Məhkəmə qərarları › İş №2(102)-448/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-448/2024

30.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5 Neymət qızı, X7, Gəncə şəhəri 1 saylı Notariat ofisinə, üçüncü şəxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2(102)-448/2024 (Açar sözlər: bağışlama, mirasda məcburi pay, daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh5, Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsi və çıxarışın ləğv olunması, miras əmlakda vərəsələrə düşən payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1843/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X3 ilə Nümayəndə 09 fevral 2005-ci ildə nikah bağlamışlar. Bu nikahdan xx xxxx 2006-cı il təvəllüdlü İdd iaçı2 və xx xxxxxx 2011-ci il təvəllüdlü İddiaçı1 doğulmuşdur.

2. X3 ilə Nümayəndə nikahı 10 iyul 2013-cü ildə pozulmuşdur.

3. İddianın obyekti olan ünvan 1 ünvanında 0,0165 ha torpaq sahəsində yerləşən, 69,1 kv.m sahədən ibarət fərdi yaşayış evi 02 iyun 2019-cu il tarixdə tam mülkiyyəti hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır.

4. Zöhrab Talıbov 05 iyul 2020-ci ildə ölmüşdür.

5. Cavabdeh2 17 noyabr 2021-ci ildə yaşayış evini qızı Cavabdeh3 bağışlamış və 02 iyun 2019-cu ildə daşınmaz əşya dövlət reyestrində mülkiyyət hüququ ilə sonuncunun adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı notariat ofisinə, üçüncü ş əxs DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin, onun əsasında verilmiş çıxarışın ləğv olunması və miras əmlakdan vərəsələrə düşən payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 4Ə-216 №-li bağışlama müqaviləsinin ləğv edilməsini, ünvan 2 ünvanında yerləşən 69,1 kv.m sahəsi olan yaşayış evinə dair Cavabdeh3 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, həmçinin həmin miras mülkə xx.xx.2006-cı il tarixdə anadan olmuş İddiaçı2 adlı və xx.xx.2011-ci il tarixdə anadan olmuş İddiaçı1 adlı vərəsələrin məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçıların qanuni nümayəndəsi iddia tələbini işin hallarına uyğun əsaslandırmaqla əlavə olaraq qeyd etmişdir ki, o, 2005-ci ildə X3 ilə ailə qurduqdan sonra ünvan 2 ünvanına öz cehiz əşyaları ilə gəlin köçmüş, iki övladları sözügedən bu mənzildə anadan olduqları gündən etibarən qeydiyyata alınaraq, özü və ailə üzvləri olan mərhum həyat yoldaşı, mərhum qaynanası və mərhum qaynatası sözügedən mənzildə birgə yaşamışlar. Qeyd olunan ünvanda 2 sayda yaşayış evi olmuş, onlardan biri onun ailəsinə məxsus olmuş, həmin evdə iki ədəd elektrik və iki ədəd qaz sayğacı mövcud olmuşdur. Onlara aid olan sayğacların kartları hələ də onda qalmaqdadır. Mə rhum həyat yoldaşı ilə nikahları ləğv edilsə də, onlar qısa müddətdə barışaraq ailə münasibətlərini davam etdirmiş və həmin mənzildə birgə yaşamışlar. Hal-hazırda da onun ailə qurarkən apardığı cehiz əşyaları və digər əşyaları həmin mənzildə qalmaqdadır. Son vaxtlar evin təmiri və şəraiti yaxşı olmadığına görə və karantin vaxtı qohumları ilə yaxın olmaq üçün ailəsi ilə birgə, yəni mərhum həyat yoldaşı və uşaqları ilə birlikdə müvəqqəti yaşamaq üçün ünvan 3 ünvanına məskunlaşmışlar. Sonra mərhum həyat yoldaşının qəfil ölümü səbəbindən nikahlarını yenidən rəsmiləşdirə bilməmişlər. Cavabdehlərdən Cavabdeh3 qanunsuz olaraq iddia qaldırararq iddiaçıların həmin mənzildən qeydiyyatdan çıxmaları tələbini qoyaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 onların, yəni mülkdə yaşayan v ə qeydiyyatda olan həmin vaxtı sağ olan, yəni xx.xx.2019-cu il tarixdə mərhum həyat yoldaşının razılığı olmadan övladlarının və mərhum həyat yoldaşının həmin ünvanda qeydiyyatları olduğu təqdirdə necə mülkiyyəti alması və öz qızı Cavabdeh3 necə bağışlaması barədə onlara heç bir məlumat verilməmişdir.

7. Məhkəmə iclasında Cavabdeh5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mərhum Zöhrab Talıbov onun qardaşı oğludur. Mübahisəli ev onun adına 2019-cu ildə Zöhrab sağ ikən keçmiş, daha sonra onun qızı Cavabdeh3 bağışlanmışdır.

8. Məhkəmə iclasında digər Cavabdeh3 Cavabdeh5 ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 10 avqust 2022-ci il tarixli, 2(125)-1017/2022 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıların qeyd etdikləri hallara görə, hazırkı bağışlama müqaviləsinin ləğv olunması üçün əsaslar olmamış, işin müəyyən edilmiş hallarından göründüyü kimi, bağışlanan daşınmaz əmlak xüsusi mülkiyyətdə olmuş, bağışlanan əmlak yüklü olmamışdır. Sözügedən bağışlama müqaviləsi qanunun tələblərinə müvafiq olaraq bağlanmış və hədiyyə alan tərəfindən hədiyyə qəbul edilmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin göründüyü kimi, mübahisələndirilən bağışlama müqavilələri heç bir öhdəliklə şərtləndirilməmişdir. İddiaçılar müqavilə tərəfi olmadıqlarından daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvini tələb etməkdə subyektiv hüquqa da malik olmamışlar.

11. Məhkəmə, həm çinin iddiaçıların bağışlamanın onların iradələrindən kənar həyata keçirilməsi, onların mübahisəli evdə qeydiyyatda olmalarına baxmayaraq razılıqlarının notariat orqanında alınmaması barədə göstərdikləri xüsusatları da sadalanan qanunvericiliyin tələbləri baxımından əsaslı hesab edərək, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 12 aprel 2004-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə istinad etmişdir.

12. Məhkəmə, ikinci və üçüncü tələblə bağlı qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdikləri bağışlama müqaviləsinin ləğvi üçün əsaslar olmadığından onun əsasında verilən çıxarışın da ləğvi üçün əsas olmamış, eyni zamanda, iddia tələbi məcburi pay hüququ olan vərəsələrə payların müəyyən olunması hissəsində, iddiaçı tərəfin X1 hər hansı miras qalmasına dair məhkəməyə sübut təqdim etmədiyindən əsassız hesab etmişdir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 139.1, 146.2, 152.1,152.5, 359.1, 394, 406.3, 407.2, 666. 667.1, 1133.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1.1,1243.2, 1243.3, 1245, 1246 və 1255-ci maddələrinə, “Daşınmaz əmlakın Dövlət reyestri” haqqında Azərbaycan Respublikası qanununun 2.1, 2.2, 10.1, 1151.1, 1243, 1246 və 1248.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b ) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. İddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və İslam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. A pellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğvinə dair tələbi təmin edilmədiyindən, həmin əmlakın Cavabdeh3 adına qeydə alınmasına dair çıxarışın ləğvi tələbi də təmin edilə bilməz, çünki sonuncu tələb əvvəlki tələbdən törəmədir və həmin çıxarış məhz müqavilənin bağlanması ilə əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirən sənəd olduğundan müqavilə qüvvədə olduğu müddətdə o da qüvvədədir.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gələrək iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətində irəli sürülmüş dəl illər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərinə əsasən birinci növbə vərəsəlik üzrə ölənin uşaqları barəbar pay almaq hüququna malikdir. Məhkəmə iş materiallarında olan Cavabdeh2 adına mübahisəli əmlakın 2019-cu il tarixdə qeydə alınması ilə onun sərbəst sərəncamverici hüquqlar əsasında qızı Mustafazadə X8 adına bağışlanması ilə kifayətlənməklə səthi araşd ırma aparmaqla iddia tələbini 3 hissədən ibarət tərkibdə təmin etməmişdir. Məhkəmə tərəfindən qeyd olunan evin 2019-cu ildə X2 adına necə və hansı əsasla keçməsi halı araşdırılmamış, iddia tələbinin dəlilləri vərəsəlik halı ilə bağlı hissədə araşdırılmamışdır. Məhkəmə tərəfindən vərəsəlik hüquqi ilə bağlı sübutlar və işin halları tələbi üzrə araşdırılmadığından məhkəmə tərəfindən müqavilənin ləğvi ilə bağlı dəlillər düzgün qiymətləndirilməmişdir. Mülki Məcəllənin 149-cu maddəsinin tələbinə əsasən, hazırda mübahisə predmeti olan və Cavabdeh2 və Cavabdeh3 adına hüququn qeydə alınmasının əsassız olması mübahisə predmeti olduğundan və qeyd olunan evin üzərində vərəsəlik hüququ ilə bağlı dəlillər müəyyən edildiyindən məhkəmə tərəfindən aparılmış qeydiyyatın əsassızlığı müəyyən edilməli olduğu h alda müəyyən olunmamışdır. Hazırda mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçıların mərhum ərinin atasından və anasından miras qaldığından və bundan sonra evi iddiaçının əri faktiki olaraq mirası qəbul etməklə evi idarə etməsi evin qeydiyyatının 2019-cu ilədək yoxsa ondan əvvəl yaranması ilə bağlı hallar aparılmış qeydiyyatın əsaslı və yaxud əsassız olmasına dəlalət edəcəkdir. Məhkəmə prosessual normalara da riayət etməmiş, iş materiallarında olan sənədlərlə və işin halları ilə təsdiq edilmişdir ki, mübahisə predmeti olan vərəsəlik instituna aid hüquqi qiymətləndirmə hər iki instansiya tərəfindən düzgün araşdırılmamış və səthi olaraq qiymətləndirilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 may 2023-cü il tarixli 2(102)-1561/2023 nömrəli (hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov) qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiya məhkəməsinin 2(104)-2647/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

22. Məhkəmə kollegiyası məcburi payın mahiyyəti və məqsədi ilə bağlı bildirmişdir ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay, miras qoyanın sağlığında öz əmlakına verdiyi sərəncamların (ölümə bağlı sərəncam kimi vəsiyyətin, ölümündən qabaq iki il ərzində edilmiş bağışlamanın) qanunla məhdudlaşdırılmasıdır.

23. Kollegiya hesab etmişdir ki, daşınmaz əşyaya dair Zöhrab Talıbovun iddia olunan hüququnun nədən ibarət olması, bu hüquqa hansı qaydada sərəncam verilməsi, yəni evin mülkiyyətinin Cavabdeh5 kimdən və hansı hüqu qi əsasla keçməsi iddianın düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, həmin xüsusatlar aydınlaşdırılmamışdır.

24. Halbuki, mübahisəli ev (ona dair əşya hüququ) Zöhrab Talıbov tərəfindən Cavabdeh5 bağışlanıldığı halda iddiaçıların məcburi paylarının pozulub-pozulmadığı, pozulduğu halda isə iddiaçıların bundan irəli gələn tələb hüquqları müəyyən edilməli, həmin hüquqların təmin olunması çərçivəsində mübahisə olunan bağışlama müqaviləsinin etibarlılığına, reyestrdəki qeydiyyatın əsaslılığına və əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməli, nəticəsindən asılı olaraq iddia tələbləri həll edilməlidir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı ü çün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.

26. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 141, 337.1, 358.1, 358.2, 666.1, 1133.1,1133.2, 1151.1, 1159.1.1, 1166, 1176.1, 1193, 1195, 1196, 1200, 1203 maddələri Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 88, 217.1, 217.3, 416.1, 417, 419 maddələrinə istinad etməklə əsaslandırmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Apellyasiya instansiyası məhkəməsinin Mülki kollegiyasının 2(104)-1843/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Rəhman Muradov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Ədil Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılm ışdır.

28. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların qanuni nümayəndəsi mübahisəli evinin iddiaçıların atası X11 Mustafazadəyə keçməsini iddia etmişdir. Qanuni nümayəndə belə bir dəlil irəli sürsədə lakin bu barədə nə birinci instansiya məhkəməsinə, nədə apellyasiya məhkəməsinə sübut təqdim etməmişdir. Ona görə də kollegiya hesab etmişdir ki, hazırkı tələblə bağlı ilk növbədə daşınmaz əşyaya dair Zöhrab Talıbovun hüququnun olub-olmaması və həmin evin hansı əsasla Cavabdeh5 keçməsi müəyyən olunmalıdır.

29. Bu səbəbdən hazırkı apellyasiya icraatı zamanı mübahisəli daşınmaz əmlaka dair sorğu əsasında arxiv sənədləri alınmış və arxiv sənədlərindən müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsi ev 12 X5 xüsusi mülkiyyətində olmuşdur. Neymə t Talıbovun vəfatından sonra 18 aprel 2019-cu il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notarisu X12 tərəfindən həmin əmlaka bütövlükdə Cavabdeh5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, həmin şəhadıtnamə əsasında da Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyun 2019-cu il tarixli ********** nömrəli çıxarış tərtib olunmuşdur. Sonradan Cavabdeh5 mülkiyyətində olan Gəncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evini Cavabdeh3 17 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında bağışlamış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixli ********** nömrəli çıxarış üzrə sonuncunun mülkiyyət hüq uqları qeydiyyata alınmışdır.

30. Göründüyü kimi, Gəncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsində yerləşən 12 nömrəli fərdi yaşayış evinə iddiaçıların mərhum ataları Zöhrab Talıbovun mülkiyyət hüququ qeydə alınmamışdır. Bu da onu deməyə əsas verir ki, iddiaçıların qanuni nümayəndəsinin mübahisəli evin iddiaçıların atası X11 Mustafazadəyə keçməsi barədə dəlili əsassızdır. Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış 17 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə münasibətdə isə kollegiya onu qeyd edir ki, həmin əqd də etibarlı əqddir. Belə ki, hədiyyə verən Cavabdeh5 sağlığında öz əmlakı üzərində sərəncam vermiş, mülkiyyətində olan fərdi yaşayış evini notariusun hüzurunda Cavabdeh3 bağışlamış, hədiyyə alan da hədiyyəni qəbul etmişdir. Əqd qanunvericiliyin tələbin ə uyğun bağlanmışdır. Həmin əqd əsasında Cavabdeh3 adına tərtib olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixli ********** nömrəli çıxarışın ləğvi üçün də hüquqi əsaslar yaranmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə əvvəlki icraat zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən pozulmuş maddi hüquq normaları göstərilsədə sonuncu apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin AR MPM-nin 420-ci maddəsinə münasibətdə qoyulmuş göstərişlərin heç birinə riayət edilməmişdir. Bu baxımdan hazırda pozulmuş maddi hüquq normalarının tələbləri baxımdan maddi hüquq normalarının tələbləri məhkəmə tərəfindən düzgün tətbiq edilməmişdir.

33. Məhkəmə iş materiallarında olan Cavabdeh2 adına mübahisəli əmlakın 2019-cu il tarixdə qeydə alınması ilə onun sərbəst sərəncamverici hüquqular əsasında qızı Cavabdeh3 adına bağışlanması ilə kifayətlənməklə səthi araşdırma apararaq iddia tələbinin 3 hissəsi üzrə təhlil və təmin etməmişdir. Məhkəmə tərəfindən qeyd olunan evin 2019-cu il tarixdə Cavabdeh2 adına necə və hansı əsasla keçməsi halı araşdırılmamış və iddia tələbinin dəlilləri vərəsəlik halı ilə bağlı hissədə araşdırılmamışdır. Belə ki, işdə olan sübut lardan da və cavabdehlərin izahatlarından da göründüyü kimi mübahisəli ev iddiaçının mərhum ərinin atasından və cavabdehin babasından miras qalmışdır. Həmin torpaq sahəsində 2 ev olmuş və iddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışlar. Belə ki, iddiaçıların babası 2013-cü il tarixdə vəfat etmiş və mərhum ataları ilə analarının arasında olan nikah formal olaraq pozulmuş, nənə və babanın ölümündən sonra onlar həmin evdə yaşamaqla mirası qəbul etmişlər. X15-zadə isə hansı əsasla evi öz adına 2019-cu il tarixdə qeyd aldırmış və sonradan qızına bağışlaması işdən bəlli deyil. Belə ki, iddia tələbinin hissəsi olan vərəsəlik hüququ ilə bağlı məsələnin araşdırılması artıq iddiaçılara mübahisə predmeti olan bağışlama müqaviləsini mübahisələndirmək üçün maraqlı şəxs olduqlarından və miras əmlak da payları yarandığından subyektiv olaraq bağışlama müqaviləsini mübahisələndirməyə və məhkəmə tərəfindən iddia tələbinin hər üç elementinə hüquqi qiymət verməyə əsas verir.

34. Məhkəmə tərəfindən vərəsəlik hüququ ilə bağlı sübutlar və işin halları iddia tələbi üzrə araşdırılmadığından məhkəmə tərəfindən müqavilənin ləğvi ilə bağlı dəlillər düzgün qiymətləndirilməmişdir.

35. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələbinə əsasən hazırda mübahisə predmeti olan və Cavabdeh5 və Mustafa-zadə Günel Qədir qızının adına hüququn qeydə alınmasının əssasız olması mübahisə predmeti olduğundan və qeyd olunan evin üzərində vərəsəlik hüququ ilə bağlı dəlillər müəyyən edildiyindən məhkəmə tərəfindən aparılmış qeydiyyatın əsassızlığı müəyyən edilməmli olduğu halda müəyyən edilməmişdir. Hazırda mübahisə pr edmeti olan fərdi yaşayış evi iddiaçıların mərhum ərinin atasından və anasından miras qaldığından və bundan sonra evi iddiaçının əri faktiki olaraq mirası qəbul etməklə idarə etməsi, evin qeydiyyatının 2019-cu ilədək yoxsa ondan əvvəl yaranması ilə bağlı hallar aparılmış qeydiyyatın əsaslı və yaxud əsassız olmasına dəlalət edəcəkdir.

36. İş materiallarında olan sənədlərlə və işin halları ilə təsdiq edilir ki, mübahisə predmeti olan vərəsəlik insitutuna aid hüquqi qiymətləndirmə hər iki instansiya tərəfindən düzgün araşdırılmamış və səthi olaraq qiymətləndirilmişdir.

37. İş materiallarında olan sübutlara məhkəmələr tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

39. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

44. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınma z əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

45. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

46. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

47. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

48. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

49. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

50. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

51. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər.

52. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

53. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

54. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

55. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. İnsan Hüquqlarının və X6 X4

56. Maddə 6, hiss ə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.1. Məhkəmənin qətn aməsi qanuni və əsaslı olmalıdır.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzə rdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya ) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması v ə ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

70. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, mübahisəli əmlakın iddiaçıların atasının mülkiyyətində olması və onun vəfatından sonra miras aktivini təşkil etməsinə dair hər hansı sübut mövcud deyil. Məhz kassasiya instansiya məhkməsinin göstərişlərinə uyğun araşdırma aparan apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Gə ncə şəhəri Kəpəz rayonu Qəzənfər Xalıqov küçəsi ev 12 X5 xüsusi mülkiyyətində olmuşdur. Neymət Talıbovun vəfatından sonra 18 aprel 2019cu il tarixdə Gəncə şəhəri 1 saylı Notariat ofisinin xüsusi notarisu X12 tərəfindən həmin əmlaka bütövlükdə Cavabdeh5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun mülkiyyət hüququ qeydə alındıqdan sonra əmlak digər cavabdehə bağışlanmış, bağışlama müqaviləsi qeydə alınmışdır.

71. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar yoxlanılmış, onlara və qarşılıqlı iddia üzrə cavabdehin dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

72. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır

73. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilmə li olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2(104)-1843/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar