Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-447/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh ləğv prosesində olan "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun olmaması, əmlakın yüklülükdən azad edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3799/2020 nömrə li iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə törətdikləri cinayət əməllərinə görə, Cavabdeh ASC-nin “Xəzər” filialının keçmiş əməkdaşları olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 193-1,3.2-ci, 313 maddəsi ilə, X5 179.3.2 maddəsi ilə, X8, X9 və X11 32.5,179.3.2 maddəsi ilə, X10, X4, X16 və X2 308.2 maddəsi ilə, X13 və X3 308.1-ci maddəsi ilə müxtəlif cəzalara məhkum olunmuşlar. Həmin hökm apellyasiya qaydasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə hökm X5, X8, X9 və X7 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş hökmlərlə müəyyən edilmişdir ki, X12 və başqaları Cavabdeh ASC-nin Bankın “Xəzər” filialının müdiri vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən sui-istifadə etməklə İddiaçı (bundan sonra – iddiaçı) az miqdarda kreditin veriləcəyi və bundan artıq rəsmiləşdirilən məbləğin özləri tərəfindən ödəniləcəyini vəd edərək, guya, 37000 manat kreditin verilməsinə dair xx.xx.2009-cu il tarixli kredit sənədləri və xx.xx.2009-cu il tarixli xəzinə məxaric orderinin sonuncu tərəfindən imzalanmasını və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, 1 saylı binanın 38-ci mənzilinin (bundan sonra - mübahisəli m ənzil) girov qoyulması barədə KX-004 №li “İpoteka müqaviləsinin” bağlanmasını təmin etməklə 37.000 manat pul vəsaitini bütövlükdə filialın xəzinəsindən götürərək mənimsəmişlər. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – cavabdeh və ya Fond) tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli (İş № 1(103)-1067/16) qərarında Bankın ləğvedicisinin üzərinə sözügedən kredit məlumatlarının sistem məlumatlarından silinməsi və kredit müqaviləsinin təminatı olan mənzilin yüklülükdən azad edilməsi öhdəliyi qoyulmadığı üçün mübahisəli mənzilin yüklülükdən azad edilməsinin mümkün olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci in stansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin təminatı kimi onunla Cavabdeh ASC arasında bağlanması qeyd olunan KX004 №-li ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə yüklü edilmiş mübahisəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi, Banka borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, habelə Bankın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 5.000 manat, mənəvi zərərin əvəzi olaraq 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı kredit götürmək məqsədi ilə Cavabdeh ASC-yə müraciət etmiş, Bankın əməkdaşlarının tələbi ilə mülkiyyətində olan mübahisəli mənzilin sənədlərini onlara təqdim etmişdir. Sonradan Bank kreditin ayrılmasından iddiaçıya imtina etmiş, bu səbəbdən tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmamışdır. Bir müddət sonra cavabdeh Bankın vəzifəli şəxsləri barəsində başlanılmış cinayət işinin istintaqı ilə bağlı istintaq orqanına, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsinə çağırılmış və bu zaman iddiaçıya məlum olmuşdur ki, Bankın bəzi vəzifəli şəxsləri dələduzluq edərək ona məxsus mənzilə dair sənədlərin Bankda qalmasından istifadə edərək iddiaçının adına guya 37.000 manat kredit verilməsi barədə xx.xx.2009-cu il tarixdə “Kredit müqaviləsi” və KX-004 №-li “İpoteka müqavi ləsi” rəsmiləşdirmişlər. Qeyd edilən fakt üzrə təqsirləndirilən şəxslərə ittiham verilmiş və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək müxtəlif cəzalara məhkum olunmuşlar. Həmin şəxslər barəsində cinayət təqibi uzun müddət aparıldığından Bankda qalan mənzilə aid sənədlər iddiaçıya qaytarılmamışdır. Həmçinin, Bankın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona 5.000 manat məbləğində maddi zərər və 10.000 manat məbləğində mənəvi zərər vurulmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, sistemdə Bankın “Xəzər” filialı tərəfindən iddiaçıya 37.000 manat məbləğində kreditin verilməsi barədə xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” bağlanması və həmin kredit üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə iddiaçı ya məxsus mübahisəli mənzilinin ipoteka qoyulması barədə məlumatlar mövcuddur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Bankın “Xəzər” filialının sabiq rəhbər işçilərinin əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə və informasiya resurslarına yalan məlumatlar daxil etmələri, ayrı-ayrı vətəndaşların, o cümlədən, iddiaçının adına kreditlərin verilməsi barədə saxta kredit və əmlakın girov qoyulması haqqında müqavilələri və sair sənədləri rəsmiləşdirmək yolu ilə külli miqdarda özgə əmlakını talamaları tam sübuta yetirilmişdir. Lakin qeyd edilən hökmdə Bankın ləğvedicisinin üzərinə xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi” üzrə məlumatların bankın məlumat sistemindən silinməsi və mənzilin yüklülükdən azad edilməsi öhdəliyi qoyulmamışdır. Bu səbəbdən həmin məlumatların bank sistemindən silinməsi və mənzilin yüklülükdən azad edilməsi qeyri-mümkündür. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-6345/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mustafayeva) iddia qismən təmin edilmiş, xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsinin” təminatı olan KX-004 №-li “İpoteka müqaviləsinə” əsasən yüklü edilmiş mübahisəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi, iddiaçının Cavabdeh ASC-yə borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edimiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunmuş hallara əsa slanaraq hesab etmişdir ki, iddiaçının Bank qarşısında hər hansı öhdəliyi mövcud deyildir. İddiaçıya məxsus mübahisəli mənzil, cinayət yolu ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçının cavabdeh Banka hər hansı borcu yoxdur. Belə olan halda iddiaçıya məxsus mübahisəli mənzilin ipoteka ilə yüklü qalmasının hüquqi əsası yoxdur; mənzil ipoteka yüklülüyündən azad edilməli və iddiaçının Cavabdeh ASC-yə borcunun olmaması barədə Azərbaycan Kredit Bürosuna məlumat verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı ona madi və mənəvi zərərin vurulduğunu bildirsə də tələbin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi həmin hissədə tə min edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.6, 21.1, 21.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3799/2020 nömrəli iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Ap elyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, kredit öhdəliyin təminatı kimi çıxış edən mənzilin yüklülüyünün saxlanılmasına əsas yoxdur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə görə, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Göründüyü kimi, ipoteka hüququnun yaranması üçün əsas öhdəliyin mövcud olması zəruridir. Lakin artıq qanuni qüvvəsini almış məhkəmə aktlarından da müəyyən edilir ki, iddiaçı Bank qarşısında üzərinə hər hansı borc öhdəliyi götürməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, bununla bağlı məhkəmə hökmündə müvafiq göstərişin olmaması, mənzilin yüklü qalmasının əsası kimi çıxış edə bilməz. Birinci instansiya məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmələr nəzərə almamışlar ki, iddiaçı ilə Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər hazırkı vaxtadək icra edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin e dilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı yeganə cavabdeh olan kassator tərəfindən mübahisələndirildiyin dən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur (maddə 269). MPM Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olubolmaması və bu hə rəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir (maddə 82.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin baxılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibar ət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3799/2020 nömrəli iş üzrə xx xxx 2 020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-447/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-447/2021
01.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver