul etmiş, işi ilə bağlı 06 mart 2008-ci ildə ölkə ərazini tərk etmiş, bir neçə aydan sonra ölkə ərazisinə qayıtmışdır. Cavabdeh 18 iyun 2008-ci il tarixdə ölkə ərazisini tərk etmiş, anasının ölümü ilə bağlı bir gün sonra, yəni 19 iyun 2008-ci il tarixdə geri qayıtmış, mərhumun y as mərasimini təşkil etmiş, ondan qalmış mirasa faktiki yiyələndikdən sonra 08 iyul 2008-ci il tarixdə işi ilə bağlı yenidən ölkə ərazisini tərk etmişdir. Göründüyü kimi cavabdehin miras əmlakı faktiki və rəsmi olaraq qəbul etməsi öz təsdiqini tapmış olsa da, iddiaçılar tələblərini əsaslandıracaq halları sübuta yetirə bilməmiş, ədalətli məhkəmə araşdırması aparılmadığından çəkişmə prinsipi pozulmuş, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 9.3, 77 və 217.3cü maddələrinin tələbləri pozulmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, düzgün tətbiq olunmadığından məhkəmə qətnaməsi tam ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı dır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İddiaçılar kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişirilmədən saxlanması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

40. Etiraz onunla əsaslandırılmışdır ki, tərəflər sübutların təmin edilməsi haqqında ərizə ilə işə baxan və ya sübutların təmini üzrə prosessual hərəkətləri yerinə yetirməli olan məhkəməyə ərizə verməli, sübutun müstəqil şəkildə əldə edilə bilməməsini əsaslandırmalıdırlar. Cavabdeh və vəkili tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində sübutun təmin olunması ilə bağlı ərizə ilə müraciət olunmuş, qeyd olunan sənədin əldə olunmasının mümkünsüz olmasını əsaslandırmam ışlar. Buna görə də kassasiya şikayətində cavabdehin nümayəndəsi və vəkilinin mövqeyi tamamilə əsassızdır. Bundan əlavə, cavabdeh apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etmiş, məhkəməyə hər hansı şifahi və ya yazılı vəsatət təqdim etməmişlər. Bundan əlavə cavabdehin mirası nə qanunvericilikdə qeyd olunan əsaslar üzrə, nə də ki, faktiki şəkildə qəbul etməsinə dair hər hansı sübut məhkəməyə təqdim olunmadığından cavabdehin maddi və prosessual hüquq normalarının pozulmasına dair kassasiya şikayətində qeyd etdikləri əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

42. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı v ərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

44. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

45. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

46. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

47. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

48. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir.

49. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

50. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

51. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

52. Maddə 1

322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:

53. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.

54. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir.

63. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən prossesual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qət namənin qəbuluna səbəb olmuşdur.

69. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından da göründüyü kimi tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi, bunlardan çıxış edərək müvafiq olaraq mirasının qəbulu ilə bağlı verilmiş şəhadənamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə vardır, iddiaçıların hazırkı tələbi mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməyən cavabdehə əsassız olaraq mirasın qəbulu haqqında şəhadətnamə verilməsi ilə bağlıdır.

70. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin sözügedən vərəsəlik şəhadətnaməsinin cavabdeh tərəfindən mirasın qəbul olunmaması əsası ilə etibarsız hesab edilməsi barədə gəldiyi qənaətlə razılaşmır və hesab edir ki, bu hissədə işdə olan sübutlara düzgün hüquqi qiymət v erilməmişdir.

71. Belə ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.

72. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.

73. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən əl ə keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.

74. Məhkəmə kollegiyası, vurğulayır ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsa sında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

75. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən mirasın faktiki qəbul edilməsinin müəyyən olunmaması barədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, mirasın açıldığı vaxt cavab deh X20 Federasiyasında yaşamış və mirası qəbul etməmişdir. Cavabdeh bu dəlillərin təkzib edilməsində sübut olan, ölkə xaricinə gedib-gəlişi barədə qeydlərin olduğu adına verilmiş ümumvətəndaşlıq pasportunu təqdim etməmişdir.

76. İddiaçıların mirası qəbul etmələri barədə qənaətini isə onunla əsaslandırılmışdır ki, iddiaçılar miras qalmış torpaq sahəsindəki fındıq bağının məhsulunu yığıb üzərində sərəncam vermiş, bu faktı isə cavabdeh bu istifadənin onun icazəsi ilə olması barədə izahatı ilə dolayısıyla etiraf etmişdir.

77. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

78. Mülki prosessual qanunvericiliyə görə, iş üz rə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

79. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müxtəlif vaxtlarda Rusiya Federasiyasına gedib-gəlməsi onun mirası faktiki qəbul etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin hazırkı işin halları baxımından cavabdehin mirası faktiki sahiblik yolu ilə qəbul etməsinin müəyyən olunmadığı halda belə, işdə digər üsulun (faktiki idarə) realizəsi ilə bağlı da tutarlı əsaslar vardır.

80. Belə ki, işdən görünür ki, cavabdehin ailə üzvlərinin miras evdə miras açılan gündən hal-hazıradək yaşaması həm işin nəticəsində maraqlı olmayan X4 şahid ifadəsi, həm də Zaqatala RİHB-ın Aşağı Çardaxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla təqdiq edilir. Bu faktın isə öz-özlüyündə cavabdehin ailə üzvlərini evə idarəçi təyin etməklə onun vasitəsilə mübahisəli əmlaka yiyələnməsinə dəlalət edən hal olub-olmamasına məhkəmə hüquqi qiymət verməmişdir.

81. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehə miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin onun tərəfindən mirasın qəbul edilməməsi əsası ilə etibarsız hesab olunması cavabdehin mübahisəli əmlak üzərində mövcud olan, müdafiəsinə və toxunulmazlığına konstitusion səviyyədə təminat verilən mülkiyyət (vərəsəlik) hüququnun qanunsuz və əsassız şəkildə pozulduğuna dəl alət edir.

82. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

83. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir.

84. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki P rosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

85. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul e dilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

86. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermədiyindən və tərəflər arasında mübahisəni tam həll etmədiyindən qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

88. Məhkəmə kollegiyası hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla, tərəflər arasında mirasın qəbulu, mirasda payların müəyyən edilməsi ilə bağlı mübahisənin həlli üçün işə təkrar apellyasiya baxışı zamanı mirasın açıldığı tarixə, yəni mərhumların ölüm tarixinə onların vərəsələrinin dairəsi, mirasın hansı vərəsələr tərəfindən rəsmi, yaxud faktiki qəbul olunub-olunmadığı, mirası qəbul etmiş vərəsələrin miras əmlakda paylarının həcmi müəyyən edilməli və bundan asılı olaraq vərəsəlik hüququ haqqında şəhadətnamənin düzgün verilib-verilmədiyinə qiymət verməlidir.

89. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-528/2022 nömrəli, 07 aprel 2022-ci il tarixli ləğv edilsin. İşə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar