Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4482/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(005)-1467/2019, hakim A.N.Novruzova) İddiaçı Ca vabdeh MMC-yə qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən domofonun quraşdırılması üçün ödənilmiş 50 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, üçüncü şəxs X1 Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-13034/2019, hakimlər E.C.Kazımov, T.S.Səmədov, İ.S.Şirinov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın təmin edilməyən hissəsində qismən, yəni “XXXndəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın), Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması” hissəsində ləğv edilmiş, həmin hissə də iddia qismən təmin edilmiş, Cavabdeh MMC-yə Bakı şəhəri, Heydər Əliyev prospektndəki 83/85 nömrəli evin 62 saylı mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın) 3 gün ərzində domofon sisteminə qoşmaq (nasazlığı aradan qaldırmaq) vəzifəsinin həvalə edilməsi qət edilmiş, qətnamə iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, X1 apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəf indən, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi zərərin dəyərini məhkəmə öz mülahizəsinə görə təyin edərək, bu məbləğin və domofon quraşdırılması üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi, XXXndəki Domofon sistemindən ayrılmış abunə dəstinin (Trubkanın) Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması, Bloka maqnit kartı olmadan daxil olmağını təmin etmək üçün, Cavabdeh MMC tərəfindən 3 gün ərzində mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanlı binanın 4 saylı blokunun giriş qapısındakı Domofon sisteminin yaddaşına onun 62 saylı mənzili üçün 5-6-7-8 rəqəmlərindən ibarət şəxsi şifrə daxil etməyə borclu olması,"Cavabdeh” MMC tərəfindən yaşadığı mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev p rospekti 83/85, 4 saylı blokun giriş qapısına quraşdırdıqları Domofon sisteminin funksiyalarını, quraşdırma qaydalarını və s. özündə əks etdirən texniki pasportunu cavabdehin ona verməyə borclu olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh” MMC tərəfindən istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş mənəvi zərərin dəyərini məhkəmə öz mülahizəsinə görə təyin edərək, bu məbləğin "Cavabdeh" MMC-dən tutularaq ona ödənilməsi, Bloka maqnit kartı olmadan daxil olmağını təmin etmək üçün, Cavabdeh MMC tərəfindən 3 gün ərzində mənzilin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanlı binanın 1 saylı blokunun giriş qapısındakı Domofon sistemini n yaddaşına 9 saylı mənzili üçün 2-4-6-8 rəqəmlərindən ibarət şəxsi şifrə daxil etməyə borclu olması,Domofonun zəmanət müddəti ərzində, Satıcının xidmət haqqı yığmaqla ona vurduğu zərərin əvəzi olaraq, Cavabdeh MMC-dən 28 manat pulun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, yalnız iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməsi öhdəliyi qarşılığında domofon sisteminin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyula bilməsinə hüquqi qiymət verilməm işdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “iddiaçının mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması” hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib həmin hissədə iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən sa xlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Heydər Əliyev prospekti 83/85 ünvanında yerləşən 62 saylı mənzilin mülkiyyətçisidir və cavabdeh MMC tərəfindən iddiaçının mənzili yerləşən binaya xx.xx.2018-ci il tarixli xidmət müqavilələri əsasında çağırış blokları quraşdırılmışdır. Həmin sistemin quraşdırılması üçün iddiaçı da daxil olmaqla, binanın sakinləri tərəfindən 50 manat məbləğində ödəniş edilmiş və aylıq abunə haqqı 2 manat məbləğində müəyyən edilmişdir. İddiaçı hazırda domofon sisteminin quraşdırılması üçün ödədiyi 50 manat məbləğində vəsaitin geri qaytarılması; 3 gün ərzində mənzilinin yerləşdiyi binanın giriş blokunun qapısındakı domofon sisteminin yaddaşına 4 rəqəmli şəxsi şifrəsinin daxil edilərək həmin şifrənin 2 gün ərzində ona təhvil verilməsi; mənəvi zərərin ödənilməsi tələblərini irəli sürmüşdür. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilinə 50 manat müqabilində domofon quraşdırılması ilə razılaşmış, lakin ona aylıq abunə haqqı barədə heç bir əlavə şərt barədə məlumat verilməmişdir. Cavabdeh MMC tərəfindən sonradan əsassız olaraq aylıq 2 manat məbləğində pul tələb edilmiş və dəyəri 60-80 qəpik təşkil edən maqnit kartları ona 5 manata satılmışdır. İddiaçı göstərmişdir ki, cavabdeh MMC mülki dövriyyənin vicdanlı iştirakçısı sayılmadığından onun xidmətlərindən istifadə etmək niyyəti yoxdur və ödədiyi 50 manat məbləğində pul ona geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilmiş, qalan hissələrdə rədd edilmişdir. Həmin qətnamə cavabdeh MMC tərəfindən mübahisələndirilməmişdir. İddiaçı da öz növbəsində iddianın təmin edilməsi hissəsində qətnamə ilə razılaşaraq iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmiş, apelyasiya instansiya məhkəməsi qətnaməni iddiaçının mənzilindəki domofon sistemindən ayrılmış abunə dəstinin domofon sisteminə qoşmaq vəzifəs inin cavabdeh MMC-yə həvalə edilməsi hissəsindələğv edib, iddianı həmin hissədə təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslı hesab edilə bilməz. Əvvəla, iddiaçının tələbi ilə tələbinin əsası kimi istinad etdiyi hallar uyğun gəlmir. İddiaçı bir tərəfdən MMC-ni mülki dövriyyənin vicdanlı iştirakçısı hesab etmədiyi üçün onun xidmətlərindən istifadə etməkdən imtina etdiyini və ödədiyi 50 manat məbləğində pul ona geri qaytarılmasını tələb etsə də, digər tələbinin əsasını onun domofon sisteminə qoşulmasının cavabdeh MMC tərəfindən təmin edilməsi təşkil edir. Yəni iddiaçı cavabdeh MMC-nin xidmətlərindən istifadə etmək istəmədiyindən cavabdeh MMC-yə domofon quraşdırılması üçün verilmiş pulun geri qaytarılmasını tələb edir və bundan sonra da heç bir haqq ödəməyəcəyini göstərir, eyni zamanda mənzilindəki abunə dəstinin domofon sisteminə qoşmaq vəzifəsinin cavabdeh MMC-yə həvalə edilməklə həmin xidmətlərdən yararlanmaq istəyir. Mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İddiaçının cavabdeh MMC-nin ona əvəzsiz xidmət göstərməsi barədə tələbinin qanuni əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəli yin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının domofon sisteminə qoşulması ilə bağlı xidmətin göstərilməsinə dair müqavilə üzrə tərəf olmadığı müəyyən edilmiş və məhz bu əsasla iddiaçının domofon quraşdırılması üçün birdəfəlik ödəniş kimi verdiyi 50 manat məbləğində pul vəsaitinin geri qaytarılması tələbi təmin, cavabdehin üzərinə domofon sisteminə qoşulma xidmətinin bərpa edilməsi vəzifəsinin qoyulması tələbi isə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tərəf olmadığı müqavilə üzrə cavabdehin iddiaçıya xidmət göstərm ək vəzifəsinin və dolayısı ilə iddiaçının belə bir vəzifənin icra edilməsini tələb etmək hüququnun yarandığı barədə ziddiyyətli nəticəyə gəlməklə və iş üzrə gəldiyi nəticəni işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla, maddi və prosessual hüquq normalarını pozmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “iddiaçının mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması” hissəsində birinci instansiya məhkəməsininn qətnaməsinin ləğv edilib həmin hissədə iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “iddiaçının mənzilindəki Domofon sistemindən ayrılmış abunə dəstinin Cavabdeh MMC tərəfindən 3 gün ərzində domofon sisteminə qoşmağa borclu olması” hissəsində birinci instansiya məhkəməsininn qətnaməsinin ləğv edilib həmin hissədə iddianın qismən təmin edilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin, qalan hissədə qətnamə `dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №2(102)-4482/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4482/2020
14.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver