Məhkəmə qərarları › İş №2(102)-4497/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4497/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4497/2021 11.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Hərrac Mərkəzi Cavabdeh və “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7741/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X6 Azərbaycan” QSC-yə kredit borcu olmuş, borc iddiaçı tərəfindən ödənilməmişdir. Bunu nəzərə almış Bank iddiaçıya qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmeti olan evə yönəldilməsi, evin açıq hərracdan satılması və sair tələbləri barədə” iddia irəli sürmüş və həmin iddia məhkəmə baxışının predmetləri olmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin həmin iddiaya dair 2(104)-1324/2017 saylı mülki üzrə qəbul etdiyi 22.11.2017-ci il tarixli qətnaməyə əsasən ipoteka predmeti olan mübahisəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunmuş pul vəsaitinin iddiaçının cavabdeh Banka olan cəmi 15.133,67 ABŞ dolları məbləğində kredit borcunun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.05.2018-ci il tarixli qərarı (İş № 2-(102)-2785/18) ilə dəyişdirilmədən saxlanmışdır. Qətnamə qüvvəyə mindikdən sonra qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Bundan sonra İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmış və evin açıq hərracdan satılması ilə bağlı cavabdeh hərrac mərkəzi "xxxx" MMC-yə müvafiq sifariş verilmişdir. Evi ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 60000 manat məbləğində müəyyən edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 yanvar 2019-cu il tarixli, 2(044)-311/2019 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər İddiaçı, “X6 Azərbaycan” QS C-yə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı İpoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilərək evin ilkin hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olmuş və Gəncə şəhəri, Vaqif küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evi ilə bağlı 27.03.2019-cu il tarixdə keçirilmiş hərracın nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İcra İdarəsi və cavabdehlər tərəfindən iddiaçıya hərraclar barədə məlumat verilməmiş və nəticədə, ödənilməli olan b orcun əvəzində ev 38250 manata 27.03.2019-cu il tarixdə Banka təklif olunmuş və Bankın nümayəndəsi X1 tərəfindən əldə edilmişdir. Sonradan bu barədə xəbər tutmuş iddiaçı cavabdeh Hərrac Mərkəzinə müraciət etmişdir. Hərrac Mərkəzi tərəfindən iddiaçıya göndərilmiş məktubda göstərilmişdir ki, guya hərracın keçirilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişlər ona verilməmiş, bildirişlərin alınması ilə bağlı o heç bir sənədi imzalamamışdır. Buna görə də hesab edir ki, onun xəbəri olmadan keçirilmiş hərracın nəticələri ləğv edilməlidir. Məhkəməyə təqdim edilmiş xəbərnamələrdə əsasən, İddiaçı "xxxx" MMC tərəfindən göndərilmiş bildirişləri qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş Gəncə Şəhər üzrə İcra İdarəsinin İddiaçı ünvanlanmış 20.05.2019-cu il tarix li bildirişə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin 2; 104)-1324 nömrəli 22.1 1.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 15133,67 (on beş min yüz otuz üç dollar altmış yeddi sent) ABŞ dolları qətnamə icra olunan günə manat məzənnəsi ilə borc, 62.75 (altmış iki manat yetmiş beş qəpik) manat xərc və 50 (əlli) manat ekspertiza xərci alınaraq tələbkar “X6” Azərbaycan QSC-nin xeyrinə ödənilməlidir. Ödəmə ipoteka müqaviləsi üzrə İddiaçı mülkiyyətində olan Gəncə şəhəri Vaqif küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev hərracda satılmalı və ev satılqdıqdan sonra ən geci bir ay müddətində boşaldılmalıdır. X4 MMC-nin 27.03.2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən Gəncə şəhəri Vaqif Küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evi 38250 manata “X6” Azərbaycan QSC tərəfindən əldə edilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 72.2-ci maddəsinə əsasən müəyyən edilmiş müddət başa çatdıqdan sonra borclu vaşyış və qeyri yaşayış sahəsini boşaltmadıqda, onun yaşayış və ya qeyri yaşayış sahəsindən çıxarılması haqqında icra sənədinə əsasən borclu icra məmuru tərəfindən yaşayış və ya qeyri yaşayış sahəsindən məcburi qaydada çıxarılır. Odur ki, ona 31.05.2010-cu il tarixə tələbi könüllü icra etmək üçün vaxt verilir. Əks halda Gəncə şəhəri Vaqif küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evindən çıxarılması üçün məcburi icra tədbirləri görüləcəkdir. İş materiallarında olan hərracın yekunları barədə 27.03.2019-cu il tarixli, 15/02 saylı protokoldan görünür ki, İddiaçı məxsus ipoteka predmeti Gəncə şəhəri, Nizam i rayonu, Vaqif küçəsində 0,0575 ha torpaq sahəsində yerləşən 152,8 kvadrat metr ümumi sahədən ibarət 83 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində 0,0575 ha torpaq sahəsində yerləşən 152,8 kvadrat metr ümumi sahədən ibarət 83 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə 21.09.2018-ci il, 26.10.2018-cu il, 05.10.2018-ci il, 01.03.2019-cu il və 01.02.2019-cu il tarixli bildirişlərin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı hərracın vaxtı və yer barədə məlumat verilmişdir. Bakı şəhər Nərimanv Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 05.03.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya hərracın keçirilmə vaxtı və yeri barədə bildirişlə məlumat verilmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qatqat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 06 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qetd etmişdir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Bank qarşısında olan öhdəliklərinin icrasının təminatı olaraq mübahisəli ev ipoteka ilə yüklü edilmişdir. Bank qarşısında yaranan borc öhdəliyi icra edilmədiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Bankın tələbi ipoteka predmetinə yönəldilmiş və mənzilin açıq hərracdan satılması qət edilmişd ir. Qətnamə əsasında verilmiş “İcra vərəqəsi” icra edilməsi üçün İcra İdarəsinə göndərilmiş və İcra İdarəsinin icra məmuru “İcra vərəqəsi” əsasında qətnamənin icrasını həyata keçirmək, yəni evin açıq hərracdan satışını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görmüşdür. Hərracın təşkili cavabdeh Hərrac Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlu matlar olmalıdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə 21.09.2018-ci il, 26.10.2018, 05.10.2018, 01.03.2019 və 01.02.2019-cu il tarixli bildirişlərin təsdiqlənmiş surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi tərəf İddiaçı məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bu halın əksini təsdiq edən sübu tlar isə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində məhkəmə müəyyən etmişdir ki, mübahisəli evlə bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillər əsassızdır, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə düzgün nəticəyə gəlmişdir. İddiaçı (Vəkil Məhəm mədli oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi iş in faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 41.1. İpoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda sa tıla bilər. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. Maddə 42.1. Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Maddə 42.3. Hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cü mlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 (otuz) gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı ud an şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı: “...Mülki Məcəllənin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün q almış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7741/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar