Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4471/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aktın ləğv edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Abşeron rayon Sukanal İdarəsinə qarşı invertar aktının ləğv edilməsi və hesablanmış əlavə su sərfiyyatının azaldılması tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-340/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən avtoyuyucu sexinə sayğacdankənar su xətti çəkilərək sudan qanunsuz istifadə olunmuşdur. Bu fakt Cavabdeh ASC-nin qaynar xəttinə zəng edildikdən sonra aşkar edilmiş və 25 fevral 2019-cu il tarixli akt tərtib edilərək iddiaçıya bir illik sudan qanunsuz istifadə etməsi ilə bağlı 4104 manat sərfiyyat hesa blanmışdır. Ona görə iddiaçı hazırkı mübahisəni başladaraq aktın ləğv edilməsi, sudan qeyri-qanuni istifadənin 10 fevral 2019-cu il tarixdən hesablanmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "Azərsu” ASC və üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Abşeron Rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3ının ləğv edilməsi və ünvan 3ında qeyd olunan hesabat verilən dövr 10 fevral 2019-cu il tarixdən (sudan qeyri-qanuni istifadə edilməsi) hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 fevral 2019-cu il tarix li İnvertar aktına əsasən iddiaçıya 1 il ərzində qanunsuz sudan istifadə etməyi qeyd edilərək ümumilikdə 4104 manat məbləğində sudan əlavə sərfiyyat hesablanmışdır. Lakin iddiaçı invertar aktının qanunsuz olaraq tərtib olunduğunu və həmin aktın ləğv edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 2(004)3718/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 3.1, 8.7-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ilə (sədrlik edən İ.Şirinov, hakimlər T.Səmədov və E.Kazımov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı, 02 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş üzrə ünvan 3ının ləğv edilməklə, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu 28 may qəsəbəsi, İzlivnoy küçəsi, 1 nömrəli evə hesablanmış 4104 (dörd min yüz dörd) manat borcun silinməsi barədə yeni qətnamə qəbul edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 18; “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3, 26; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli qərarə ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 8.6, 8.7-ci maddələrinə istinad etmişdir.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "Azərsu” ASC kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki İ icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020- ci il tarixli, 2(102)-384/2020 saylı qərarı (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi),Q.Əsgərov və S.Hacıyev) ilə cavabdeh "Azərsu” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2019-cu il tarixli 2(103)-10863/2019 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir
11. Məhkəmə kassasiya şikayətini qismən təmin edərkən Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli 262 nömrəli Qərar ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 8.6, 8.7; “Sudan istifadə” Qaydalarına 4 nömrəli əlavəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki İİ icraat
12. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- F.Talışinski, (sərlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3718/2019 saylı işi üzrə 02.07.2019-cu il tarixli qətnaməsi ləğv edilm iş və iş üzrə yeni qətnamə qəbul edilmiş; iddia qismən təmin edilmiş; ünvan 3ının ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390,420-cı maddələrinə istinad etmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh "Azərsu” ASC kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh "Azərsu” ASC kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştira k etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.
19. Digər tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
20. Maddə. 127 hissə İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağ lı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərin in və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə. 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
26. Madd.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə Kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
29. Apellyasiya məhkəməsi iddianı təmin etmişdir ona görə ki, iddiaçıya məxsus avtoyuyucunun boru xəttinə qoşulması və istifadə etməsi ilə bağlı halları cavabdeh tərəf sübut edə bilməmişdir.
30. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşd ur.
31. İddiaçı sudan qanunsuz istifadə olunmasını inkar etmir. Məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır. İddiaçının tələbləri ondan ibarətdir ki, akt ləğv edilsin və sudan qanunsuz istifadə faktı aşkar edildiyi tarixdən-10 fevral 2019-cu il tarixdən hesablama aparılsın. Yəni, qanunsuz qoşulma kimi bir illik müddət yox, qoşulma faktı aşkar edildiyi tarixdən hesablama aparılsın.
32. Lakin, iş baxan məhkəmələr hər dəfə iddia tələbinə diqqət yetirmədən qoşulma faktının sübuta yetirilməməsi əsası ilə iddianı təmin etmişlər. İddia təmin olunursa, onda iddiaçının dediyi kimi 10 fevral 2019-cu ildən ona qanunsuz qoşulma qaydaları ilə borc hesablanmalıdır.
33. Bundan başqa, apellyasiya instansiya məhkəməsi MPM-420-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(102)-384/2020 saylı qərarında birbaşa qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinə irad tutduğu halı, yəni iddiaçının həmin avtoyuyucunu icarəyə verməsi, həmin şəxs tərəfindən xəttə müdaxilə olunması, müdaxilə barədə məlumatın da məhz həmin şəxs tərəfindən Cavabdeh ASC-nə verilməsi kimi faktiki halları özü də araşdırmamış, sudan qanunsuz istifadə edilən obyektin iddiaçıya məxsus olduğunu, həmin obyektin su ilə təchizatı barədə müqavilənin də iddiaçı ilə bağlandığını, həmçinin iddiaçının iddia ərizəsində bu faktı inkar etməyərək, sadəcə həmin əlavə xəttin 10.02.2019-cu ildə onun razılığı ilə evinə daxil olan su xəttindən Kərimov Zakir tərəfindən çəkildiyini və hesablamaların da həmin tarixdən aparılmalı olduğunu göstərdiyini nəzərə almayaraq, aktda göstərilənlərin cavabdeh tərəfindən sübut olunmaması barədə yanlış nəticəyə gəlmişdir.
34. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
35. İddiaçı qanunsuz qoşulmanın başqa şəxs tərəfindən həyata keçiri ldiyini, yəni yuyucu sexini icarəyə götürən qonşusu Zakir Kərimov tərəfindən edildiyini, bu barədə məlumatın da məhz onun tərəfindən verilməsini bildirir. İddiaçının irəli sürdüyü həmin dəlili sübut etmək yükünü iddiaçı özü daşıyır.
36. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının dediyi kimi su xəttinə qanunsuz qoşulma aktın tərtib edilməsindən bir neçə gün əvvəl baş vermişdirsə, hesablanmış sərfiyyat məbləği həddən artıq çoxdur və iddiaçının maddi mənafeyinə uyğun deyil. Çünki o, 1-ci qrup gözdən əlildir, maddi vəziyyəti aşağıdır. Apelyasiya Məhkəməsi bu halları nəzərə alaraq iddiaçının etirazları ilə bağlı dəyərləndirmə apara bilərdi. Hesablanmış məbləği iddia tələbinə və işin faktiki hallarına uyğun istiqamətdə yoxlaya bilərdi. İddiaçının obyektindən su xəttinə hansı tarixdən qanunsuz qoşulması, onun obyektində su ilə istifadə olunan hansı texniki vasitədən istifadə olunması, orta saatla günün neçə saatı işləməsi və həmin vaxt, müddət ərzində nə qədər su sərfiyyatına yol verilməsi aydınlaşdırıla bilər, lazım gələrsə məhz bu sahədə mütəxəssisin köməyindən istifadə edə bilərdi. Əslində iddiaçının da tələbi onu tələb edirdi. İddiaçı bildirir ki, 10 fevral 2019-cu il tarixdən qanunsuz qoşulma baş verib və su sərfiyyatı həmin tarixdən akt tərtib edilən tarixədək hesablansın.
37. Bundan başqa, 2-ci apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı qeyd edilən suallar qoyulmuşdu: 1. ünvan 1 ünvan və ünvan 2 əsasında kimə məxsusluğu (eyni ünvan olması)
2. İddiaçının cavabdehə olan müqavilə münasibətləri və y a hüquqpozuntudan irəli gələn borcu, ziyan vurması, bunun səbəbi, tərəflərin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsiziyi) ilə vurulan ziyan arasında səbəbli əlaqə və s.
3. İddiaçıya aid olan su avadanlıqlarına kənar qoşulmaların, o cümlədən avtoservis (YUYUCU) tərəfindən qoşulma, qoşulduğu təqdirdə qoşulmanın əsasları, kimliyi və ünvanı. ünvan 3ının əsaslılığının yerində yoxlanılması.
4. İddia tələbi, apellyasiya şikayəti və kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə xüsusi bilik tələb edən və əhəmiyyətli ola bilən digər hallar.
38. Qeyd olunan ekspertizanın keçirilməsini zəruri edən hallar aydın deyil. Çünki ekspert su xəttinə qoşulmadan iki il keçdikdən sonra, iş məhkəmə baxışında olan dövrdə həmin xəttə hər-hansı qanunsuz qoşulma halı aşkar edə bilməzdi. Ekspert qarşısında qoy uan digər suallar isə hazırkı mübahisənin həlli baxımında əhəmiyyət kəsb etmirdi və məntiqi olaraq ekspert həmin suallara cavab verməmişdir. Nəticə etibarı ilə mübahisənin həllinə heç bir təsir edə bilməyəcəyi əvvəlcədən bəlli olan ekspert rəyinə görə məhkəmə xərcləri cavabdeh təşkilatın üzərinə qoyulmaqla MPM-nin müvafiq normalarının tələbləri pozulmuşdur.
39. Məhkəmə ekspertizanı o vaxt keçirir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək (MPM-nin 97.1. maddəsi) zərurəti yaranır. Ekspert qarşısında qoyulan suallarla bağlı belə bir zərurət olmadığından keçirilmiş ekspertiza xərclərinin də tərəflərin üzərinə qoulması əsaslı hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən madd i və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, buda qətnamənin ləğv olunması üçün əsasdır.
41. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-340/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.