Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4492/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı «müqavilənin müvafiq bəndlərinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2788/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxx» MMC (icraçı) ilə İddiaçı (sifarişçi) arasında 18 aprel 2015-ci il tarixli, 07784067-kod nömrəli “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” müqavilə bağlanmışdır.
2. Müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı Bakı şəhərində Şəfayət Mehdiyev küçəsi, 95 saylı evin 1 saylı giriş yolunda quraşdırılmış, sifarişçinin domofon sistemi üçün təmir və xidmət göstərilməsi barədə üzərinə öhdəlik götürür; 3.1-ci bəndinə əsasən, sifarişçi domofon sisteminin təmiri və texniki xidmət göstərilməsi üçün abunə haqqını 4.1ci bəndində müəyyən edilmiş məbləğdə cari ayın 25-ci gününə qədər ödəməyi öhdəsinə götürür. Abunə haqqının toplanması “E-Manat” terminalı vasitəsilə və ya icraçının kassasına nağd yolla həy ata keçirilir; 4.1-ci bəndinə əsasən, hazırki müqavilə üzrə xidmət haqqı ayda 2 manat təşkil edir; 4.2-ci bəndinə əsasən, material, dəst hissələri haqqının artması, vergitutma dəyişiklikləri baş verməsə və işlərin maya dəyərinin artmasına səbəb olan digər görünən obyektiv hallar zamanı abunə haqqı icraçı tərəfindən birtərəfli qaydada artırıla bilər. Bu halda abunə haqqının birdəfəlik artırılması 30%-dən çox və ildə bir dəfədən tez olmamalıdır; 5.2-ci bəndinə əsasən, servis xidmətlərinin sifarişçisi tərəfindən ödənişin ayda iki dəfədən çox gecikdirilməsi halında İcraçı hazırki müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməsinə xitam verə və mənzil qurğusunu domofon sistemindən kəsə bilər. Hazırki müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin yenidən başlanması borcun ödənilməsindən son ra 5 gün ərzində həyata keçirilir. Təkrar qoşulma 5 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla MMC arasında bağlanılmış “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” xx.xx.2018-ci il tarixli, 07784067 kod nömrəli müqavilənin 4.2-ci və 5.2-ci bəndlərinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi, ev 95, mənzil 14-ə daxil olmaq üçün maneənin aradan qaldırılaraq mənzil qurğusunun domofon sisteminə qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması, ödənilmiş 10 manat dövlət rüsumunun və dəymiş mənəvi zərərə görə 1.000 manat məbləğində kompensasiyanı n cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbi belə əsaslandırılıb ki, iddiaçı ilə cavabdeh arasında “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” 2015-ci il 18 aprel tarixli, 07784067 nömrəli müqavilə bağlamışdır. Mənzilin domofon sistemi 23 fevral 2021-ci il tarixdə heç bir xəbər verilmədən kəsilmiş, iddiaçının ailə üzvlərinin səhhəti ilə bağlı çağırılmış həkim mənzilə daxil ola bilməyərək getmişdir. Həmin gün ailə üzvləri də, mənzilə daxil ola bilmədiyi üçün iddiaçı cavabdehə aid mobil telefon nömrəsinə dəfələrlə zəng vursa da, həmin nömrədən qeyri-iş vaxtı zəng vurulması və naharın 13:00-14:00-dək olması barədə SMS daxil olmuşdur. 1 saatdan sonra həmin nömrə ilə əlaqə saxlanıldıqdan sonra 2 aylıq borcun yaranmasına görə mənzilin domofon sisteminin kəsildiyi və ödəniş olunduqdan sonra yalnız ertəsi gün açıla biləcəyi deyilmişdir. Bununla da, mənzil sakinlərinin və həkimin mənzilə daxil olması MMC tərəfindən məhdudlaşdırılmış və hazırda da mənzilə girişə qanunsuz və əsassız olaraq maneə qoyulması davam edir.
5. Mənzil qurğusunun domofon sistemindən kəsilməsi halında mənzil sakinləri həmin mənzilə yalnız kodlaşdırılmış brelok açarlar vasitəsilə daxil ola bilərlər. Həmin açarın mənzil sakinində olmaması halında o, yaşadığı binaya, o cümlədən öz şəxsi mənzilinə daxil ola bilməz. Eyni zamanda, qohumların və digər zəruri hallarda – təcili yardım, poliklinikanın ərazi üzrə məsul həkiminin, yanğınsöndürmə və sair təşkilatların mənzilə daxil olması, yalnız sakinin 1-ci mərtəbəyə düşərək kodlaşdırılmış qapını arxa dan açması ilə mümkündür. Bu isə 8-ci mərtəbədə yaşayan, o cümlədən yaşlı və ya xəstə şəxslərin lift işləmədiyi zamanlarda da, aşağı düşmək məcburiyyətində qalmasına, təcili tibbi müdaxilə və digər təxirəsalınmaz hallarda isə bunun mümkün olmamasına görə isə ciddi məhrumiyyətlərə, habelə həyati təhlükəyə məruz qalmasına səbəb olur. Dəfələrlə də, ev sakinlərinin səhhətləri ilə əlaqədar 8-ci mərtəbədən aşağı düşüb (bir çox hallarda liftin işləməməsinə görə də) qapını açmaq imkanları olmadığına görə zərurətlə bağlı evə dəvət olunan həkim və bir çox şəxslər maneə səbəbindən geri qayıtmışlar. Bununla da, mənzildə yaşayan şəxslərin səhhətində ciddi problemlər, mənzil-məişət məsələlərinin həllində məhrumiyyətlər yaranmışdır.
6. Müqavilənin standart şərtli müqavilə olmasını nəzərə alaraq, cavabdeh müqavilədə təmir və xidmət göstərilməsi üzrə özünə öhdəlik götürməsinə və bunun müqabilində xidmət haqqı almasına baxmayaraq, əlavə cəza tədbiri kimi özünə mənzil qurğusunu domofon sistemindən kəsmək, habelə abunə haqqını birtərəfli qaydada artırmaq imkanı olmaqla qanunvericiliyin tələblərinə riayət etməmiş, mənzilə daxil olmağa maneə yaradaraq, insanların hüquqlarını pozmuş, öz mənzilindən istifadə və sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırmışdır. Habelə nəzərə alınmalıdır ki, adıçəkilən tədbir iddiaçının cəzalandırılması vasitəsi kimi tətbiq edilmişdir.
7. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz olaraq göstərib ki, heç kəsin sərbəst hərəkət etmək hüquqları məhdudlaşdırılmayıb, hər kəs onlara verilmiş brelok açarlar vasitəsilə öz mənzillərinə daxil ola bilərlər.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5475/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Ceyhun Tağıyev)
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 18 aprel 2015-ci il tarixli, 07784067-kod nömrəli “Domofon sistemi üçün abunə xidməti göstərilməsi barədə” müqavilədə göstərilən şərtlərlə razılaşaraq, öz iradəsinə uyğun olaraq könüllü şəkildə cavabdehlə həmin müqaviləni bağlamış, habelə hazırki işə baxılarkən onun cavabdehlə müqavilə bağlayarkən həmin müqavilənin şərtləri ilə tanış olmağa ona hər-hansı maneçiliyin olunması, cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıda kı elementlərdən heç olmasa biri qüsurlu olmalıdır: - subyekt tərkibinə görə; - məzmununa görə; - formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin iddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş müddəti keçirmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərin dən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.
13. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehlə aralarında olan müqaviləni 18 aprel 2015-ci il tarixdə bağlamış və müqavilənin bağlandığından 6 ildən çox müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, yuxarıda qeyd olunan əqdi mübahisələndirmək hüququnu ötürmüşdür. Bu səbəbdən iddia təm in edilə bilməz.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 324.1, 324.2, 329.1, 329.2, 337.1, 354.2, 375.2, 390.1-ci Mülki Prosessual Məcəllənin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbində göstərilən xüsusatları ümumiyyətlə araşdırmamış, məsələyə səthi yanaşmış, qaldırılan tələblərə hüquqi qiymət verməmişdir. Məhkəmə Mülki Məcəllənin 354.2-ci maddəsini düzgün təfsir və tətbiq etməmişdir. İddia tələbi müqavilənin 4.2-ci və 5.2-ci bəndlərinin etibarsız hesab edil məsi və sərbəst hərəkət etmək, habelə öz mənzilinə maneəsiz daxil olma hüququnun bərpası ilə bağlı olsa da, məhkəmə həmin maddənin müddəalarını səhv təfsir və tətbiq edərək iddiaçının bu tələbinin müddətlə məhdudlaşmış olduğu qənaətinə gəlmişdir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2788/22 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Fuad Talışinski)
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, hazırda mübahisələndirilən müqavilə 18 aprel 2015-ci il tarixdə bağlanmış və müqavilənin bağlanmasınd an 6 ildən çox müddət keçdikdən sonra iddiaçı hazırkı tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyaisya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb əlavə olaraq qeyd edilib ki, apellyasiya instansiya məhkəməsi əsaslandırılmış dəlillər üzrə heç bir araşdırma etməmiş, irəli sürülmüş dəlillərin heç birini cavablandırmamış, onlara hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin əsaslandırılmış dəlilləri məhkəmə aktında müzakirə edilməmiş və onlara əsaslandırılmış hüquqi qiymət verilməmişdir, bu, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya q ərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
23. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Birinci instansiya məhkəməsi və həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi iddia tələbi üzrə düzgün nəticəyə gəlib. Bu baxımdan, məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin dəlillərinə qiymət verməməsi barədə kassasiya şikayətinin dəlilləri bağlı qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsi n və ya nəticələnə bilsin.
28. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2788/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.