Məhkəmə qərarları › İş №2(102)-4470/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4470/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4470/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin gecikdirilməsinə görə zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2535/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 15.01.2017-ci il tarixdə "xxxx" ASC-nin Sənaye filialı ilə müqavilə bağlayaraq illik 19 faiz hesablanmaqla 60 ay müddətinə 131100 manat pulu bank adına açılmış 262653 AZN-4725-01 saylı əmanət (depozit) hesabına yerləşdirmiş, 60 aydan sonra, yəni 16.01.2012-ci il tarixdə bankdan həmin depozit müqaviləsi üzrə banka qoyduğu pula hesablanmış 124545 manat faizi bankdan götürmüşdur. Bankla olan razılamaya əsasən əsas məbləğ olan 131100 manatı həmin vaxtı «Azərbaycan Beynəlxalq Bankın» 60 ay müddətinə depozitlər üçün illik 16,2 faiz hesablanmaqla pulu bankda qalmaqla 15.01.2007-ci il tarixli depozit müqaviləsinin müddətini yen idən 5 il müddətinə uzatmışlar. Bu səbəbdən də o pulu bankdan götürməmiş və bankla aralarındakı razılaşmaya əsasən 15.01.2007-ci il tarixli depozit hesabı haqqında müqavilən bu dəfə illik 16,2 faiz olmaqla 60 ay müddətinə uzadılmışdır. 60 ay tamam olandan sonra müqavilənin 1.6-cı bəndinin tələbinə uyğun olaraq bankdan hesablanmış faizi götürmək istədikdə 15.01.2007-ci il tarixdə Banka yerləşdirdiyi 131100 manat müddətli əmanəti 19.01.2007-ci il tarixdə imzalanmış depozit müqaviləsinə əlavəyə uyğun olaraq 19.01.2007-ci il tarixli 07 saylı kredit müqaviləsinə əsasən X3 tərəfindən götürülmüş kreditin təminatı kimi girov qoyulduğu üçün imtina edilmişdir. Buna görə iddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli 2(006 )-1912/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC-nin Sənayə filialı ilə İddiaçı və X3 arasında bağlanmış 19 yanvar 2007-ci il tarixli «15 yanvar 2007-ci il tarixdə "xxxx" ASC-nin Sənayə filialı ilə İddiaçı arasında bağlanmış depozit müqaviləsinə əlavə» etibarsız hesab edilmiş, onun depozit hesabında olan 131100 manat pulun ona qaytarılması qət edilmiş, lakin iddiasının həmin əsas depozit məbləğinə 15.01.201215.01.2017-ci il tarixə illik 16,2 faizlə hesablanmış 106191 manatın, 15.01.2017-ci il tarixdən qətnamə icra olunan günədək illik 16,2 faiz olmaqla hər ay üçün 1769,85 manat depozit faizinin, dəymiş mənəvi ziyanın əvəzi olaraq 15000 manatın "xxxx" ASC-dən alınaraq iddiaçıya verilməsi barədə hissəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki koll egiyasının 12.09.2017-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, iddia tələbinin illik 16,2 faiz tələbi hissəsi də təmin edilmişdir. İş üzrə dəfələrlə apellyasiya və kassasiya baxışları keçirilmiş, son nəticədə Bakı Apellyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2017ci il tarixli 2(006)-1912/2017 saylı qətnaməsinin faiz tələbinin təmin olunmayan hissəsində qismən ləğv edilməsi, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi, müddətli əmanət (depozit) hesabı haqqında müqavilə üzrə əmanətə hesablanmış 103901,7 manat faiz məbləğinin "xxxx" ASC-dən tutularaq iddiaçıya verilməsi, qətnamənin qalan hissədə yəni "xxxx" ASC-dən iddiaçının xeyrinə 131100 manat depozit hesabında olan əmanət məbləğinin tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli qətnaməsi qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamə 23.12.2019-cu il tarixdə icra edilmiş, "xxxx" ASC-nin 29.12.2019-cu il tarixli FJB**********064 saylı məxaric orderinə əsasən 131100 manat İddiaçı qaytarılmışdır. Həmçinin həmin məbləği gecikdirdiyinə görə, iddia qaldırılan günədək, yəni 15.01.2017-ci il tarixədək həmin məbləğə hesablanmış illik 16,2 faiz hesablanmaqla 103901,7 manat da "xxxx" ASC-nin 29.12.2019-cu il tarixli FJB**********142 saylı məxaric orderinə əsasən İddiaçı qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "x xxx" ASC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 61944,75 manat pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət (bank xidməti) haqqının cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında olan əvvəlki məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnmasi ilə pulunun qaytarılmalı olması, həmin pulun bank tərəfindən əsassız olaraq saxlanması, vaxtında qaytarılmaması öz təsdiqini tapmışdır. Buna görə də, əsas depozit məbləği olan 131100 manat pulu bank əslində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində iddia qaldırılan günədək ödəməli idi. Lakin pulu qaytarmaq əvəzinə əsassız apellyasiya və kassasiya şikayətləri verərək, pulun qaytarılmasını gecikdirmişdir. Bu səbəbdən də, onun banka 15 yanvar 2007-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə üzrə 131100 manat əmanət məbləği iddia qaldırdığı 15.01.2017-ci il tarixdən illik 16,2 faizlə hesablanan və qətnamə icra olunan vaxtadək depozit hesabında olan 131100 manat əmanətini bank tərəfindən qaytarılması əsassız olaraq gecikdirildiyi, bank öz öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş, yalnız öhdəliyini qətnaməni icra edərkən 29.12.2019-cu il tarixdə icra etmişdir. Belə olduğu təqdirdə, onun banka qarşı yenidən iddia qaldırmaq və bankın onun pulunu vaxtında qaytarmadığına görə həmin pula hesablanmış faizləri tələb etmək hüququ vardır. Bu səbəbdən də, 15.01.2017-ci il tarixdən hesablanmaqla əsas depozit hesabındakı 131100 manat pulun ona geri qaytarıl dığı, qətnamənin icra edildiyi 29.12.2019-cu il tarixədək, həmin depozit hesabında olan əmanətinə illik 16,2 faiz pulu bankdan tələb etmək hüququ yaranır. Belə ki, həmin pullar əmanət müqaviləsi üzrə pulunu iddia qaldıraraq tələb etdiyi 15.01.2017-ci il tarixdən qətnamənin icra olunduğu 29.12.2019-cu il tarixədək, yəni əmanətinin ona qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün bankın istifadəsində qalıb və bank həmin pulu qaytarmayaraq, beləliklə bank özgəsinin pul vəsaitini həmin müddətdə qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə onlara ziyan vurmuşdur, bu gecikdirmə nəticəsində onlar Mülki Məcəllənin və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməs inə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında təsbit edilmiş hüququndan istifadə edərək, bankdan həmin icrasını gecikdirdiyi pullara görə illik ən azı 16,2 faiz pul tələb etməkdə haqlıdır. Çünki, elə bankla bağladığı həmin əmanət müqavilələrinə əsasən pulunun həmin bankda qalmasına görə illik 16,2 faiz pul qazanmaq imkanı real olub. Preyudisial əhəmiyyətli qətnamədə də həmin əmanətə görə 16,2 faiz pul onun xeyrinə tutulmuşdur. Belə ki, həmin əmanət müqaviləsi yalnız Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi icra edildikdən sonra, yəni əmanət üçün yerləşdirdiyi pullar qaytarıldıqdan sonra ləğv edilib. Pullar qaytarılanadək bankda olub. Çünki, müqavilə 5 il müddətinə bağlansa da, həmin müqavilə üzrə pul qaytarılmadığı üçün ləğv edilməmiş dir. Pulunun qaytarılmaması üstün hyquqi qüvvəyə malik qətnamələrlə öz təsdiqini tapır. Həmçinin bank əmanəti müqaviləsinə əsasən də əmanət üzrə faizlər həmin əmanət tam qaytarılanadək hesablanır. Qanunun tələbinə əsasən bankda yerləşdirdiyi əmanət qaytarılan günədək həmin əmanət müqaviləsi üzrə razılaşdıqları illik 16,2 faiz məbləği hesablanmaqda davam etmişdir. Beləliklə, müqavilənin müddətinin uzadılmasının sübut olunmasında onun hərəkətsizlik və neqativ öhdəliyi vardır. O, heç nə etmədikdə, müqavilə uzadılmış sayılır. Bu halın sübut olunması üçün, digər halın mövcudluğunu qarşı tərəf sübut etməlidir. Qarşı tərəf digər halla bağlı sübut təqdim edə bilmirsə, onun irəli sürdüyü iddia tələbi sübut olunmuş sayılır. Qətnamədən də göründüyü kimi, bank tərəfindən əmanətçiyə pulun qaytarılması barədə bildiriş göndərilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilmədiyindən, müqavilənin müddətinin uzadılmasına dair onun iddiası sübut olunmuş sayılır. Əksinə, bank onun pulunu qaytarmaq istəməyib, hansısa saxta girov müqavilələrinə istinad edərək, pulunu qaytarmaqdan imtina etmişdir. Beləliklə, həm Mülki Məcəllənin, həm də Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi bank onun pulunu artıq bir ildir ki, qaytarmır, bir ildir ki, pulunu özündə saxlamaqla, ondan faydalanır. O, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 5 faizdən artıq daha böyük məbləğ tələb edə bilər. Həmçinin həmin pulları bank vaxtında ona qaytarsa idi, ən azından iddia qaldırdığı 15.01.2017-ci il tarixdə qaytarsa idi, digər banklara da yüksək faizlə depozit qoyub gəlir əldə edə b ilərdi. Lakin ən azından həmin bankın özündə illik 16,2 faiz hesablanmaqla əmanəti qalmaqda davam etmişdir. 16,2 faiz faydalanmaq hüququnu sübuta yetirmək üçün həmin müqavilələrdən əlavə hər hansı bir sübutu məhkəməyə təqdim etməyə ehtiyac yoxdur. Çünki, üstün hüquqi qüvvəyə malik qətnamələrlə təsdiq edilmişdir ki, bank illik ona 16,2 faiz ödəməlidir. Beləliklə, pulunun bank tərəfindən qanunsuz saxlanıldığı müddət üçün illik 16,2 faiz tələb etmək hüququ var. Belə olduğu təqdirdə, 2 il 11 ay 14 gün üçün 131100 manat pulunun qanunsuz saxlanılması nəticəsində illik 16,2 faiz hesablanmaqla (131100 manatın illik 16,2 faiz hesablayanda hər ay 1769,85 manat edir, bu məbləği də 2 il 11 aya, yəni 35 aya vurduqda = 61944,75 manat) 61944,75 manat tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Əd liyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2020-ci il tarixli 9/2365 saylı rəyinə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə 15 yanvar 2017-ci il tarixdən 29 dekabr 2019-cu il tarixədək illik 16,2 %-lə faiz hesablanaraq 29 dekabr 2019-cu il tarixə 62.770,68 manat məbləğində faiz qalığı müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 15 yanvar 2007-ci il tarixli depozit müqaviləsi üzrə 131.100,00 manat məbləğində əmanətə 15 yanvar 2017-ci il tarixdən 29 dekabr 2019-cu il tarixədək illik 5 faizlə faiz hesablanaraq 29 dekabr 2019-cu il tarixə 19373,67 manat məbləğində faiz qalığı müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 ma nat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Ceyhun Tağıyev, iş № 2(006)2139/20) 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslı olması, bankın pulun qaytarmaması barədə əvvəlki məhkəmə çəkişmələrində gətirdiyi dəlillərin əsassızlığı sadalanan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Əmanətin qaytarılması üçün yalnız məhkəmə aktının qəbul edilməsi vacib şərt kimi müqavilədə və Mülki Məcəllədə müəyyən edilməmişdir. Məhkəmə mübahisəsi olmadan da bank əmanətçinin pulunu qaytarmalı idi və hazırkı mübahisənin açılmasının qarşısı alına bilərdi. Göründüyü kimi, cavabdeh "xxxx" ASC əmanət müqavilələri ilə üzərinə götürdüyü öhdəliyini tam icra etməmiş, əmanətçinin tələbi ilə əma nət məbləğlərini ona vaxtında qaytarmamış, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də, Bank öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, depozit məbləğlərinə 15.01.2017-ci il tarixdən qətnamənin icra olunduğu 29.12.2019-cu il tarixədək, yəni, əmanətinin iddiaçıya qaytarıldığı tarixədək hesablanmaqla 2 il 11 ay 14 gün hesablanmış faiz məbləğlərini iddiaçıya ödəməlidir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 948.1-ci maddəsinə əsasən müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Lakin hazırkı halda tərəflər arasında bağlanmış müqavilədə faizlərin miqdarı dəqiq müəyyən edildiyindən, ona görə də faizlr müqavilədə nəzərədə tutulmuş miqdarda ö dənilməlidir və həmin faiz məbləği MM-in 949.1-ci maddəsinə əsasən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Beləliklə də, iddiaçı 15.01.2017-ci il tarixdən hesablanmaqla əsas depozit hesabındakı 131100 manat pulun ona geri qaytarıldığı, qətnamənin icra edildiyi 29.12.2019-cu il tarixədək, həmin depozit hesabında olan əmanətinə illik 16,2 faiz pulu Bankdan tələb etməkdə haqlı olmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli qətnaməsi 23.12.2019-cu il tarixdə Bank tərəfindən icra edilmiş (məcburi icra tədbirləri deyil, könüllü olaraq) və həmin qətnamə üzrə tələb olunan bütün öhdəliklər Bank tərəfindən y erinə yetirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qətnamə çıxararkən eyni tərəflər arasında, eyni əsaslar və eyni hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcduluğunu nəzərə almamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli, Elşən Kazımov) 03 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işini hallarını və tətbiq edilməli olan maddi hüquq normalarını düzgün müəyyən etmişdir. Belə ki, hazırkı işdə ca vabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi, icranı gecikdirməsi nəticəsində iddiaçının məruz qaldığı zərər müqavilədə nəzərdə tutulan faiz məbləğidir. Cavabdeh əsas depozit məbləğini vaxtında ödəməməklə iddiaçıya (kreditora) faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Əldən çıxmış fayda şəklində zərər isə müqavilədə nəzərdə tutulmuş 16,2 faizdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsini rəhbər tutaraq cavabdehdən pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə digər əsaslardan çıxış edərək 5% deyil, daha böyük məbləğ – 16,2 faiz tələb etməkdə haqlı olmuşdur. İddiaçının gecikdirilmiş günlər üçün illik 16,2 faiz olmaqla pul tələbi adı çəkilən maddələrin dispozisiya əlamətlərinə uyğun gəlir və həmin maddələrin təsiri altına d üşür. "xxxx" ASC-nin apellyasiya şikayətinin əsas və yeganə dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qətnamə çıxararkən eyni tərəflər arasında, eyni əsaslar və eyni hallar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə almamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 23.04.2019-cu il tarixli qətnaməsi 23.12.2019-cu il tarixdə Bank tərəfindən icra edilmiş və həmin qətnamə üzrə tələb olunan bütün öhdəliklər Bank tərəfindən yerinə yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi həmin işdə İddiaçı tələbi depozit müqaviləsinə əlavənin etibarsız hesab edilməsi, depozit məbləğinin və ona hesablanmış faizlərin tutulması barədə olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 m ay 2017-ci il tarixli qətnaməsi və Apellyasiya Məhkəməsinin həmin iş üzrə çıxardığı 23.04.2019-cu il tarixli qətnamə ilə iddia qismən təmin olunmaqla depozit müqaviləsinə əlavə etibarsız hesab edilmiş, 131000 manat depozit məbləğinin və ona hesablanmış 103901,7 manat faiz məbləğinin "xxxx" ASC-dən tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışı zamanı adı çəkilən həmin mülki işi nəzərdən keçirmiş və həmin işdə olan audit rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçıya ödənilmiş 103901,7 manat faiz məbləği 15.01.2017-ci il tarixədək olan dövrə görə hesablanmış məbləğdir. Belə ki, audit rəyində də göstərildiyi kimi, 15.01.2017-ci il tarixdən depozit məbləğinə faiz hesablanması dayandırılmışdır. İddiaçının hazırkı iş üzrə tələbi istər predmetinə, istrsə də əsaslarına (faktiki və hüquqi) görə əvvəlki işdə olan tələblə eyni deyil. Hazırkı tələb borclunun icranı gecikdirməsi nəticəsində vurulan ziyanın ödənilməsi barədədir və iddiaçı bu tələbini Mülki Məcəllənin 445, 449, 948.1, 949.1-ci və s. maddələri ilə əsaslandırmışdır. İddiaçının bu tələbi tərəflər arasındakı əvvəlki işdə irəli sürülməmiş və baxılmamışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, a pellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi və vəkili X1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4 15.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya in stansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Maddə 945.2-ci maddəsinə əsasən hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyə nləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. Maddə 948.1-ci maddəsinə əsasən Bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Müqavilədə ödənilən faizlərin miqdarı haqqında şərtlər olmadıqda bank faizləri bu Məcəllənin 449.1-ci maddəsinə uyğun müəyyənləşdirilən miqdarda ödəməlidir. Maddə 442.1-ci maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozu lması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1-ci maddəyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə ə sasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2535/2021 nömrəli iş üzrə 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar