Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2020 17.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Musayeva Gülnarə Eldar qızının katibliyi ilə, Cavabdeh vəkili X3nun iştirakı ilə, İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xa hiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh və Maraqlı şəxsna qarşı Maraqlı şəxs 27 aprel 2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağstafa rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Hüseynov, iş 2(015)-543/2018) iddia rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov, iş № 2(104)-3331/2018) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Ağstafa rayon məhkəməsinin 13 iyun 2018-ci il tarixli ləğv edilmiş, iddia tələbi təmin edilərək Maraqlı şəxs tərəfindən 2-V-38 nömrə ilə reyestrdə qeydə alınmış 27 aprel 20 07-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov, iş № 2(102)-2021/2019) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), İ.Şəfiyev və A.Bayramov, iş № 2(104)-2756/2019) İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Ağstafa rayon məhkəməsinin 13 iyun 2018-ci il tar ixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-c u il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya i nstansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Ağstafa rayon məhkəməsinin qanuni qüvvədə olan 01 fevral 2018-ci il tarixli qətnaməsinə görə, həmin qətnamə ilə iddiaç ı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın paylara mütənasib şəkildə vərəsələr arasında bölüşdürülməsinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı mərhum anası X2 öldükdən sonra, miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət etməmiş, əmlaka sahiblik etməmiş və faktiki olaraq idarə etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh anasının ölümündən sonra miras qalmış əmlakı qəbul etmiş və faktiki olaraq idarə etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə 2000-ci ilin sentyabr ayından qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1243.1, 1243.2, 1246-cı maddələrini tətbiq etmişdir. Apelyasiya instansiya sı məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin normasını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə müvafiq olaraq, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Apelyasiya instansiyası məhkəməsi həmçinin qətnaməsində qeyd etmişdir ki, “Ağstafa rayon məhkəməsinin qanuni qüvvədə olan 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı miras əmlakı qəbul edib-etməməsi araşdırılmış və hüuqiq qiymət verilmişdir ki, həmin hal hazırki işə baxan məhkəmə üçün preyudisial xarakter daşıyır. Miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi halına qiymət verildiyinə görə, bu iş üzrə eyni tərəflər arasında həmin hal mübahisələndirilə bilməz.” Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab e dir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-447/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-447/2020
17.01.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver