Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4488/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi) ərizəsinə dair iş üzrə QƏRARİ Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, icraata xitam, məhkəmədə baxılmalı olmayan tələb Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 22 may 2023- cü il tarixli, 2(104)1140/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 06 iyul 2017-ci il tarixli, 2(045)-4144/2017 nömrəli qətnaməsi ilə (hakim İsmayıl Abdurəhmanlı) ərizə təmin edilmişdir.
3. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, habe lə iş materiallarını araşdıraraq hesab etmişdir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
4. Məhkəmə öz mövqeyini Mülki Prosessual Məcəllənin 307, 308 və 309-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Maraqlı şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1140/2023 saylı, 22 may 2023-cü il tarixli qərardadı ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi) Ə.İ.Məmmədov və F.Ə.Mehtiyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğ v edilmiş, Ərizəçi qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarına istinadən qeyd etmişdir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşı n müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında baxılması yolverilməzdir. Ona görə də, hazırkı işə məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. Ərizəçi (vəkil Nümayəndə) k assasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə apellyasiya şikayətinə baxılan zaman, ərizəçinin həqiqətən də döyüşlərdə iştirak edib-etməməsini, faktın qanunauyğun şəkildə müəyyən olunub-olunmaması hissəsini araşdırmalı idi. Birinci instansiya məhkəməsində işə baxılarkən Ali Məhkəmənin Plenumunun 14 iyun 2019-cu il tarixli qərarı hələ qəbul olunmamışdı, işin məhkəmədə baxılmasını qeyri-mümkün edən başqa qanun norması isə mövcud deyildi. Buna əsasən hazırda apellyasiya instansiyası məhkəməsi tərəfindən 6 il əvvəl qəbul olunmuş məhkəmə qətnaməsini ləğv etməsi ərizəçinin hüquqlarının kobud şəkildə pozulması demək dir. Birinci instansiya məhkəməsinin qətnaməsi 06 iyul 2017-ci ildə qəbul olunmuşdur. Maraqlı şəxsin apellyasiya şikayətində qeyd etdiyi məlumata əsasən isə birinci instansiya məhkəməsinin qətnaməsini 05 sentyabr 2022-ci ildə təhvil almışdır, məhkəmə isə bunu sübut qismində qəbul etmişdir və apellyasiya şikayətini mümkün hesab etmişdir. Hesab olunur ki, bu hissədə məhkəmə səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin 5 ildən çox müddətdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilməməsi tamamilə qeyri-mümkündür və obyektiv həqiqətə uyğun deyildir. Göründüyü kimi maraqlı şəxs dövlət orqanıdır və həm ünvanı, həm də digər əlaqə vasitələri hər kəsə məlumdur. Buna baxmayaraq, məhkəmə qətnamənin bu qədər gec müddətdə alınmasını şübhə doğ uran hal kimi nəzərə almamışdır və bu qədər müddət sonra verilən apellyasiya şikayətini icraata qəbul etmişdir. Qeyd olunan apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması ərizəçinin konstitusion hüquqlarının və Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi ilə təmin olunan ədalətli məhkəmə hüququnun ciddi şəkildə pozulmasına gətirib çıxarır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
11. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
12. Maddə 407.2. Kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarı
14. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nə zərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. Kassasiya baxışının hədləri
15. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları düzgün tətbiq olunmuşdur, apelyasiya instansiyası məhkəm əsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
18. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə verdiyi izahlar yeni norma olmamaqla, həmin normaların məzmununu dəyişmir və onları rəsmi şərh etmir. Belə qərarlar həmin normaların düzgün tətbiq edilməsinə yönəlmiş hüquqi mövqeləri ifadə edir. Bu baxımdan müvafiq prosessual hüquq normalarının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarının birinci instansiya məhkəməsi tərəfindən işə baxıldıqdan sonra verilməsi apelyasiya instansiya məhkəməsi tərəfindən normaların düzgün tətbiqi ilə bağlı müvafiq həmin hüquqi mövqelərə istinad etməsinə mane olan hal kimi qiymətləndirilə bilməz.
19. Eyni zamanda nəzərə alınmalıdır ki, baxılan iş üzrə maraqlı şəxs birinci instansiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti ilə yanaşı, buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermiş, birinci instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, buraxılmış prosessual müddət bərpa edilmiş, sonuncu qərardaddan şikayət verilmədiyi üçün qərardad qanuni qüvvəyə minmişdir.
20. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1140/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.