Məhkəmə qərarları › İş №2(102)-4482/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4482/2021

17.08.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4482/2021 17.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4482/21 (Açar sözlər: işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı və mənəvi zərər) Bakı şəhəri, 17 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 oğlunun və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommeriya Şirkətinin nümayəndəsi X1 iş tirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2765/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommeriya Şirkəti tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 17 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi, işçiyə iddia üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 88 saylı əmri ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, 01.06.2020-ci il tarixindən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsi bərpa edilməsi və işəgötürən tərəfindən 5000 manat mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.07.1982-ci ildən etibarən Baki şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuş və 38 ildir ki, bu şirkətdə müxtəlif vəzifələrdə işləmişdir. Son vəzifəsi Daxili Audit Departamentinin direktor müavini olmuşdur. Dövlət Sığorta Kommersiya Şirkəti sədrinin İ müavin i A.Hacıyevin 18 may 2020-ci il tarixli əmrinə əsasən o və digərləri 01 iyun 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən təqaüd yaşının çatması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. 12.05.1973, 28.05.1975-ci illər ərzində Sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 08.10.1975-ci ildə Azərbaycan Respublikası Yüngül Sənayə Nazirliyinin Bakı Mahud-Komvol kombinatında işə qəbul olunmuşdur. Ali təhsilini başa vurduqdan sonra 01.07.1982-ci ildən Bakı şəhəri üzrə Dövlət Sığorta İdarəsində inspektor kimi işə qəbul olunmuşdur. 01.06.2020-ci ildək isə eyni bir şirkətdə müxtəlif vəzifələrdə, sonda isə Daxili Audit Departamentinin direktor müavini kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddət ərzində həmişə müsbət xar akterizə olunmuşdur. Məhz buna görə də daima tutduğu vəzifələrdə irəliləyişə nail olmuşdur. O, 31 may 2020-ci il tarixindən 814338 və 711014 saylı xəstəlik vərəqələrinə əsasən 07 avqust 2020-ci il tarixədək “Yeni Klinika” adlanan xəstəxanada stasionar qaydada müalicə almışdır. O xəstəxanada olarkən məlumat vermişlər ki, ərizəsi və razılığı olmadan, hətta ona bu barədə xəbərdarlıq etmədən 01.06.2020-ci il tarixdən etibarən tutduğu onu vəzifədən azad etmişlər. 05.08.2020-ci il tarixdə o, ərizə ilə müdriyyətə müraciət etmiş və ərizəsində qeyd etmişdir ki, müalicədə olduğu dövrdə xəbəri olmadan işdən azad edilmişdir. Lakin hələlik işdən azad olunmağı ilə bağlı əmr ona verilməmişdir. Ərizəsi 05.08.2020-ci il tarixdə 1671 sayla qeydiyyata alınmışdır. 12.08.2020-ci il tarixdə Dövlət Sığorta Komme rsiya Şirkətinin İnsan Resursları və Karyera İnkişafının Departamentinin direktoru X3 tərəfindən İT-0287117 saylı əmək kitabçası ona qaytarılmışdır. 18 may 2020ci il tarixli 88 saylı əmrin surəti rəsmi olaraq 05.08.2020-ci il tarixində əmək kitabçası isə 12.08.2020-ci il tarixində ona verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 noyabr 2020-ci il tarixli, 2(006)-5180/2020 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 88 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, 01.06.2020-ci il tarixndən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığ orta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsinə bərpa edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin 18 may 2020-ci il tarixli, 88 saylı əmrindən göründüyü kimi İcraatında olan işlərin və sənədlərin yeni struktur vahidlərinə təhvil-təslim edilməsi üçün əmək haqqı saxlanılmaqla 01 iyun 2020-ci il tarixdən Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən təqaüd yaşına çatması ilə əlaqədar olaraq İddiaçı Daxili Audit Departamentinin direktor müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin 12.08.2020-ci il tari xli məktubundan göründüyü kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin İnsan Resursları və Karyera İnkişafının Departamentinin direktoru X3 HT-İ №0287117 saylı İddiaçı əmək kitabçasını 12.08.2020-ci il tarixdə təhvil vermişdir. Daxili Audit Departamentinin direktor müavini İddiaçı 05.08.2020-ci il tarixli ərizəsindən görünür ki, 31 may 2020-ci il tarixdən **********1014 saylı xəstəlik vərəqələrinə əsasən 07 avqust 2020-ci il tarixliədək koronavirus pandemiyası xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Müalicədə olduğu dövrdə onu xəbəri olmadan, xəstəxanada ola-ola işdən azad edilmişdir. İşdən azad olmağı ilə bağlı əmr ona verilməmişdir. Əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, xəstə olduğu üçün İddiaçı 07.07.2020-ci il, 10.07.2020ci il, 13.07.2020-ci il, 21.07.2020-ci il, 31.05.2020-ci il, 13.05.2020-ci il, 23.06.2020-ci il, 30.06.2020-ci il tarixlərdə işdən azad edilmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 18 may 2020-ci il tarixli 88 saylı əmri ilə İddiaçı 01.06.2020-ci il tarixdən ƏM-nin 69-cu maddəsinin 3-çü hissəsinə əsasən təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 88 saylı əmri ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, 01.06.2020-ci il tarixndən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə onun Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsi bərpa edilməsinə dair iddia tələbi təmin edilməlidir. Lakin, işçiyə işəgötürən tərəfindən 5000 manat mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəmə hesab edir ki, həmin tələb iş materialları ilə sübut edilmədiyinə görə rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 11b, 83.1, 83.2, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülk i kollegiyasının (hakimlər – Anar Tanrıverdiyevsədrlik edən və məruzəçi, Tofiq Səmədov, İkram Şirinov) 05 mart 2021-ci il tarixli, 2(103)2765/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5180/2020 saylı, 06.11.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh orqan (işəgötürən) tərəfindən iddiaçının (işçi) üzürlü səbəbdən iş yerində olmadığı dövrdə əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi zaman xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Eyni zamanda, yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 300-cü maddəsin in tələbinə görə, cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin müddəalarına uyğun olmadığından, iddiaçıya məcburi iş buraxma dövrü üçün (01.06.2020-ci il tarixdən) işə bərpa olunduğu müddətə qədər əmək haqqı ödənilməlidir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş 18 may 2020-ci il tarixli 88 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti – yəni, 01.06.2020-ci il tarixindən işə bərpa olunduğu müddət üçün əmək haqqı ödənilməklə iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində Daxili Audit Departamentinin direktor müavini vəzifəsinə bərpa edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. İddia tələbinin mənəvi zərər h issəsinə münasibətdə isə isə qeyd edilməlidir ki, hazırki iddia tələbində iddiaçı cavabdehdən 5000 manat məbləğində mənəvi zərərin ödənilməsini tələb etsə də, cavabdehin təqsiri nəticəsində hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 5000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. İddiaçının audit yoxlaması zamanı nöqsanlara yol verməsi, audit mütəxəssisi kimi tələblərə cavab verməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məc əlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verdiyindən hazırda cavabdeh işçinin kifayət qədər səriştə və bacarığa malik olmaması halına istinad edə və onu mübahisələndirə bilməz. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətlərinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının təqdimatına əsasən Dövlət Sığorta Kommersiya Şirkətinin korporativ strukturu 14.05.2020-ci il tarixdən yeni dən təsdiq olunmuşdur. Həmin strukturda Daxili Audit Departamentinin direktor müavini nəzərdə tutulmamışdır. Buna görə də İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilən əsaslarla deyil (işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda) ona 2 ay əvvəl xəbərdarlıq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) İdarə Heyətinin 18.05.2020-ci il tarixli 13 nömrəli qərarı əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən ol unan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; boş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə ona aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Qeyd edilən maddələrə uyğun olaraq da İddiaçı əmək haqqının iki misli miqdarında müavinat, doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli ödənilmişdir. İddiaçı iddia ərizəsində 31.05.2020-ci il tarixdən xəstələnməsi və 07.08.2020-ci il tarixədək xəstəxanada olması barədə şirkətdə məlumat verilməmişdir. Qanunvericiliyə uyğun olaraq şirkət tərəfind ən işçinin azad olunamsı barədə əmr onun əmək qabiliyyətini müvəqqəti itirdiyi tarixdən öncə olduğundan işçi bu barədə işəgötürənə məlumat verməli idi. İddiaçı son illər ərzində səhhətində problem olmuş və xidməti vəzifələrini vaxtında yerinə yetirməmişdir. Hal-hazırda onun əmək qabiliyyətli olub işini davam etdirməsi tibbi yoxlanışdan keçdikdən sonra mümkündür. Z.X6 Departamentinin direktor müavini işlədiyi son dövrdə şirkətin fillialarında audit yoxlaması zamanı nöqsanlara yol vermişdir. Bununla əlaqədar olaraq ona ciddi xəbərdarlıq edilmişdir. Həmçinin, audit mütəxəssislərinin xidməti vəzifələrini icra etməsi üçün kompüter biliyinin və komputerdən istifadə bacarığının olması şərtdir və İddiaçı audit mütəxəssisi kimi qeyd edilən tələblərə cavab vermir. b) Kasasiya şikayətinə qarşı etiraz ın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 oğlu kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(103)-2765/2021 saylı qətnaməsinin dəyişdirilm ədən saxlanmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommeriya Şirkətinin nümayəndəsi X4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sər əncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəs ini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəf indən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmaldır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yo xdur. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda tərtib edilmiş, cavabdeh kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsini əsaslandıra bilməmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətin olduğu kimi, kasasiya şikayətində də iddiaçının audit yoxlaması zamanı nöqsanlara yol verməsi, audit mütəxəssisi kimi tələblərə cavab verməməsi bu xüsusatla bağlı apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, cavabdeh iddiaçı ilə olan əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verdiyindən hazırda cavabdeh işçinin kifayət qədər səriştə və bacarığa malik olmaması halına istinad edə və onu mübahisələndirə bilməz. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2765/2021 nömrəli iş üzrə 05 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar