Məhkəmə qərarları › İş №2(102)-4502/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4502/2019

04.07.2019 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4502/2019 04.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X4, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № Ş.Ə.Məhərrəmova, iş 2(001)-1694/2018) İddiaçı C avabdeh3 qarşı iddiası təmin edilmiş, Bakı şəhəri Binəqədi rayonu X1 514 saylı 25 iyun 2003-cü il tarixli sərəncamı əsasında İddiaçı mülkiyyətinə verilmiş Binəqədi qəsəbəsinin ərazisində yerləşən 600 kv.metr torpaq sahəsində inşa edilmiş özbaşına tikilinin cavabdeh tərəfindən və onun hesabına sökülməsi və cavabdehin onunla yaşayan digər ailə üzvləri ilə birlikdə iddiaçıya məxsus həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7033/2018, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.N.İmanov)Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və orada hər hansı bir işin görülməsinə qadağa qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərarı ilə (iş № 2(102)-7694/2018, hakimlər İ.R.Xələfov, A.Ə.Allahverdiyev, Ə.Ə.Şadiyev)İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2413/2019, hakimlər T.S.Səmədov, E.C.Kazımov, İ.K.Şirinov)Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edi lmiş, İddiaçı Cavabdeh3 qarşı qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və orada hər hansı bir işin görülməsinə qadağa qoyulması tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini və ya iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: 17.09.2017-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 25 iyun 2003-cü il tarixli qərarı ilə fərdi ev tikintisi üçün ona 600 kv.m torpaq sahəsi ayrıldığını, torpaq sahəsini müəyyən ölçüdə hasara aldıqdan sonra maddi imkanının olmaması ilə əlaqədar ondan təyinatı üzrə istifadə edə bilməməsini, yaxın vaxtlarda torpaq sahəsinə b aş çəkərkən orada tikinti işlərinin aparılmasını müəyyən etdiyini və bununla onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasını əsas göstərməklə torpaq sahəsində aparılmış qanunsuz tikililərin Cavabdeh3 hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarmaqla orada hər hansı işlərin görülməsinin cavabdehə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi q iymət verilməmişdir. Mübahisəli torpaq sahəsi 2003-cü ildən iddiaçının mülkiyyətində olmuşdur, həmin torpaq sahəsinin cavabdehə ayrılmasını təsdiq edən heç bir sənəd mövcud olmamış, sonradan cavabdeh apellyasiya məhkəməsinə saxta sənəd təqdim etmiş, apellyasiya məhkəməsi isə həmin saxta sənədi sübut kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı ma ddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsinin qanuni əsaslarla onun mülkiyyətinə verilməsini, lakin həmin torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt olunmasını (sonradan Cavabdeh3 ilə əvəz edilmişdir) əsas göstərməklə hazırki iddia ilə məhkəməyə müraciət etmiş və bu zaman tələbinin əsaslı olmasını təsdiq edən sübut kimi X1 514 saylı 25 iyun 2003-cü il tarixli qərarını, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz və torpaq sahəs inin eskizini təqdim etmişdir. İşə baxan birinci instansiya məhkəməsi Cavabdeh3 əsl cavabdeh kimi işə cəlb etsə də, onun hansı əsasla mübahisəli torpaq sahəsindən istifadə etməsini və orada tikinti işləri aparmasını araşdırmadan, yalnız İddiaçı tərəfindən təqdim edilmiş sənədləri mübahisəsiz sübut kimi qəbul edərək iddianı təmin etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş X1 514 saylı 25 iyun 2003-cü il tarixli qərarında İddiaçı 600 kv.metr ölçüdə torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün ayrılması göstərilsə də, işin 121-ci səhifəsində olan X3 tərəfindən təqdim edilmiş 23 aprel 2018-ci il tarixli məktubundan görünür ki, həmin qərar Bələdiyyənin arxivində aşkarlanmamış və müəyyən olunmuşdur ki, İddiaçı eyni saylı və tarixli qərarla 200 kv.metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Lakin 200 kv.metr torpaq sahəsinə dair eskiz sxemi də arxivdə aşkarlanmamışdır. Həmin məktubdan görünür ki, mübahisəli torpaq sahəsi X1 18 mart 2004cü il tarixli 754/1 saylı qərarı ilə hazırki iş üzrə Cavabdeh3 ayrılmaqla, bu bələdiyyə mütəxəssisi tərəfindən yerə baxış keçirilərkən təsdiq olunmuşdur. Qəsəbə Bələdiyyəsinin işin 118-ci səhifəsində olan məktubundan isə görünür ki, Cavabdeh3 ayrılan torpaq sahəsi Bələdiyyə tərəfindən tərtib edilmiş eskiz sxemi ilə ərazi uyğunluq təşkil edir. Bələdiyyə ilə Cavabdeh3 arasında Bələdiyyənin 18 mart 2004-cü il tarixli 754/1 saylı sərəncamının 1 -ci bəndinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh3 tərəfindən Bələdiyyəyə 2.400.000 manat ödənilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş 25 iyun 2003-cü il tarixl i qərarda isə torpaq sahəsinə görə 2.400.000 manat Bələdiyyəyə ödənilməsi göstərilsə də, işdən görünür ki, İddiaçı tərəfindən Bələdiyyəyə cəmi 800.000 manat ödənilmişdir. Eləcə də iddiaçı ilə Bələdiyyə arasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 20.1-ci maddəsinin tələbinə zidd olaraq alqı-satqı müqaviləsi bağlanmamışdır. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən Bələdiyyənin 25 iyun 2003-cü il tarixli 514 saylı qərarı sənədin əsli olmamaqla skanerdən istifadə edilməklə çıxarılmış surətidir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 mübahisəli torpaq sahəsini qəsəbə Bələdiyyəsinin 18 mart 2004-cü il tarixli sərəncamı ilə əldə etməklə həmin sərəncamın həqiqiliyi və mötəbərliliyi şübhə do ğurmadığından cavabdehin həmin torpaq sahəsindən çıxarılması üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 180.4-cü maddəsinin tələbinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki mübahisə üzrə Mülki Məcələnin 180.4-cü maddəsinin tətbiqi üçün də əsaslar yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar