Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4479/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə,Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı XXX qızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-1123/2018, hakim M.Q.Sadıqov) İddiaçı XXX qızının Qanuni nümayəndə qarşı iddiası təmin edilmiş,iddiaçı tərəfindən X3 kreditoruna ödənilmiş və vərəsələrinə keçmiş olan borc məbləğinin digər vərəsə olan cavabdehin vərəsəlikdəki payına uyğun, yəni 80.000 ABŞ dolları məbləğinin ¼ hissəsi olan 20.000 ABŞ dolları məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-1063/2019, hakimlər F.Ş.Talışinski, Z.Ə.Əliyev, R.Ə.Eyvazov) Qanuni nümayəndə apellyasiya şikayəti təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin olunması barə də yeni qərar çıxarılmasını xahiş etmişdir. İşin halları: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 aprel 2015-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi-arvadı İddiaçı miras əmlakların 3/4 hissəsinə irs almışdır. Miras əmlakının qalan ¼ hissəsinə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X4 mərhum X3 ona 81.850 ABŞ dolları əsas borc, 246.800 ABŞ dolları faiz borcu olduğuna istinad edərək sonuncunun vərəsələri İddiaçı və Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı Səbail Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı həmin iş üzrə iddiaçı tərəflə razılığa gələrək məhkəmədən kənar barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişi üzrə İddiaçı mərhumun 80.000 ABŞ dolları borcunu ödəməyi, qarşı tərəf isə həmin vəsaiti qəbul etməyi və qalan pu lu tələb etməyəcəyi barədə öhdəlik götürmüşdür. Bundan sonra X4 iddiadan imtina etməsi barədə ərizə vermiş, Səbail Rayon Məhkəməsinin 30 avqust 2016-cı il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə icraata xitam verilmişdir. 23 yanvar 2018-ci il tarixdə İddiaçı XXX qızı reqres qaydada pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən X3 kreditoruna ödənilmiş və vərəsələrinə keçmiş olan borc məbləğinin digər vərəsə Cavabdeh vərəsəlikdəki payına uyğun, yəni 80.000 ABŞ dolları pul məbləğinin ¼ hissəsi olan 20.000 ABŞ dolları pul məbləğinin Qanuni nümayəndə onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair eti razlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, hər hansı borcun mövcud olmasının məhkəmə və ya notarial qaydada təsdiq edilməsi qanunvericilikdə imperativ norma kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mərhum X2 qalmış miras əmlak qanun üzrə vərəsələrİddiaçı 3/4 hissədə, Cavabdeh 1/4 hissədə olmaqla irs almışlar. İddiaçı mərhumun onun qarşısında öhdəliyi olduğunu iddia edən Rüfət Quliyevə 80.000 ABŞ dolları məbləğində vəsait ödədiyinə istinad edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əs asən ödədiyi həmin məbləğin 1/4 hissəsinin digər vərəsədən alınaraq ona ödənilməsini tələb edir. Cavabdeh tərəf iddiaya etiraz edərək göstərmişdir ki, miras qoyanın vərəsələrindən borcun tutulması tələbinə dair işdə iddiaçının həmin iddia üzrə iddiadan imtina etdiyi üçün icraata xitam verilmiş, məhkəmədən kənar barışıq sazişi bağlanmış, həmin saziş qərardadla təsdiq edilməmiş, həmin işdə o da cavabdeh olmuş, lakin məlumatlandırılmamaqla bağlanan sazişdə onun iştirakı olmamış, həmin borcu qəbul etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Apellyasiya məhkəməsi iddianın rədd edilməsi barədə gəldiy i nəticəni onunla əsaslandırmışdır ki, kollegiyası mülki hüquq münasibətlərində həqiqəti müəyyən etmək üçün hazırki iş üzrə iddia edilən pul məbləğinə əsas olmuş Səbail Rayon Məhkəməsindəki mülki işi sorğu edərək müəyyən etmişdir ki, qeyd edilən işin baxılması zamanı hazırki iş üzrə cavabdeh tərəfin iştirakı olmadan məhkəmədən kənar barışıq sazişi bağlanılmış və iddiadan imtina edilməsi əsası ilə iş üzrə icraata xitam verilmiş, kreditor tələbi üzrə miras qoyanın vərəsələrə münasibətdə təsdiq edilmiş öhdəliyi (məhkəmə qərarı ilə borc məbləği) müəyyən edilməmiş, mübahisənin əsası olan (notarial qaydada təsdiq edilməyən, bağlanma tarixi müəyyən edilməyən və faiz nəzərdə tutan) borc müqavilələri üzrə mərhum tərəfindən vəsiyyətnamə saxlanılmamışdır. İddiaçının vərəsəlik üzrə kredit borcunun v ə vərəsələr arasında mülki məsuliyyət hədlərinin müəyyən edilməsi hazırki məhkəmə baxışının araşdırma predmeti olmadığından miras qoyanın borclarının həqiqiliyinə qiymət verilməsi tələbdən kənar araşdırma predmeti olduğundan yolverilməzdir. Bu halda miras qoyanın borcu və öhdəliyi cavabdeh tərəfindən inkar edilərək qəbul edilmədiyindən, mirasın qəbulu və ya ondan sonra bu öhdəlik notarial və ya məhkəmə qaydasında təsdiq edilmədiyindən iddianın hüquqi əsası və cavabdeh tərəfin vərəsə kimi mülki məsuliyyəti yaranmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlar ından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, apellyasiya məhkəməsi nin qətnaməsi qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hessab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4479/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4479/2019
20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver