Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4469/2019 27.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, İddiaçı vəkili X5 oğlunun, Cavabdeh1 və vəkili Sadıqov İbrahim Miri oğlunun iştirakı ilə, cavabdehlər Cavabdeh1 və X2nın Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(007)3414/2018 saylı qətnaməsi ilə (hakim H.Əhmədov) iddiа tələbi təmin еdilərək, cаvаbdеh X2 ünvan 1mənzilindən istifаdə hüququnа, оnа iddiаçı X1 tərəfindən 15000 manat kompensasiya ödənilməklə xitam verilməsi və cаvаbdеhlər X2 оğlu və X3 əmlаklаrı ilə birlikdə həmin mənzildən çıхаrılması, iddiаçı X1 tərəfindən kompensasiyanın ödənilməsi ilə cаvаbdеh X2 ünvan 1mənzilindən istifаdə hüququnun itirilməsi və cаvаbdеhlərin mənzildən çıхаrılmаlаrının eyni vaxtda icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1596/2019 saylı qətnaməsi ilə (hakimlər: E.Nəbiyev, R.Qurbanov və T.Səmədov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(007)-3414/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1 və X2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(10 3)-1596/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiаçı X1 cаvаbdеhlər X2 оğlu və X3 qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək cаvаbdеh X2 оğluna 15000 mаnаt kоmpеnsаsiyа verməklə ünvan 1mənzili üzrə istifаdə hüququna xitam verilməsinə və оnun həyаt yоldаşı cаvаbdеh X2 və əmlаklаrı ilə birlikdə həmin mənzildən çıхаrılmаsınа dаir qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1mənzili iddiаçı X1 xüsusi mülkiyyətindədir. Bu barədə ona qeydiyyat vəsiqəsi də verilmişdir. Onun xüsusi mülkiyyətində olan mənzildə cavabdehlər X1 və onun həyat yoldaşı X2 da yaşayırlar. Cavabdeh X1 iddiaçının mənzilində qeydiyyatda olsa da, onun həyat yol daşı X2 isə mənzildə qeydiyyatsız yaşayır. Cavabdehlərin iddiaçının mənzilində yaşaması onun mənzil hüquqlarını pozur. X1 iddiaçıya rahatlıq vermir və onu ata-bala münasibətlərinə yaraşmayan, nalayiq söyüşlərlə təhqir edir. iddiaçının digər oğlu X2 da onun məzilində qeydiyatdadır və ailəsi ilə başqa yerdə yaşayır. Buna görə də iddiaçı kompensasiya verməklə mənzilə istifadə hüququna xitam verilməsinə və mənzildən çıxarılma tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh1 və X2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli, 2(103)-1596/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdeh1 və vəkili Sadıqov İbrahim Miri oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı vəkili X5 oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tə rəfləri və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti təmin edilməlidir. İddianın təmin olunmasına dair rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 mənzilinin mülkiyyətçisi оlаn iddiаçı X1 tərəfindən cаvаbdеh X2 оğlunа təklif оlunаn 15000 mаnаt kоmpеnsаsiyа müqаbilində, sоnuncu müəyyən bir müddət ərzində başqa yerdə yаşаmаq imkаnınа mаlikdir və həmin məbləğdə kоmpеnsаsiyа vеrilməsinin təmin еdilməsi оnun hüquqlаrını pоzmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, hə yata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəyə davamlı surətdə və müəyyən mü ddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır». R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına i stifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Apellyasiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 228.2-ci maddəsinə, eləcə də Konstitusiya Məhkəməsinin qərarlarına istinad etsə də, həmin normaların məzmununu açmamış, təklif olunan kompensasiya məbləğinin qeyd olunan məqsəd üçün verilməsinin yetərli olub-olmamasına qiymət verməmişdir. Belə ki, məhkəmə qanunda nəzərdə tutulmuş “bazar qiyməti ilə müvafiq kompensasiya”nın hansı məbləğdə olmasını, hazırki iş üzrə təklif olunan kompensasiyanın bazar qiymətinə uyğun kompensasiya olub-olmamasını əsaslandırmamışdır. Eləcə də məhkəmə Konstitusiya Məhkəməsinin qərarında göstərilmiş “davamlı surətdə və müəyyən müddət daxilində” ifadəsini n məzmununu açmamış, müəyyən müddət dedikdə konkret olaraq hansı zaman kəsiyinin nəzərdə tutulmasını göstərməmişdir. Əmlak Ekspert Mərkəzinin 16 avqust 2018-ci il tarixli arayışına istinad edən məhkəmə hesab etmişdir ki, mübahisəli 3 otaqlı mənzilin aylıq kirayə haqqı 350-400 manat olduğundan 15.000 manat kompensasiya məbləği cavabdehə müəyyən müddətə başqa yerdə ona oxşar şəraitdə yaşamaq imkanı verir. Nəzərə alınsa ki, hər ayı 400 manatdan olmaqla 15.000 manat kompensasiya 3 il 1 ay 15 günə kifayət edir, o zaman həmin müddətin Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş “davamlı surətdə və müəyyən müddət daxilində” ifadəsi ilə uzlaşıbuzlaşmamasına qiymət verilməmişdir. Cavabdeh Elşən Sultanzadənin kassasiya şikayətindən müəyyən edilir ki, mübahisəli ev iddiaçının adına onların r azılığı ilə özəlləşdirilmişdir. Məhkəmə mübahisəli mənzilin iddiaçının mülkiyyətinə hansı əsaslarla keçməsini araşdırmamış, iddiaçının mənzili yüklü vəziyyətdə mülkiyyətinə keçirməsini yoxlamamışdır. Hansı ki, mülkiyyət hüququnun yaranma əsasları müəyyən edilmədən maddi-hüquq normalarının tətbiqini düzgün hesab etmək olmaz. Belə ki, əgər mənzil “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanunun tələblərinə uyğun mülkiyyətə keçirilmişdirsə, özəlləşdirməyə razılıq vermiş şəxslərə razılıq vermiş şəxslərə münasibətdə həmin Qanunun tələbləri nəzərə alınmalıdır. İşə yenidən baxılarkən mənzilin mülkiyyətə verilmə əsaslarına uyğun olaraq iddia tələblərinə qiymət verməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası qərara gəlir ki, apelyasiya məhkəməsində işə baxı larkən maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, təklif olunan kompensasiya məbləğinin istifadə hüququna xitam verilməsi üçün yetərli məbləğ olub-olmamasına dair gəlinmiş nəticə əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 və X2nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4469/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4469/2019
27.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver