Məhkəmə qərarları › İş №2(102)-4474/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4474/2019

01.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4474/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim: E.Ə.Mehdiyev 2(006)-3592/2018) İddiaçı Cavabdeh qarşı “pul tələbi və dəymiş mənəvi zərərin ödənilməsi barədə" iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov (sədrlik edən və məruzəçi) X.A.Mərdanova və F.F.Babayev; 2(103)-11309/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə çıxarılmışdır. İddia tələbi qismən təmin edilmiş, X2 52 126,88 ABŞ dollarının (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), həmçinin iddiaçının ödədiyi dövlət rüsumlarının və bank xidməti xərclərinin əvəzi olaraq 45,80 manatın alınaraq İddiaçı odə nilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 420.000 ABŞ dollar pulun və ona dəymiş mənəvi ziyana görə 50.000 ABŞ dollarının, cəmi 470.000 ABŞ dollarının və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, yaxın dostu olan Cavabdeh vədlərinə inanaraq və 400 000 ABŞ dollarının ona çatacağını düşünərək 250 000 manat dəyərində olan kompüter avadanlıqlarını ucuz qiymətə, cəmi 117 000 ABŞ dollarına satıb cavabdehin başçılıq etdiyi "xxxx" MTK-ya bina tikilməsi ilə məşğul olmaq üçün sərmayə qoyduğunu, həmin pulu Bakı şəhəri, ******************* prospektində yerləşən kafe nin qarşısında cavabdehə verdiyini, cavabdehin binanın tikinti işlərinin 2 il ərzində tamamlanacağını və oradan evlər satılan kimi 4 000 000 ABŞ dollarının təxminən 13 faizinin ona çatacağını bildirdiyini, cavabdehin sözlərinə inanaraq uzun müddət ona çatası 400000 ABŞ dolları məbləğində pulun veriləcəyini gözlədiyini, dəfələrlə pulun qaytarılmasını tələb etsə də, cavabdehin hər dəfə yalan vədlər verərək işlərinin yaxın günlərdə qaydaya düşəcəyinə və pulu verəcəyinə söz verdiyini, uzun danışıqlardan sonra 2013-cü ildə cavabdehin Gəncə şəhəri, **************** küçəsində yerləşən binadan 135,9 kv.m sahəsi olan 3 otaqlı bir mənzilin sənədini arvadı İ8nın adına tərtib edərək verdiyini, lakin sonradan həmin mənzilin bir neçə şəxsə satıldığı aşkar edilmişdir. Kassasiya şikayətinin dəlilləri Cava bdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88,217.3-cu maddələrinin tələblərini pozmuş, birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsində iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq qətnamə qəbul edilməmişdir. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edi b-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından, o cümlədən işə əlavə edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütə şəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin 11 fevral 2017-ci il və 23 oktyabr 2017-ciil tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı tanışı Cavabdeh onu aldadaraq 117 000 ABŞ dolları məbləğində pul vəsaiii ələ keçirməsi ilə əlaqədar müraciəti həmin idarəyə daxil olaraq araşdırılmış, araşdırma zamanı izahatı alınmış, Cavabdeh göstərmişdir ki, 2006-cı il tarixdə Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının tikintisi ilə məşgul olmuş, bir müddət sonra İddiaçı onu bu işə şərik etməyi xahiş etmiş, razılıq əldə edildikdən sonra İddiaçı binanın tikintisi ilə məşğul olan “xxxx” MTK-ya 117 000 ABŞ dolları məbləğində pul vəsaiti ödəmiş, sonradan pula ehtiyacının olduğunu bildirməklə qoyduğu pulu geri tələb etmiş, o isə pu l məbləğinin əvəzində həmin MTK-dan sahəsi 135 m2 olan bir ədəd yaşayış sahəsi, sahəsi 108 m2 olan bir ədəd qeyri-yaşayış sahəsi vermiş, İddiaçı şəriklikdən çıxmışdır. İş materiallarından görünür ki, iddiaçının arvadı X3 ilə “xxxx” MTK arasında iki ayrı müqavilə tərtib edilmişdir; 2013-cü il tarixli (gün və ay göstərilməmişdir) müqaviləyə əsasən MTK, Gəncə şəhəri, ******************** ünvanında inşa edilmiş hündürmərtəbəli binanın 3-cü blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 135,9 m2 olan mənzili İ8 verməyi, sonuncu isə mənzili qəbul etməyi və mənzilin pay haqqını müəyyənləşdirilmiş mərhələlər üzrə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qiyməti başlıqlı 2-ci bəndə görə, mənzilin hər m2- nin dəyəri 600 ABŞ dolları həcmində qiymətləndirilməklə 81540 ABŞ dolları təşkil edir və ödəniş hesablaşma aparılan günə manatın dollara ekvivalenti ilə milli valyuta ilə aparılır. Müqavilədə payçı qismində İ8 adı qeyd edilmiş və imzalanmış, “xxxx” MTK-nın 2013-cü il tarixli (gün və ay göstərilməmişdir) kassa mədaxil orderinə görə İ8 kooperativin kassasına 64 400 manat ödəniş həyata keçirmişdir. MTL ilə X9 arasında 25.06.2015-ci il tarixdə bağlanmış ***** saylı müqaviləyə əsasən həmin mənzilin adı çəkilən şəxsə satıldığı müəyyən edilmişdir. Müqaviləyə görə mənzilin dəyəri hər kv m-i 500 manat olmaqla 68 00 manata qiymətləndirilmişdir. “xxxx” MTK-nın verdiyi maliyyə arayışına əsasən Q6 mənzilin dəyərini tam ödəmişdir. 11 fevral fevral 2017-ci il və 23 oktyabr 2017-ciil tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının aid olduğu araşdırma zamanı Q6 həm in mənzilə görə nəzərdə tutulmuş 68 000 manat pulu İddiaçı verdiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. -407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsa sa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı pul vəsaitini çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən və cavabdehin rəhbəri olduğu “xxxx” mənzil tikinti kooperativinə şərik olmaq niyyəti ilə vermiş, 11 fevral 2017-ci il və 23 oktyabr 2017-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların aid olduğu araşdırma zamanı 14.06.2013-ci il tarixdən etibarən həmin kooperativin sədri olan X4 da izahatında İddiaçı MTK-nın təsisçilərindən biri kimi tanıdığını bildirmişdir. Bununla belə kollegiyanın sorğusu əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı barəsindən əldə edilmiş sənədlərdən nə iddiaçının, nə də cavabdehin həmin kooperativin təsısisçilərindən olmadıqları müəyyən edilmişdir. Nəticə etibarilə iddiaçı ümid etdiyi kimi MTK-nın təsisçiləri sırasına daxil ola bilməmiş, təsisçisi olduğunu güman etdiyi həmin MTK-nın tikinti fəaliyyətinin həyata keçirilməsi üçün heç bir əsasa söykənmədən yuxarıda göstərilən pul vəsaitini cavabdehə vermiş, bunun müqabilində isə hər hansı gəlir əldə edə bil məmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kiollegiyası hesab etmişdir ki, 117 000 ABŞ dolları pulun cavabdehə ödənilməsinin sübut edilməsinə ehtiyac olmaması, kooperativə şərik olması üçün iddiaçının ona ödədiyini etiraf etdiyi pul məbləğini iddiaçıya qaytardığını sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür; yəni məhz cavabdeh, həmin pulu iddiaçıya qaytardığını sübuta yetirməlidir. Cavabdeh (nümayəndəsi) iddiaçıya mənzil və qeyri-yaşayış sahəsi verilməklə həmin pulun qaytarıldığını göstərmişdir. İddiaçı isə istər iddia ərizəsində, istər apellyasiya şikayətində, istərsə də nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatda həmin pulun əvəzində arvadının adına 135,9 m2 olan mənzilə dair müqavilə verildiyini etiraf etmiş, bununla belə cavabdehin sonradan həmin mənzili Q6 adında ş əxsə satdığını irəli sürərək cavabdehin arqumentlərinə etiraz etmişdir. İş materiallarından həqiqətən də MTK ilə X6 arasında 25.06.2015-ci il tarixdə bağlanmış **** saylı müqaviləyə əsasən həmin mənzilin adı çəkilən şəxsə satıldığı müəyyən edilmişdir. Müqaviləyə görə mənzilin dəyəri hər m2-i 500 manat olmaqla 68 000 manat qiymətləndirilmiş, “xxxx” MTK-nın verdiyi maliyyə arayışına əsasən isə Q6 mənzilin dəyərini tam ödəmişdir. 11 fevral 2017-ci il 23 oktyabr 2017-ci il tarixli “cinayət işinin ba.lanmasının rədd edilməsi haqqında” qərarların aid olduğu araşdırma zamanı Q6 həmin mənzilə görə nəzərdə tutulmuş 68 000 manat pulu İddiaçı verdiyini bildirmişdir. Cavabdehin mövqeyinə görə də həmin mənzil məhz iddiaçı tərəfindən qohumu olan Q6 satılmış və mənzilin pulunu da məhz onun özü götürmüşdü r; o sadəcə sənədləşməni aparmışdır. Ona görədə apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mənzilə münasibətdə irəli sürdüyü arqumentləri inandırıcı hesab etmiş və 25.06.2015-ci il tarixə 1 ABŞ dollarının məzənnəsinin 1,0482 manat olduğunu nəzərə alaraq cavabdehin iddiaçıdan aldığını etiraf etdiyi 117 000 ABŞ dollarından 64 873,12 ABŞ dolları (68 000 manat 1,0482) çıxılmalı olduğu qənaətinə gəlmişdir (117 000 - 64 873,12 = 52 126,88). Apelyasiya instansiyası məhkəməsi 108 m2-dən ibarət qeyri-yaşayış sahəsinə dair MTK ilə İ8 arasında bağlanıldığı irəli sürülən 02.11.2015-ci il tarixli müqaviləyə münasibətdə eyni qənaətə gəlməyin, başqa sözlə cavabdehin qeyri-yaşayış sahəsi ilə bağlı arqumentlərinin qəbul edilməsinin mümkün olmadığını qeyd etmişdir. Belə ki, müqavilə adlandırılan hə min sənəddə İ8nın imzası mövcud deyildir. Digər tərəfdən yuxarıda qeyd edilən mənzilə dair bağlanmış müqavilədən fərqli olaraq iddiaçı qeyriyaşayış sahəsi barədə hər hansı müqavilənin tərtib edilərək ona verildiyini bildirməmiş, arvadı İ8 ilə “xxxx” MTK arasında belə bir müqavilənin bağlanıldığını israrla təkzib etmişdir. Şərh olunanla ra əsasən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişir ki, sözügedən sənədin payçı tərəfindən imzalandığı müəyyən edilmədiyindən qeyriyaşayış sahəsinə dair İ8 ilə “xxxx” MTK arasında 02.11.2015-ci il tarixli müqavilənin bağlanmış olduğu qənaətinə gəlmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır; sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təs diq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. İ8 ilə “ünvan 1 ünvanında inşa etdiyi binadakı 108 m2-dən ibarət qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş və 02.11.2015-ci il tarixdə bağlandığı irəli sürülən müqavilə üzrə tərəflər arasında hər hansı hüquq münasibətləri yaranmamışdır. Həmin qeyri-yaşayış sahəsi iddiaçının cavabdehə vermiş olduğu pul vəsaitinin qaytarılması məqsədi ilə qarşı tərəfə (əslində iddiaçının özünə) təklif edilmiş, iddiaçı isə israrla müvafiq müqavilənin bağlanmadığını bildirməklə ödəmiş olduğu pulun cavabdehdən tutulmasını tələb etmişdir. Bu mənada iddiaçının (və ya onun arvadı İ8) gələcəkdə həmin müqavilə üzrə tələbetmə hüququnu həyata keçirməsi istisna edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-c i maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsi şərh olunanlara əsasən belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki,birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnamə ləğv edilərək iddiaçının ödəmiş olduğu 117 000 ABŞ dolları pul vəsaitinin qaytarılmamış hissəsi ol an 52126,88 ABŞ dolları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 13 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar