Məhkəmə qərarları › İş №2(102)-448/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-448/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2021 01.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: üzərinə həbs qoyulmuş əmlakın icra qaydasında hərracdan satılması, hərracın nəticələrinin ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddi açı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icrratında olmuş 8(006)-5101/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərardadla X3 mülkiyyətində olan Bakı şəhəri, Abay döngəsi, 7 saylı evin (bundan sonra – mübahisəli ev) üzərinə həbs qoyulmuşdur. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5852/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə mərhum X3 vərəsələri X7, X5, X4, X6 və İddiaçı (bundan sonra – iddiaçı) onlara mərhumun miras aktivindən çatan payların hesabına (əldə etdikləri miras aktivləri (payları) həddindən artıq olmamaq şərtilə), miras aktivindən əldə etdikləri paylara uyğun (paylar nisbəti ndə) olaraq cəmi 285200 manat tutularaq Cavabdeh2 ödənilməsi qət edilmiş, məhkəmə aktı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə sözügedən fərdi yaşayış evinin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmiş və “xxxx” MMCnin xx.xx.2017-ci il tarixli QXM-241 saylı rəyi ilə “Həsən-96” Mənzil Tikinti Kooperativinin arayışına əsasən sözügedən ünvanın xx.xx.2017-ci il tarixə ümumi bazar dəyəri: ayrıayrılıqda evin bazar dəyəri 112350 manat, torpağın bazar dəyəri sənədi olduqda 351150 manat, ümumilikdə isə 463500 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsi xx/xx-90219/14 saylı, xx.xx.2017ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmişdir. Tələbkar Cavabdeh2 xx.xx.2018-ci il tarixdə ərizə ilə müraciət edərəkmübahisəli evin torpaqla birlikdə borcun ödənilməsinə yönəldilməsinə razı olmadığını bildirmiş, yalnız üzərinə həbs qoyulmuş və 112350 manat məbləğində qiymətləndirilmiş fərdi yaşayış evinin hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMC tərəfindən sözügedən fərdi yaşayış evinin ilkin satış qiyməti 112350 manat müəyyən olunmaqla, ilk hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Mənzilin ilkin satış qiyməti 112350 manat-10%=101.115 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a, mənzilin ilkin satış qiyməti 112350 manat-20%=89.880 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a, mənzi lin ilkin satış qiyməti 112350 manat-30%=78.645 manat müəyyən olunmaqla, son hərracın keçirilmə tarixi xx.xx.2018-ci il tarixə, saat 11:00-a təyin olunmuşdur. Qeyd olunanlar barədə İddiaçı və digər borcluların ünvanlarına “açıq hərracın keçirilməsinə dair” xx.xx.2018-ci il, xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildirişlər göndərilmiş və bununla bağlı “Kaspi” qəzetində elanlar yerləşdirilmişdir. xx.xx.2018-ci il tarixli, 230 nömrəli hərracın yekunları barədə protokola və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən, fərdi yaşayış evini 78645 manat qiymətlə Cavabdeh2 əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə k hərracın nəticələri barədə protokolun və qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, sözügedən əmlak bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndirilməmişdir və nəticədə atası X2 miras kimi qalmış ev hərrac şirkəti tərəfindən bazar qiymətindən də aşağı qiymətə tələbkara satılmışdır. Həmçinin, iddiaçının tərəf kimi belə bir hərracın keçirilməsindən məlumatı olmamış və iştirakı təmin olunmamışdır. İş üzrə keçirilmiş, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 48 №-li rəyi ilə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda yerləşən 264,6 kv.m ümumi tikili sahəsi və 309 kv.m ümumi torpaq sahəsi olan fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixə bazar dəyəri 529200 manat təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019cu il tarixli məktubla qeyd olunan daşınmaz əmlak söküldüyü üçün onun bazar dəyərinin hesablanmasının mümkün olmadığını bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3315/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Nəticədə mübahisəli daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olu nmuş, tələbkar isə alqı-satqı müqaviləsi imzalayaraq qəbul etmişdir. Belə olan halda mübahisəli fərdi yaşayış evi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara satılmışdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə iddiaçının vəkilinin əsas gətirdiyi, fərdi yaşayış evi ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclulara və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnaməli bildirişlər göndərmiş, həmin ünvanda yaşayan şəxslər tərəfindən, o cümlədən iddiaçının özü tərəfindən imza edilərək qəbul edilmiş və qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara satılmışdr. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, keçirilmiş hərracdan iddiaçının tam məlumatı olmuşdur. Məhkəmə əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatın ləğv edilməsi hissəsində iddianı əsassız hesab etmiş, qeyd etmişdir ki, iddiaçı məhkəməyə mübahisəli əmlakın qiymətinin qat-qat yuxarı olması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Qiymətləndirici xx.xx.2017-ci il tarixə mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin əmlak bazarında tələblə təklifin qarşılıqlı təsiri nəticəsində formalaşan qiymətini qeyd etməklə, «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmamışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 415.2-ci maddəsinə, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 41.1, 41.2, 41.3, 41.5, 42.1, 42.3, 42.5, 42.6, 43.3, 43.4-43.8, 48-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2, 62.1, 62.2-ci maddələrinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanunun 51.1-ci maddəsinə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 5, 7, 8 və 9-cu maddələrinə istinadla qeyd etmişdir ki, iddiaçı, Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli rəyində göstərilən qiymətin hə qiqi olmadığını bildirərkən, öz hesabına keçirilmiş qiymətləndirmə üzrə “xxxx” MMC-nin 29.307.2019-cu il tarixli, 48 saylı rəyinə istinad edir ki, həmin rəyə əsasən 246,6 kv.metr ümumi tikili sahəsi və 309 kv.metr ümumi torpaq sahəsi olan mübahisəli fərdi yaşayış evinin xx.xx.2019-cu il tarixdə bazar dəyəri 529200 manat təşkil edir. Göründüyü kimi, iddiaçının istinad etdiyi rəydə mübahisəli fərdi yaşayış evinin dəyəri ayrıca müəyyən edilməməklə, torpaq sahəsi ilə birlikdə ümumi dəyəri müəyyən edilmişdir. Baxılan iş üzrə hərracın predmeti isə yalnız fərdi yaşayış evidir. Ona görə də, bu rəy hazırkı işin halları baxımından mötəbər və kifayətedici sübut hesab edilə bilməz. Kollegiya nəzərə almışdır ki, işə birinci instansiya məhkəməsinə baxılarkən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, lakin qeyd olunan daşınmaz əmlak söküldüyündən bazar dəyərinin hesablanması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab etmişdir ki, məhkəmə qətnaməsinin icrası mərhələsində mübahisəli evin dəyəri Cavabdeh3 MMC tərəfindən obyektiv qiymətləndirildiyindən sözügedən rəyin ləğv olunması üçün əsas yoxdur. Eyni zamanda, Mülki Məcəllənin 414.1, 414.4, 415.1 və 415.2-ci maddələrinə istinad edən Məhkəmə kollegiyası qeyd etmişdir ki, keçirilən hərraclar barədə iddiaçı məlumatlandırılmış, müvafiq elanların verilməsi təmin olunmuş və hərracı udmuş şəxs kimi tələbkar ilə mülki qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmışdır. Belə olan halda, həmin hərracın nəticələrinin etibarsız sayılması üçün əsas aşkar edilməmişdir. İddiaçı, hərracın keçirilməsi barə də ona məlumat verilmədiyini bildirsə də, bu halı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan poçt sənədlərinə əsasən, keçirilmiş hərraclar barədə bildirişlər iddiaçının iş materiallarında olan rəsmi ünvanına göndərilmiş və ünvanda imzalanmaqla rəsmi qaydada qəbul edilmişdir. Bundan başqa, hərracı keçirən təşkilat tərəfindən həm ilkin, həm də təkrar hərracların vaxtı və keçirilmə yeri, satışa çıxarılan əmlak barədə məlumatların kütləvi informasiya vasitəsində dərc olunması və ictimai açıqlanması təmin olunmuşdur. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin həm qiymətləndirilməsi, həm də hərracda satılması qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilmişdir. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yoxdur. Odur ki, birinci instansiy a məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bildirişləri məhkəmə prosesi olub qurtardıqdan sonra iddiaçının ünvanına g əlib çatmış, iddiaçı məhkəmə iclasının vaxtından xəbərsiz olmuş, iddiaçının iştirakı təmin edilməməklə məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlərin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci m addəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı iş üzrə yeganə iddiaçı olan kassator tərəfindən mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublika sının Mülki Məcəlləsi. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır (maddə 414.1 və 414.4). Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir (maddə 415.2, 415.5). Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfində n etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur (maddə 416). “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir (maddə 51.1). Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır (maddə 53.1). Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (m addə 53.2). Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır (maddə 53.3). “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır (maddə 5). Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (maddə 7). Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qiymətləndirici dövlət və kommersiya sirləri istisna olunmaqla, qiymətləndirməni həyata keçirmək üçün zəruri hesab etdiyi hər cür məlumatı yazılı və ya şifahi formada üçüncü şəxslərdən almaq hüququna malikdir (maddə 8 və 9). MPM Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Kassasiya inst ansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi iddianın rədd olunması əsası kimi iki hala istinad etmişdir: hərracın keçirilməsi barədə iddiaçıya məlumat verilmişdir; mübahisəli evin dəyərinin aşağı qoyulması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə mübahisəyə Mülki Məcəllə və “İcra haqqında” Qanunla yanaşı, həmçinin “İpoteka haqqında” Qanunu tətbiq etmişdir. Halbuki iş üzrə məhkəmələr tərəfindən mübahisəli əmlakın ipoteka predmeti olmadığı, mülki işə baxılarkən iddianı təmin tədbiri qismində həbs qoyulduğu və sonradan icra qanunvericiliyinə əsasən açıq hərracda satılığı müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 53-cü maddəsində ipoteka predmeti olmayan və üzərinə həbs qoyulmuş əmlaka tutma yönəldilməsinin qaydaları tənzimlənmişdir. Həmin qayda ya əsasən üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. İş üzrə iddiaçının tələbinin əsaslarından biri mübahisəli əmlakın açıq hərracdan dəyərindən ucuz qiymətə satılması ilə bağlıdır. İşə baxan məhkəmələr müəyyən etmişlər ki, icra məmuru xx.xx.2017-ci il tarixli məktubla hərracın keçirilməsini Cavabdeh1 MMC-yə sifariş etmiş, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə hərraclar keçiri lmiş, hər növbəti hərracda mübahisəli əmlakın ilkin satış qiyməti 10 % aşağı salınmış və sonuncu hərracda 30% aşağı qiymətlə 78.645 manata tələbkar tərəfindən ələ edilmişdir. Halbuki “İcra haqqında” Qanunun 53-cü maddəsində üzərinə həbs qoşulmuş əmlakın hərracda üç ay ərzində satılmadığı halda təkrar tələbkara təklif olunması və imtina edildiyi halda əmlakın borcluya, icra sənədinin isə məhkəmə və ya digər orqana qaytarılması qaydası müəyyən edilmişdir. Nə “İcra haqqında” Qanunda, nə də həracın təşkili və keçirilməsinin ümumi qaydalarını tənzimləyən Mülki Məcəllənin 414-416-cı maddələrində əmlak hərracda satılmadığı halda onun qiymətinin aşağı salınması qaydasl müəyyən edilməmişdir. Eyni zamanda “İpoteka haqqında” Qanunun analogiya qaydasında da hazırkı münasibətlərə şamil olunması mümkün deyildir. Çünki “İpoteka haqqında” Qanunun preambulasına əsasən bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Göründüyü kimi Qanunun özündə onun müdəalarının ipoteka predmeti olmayan əmlaklara şamil edilməsi nəzərdə tutulmamışdır. MPM-in 13.4-cü maddəsi mülki porsesdə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda hüquq normalarının analogiya qaydasında tətbiqini mümkün heasab edir. Ümumiyyətlə qanunda nəzərdə tutulmuş və ya tərəflər arasında könüllü bağlanmı ş müqavilədə müəyyən edilən hallar istisna olmaqla, əmlakın açıq hərracdan realizə edilməsinin təyinatı əmlakın daha aşağı qiymətə satılması deyil, müvafiq əmlakı ilkin satış qiymətilə alıcılara təqdim etməkdən və ən yüksək qiymət təklif etmiş alıcıya satmaqdan ibarətdir. Buna baxmayaraq işə baxmış apellysiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən hərrac prosesinə tətbiq edilməli olan qanun normalarının tələbləri baxımından qiymət verməmişdir. Halbuki MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-i n 88-ci maddəsinə riayət olunmaqla, bu Qərarda sadalanan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1821/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar