Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4479/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə və çıxarılma) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, İddiaçı və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı evə köçürülmə və evdən çıxarma tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2645/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qətnaməsind ən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının mərhum valideynləri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsindəki 20 nömrəli evdə yaşayıblar. İddiaçı da həmin evdə qeydiyyatdadır. Cavabdehlər iddiaçının bacıları və digər cavabdehlər isə onların həyat yoldaşlarıdır. İddiaçı hesab edir ki, valideynlərinin yaşadığı ev vərəsəlik qaydasında ona çatmalıdır, cavabdehlər evi özbaşına zəbt etmişlər. Ona görə iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 Zavvar oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sur axanı rayonu, Hövsan qəsəbəsi, Kooperativ küçəsindəki 20 nömrəli evə köçürülməsi və cavabdehlərin qanunsuz məskunlaşdıqları həmin evdən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: 12 fevral 2020-ci il tarixdə iddiaçının anası vəfat etdikdən sonra iki bacısı ərləri ilə birlikdə, yəni cavabdehlər babasından qalmış evə yığışaraq 03 aprel 2020-ci il tarixdə onun yaşayıb daimi qeydiyyatda olmasına baxmayaraq onu məcburi qaydada həmin evdən çıxarmışlar. Bunun üçün bacıları 102 xidmətinə zəng vuraraq onun evdə dava-dalaş saldığını bildirərək polisləri evə çağırmışlar və 30-cu Polis Bölməsinin əməkdaşları gəlib ona tövsiyyə etmişlər ki, mənzili tərk edib evə köçürülməsi və qanunsuz yaşayanların evdən çıxarılmaları barədə məhkəmə qərarı qəb ul edilməsinə nail olandan sonra köçüb sərbəst yaşamasını davam etsin. Onun əşyaları hazıra kimi həmin evdə yerləşir, lakin bəzi avtonəqliyyat vasitələrinə aid ehtiyyat hissələri artıq bacıları tərəfindən oğurlanmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(010)-2701/2020 nömrəli qətnaməsi (hakim. A.Qasımov) ilə iddia təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddələrinə istinad etmişdir, MPM-nin 14.2, 77.1. maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 05 aprel 2021-ci i l tarixli qətnaməsi ilə (hakimlər- E.Kazımov (sərlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(010)-2701/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və Cavabdeh4 məhkəmə iclasına vəkilsiz gəlmişlər, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatları alınmamışdır.
14. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Zavvar oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə koll egiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə. 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
16. Maddə. 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınma lıdır.
17. Maddə. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesa b edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2-227/2007 saylı mülki iş üzrə qəbul edilmiş qətnaməsi ilə Söhbətov Balababa Cabar oğlunun İddiaçı qarşı Bakı şəhəri, Hövsan qəsəbəsi, Kooperativ küçəsi, 20 saylı evə istifadə hüququnun itirilməsinə dair iddiası təmin edilmişdir.
25. Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 14 oktyabr 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda ailəsi ilə birlikdə Hövsən qəsəbəsində Maqazin küçəsində yaşayır.
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə və həmin tikilidən cavabdehlərin çıxarılması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin, konkret halda iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarının disopozisiya şərtlərinə uyğun gəlmir.
27. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə (özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. Belə ki, iddiaçı həmin evin babasından ona qaldığını iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının mübahisəli özbaşına tikilidə qeydiyyatda olması da iddianın əsaslılığına dəlalət etmir, eləcə də cavabdehlərin həmin evdən çıxarılmasını tələb etmək üçün ona subyektiv hüquq vermir. Çünki iddiaçının həmin evdən qeydiyyatdan çıxarılması barədə hələ sağlığında mərhum atası ona qarşı iddia qaldırmış və məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə iddia təmin edilmişdir. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində başqa yaşayış evi var və onun mübahisəli evdə qeydiyyatı formal xarakter daşıyır.
28. Məhkəmə müəyyən etmişdir ki, tərəflər qohumluq münasibətlərində olsalar da onlar arasında xoş olmayan gərgin münasibətlər mövcuddur. Mübahisəli evdə halhazırda iddiaçının bacısı Cavabdeh4 ailə üzvləri ilə birgə yaşayır, digər cavabdeh olan bacısı Cavabdeh2 isə həm in evdə yaşamadığını bildirdi. İddiaçının həmin evə köçürüləcəyi vəziyyətdə onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan birgə yaşayacaqları da inandırcı və ağlabatan görünmür. Eyni zamanda, iddiaçının başqa ünvanda mülkiyyətində olan başqa yaşayış evi var.
29. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışlarından da (bax.i.v.57-58) görünür ki, iddiaçı mübahisəli evdə qeydiyyatda olsa da faktiki olaraq həmin qəsəbədə başqa bir evdə ailəsi ilə birgə yaşayır. Demək, iddiaçının mübahisəli özbaşına tikilidə yaşaması üçün əsas və zərurət olmamış, başqa sözlə mübahisəli özbaşına tikilinin yaşayış sahəsindən istifadə etməyə ehtiyacı olmamış, yaxud bu ehtiyac uzun müddət əvvəldən aradan qalxmışdır.
30. Su raxanı Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli 208 nömrəli qətnaməsinin (bax.i.v.82), Suraxanı Rayon Məhkəməsinin 12 mart 2007-ci il tarixli 227 nömrəli qətnaməsindən çıxarışın və həmin tarixli icra vərəqəsinin (bax.i.v.53-54) məzmunundan bəlli olur ki, vaxtı ilə iddiaçının atası tərəfindən iddia qaldırılaraq iddiaçının mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilmiş və iddiası təmin edilmişdir. Qətnamənin mövcud olub-olmamasından, qüvvədə olub-olmamasından asılı olmayaraq həmin sənədlərdəki məlumatlar da iddiaçının mübahisəli evə köçməsi və yaşaması ilə bağlı əvvəllər də atası ilə problemlərin olduğunu təsdiq edir. Bu hallar da bir daha iddianın əsassız olduğunu şərtləndirir.
31. Kollegiya qeyd edir ki, iddiaçı kassasiya şikayətinin dəlillərini təsdiq ed ən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2645/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.