Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4487/2022 28.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4487/2022 Açar sözlər: (birgə nikah dövründə alınmış əmlakın satışından əldə edilmiş pulun bölünməsi) Bakı şəhəri, 28 noyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı əmlak tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-3564/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 1977-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsilə aralarındakı nikah ləğv edilmişdir.
2. Birgə nikah dövründə Cavabdeh1 adına **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220 CDİ” minik markalı avtomobil alınmışdır. 3. 28 dekabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220 CDİ” minik markalı avtomobili 2000 manata Cavabdeh2oviçə sa tmışdır. 4. 27 may 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh2oviç **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220 CDİ” minik markalı avtomobilini 14.500 manata Cavabdeh3 satmışdır. 5. 11 iyun 2019-cu il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh3 **-DN-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C220 CDİ” minik markalı avtomobilini 8000 (səkkiz min) manata Cavabdeh4 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səxavət oğluna və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 xx.xx.2018-ci il tarixində satılmış Mercedes Benz C 220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqısatqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə alınmış və onun razılığı olmadan Cavabdeh2 xx.xx.2018-ci il tarixində satılmış Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair müqavilənin, Cavabdeh2 ilə həmin avtomobilin alqısatqısına dair xx.xx.2019-cu il tarixdə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh4 arasında həmin avtomobilin alqı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməklə, avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi Cavabdeh1 məxsus olaraq ½ hissədə avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin bazar qiyməti nəzərə alınmaqla payına uyğun digər paylı mülkiyyətçi kimi Cavabdeh1 tərəfindən iddiaçıya kompensasiya ödənilməsi, ödəməyə razı olmadığı təqdirdə avtomobilin açıq hərracdan satılaraq əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı xx.xx.2020-ci il tarixində yenidən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsi nə əsasən, iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə verərək, Cavabdeh1 ilə birgə nikah dövründə aldığı Mercedes-Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 13.700 manatın 1/2 hissəsinin, yəni 6850 manat pulun Cavabdeh1 alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 1977-ci il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından 4 övladı olmuşdur. Onlar əvvəllər yaxşı yaşamış, lakin sonradan aralarındakı münasibətlər pozulmağa başlamışdır. Nəticədə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikah ləğv edilmişdir. Birgə nikah dövründə cavabdehlə birlikdə xx.xx.2013-cü il tarixində Mercedes Benz C220CDİ ma rkalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili almışlar. Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun razılığı olmadan Cavabdeh1 tərəfindən qardaşı Cavabdeh2 xx.xx.2018-ci il tarixində satılmışdır. xx.xx.2019-cu il tarixində avtomobil Cavabdeh2 tərəfindən Cavabdeh3, xx.xx.2019-cu il tarixində isə Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmışdır. Avtomobil birgə nikah dövründə alınsa da, alqı-satqı zamanı iddiaçının razılığı olmamışdır. Məhkəmə prosesində Cavabdeh4 bildirmişdir ki, Mercedes Benz C220CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili 13.700 manata almışdır. Avtomobil birgə nikah dövründə alındığından alqı-satqı nəticəsində əldə edilmiş 13.700 manatın 1/2 hissəsi, yəni 6850 manat pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
10. Birin ci instansiya məhkəməsinin iclasında Cavabdeh1 verdiyi izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, onlar ayrılmamışdan əvvəl maşın satılıb və pulu qızının müalicəsi üçün Türkiyəyə göndərilib. Türkiyəyə 2.700 ABŞ dolları pul göndərmiş, həmin pulu qardaşından borca almış, daha sonra isə maşını 8000 manatın əvəzinə qardaşına vermişdir.
11. Məhkəmə iclasında digər Cavabdeh2 izahat verərək qardaşı Telmanın öz qızını müalicəyə aparması üçün pul verdiyini, maşını satdığını, evin də qardaşının olduğunu bildirmişdir.
12. Cavabdeh4 izahatında iddianı qəbul etmədiyini, maşını rəsmi şəkildə 13.700 manata öz adına almışdır. Əvvəl maşın hansı qiymətə olub, kimdən alınıb o barədə bilmədiyini, o, maşını Badamdar bazarından İlqar adlı şəxsdən aldığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahi ş etmişdir.
13. Suraxanı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-1631/2020 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmişdir. 14. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 01/569 saylı ekspert rəyinə əsasən, qiymətləndirmə zamanı Mercedes Benz C220 CDİ markalı **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri: 13.800 manat, likvid dəyəri isə 12.400 manat təşkil etmişdir.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.C.Rzayeva) 2(010)108/2021 saylı, 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikahı dövründə alınmış “Mercedes Benz C220CDİ” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomob ilin likvid dəyəri olan 12400 manat pul vəsaitinin yarısı 6.200 manat hissəsinin Cavabdeh1 tutularaq İddiaçı verilməsi, Cavabdeh1 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat məbləğində məhkəmə xərcinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 birgə nikah dövründə - 18 iyul 2013-cü il tarixdə alınmış 99- EO-971 dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 28 dekabr 2018-ci il tarixdə 2.000 manata Cavabdeh2oviçə satmışdır. Cavabdeh2oviç 27 may 2019-cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 14.500 manata Ca vabdeh3 satmışdır. Cavabdeh3 11 iyun 2019-cu il tarixdə **-EO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220 CDİ” minik markalı avtomobili 8.000 (səkkiz min) manata Cavabdeh4 satmışdır. Sonuncu məhkəmə iclasında həm şifahi, həmçinin də yazılı izahatına əsasən maşını 1 il bundan qabaq Badamdar maşın bazarından Cavabdeh3 Səxavət oğlundan 13.700 manata almışdır. Mübahisə predmeti - avtomobilə dair bağlanmış alğı-satqı müqavilələrində avtomobili qiyməti müxtəlif məbləğlər olduğuna görə mübahisə predmetinə dair əmtəəşünaslıq ekspertizası keçirilmiş və avtomobilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri: 13.800 (on üç min səkkiz yüz) manat, likvid dəyəri isə 12.400 (on iki min dörd yüz) manat müəyyən edilmişdir.
17. Birinci instansiya məhkəməsi ailə qanunvericiliyinin normalarına əsaslaran araq hesab etmişdir ki, mübahisələndirilən avtomobil alınarkən tərəflərin birgə nikah münasibətlərində olması, nikahları pozulanadək isə onların artıq 42 ildən artıq birgə təsərrüfat aparmaları nəzərə alınmaqla, əldə etdikləri avtomobilin birgə təsərrüfat zamanı qazandıqları pul vəsaiti hesabına alınması kimi qiymətləndirilməlidir. Mübahisə predmeti olan avtomobil satıldığı vaxt tərəflər artıq bir evdə yaşasa da, birgə təsərrüfat aparmamış, həmin hal da cavabdehin nümayəndəsinin izahatında öz təsdiqini tapmışdır. Həmin vaxt tərəflər nikahın pozulması barədə fikrə gəlmiş, əvvəl cavabdeh qeydiyyat şöbəsinə müraciət etmiş, sonradan da cavabdeh bu barədə məhkəməyə müraciət etmişdir. Sözügedən avtomobil birgə nikah dövründə alınıb və satılıb, deməli onun satışından əldə edilən gəlir də, tərəflə r arasında bərabər payda bölünməlidir, çünki, qanunvericiliyin tələbinə görə həmin avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunur.
18. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31, 32, 33, 35, 36, 37-ci maddələri və Mülki Məcəllənin 213, 220 və 225-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
20. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməsinə aid olan hissədə qanunsuz və əsassızdır. Belə ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2 (010)-3650/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı e yni avtomobillə bağlı Cavabdeh1 qarşı əvvəllər də məhkəmədə iddia tələbi irəli sürərək, birgə nikah dövründə əldə olunmuş mübahisələndirilən avtomobilin satışına dair alqı-satqı müqaviləsinin ləğv edilməsi, avtomobilin əvvəlki vəziyyətə gətirilməsi, həmin avtomobilə ½ hissədə payının müəyyən edilməsi, avtomobilin hazırki bazar qiymətinə satılaraq payına düşən hissənin Cavabdeh1 alınıb ona verilməsini xahiş etmiş, həmin tələblər təmin edilməmiş və qətnamə hazırda qüvvədədir. İddiaçının irəli sürdüyü tələblər mahiyyətinə görə eynidir, yəni, mübahisə eyni tərəflər arasındadır, eyni predmet barəsindədir və eyni əsaslarla izah olunur. Belə olan halda iddiaçının hazırki mülki iş üzrə irəli sürdüyü tələbə təkrarən baxıla bilməz və bu halda MPM-in 261.0.2-ci maddəsinə əsasən işin icraatına xitam v erilməli idi. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, qeyd olunan avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da elə birgə nikahda olduqları dövrdə də satılmış və həmin avtomobilin satışından əldə olunan vəsait tərəflərin birgə nikahlarından olan qızları X1 Respublikasında ağır xəstəlikdən müalicə alarkən başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunmuşdur. Pulun Türkiyə Respublikasına, Validə Abdullayevanın adına göndərildiyini təsdiq edən bank qəbzləri də məhkəməyə təqdim olunmuş, məhkəmə həmin qəbzləri də nəzərə almamış və bu fakta hüquqi qiymət verməmişdir. Bundan başqa, Cavabdeh1 mübahisə predmeti olan həmin avtomobili 28 dekabr 2018-ci ildə alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 2000 mana ta satmış, sonradan avtomobil başqa şəxslərə müxtəlif qiymətlərə satılmışdır. Buna baxmayaraq, məhkəmə "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, avtomobilin real dəyərini əks etdirməyən, saxta rəyə əsaslanaraq, mübahisəli avtomobilin likvid dəyərini 12.400 manat məbləğində qiymətləndirərək, həmin məbləğin ½ hissəsinin ondan alınaraq iddiaçıya verilməsini qət etmişdir. Halbuki, o, 28 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomobilin satışından cəmi 2000 manat pul əldə etmişdir. Bundan başqa, həmçinin məhkəmə avtomobil onun tərəfindən satılarkən həmin avtomobilin hansı vəziyyətdə olduğunu, avtomobil satıldıqdan sonra onun yeni mülkiyyətçiləri tərəfindən avtomobilin təmirinə və yaxşılaşdırılmasına əlavə pul vəsaitinin xərclənib-xərclənmədiyini və n ə qədər xərcləndiyini araşdırmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) 2(103)-3564/2022 nömrəli, 17 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, Cavabdeh1 apellyasiya şikayətinin avtomobilin tərəflərin birgə nikahda olduqları dövrdə alınsa da elə birgə nikahda olduqları dövrdə də satılması və 28 dekabr 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında həmin avtomobilin satışından cəmi 2000 manat pul əldə etməsi, "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli rəydəki q iymətin avtomobilin real dəyərini əks etdirmədiyi, avtomobilin satışından əldə olunan vəsaitin qızları X1 Respublikasında müalicə alarkən başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunması barədə dəlillərinə qiymət verərək göstərmişdir ki, mübahisə predmeti olan avtomobil satıldığı vaxt tərəflər arasındakı nikah rəsmi qaydada ləğv edilməsə də və tərəflər bir evdə yaşasa da, faktiki olaraq birgə təsərrüfat aparmamış və bu hal cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatında da öz təsdiqini tapmışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin mübahisə predmeti olan avtomobil 2.000 (iki min) manat satması reallığı əks etdirmir və bu alğı-satqı müqaviləsinin formal xarakter daşıdığına dəlalət edir. Avtomobil birgə nikah dövründə alınıb və satılmış, deməli onun satışından əldə edilən gəlir də, tərəflər arasında bərabər payda bölünməlidir, çünki, qanunvericiliyin tələbinə görə həmin avtomobil tərəflərin birgə mülkiyyəti hesab olunur.
23. Həmçinin, cavabdeh apellyasiya şikayətində "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli rəydəki qiymətin avtomobilin real dəyərini əks etdirmədiyi qeyd etsə də, həmin avtomobilin daha ucuz olmasını təsdiq edən sübutlar da məhkəmələrə təqdim edilməmişdir.
24. Eyni zamanda, cavabdeh apellyasiya şikayətində avtomobilin satışından əldə olunan vəsaitin qızları X1 Respublikasında müalicə alarkən iddiaçının başqalarından borc kimi alaraq qızı Validə Abdullayevaya göndərdiyi pul vəsaitinin geri qaytarılmasına sərf olunmasını bildi rsə də bunu təsdiq edən sübutları, yəni iddiaçıya göndərilən pulun məhz mübahisəli avtomobilin satışından əldə edilmiş vəsait olmasını təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.
25. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3650/2019 saylı, 25 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddia tələbi ilə iddiaçının hazırda irəli sürdüyü iddia tələbinin mahiyyətinə görə eyni olması barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, əvvəlki iddia tələbində iddiaçı mübahisəli avtomobilin satışına dair alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmiş, lakin hazırki iddia tələbində mübahisəli avtomobilin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri digər dəlilləri də əsassızdır. Belə ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır və apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir.
27. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32, 33, 35, 36, 37-ci, Mülki Məcəllənin 213, 220, 225-ci maddələrinə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Az ərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh1 (vəkil Cavabdeh5) kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yalnız avtomobilin satışından əldə olunan 13.700 manat pul vəsaitinin ½ hissəsinin cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Yəni iddiaçının “Mercedes Benz C220CDİ” markalı, **-EO*** dövlət qeydiyyat nişan lı avtomobilin 13.700 manata satılmasını sübut etmək vəzifəsi olmuş, lakin iddiaçı avtomobilin 13.700 manata və ya 12.400 manata satılmasını sübut edə bilməmiş, əksinə rəsmi sənədlərlə həmin avtomobilin 2000 manata satılması öz təsdiqini tapmışdır. iddiaçı avtomobilin dəyərinin müəyyən edilərək, pulun bölünməsini deyil, avtomobilin satışından əldə edilmiş vəsaitin bölünməsini tələb etmiş, buna baxmayaraq məhkəmə tələbdən kənar çıxaraq “Mercedes Benz C220CDİ” markalı, **-EO*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 12 400 manat müəyyən edilməsini qət etmişdir. Halbuki, avtomobilin dəyərinin nəzəri cəhətdən nə qədər olması onun satışından əldə edilmiş vəsait demək deyildir. Belə ki, DİN-nin BDYPİ-ninxx.xx.2020-ci il tarixli 63004/220 nömrəli məktubuna əlavə edilmiş 28 dekabr 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə sübuta yetmişdir ki, Cavabdeh1 “Mercedes Benz C220CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2000 manata satmışdır. İddiaçı isə bu alqı-satqı müqaviləsini mübahisələndirməmiş, həmin alqı-satqı müqaviləsindən kənar avtomobilin dəyərinə görə pul alınmasını sübuta yetirməmiş, sadəcə avtomobilin satışından əldə edilmiş vəsaitin yarısını tələb etmişdir. Belə olduqda isə məhkəmə tələbdən kənara çıxaraq, avtomobilin alqı-satqısı barədə rəsmi sənəd olmasını nəzərə almadan avtomobilin dəyərini müəyyən edə, həmin pul vəsaitini cavabdehdən tuta bilməzdi. Yəni məhkəmə öz qətnaməsində Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddianın predmetindən kənara çıxmış, satış nəticəsində əldə edilmi ş vəsaitdən deyil, avtomobilin nəzəri cəhətdən hesablanmış dəyərində payları müəyyən etmişdir. "xxxx" MMC həmin avtomobilə baxış keçirməmiş, həmin avtomobilin satıldığı zaman hansı vəziyyətdə olmasını müəyyən etməmiş, sadəcə həmin buraxılış ili olan avtomobillərə münasibətdə nəzəri cəhətdən qiymətləndirmə aparmışdır. Belə olduqda isə məhkəmə həmin mütəxəssis rəyini iş üzrə sübut qismində qəbul etməməli, konkret “Mercedes Benz C220CDİ” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi aparılmadığına görə Fame Pro MMC-nin müəyyən etdiyi qiyməti öz qətnaməsində əsas götürməməli idi. Ümumiyyətlə məhkəmə ədalətli qərar qəbul etmək üçün iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün halları araşdırmalı, işin hər bir halına xüsusi qiymət verməlidir. İşin hallarından da görünür ki, avtomobil birgə nikah dövründə olan zaman satılmış və iş üzrə şahid ifadələri ilə sübuta yetirilmişdir ki, həmin avtomobilin dəyərindən əldə edilmiş pul vəsaiti birgə nikah dövründə yığılmış borclara xərclənmiş, cavabdeh öz qızının müalicəsi üçün aldığı borcları qaytarmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
32. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
33. Maddə 31.2. Nika h müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ərarvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
35. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
36. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
37. Maddə 33.1. Ər- arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
38. Maddə 33.3. Ər- arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər.
39. Maddə 37.1. Ər- arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.
41. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə cavadeh tərəfindən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddi anın təmin edilmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
49. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
50. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
51. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün mater iallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
52. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
53. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
54. Cavabdehi kassasiay şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edi r ki, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olan avtomobil üzərində sərəncam əqdi qeydiyyata alınan əqdlərə aiddir. Mülki Məcəllənin 650ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
55. Cavabdeh avtomobili özgəninkiləşdirərkən iddiaçı razılığını almalı idi, lakin belə bir razılığın alınması iş üzrə müəyyən edilməmişdir. Buna görə də, avtomobilin satılması nəticəsində alınan pul məbləğini ümumi birgə mülkiyyətə daxil edilməsini və müvafiq olaraq bölüşdürülməsi düzgün olmuşdur.
56. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin avtomobilin dəyəri ilə bağlı dəlillərini müzakirə edib hesab edir ki, həmin dəlillər də əsassızdır. Cavabdehin həmin avtomobili qardaşına 2000 manata satması ağlabatan deyil. Cavabdeh hələ birinci instansiya məhkəməsində avtomobili 8000 manat əvəzində qardaşına verdiyini demiş, bir müddət sonra avtomobil başqa bir şəxsə 14.500 manata, ən sonda isə 13700 manata satılmışdır. Avtomobil satılarkən onun 2000 manat dəyərində olması, onun sonradan təmir edilməsi, dəyərinin artırılması ilə barədə cavabdeh məhkəməyə heç bir sübut verməmişdir.
57. Ona görə də, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən, kassasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3564/2022 nömrəli iş üzrə 17 may 2022-ci il tarixli qətnaməsi yoxlanılan (iddianın təmin edilən hissəsində) hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.