Məhkəmə qərarları › İş №2(102)-448/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-448/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-448/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: subroqasiya qaydasında pul tələbi, zərərin məbləği, ekspertiza rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2393/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ndən Cavabdeh kassasiya şikayətinə 04 fevral 2025-ci il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayaraq özünə məxsus olan “Audi A4” markalı, X dövlət qeydiyyat nişanlı avtomobili tam sığortalamışdır.

2. Sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixində sığorta hadisəsi baş vermiş, Cavabdeh “Dodge Charger” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, "xxxx" QSC-yə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “Audi A4” markalı avtomobil ilə toqquşmuşdur.

3. Baş vermiş yol-nəqliyyat hadisəsi Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin araşdırma obyekti olmuş, araşdırma nət icəsində müəyyən edilmişdir ki, Cavabdeh qəzanın baş verməsində təqsirli şəxsdir. Araşdırmanın nəticəsi ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə qəbul edilmiş MN seriyalı, ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” ilə 40 manat məbləğində cərimə olunmuşdur. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı Şirkətə məxsus avtomobilin təmiri məqsədi ilə 100 manat azadolma çıxılmaqla "xxxx" MMC-yə 21.662,20 manat məbləğində sığorta ödənişi etmişdir.

5. Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 4.977,02 manat sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “Sığorta şirkəti”) iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 16.685,18 manat sığorta məbləğinin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 140,06 manat dövlət rüsumunun əvəzinin və bank xidməti xərcinin əvəzi olaraq 0,40 manat məbləğində pulun Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı şəxsə məxsus “Audi A4” markalı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi məqsədi ilə avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən etmişlər ki, avtomobilin təmiri üçün 19.290 manat tələb olunur. Təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 3.472,20 manat müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı şirkətə məxsus avtomobilin təmiri məqsədi ilə 100 manat azadolma çıxılmaqla 21.662,20 manat məbləğində avtomobilin təmiri üçün Sığorta Şirkəti tərəfindən sığorta ödənişi "xxxx" MMCnin elektron qaiməsinə əsasən həyata keçirilmişdir. Ödəniş edildikdən sonra cavabdehin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş 4.977,02 manat çıxılmış və 16.685,18 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçının bank hesabına ödənilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır.

8. Cavabdehin nümayəndəsi birinci in stansiya məhkəməsinin hazırlıq baxışında məbləğin şişirdildiyini, sığortalı avtomobilə iddia ərizəsində qeyd edilən miqdarda zərər dəyməməsini bildirmişdir.

9. Birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyən etmək məqsədilə kompleks mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5846 saylı, və xx.xx.2023-cü il tarixli 9/9027 saylı rəylərinə əsasən avtomobilin təmiri məqdsədəmüvafiq və rentabelli hesab edilmir. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuş, 2014-cü il buraxılışlı, mühərrikin iş həcmi 1800 sm3 “Audi A4” markalı, avtomobilin zədələnməsindən dəymiş ziyanını məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir. Sö zügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika oldunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirldikdən sonra, müəyyən edilmiş salamat qalan hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Fotoşəkillərə əsasən avtomobilin hansı ehtiyat hissələrinin tamamilə sıradan çıxdığının, hansılarının yenidən bərpasının mümkünlüyünün müəyyən edilməsi əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Bu, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müəyyən edilə bilər.

11. İddiaçının nümayəndəsi ekspert rəyi ilə razılaşmayaraq göstərib ki, avtomobili faktiki olaraq təmir etdiriblər. Ekspert yazıb ki, ziyan aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələr faiz ifadəsi ilə avtomobilin dəyərini təxminən 60 faizini tə şkil etməsi ehtimal edilir. Belə olan halda, sığorta qanunvericiliyinə əsasən avtonəqliyyat vasitəsini tam məhv olma kimi qiymətləndirmək olmaz. Çünki qanunvericiliyin tələblərinə görə avtomobilə 75 faiz zərər dəyərsə məhv hesab edilir, o zaman qalıq dəyəri çıxılmaqla ödəniş olunur. 60 faiz olduğuna görə avtomobil tam məhv hesab edilə bilməz. Buna görə də 10000 manat zərəri qəbul etmirlər.

12. Cavabdehin nümayəndəsi də ekspertiza rəyinə etiraz edərək bildirmişdir ki, rəy tamamilə səhvdir. Avtomobilin qiyməti 25000 manatdırsa, 22672 manat onun 60 faizini yox 90 faizini təşkil edir. Bu da 10000-15000 manat pul edir. Dəymiş zərərin faizi düzgün hesablanmayıb. Avtomobil “Audi” şirkətində təmir edilməli idi, amma “Volfkswagen” şirkətində təmir edilib. Qiymətlər şişirdilmişdir.

13. Birinci insta nsiya məhkəməsi əlavə kompleks mühəndis-texniki və əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

14. Məhkəmə Ekspertizası Mərkəzinin (nəqliyyat vasitələrinin texniki vəziyyətinin tədqiqi) xx.xx.2023-cü il tarixli 8/1579 saylı rəyinə əsasən ekspert tərəfindən baxış keçirilərkən avtomobilin zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyil. Belə ki, daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyil.

15. Məhkəmə Ekspertizası Mərkəzinin (əmtəəşünaslıq) xx.xx.2023-cü il tarixli, 9/4030 saylı rəyinə əsasən avtomobilin təmiri məqdsədəmüvafiq və rentabelli hesab edilmir. Zədəl ənməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuş, 2014cü il buraxılışlı, mühərrikin iş həcmi 1800 sm3 “Audi A4” markalı, avtomobilin zədələnməsindən dəymiş ziyanını məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika oldunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirldikdən sonra, müəyyən edilmiş salamat qalan hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Fotoşəkillərə əsasən avtomobilin hansı ehtiyat hissələrinin tamamilə sıradan çıxdığının, hansılarının yenidən bərpasının mümkünlüyünün müəyyən edilməsi əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Bu, həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən müə yyən edilə bilər.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-75/2023 nömrəli 6 oktyabr 2023cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdehdən 10000 manat məbləğində sığorta ödənişi, 120 manat dövlət rüsumu və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 10120.4 (on min yüz iyirmi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əminə Abbasova)

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, sığorta hadisəsi cavabdehin qanunazidd hərəkətlərinin nəticəsində X1 məxsus avtomobilə dəymiş ziyan iddiaçı tərəfindən aradan qaldırıldığından iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

18. Birinci instansiya məhkəməsi zərərin həcmi ilə bağlı hesab etmişdir ki, zərər 16685,18 manat məbləğində deyil, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə, yəni 10000 manat məbləğində müəyyən edilməlidir.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 936.1, 936.2-ci, “İcbari sığortalar haqqında” Qanunun 25.1.1 və 52-1.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir.

21. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etdiyi məbləğ iddiaçı tərəfindən sığortalanmış şirkətə məxsus avtomobilə dəymiş zərərin məbləğinə uyğun deyil, azdır.

22. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, iddiaçının xeyrinə tutulmalı olan məbləğin 2000 manat müəyyən edilməsini xahiş etmişdir.

23. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etdiyi məbləğ əsassız olmaqla şişirdilmişdir. Belə ki, cavabdeh tərəfindən aparılmış müəyyən araşdırmalardan sonra məlum olmuşdur ki, iddiaçı tərəfindən sığortalanmış şirkətə məxsus avtomobilin təmiri üçün təxminən 2.000 manat məbləğində vəsait tələb olunur. Bundan başqa, məhkəmə işin baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasları barədə cavabdehə lazımi qaydada məlumat verməmiş, bununla da mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan çəkişmə prinsipini pozmuşdur.

24. İddiaçının vəsatəti əsasında apellyasiya instansiyası məhkəməsi əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında 18 iyun 2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində təmir dövrü, yəni 2018-ci ildə təmir olunması nəzərə alınmaqla dəyişdirilmiş ehtiyat hissələrinin, ustaların xərcinin qiymətinin müəyyən edilməsi barədə sual qoymuşdur.

25. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5386 saylı rəyinə görə təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuş 2014-cü il buraxılışlı mühərrikin iş həcmi 1.800 kub sm. olan “Audi A4” markalı, H-029-558 dövlət qeydiyyat nişanl ı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4.964,31 manat. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 4.134,31 manat, təmir-bərpa işlərinin qiyməti – 830 manatdır.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2393/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski, Azad İmanov)

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən, o cümlədən xx.xx.2020-ci il tarixli "xxxx"ndan görünür ki, ASC xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən sığortalı Şirkətə məxsus avtomobilin təmiri məqsədi ilə 100 manat azadolma çıxılmaqla "xxxx" MMC-yə 21.662,20 manat məbləğində sığorta ödənişi etmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC tərəfindən iddiaçıya 4.977,02 manat sığorta ödənişi edilmişdir.

28. İddiaçı tərəfindən birinci ins tansiya məhkəməsinə təqdim edilmiş sənədlərdən, o cümlədən işin hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək (21.662,20 – 4.977,02=) 16.685,18 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçının bank hesabına ödənilməsi tələb olunmuş, lakin cavabdehdən tələb olunan məbləği ödəməkdən yayınmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı tərəfindən sığortalı Şirkətə məxsus avtomobil cavabdehin törətdiyi və törədilməsində təqsirli bilindiyi yol- nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində yarasız vəziyyətə düşdüyündən, iddiaçı onunla həmin Şirkət arasında bağlanmış “Avtonəqliyyat vasitəsinin tam sığortası haqqında” müqaviləyə əsasən müqavilənin predmeti olan avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan xərci qarşıladığından, həmin xərcin əvəzinin subroqasiya qaydasında ödənilməsini cavabdehdən tələb etməyə iddiaçının hüququ yaranmışdır.

30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının sığortalanmış Şirkətə məxsus avtomobilə dəymiş zərərə görə cavabdehdən tutulmuş məbləğinin az, cavabdehin isə iddiaçının xeyrinə tutulmuş məbləğin şişirdilməsi barədə dəlillərinə münasibətdə göstərmişdir ki, iş üzrə apellyasiya baxışında ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 25.000 manat olmuş 2014-cü il buraxılışlı mühərrikin iş həcmi 1.800 kub sm. olan “Audi A4” markalı, H-029-558 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləğ i, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 10.000 (25.000-60%) manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4.964,31 manat. O cümlədən, dəyişilməli hissələrin qiyməti – 4.134,31 manat, təmir-bərpa işlərinin qiyməti – 830 manatdır.

31. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə cavabdehdən iddiaçının xeyrinə 10.000 manat tutmaqda haqlı olmuşdur. Buna görə də, hər iki apellyasiya şikayətinin dəlillərini əsassızdır.

32. Apellyasiya instansiyası məhkəməsi həmçinin cavabdehin apellyasiya şikayətinin Rayon Məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin əsas prinsiplərindən biri olan “çəkişmə prinsipinin” pozulması barədə dəlilini də əsassız hesab edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə birinci instansiya məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Bunu nəzərə almış məhkəmə MPM-in 185.5-ci maddəsinin tələbinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmaqda haqlı olmuşdur.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nətic əni Mülki Məcəllənin 936.1, 936.6, 1096.1, 1097.1, 1108.1-ci, “İcbari sığortalar haqqında” Qanunun 13.4, 25.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin qismən ləğv edilərək, 2000 manat vəsaitin iddiaçı tərəfin xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş avtomobilin yalnız “kapot” və “bufer” hissələrinin zədələnməsini təsdiq edən foto şəkillərə baxışdan zərərin real həcmini müəyyən etmək olar. Bununla məhkəmə eyni zamanda, MPM-in 388-ci maddəsinin tələblərinə riayət etməmişdir. Yəni apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticə sinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onu n verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, m exanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində cavabdeh qətnaməni qismən mübahisələndirərək, ondan zərərə görə 2000 manat pulun tutulmasını xahiş edib. Cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə apellyasiya məhkəməsinin də qətnaməsi həmin hissədə olub. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

39. Məhkəmə kollegiyası hüququn i nkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.

41. İddiaçı cavabdehdən sığortalanmış avtomobilin zədələnməsinə görə sığortalıya ödənilmiş pulu subroqasiya qaydasında tələb edir. İşin müəyyən edilmiş hallarına görə cavabdehin sığortalanmış avtomobilin zədələnməsində təqsiri mübahisəsizdir.

42. Mübahisəli məsələ zərərin məbləğidir. İddiaçı zərərin məbləğinin 100 manat azadolma çıxılmaqla 21.662,20 manat olmasını, həmin məbləğdən cavabdehin mülki məsuliyyətini sığortalayan "xxxx" ASC tərəfindən ödənilmiş 4.977,02 manat ç ıxıldıqdan sonra zərərin 16.685,18 manat olmasını bildirmiş, cavabdeh isə iddiaçının tələb etdiyi həmin məbləğin şişirdilməsin deyərək, zərərin məbləği ilə razı olmadığını göstərmişdir.

43. Birinci instansiya məhkəməsi ekspertiza rəylərinə əsasən zərərin məbləğini 10000 manat müəyyən edərək, cavabdehdən zərərə görə 10000 manat pul tutmuşdur.

44. İddiaçı iddia ərizəsində zərərin məbləğini 21.662,20 manat göstərmiş və cavabdehin mülki məsuliyyətini sığortalayan sığortaçı tərəfindən ödənilmiş 4.977,02 manatı çıxandan sonra yerdə qalan 16.685,18 manatın tutulmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçı vurulmuş zərərdən cavabdehin sığortaçısı tərəfindən ödənilən 4.977,02 manatı çıxmaqla zərərin qalan məbləğinin tutulmasını istəyir.

45. Birinci instansiya məhkəməsi isə müəyyən edib ki, zərər 21. 662,20 manat deyil, 10000 manatdır.

46. Belə olan halda, zərərin məbləğini 10000 manat müəyyən edən birinci instansiya məhkəməsi də cavabdehin sığortaçısı tərəfindən ödənilən 4.977,02 manatı ekspert rəyinə əsasən müəyyən etdiyi zərərdən – 10000 manatdan çıxmalı idi. Lakin birinci instansiya məhkəməsi bunu etməmiş, iddiaçının özünün belə, zərərdən çıxdığı 4.977,02 manatı zərər kimi tutulan məbləğdən çıxmamışdır.

47. İddiaçının 4.977,02 manatı zərərdən çıxdığı halda, birinci instansiya məhkəməsinin həmin məbləği müəyyən edilən zərərdən çıxmamaqla həm iddia tələbindən kənara çıxmış, həm də nəzərə almamışdır ki, cavabdehin həmin miqdarda öhdəliyinə sığortaçı tərəfindən edilən ödəniş əsasında xitam verilmişdir.

48. Qeyd edilən xüsusatlar müvafiq olaraq, Mülki Prosessual Məcəllənin 218.3 və Mü lki Məcəllənin 528-ci maddəsinin pozulmasını göstərir.

49. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında ekspertiza təyin etmişdir. Apellyasiya baxışında alınan ekspertizanın rəyi birinci instansiya məhkəməsində təyin edilən ekspert rəyinə uyğun olmuş, lakin bununla yanaşı, həmin rəydə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktı nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərcinin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə təxminən 4.964,31 manat, o cümlədən, dəyişilməli hissələrin qiymətinin – 4.134,31 manat, təmir-bərpa işlərinin qiymətinin – 830 manat olması qeyd edilmişdir.

50. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən ekspert rəyinə istinad etməklə kifayətlənərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdi rmədən saxlamış, cavabdehin sığortaçısı tərəfindən ödənilən 4.977,02 manatı müəyyən edilən zərər məbləğindən çıxmamaqla birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır.

51. Bundan əlavə, apellyasiya baxışında alınan ekspertizanın rəyində "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına istinad edilmişdir.

52. İşdən görünür ki, "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli qüsur aktı apellyasiya baxışında təqdim edilmişdir.

53. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlm iş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

54. Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

55. Göründüyü kimi, qanunvericilik sübutların bir qayda olaraq birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsini müəyyən edib. Yeni sübutların apellyasiya məhkəməsi tərəfindən qəbul edilməsinə o halda imkan verilir ki, iddiaçı həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

56. Apellyasiya instansiyası məhkəməsi nə qeyd edilən qüsur aktının sübut kimi qəbul edilməsini, nə də gecikmiş sübut kimi qəbul edilməməsini qətnamədə göstərməmiş, eyni zamanda ekspert rəyində həmin qüsur aktına istinad edilməsinə baxmayaraq, həmin rəyi də prosessual qanunvericiliyə uyğun qiymətləndirməmişdir. Baxmayaraq ki, MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq ekspert rəyi məhkəmə iclasında tədqiq edilməklə, digər sübutlar kimi qiymətləndirilməlidir. Eləcə də ekspert rəyinin məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edildiyi kimi ekspert rəyin ə yalnız istinad etməklə kifayətlənmişdir.

58. Həmin rəy prosessual qanunvericiliyə uyğun qiymətləndirilmədiyi üçün rəydə istinad edilən "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2024-cü il tarixli qüsur aktının apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul edilib-edilməməsi, edilibsə, ekspert rəyində olan zərərin miqdarı ilə bağlı ziddiyyətə (10000 manat və ya 4.964,31 manat) nəyə görə qiymət verilməməsi, qüsur aktı sübut kimi qəbul edilməyibsə, bunun əsaslandırılması qətnamədə olmadığı üçün məhkəmə kollegiyası həmin hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasına qiymət verə bilmir.

59. Halbuki qeyd edilən hallara apellyasiya instansiyası məhkəməsinin aydınlıq gətirmiş olması cavabdehin sığortaçısı tərəfindən ödənilən məbləğ və cavabdehin apell yasiya şikayətində zərəri 2000 manat həddində ödəməyə razı olması barədə iradəsi də nəzərə alınmaqla cavabdehdən tutulmalı olan zərərin miqdarının müəyyən edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

60. Beləlilklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına və tərəflərin hüquq münasibətinə uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

61. Yuxa rıda göstərilənləri və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2393/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar