Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4502/2022 31.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 oğlunun, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (üçüncü şəxs Gəncə şəhər 5 saylı Notariat Ofisi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi, təmsilçinin özü barəsində əqd bağlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilə nin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-967/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə 31 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Samux rayon Aqrar İslahatları Komissiyasının 15 avqust 2002-ci il tarixli 07 saylı Qərarı ilə Samux rayon Fizuli kəndi ərazisində yerləşən 1.1054 ha pay torpaq sahəsi (bundan sonra - torpaq sahəsi) İddiaçı4, İddiaçı2 oğlunun, Cavabdeh2, Cavabdeh1 və İddiaçı1 mülkiyyətlərinə verilmişdir.
2. Torpaq sahəsinə dair onların adlarına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ** ******** qeydiyyat nömrəli çıxarış verilmişdir. 3. xx.xx.2020-ci il tarixli AR-İİ 033638 nömrəli etibarnamə ilə İddiaçı1, İddiaçı2 oğlu və İddiaçı4 torpaq sahəsindən onlara düşən hissə üzərində sərəncam vermək, istənilən qiymət və şərtlərlə satmaq, onların adından alğı-satqı müqaviləsini imza etmək, bağışlamaq, dəyişmək kimi səlahiyyətlər də verməklə İddiaçı3 5 il müddətinə etibarnamə vermişlər. 4. xx.xx.2020-ci il tarixdə qeyd edilən etibarnaməyə əsasən İddiaçı3 etibarnamə ilə ona verilmiş səlahiyyətlərin Cavabdeh1 keçməsi üçün sonuncuya eyni məzmunlu 5 illik müddətinə etibarnamə vermişdir. 5. xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı, 4Ə-370 reyestr nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi ilə Əliyeva X1 Rasim Hüseyn oğlunun verdiyi etibarnamə əsasında həmin tarixdə digər iddia çıların adından çıxış etməklə torpaq sahəsini bütünlüklə Cavabdeh2 satmış, müqavilədən sonra sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış verilmişdir.
6. İddiaçı2 oğlu İddiaçı1 oğludur, İddiaçı4 isə onun arvadıdır.
7. Əliyeva X3 Söhrab Qənbər oğlunun baldızı, Cavabdeh2 isə onun qızıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı4 və İddiaçı3 iddia ərizəsi (iddia tələbinin həcminın artırılması və iddia tələbinə dəqiqləşdirilmə barədə ərizə) ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 4Ə-370 reyestr nömrəli alğı-satqı müqaviləsinin etibarsız he sab edilməsi və həmin alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
2. Gəncə şəhər 5 saylı Notariat Ofisi iddia ərizəsində üçüncü şəxs kimi qoyulmuş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə 3 saylı Ərazi İdarəsi isə birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxs kimi işə cəlb edilmişdir.
3. İddiaçı1 məhkəmədə iddia tələbini müdafiə edərək göstərmişdir ki, 26 dekabr 2019-cu ildə o, digər iddiaçılardan olan oğlu Həsrət və arvadı Leyla paylı mülkiyyətdə olan torpaq sahəsində olan paylarını digər iddiaçı olan İddiaçı3 qeyri-rəsmi 6000 manata satmışlar və bu barədə sonuncuya 50 illik etibarnamə verərək torpaq paylarını da İddiaçı3 istifadəsinə vermişlər. 17 mart 2020-ci il tarixdə İddiaçı3 onları Samux rayon Notariat Ofisinə çağırmışdır ki, ona yenidən etibarnamə versinlər, çünki digər torpaq payçıları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə danışıb onların pay torpaqlarını da 1500 manata alacaqdır. Lakin sonradan onlara məlum olmuşdur ki, Cavabdeh1 aldatma yolu ilə onların pay torpaqlarına dair İddiaçı3 etibarnamə aldıqdan sonra onların torpağını da formal olaraq alğı-satqı müqaviləsi bağlayıb borclu olduğu digər Cavabdeh2 adına keçirməklə borcunun əvəzinə vermişdir.
4. Digər iddiaçılar İddiaçı2 və İddiaçı4 da iddianı müdafiə edərək eyni məzmunlu ifadə vermiş, əlavə olaraq göstərmişlər ki, Samirə həm Rasimi, həm də onları aldadaraq torpaq paylarını əllərindən çıxarmışdır.
5. İddiaçı3 iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, iddiaçılar olan İddiaçı1, İddiaçı2 və İddiaçı4 paylarını hələ 2008-ci ildən onlara 6000 manat verməklə qeyri-rəsmi almış və həmin vaxtdan pay torpağı onun istifadəsində olmuşdur. Cavabdehlər olan digər payçılar öz paylarını ona satmadıqlarından digər iddiaçıların bu torpaq sahəsində olan paylarını uzun müddət adına sənədləşdirə bilməmişdir. Hətta digər iddiaçılar torpaq sahəsində olan payları ilə bağlı ona xx.xx.2019-cu ildə 50 illik müddətinə etibarnamədə vermişlər. 17 mart 2020-ci il tarixində o, digər iddiaçılar Söhrab, Leyla və Həsrətlə Samux rayon Notariat Ofisinə gəlmişlər ki, onlardan yenidən etibarnamə alıb, pay torpaq sahəsində olan paylarını adına keçirsin. Bu vaxt cavabdehlərdən Cavabdeh1 da ora gəlmiş və ona bildirmişdir ki, o, da torpaq sahəsində olan payını satır, əgər alırsa digər payçı Cavabdeh2 da razı sala bilər və Səlminaz da payını ona satar. O, Samirə ilə danışıb Samirənin və Səlminazın paylarını 1500 manata almağa razılaşmışdır. Bundan sonra Samirə ona bildirmişdir ki, o, digər iddiaçılar olan payçıların adından ona etibarnamə versin, o, da Səlminazdan etibarnamə alıb bütün pay torpaq sahəsini bu gün bu notariusda alğı-satqı müqaviləsi bağlayıb onun mülkiyyətinə keçirsin. O, Cavabdeh1 sözünə inanmış və digər iddiaçıların ona verdiyi etibarnamə ilə verilən səlahiyyətlərin Cavabdeh1 verilməsi barədə ona elə həmin gün etibarnamə vermişdir. Samirə ondan etibarnamə alandan sonra çıxıb getmiş və bir daha qayıtmamışdır. O, notarius Elmir Məhərrəmovla birlikdə Samirəni gözləsələr də Samirə gəlib çıxmamış, hətta onu tapmasınlar deyə telefonunu söndürmüşdür. Aradan bir neçə gün keçəndən sonra ona məlum olmuşdur ki, Cavabdeh1 onu aldadıb, digər iddiaçıların adından etibarnamə aldıqdan sonra elə səhəri günü bu etibarnamədən istifadə edib, həmin torpaq sahəsini bütünlüklə Gəncə şəhər 5 saylı Notariat Ofisində formal alğı-satqı müqaviləsi bağlamaqla borcunun əvəzinə digər Cavabdeh2 mülkiyyətinə keçirmiş və Səlminaz da gedib bu barədə mülkiyyət hüququ haqqında çıxarış almışdır. Bundan sonra məcbur olaraq məhkəmədə yuxarıda göstərilən iddia tələbini qaldırmışlar. Bu etibarnaməni Samirəyə verərkən Samirə ona heç bir pul verməmişdir. Samirə torpağı alğı-satqı edib onun adına keçirmək vədi ilə onu aldadıb ondan etibarnamə almışdır.
6. Cavabdeh1 göstərmişdir ki, iddiaçılardan İddiaçı1, İddiaçı4 və İddiaçı2 paylı mülkiyyətdə olan öz pay torpaq sahələrini digər İddiaçı3 6000 manata q eyri-rəsmi satıb ona etibarnamə vermişlər. Ancaq, o, və Cavabdeh2 öz paylarını İddiaçı3 satmamışlar. 17 mart 2020-ci ildə Notariat Ofisində olan zaman o, digər iddiaçıların pay torpağına görə İddiaçı3 6000 manat nağd pul vermiş və Rasim də digər iddiaçıların əvəzindən ona 5 illik etibarnamə vermişdir. O da bu etibarnamə ilə həm iddiaçıların payını, həm də öz payını 18 mart 2020-ci il tarixdə Gəncə 5 saylı Notariat Ofisində alğı-satqı müqaviləsi bağlayaraq 4000 min manata Cavabdeh2 satmışdır. Belə ki, onun Cavabdeh2 2019-cu ildən 3000 manat borcu olmuş və bu alğı-satqı müqaviləsi bağlananda həm onun 3000 manat borcu silinmiş, əlavə Səlminaz ona 1000 manat da pul vermişdir. O, iddiaçıların heç birini aldatmamış, onların payına görə İddiaçı3 6000 manat pul vermişdir. Odur ki, iddianı qəbul et mir və onun rədd edilməsini xahiş etmişdir.
7. Cavabdeh2 göstərmişdir ki, iddiaçılar olan atası, anası və qardaşı bu torpaq sahəsində olan paylarını digər İddiaçı3 satmışlar. Ancaq, o və Cavabdeh1 öz paylarını Rasimə satmamışlar. Digər cavabdeh olan xalası Cavabdeh1 da 2019-cu ilin mart ayında ondan 3000 manat borc pul almış, ancaq, sonradan bu borcu qaytara bilməmişdir. 17 mart 2020-ci ildə xalası olan Cavabdeh1 onun yanına gəlmiş və ona bildirmişdir ki, digər iddiaçıların əvəzindən İddiaçı3 etibarnamə almışdır, həm iddiaçıların pay torpağını, həm də öz torpaq payını ona satır, bunun müqabilində ona olan 3000 manat borcunu silsin, əlavə olaraq ona 1000 manat da pul versin. O da Samirənin təklifi ilə razılaşmış və səhəri gün, xx.xx.2020-ci il tarixdə birlikdə Gəncə 5 saylı Notariat Ofisinə getmişlər. O, Samirənin ona olan 3000 manat borcunu silmiş və əlavə olaraq Samirəyə 1000 manat pul vermiş, Samirə də iddiaçıların payı da daxil olmaqla torpaq sahəsini onun adına alğı-satqı müqaviləsi bağlamaqla ona satmışdır. Bu alğı-satqı müqaviləsinə əsasən də həmin torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ haqqında çıxarış almışdır. Torpaq sahəsini alğı-satqı ilə əldə etdiyinə görə iddianı qəbul etmir. Samirənin aldığı etibarnamənin əvəzində İddiaçı3 6000 manat pul verib-verməməsindən isə xəbəri yoxdur. Çünki, həmin vaxt onların yanında olmamışdır.
8. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində göstərmişdir ki, Samux rayon Notariat Ofisinin notariusu vəzifəsində işləyir. Tərəfləri bu işlə əlaqədar olaraq tanıyır, onların heç biri ilə qohumluğu və ədavəti yoxdur. 17 mart 2020-ci il tarixdə iddiaçılardan İddiaçı1, İddiaçı2 və İddiaçı4 İddiaçı3 ilə birlikdə Notariat Ofisinə gəlmişlər ki, həmin şəxslər torpaq paylarını Rasimə satıblar buna görə ona etibarnamə verəcəklər. O da onların İddiaçı3 verdikləri bu etibarnaməni rəsmiləşdirmişdir. Həmin vaxt cavabdehlərdən Cavabdeh1 da orada olmuş və Rasimlə danışıq aparmışdır ki, onun və Səlminazın da torpaq payını alsın. Onlar hətta, qiymətləşib razılaşmışlar. Belə məsləhət olub ki, İddiaçı3 Söhrab, Həsrət və Leyladan aldığı etibarnamə ilə öz adına torpağın keçməsi üçün özü-özü ilə alğı-satqı müqaviləsi bağlaya bilməz. İddiaçı3 ona verilən etibarnamə ilə səlahiyyətlərinin Cavabdeh1 keçməsi üçün Samirəyə onların adından etibarnamə versin, Cavabdeh1 da digər payçı olan Cavabdeh2 etibarnamə alıb bu torp ağın hamısını alğı-satqı müqaviləsi bağlamaqla İddiaçı3 satsın. Bu razılaşmadan sonra elə həmin dəqiqə İddiaçı3 Cavabdeh1 5 illik etibarnamə vermişdir. Cavabdeh1 etibarnaməni alandan sonra bildirmişdir ki, burada olun, gedib Cavabdeh2 da gətirib ondan etibarnamə alıb torpağın hamısını alğı-satqı yolu ilə Məmmədova Rasimə satıb adına keçirəcəkdir. Ancaq Cavabdeh1 İddiaçı3 etibarnamə alıb gedəndən sonra mobil telefonunu söndürüb, bir daha geri qayıtmamışdır. Çünki onlar notariat ofisində çox oturub gözləmiş, dəfələrlə Cavabdeh1 mobil telefonuna zəng etmiş, ancaq onun telefonu bağlı olmaqla özü də gəlib çıxmamışdır. Sonradan məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı3 aldığı bu etibarnamədən istifadə edib, torpağın hamısını Gəncədə 5 saylı notariat Ofisində alğı-satqı müqaviləsi bağlamaqla borcunun əvəzinə Cavabdeh2 satmışdır. Orada Cavabdeh1 İddiaçı3 6000 manat pul verməsi yalandır, belə şey olmamışdır. Əksinə, Cavabdeh1 Cavabdeh2 etibarnamə aldıqdan sonra bu torpağın hamısını İddiaçı3 satmaqla öz torpağına görə Rasimdən pul almalı idi.
9. Samux Rayon Məhkəməsinin 2(058)- 510/2020 nömrəli, 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. (hakim Nizami Hümbətov)
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlara əsasən həqiqətən də Cavabdeh1 17 mart 2020-ci il tarixdə paylı mülkiyyətdə olan torpaq sahəsində mülkiyyətçilər olan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 təmsilçisi İddiaçı3, digər payçı olan Cavabdeh2 da etibarnamə alıb bütün torpaq sahəsini alğı-satqı ilə onun adına keçirəcəyi vədi ilə aldada raq, ondan etibarnamə almış və aldığı bu etibarnamədən, yəni ona verilmiş bu mülki hüquqdan sui-istifadə edərək mülkiyyətçilər olan iddiaçıların torpaq paylarını onların iradəsinin ziddinə olaraq 3000 manat borclu olduğu digər Cavabdeh2 adına formal alğı-satqı müqaviləsi bağlayıb borc əvəzinə verməklə, iddiaçıların mülkiyyətində olan torpaq paylarını əllərindən çıxarmaqla, onların qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bu aldatma olmasaydı, mübahisəli alğı-satqı müqaviləsi bağlana bilməzdi.
12. Cavabdeh1 guya İddiaçı3 xx.xx.2020-ci il tarixdə etibarnamə alarkən ona digər iddiaçıların torpaq paylarına görə 6000 manat pul verməsinə dair izahatını birinci instansiya məhkəməsi inandırıcı hesab etməyərək qeyd etmişdir ki, əvvəla, Cav abdeh1 iddiaçılara məxsus 6000 manat aldığı torpaq paylarını öz payı da daxil olmaqla 4000 manata deyil, daha baha qiymətə satmış olardı və onun bu ifadəsi şahid ifadəsi ilə də təkzib olunur. Bundan başqa Cavabdeh1 məhkəmə hazırlıq iclasında ifadə verərkən bildirmişdir ki, alğı-satqı zamanı Cavabdeh2 torpağa görə ona bir qəpik də olsa pul ödəməmişdir. Digər Cavabdeh2 da məhkəmə hazırlıq iclasında eyni məzmunlu ifadə verərək bildirmişdir ki, bu alğı-satqıya görə o, Cavabdeh1 bir qəpik də olsun pul ödəməmiş, bu torpaq sahəsini Cavabdeh1 ona olan 3000 manat borcunun əvəzinə onun adına alğı-satqı ilə keçirmişdir.
13. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, torpaq sahəsinə dair cavabdehlər arasında bağlanmış 18 mart 2020-ci il tarixli alğı-satqı müqaviləsi eyni zamanda uydurma və yalan bir əqd olmuşdur.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.2, 560.3.1, 560.3.3, 560.3.4, 337.1, 337.2, 337.3, 337.4, 339.2, 339.3, 360.1, 340.1, 340.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
15. Cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianını rədd edilməsini xahiş etmişlər.
16. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun aparılmış və 309,75 manat dövlət büdcəsinə pul ödənilmişdir. Həmin vaxt heç bir yalan əqd olmamışdır. İddiaçı1, İddiaçı2 və İddiaçı4 öz pay torpaqlarının satılmasını etibarnamə əsasında Rasim Hüseynova etibar etmişlər. X6 rayon Notariat ofisində həmin pay torpaqlarının satılmasını ona həvalə etmişdir. Etbarnamə alınan zaman heç bir aldatma və qeyri-qanuni hərəkətlər olmamışdır.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-876/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Fikrət Mehtiyev)
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı3 aldığı etibarnamədən istifadə edib, xx.xx.2020ci il tarixdə digər iddiaçıların da adından çıxış edərək torpaq sahəsin i 4000 manata bütünlüklə digər Cavabdeh2 rəsmi alğı-satqı müqaviləsi bağlamaqla satarkən, xx.xx.2020ci il tarixli etibarnamə hüquqi qüvvəyə malik olmuş və sonradan da ləğv edilməmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixli həmin müqavilənin ləğvinə də yol verilmir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 324.1, 325.1, 390.1, 347.1, 354.2, 337.1, 567, 646.1, 362, 362.2, 364.1, 364.2, 365.2, 366.2-ci maddələri ilə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
20. İddiaçılar kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
21. Kassasiya şikayəti belə əsaslandırılıb: - apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən sübutları tam hərtərəfli araşdırmadan qarşı tərəfin əsassız sübutlarını sübut kimi qiymətləndirməklə MPM-in 88, 106.1, 217.3, 217.4-cü maddələrinin tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun deyildir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində apellyasiya şikayətinin təmin edilməsi göstərilsə də, nəticə hissəsində apellyasiya şikayətinin təmin edilmədiyi göstərilmiş daha sonra qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi göstərilmişdir; - məhkəmə cavabdehlərin hüququndan sui-istifadə edib Mülki Məcəllənin 560.3, 560.3.1, 560.3.3, 560.3.4-cü maddələrinin tələblərini pozmasına düzgün hüquqi qiymət verməmişdir. Nəticədə bu maddələrin tələblərinin poz ulmasına da heç bir hüquqi qiymət verilməmişdir; - Cavabdeh1 etibarnamə verilərkən torpağa görə 6000 manat verməsi tam yalandır. Bunun yalan olmasını iş üzrə şahid kimi dindirilmiş notarius Elnur Məhərrəmov təsdiq etmişdir. Bu onu sübut edir ki, cavabdeh İddiaçı3 aldadıb torpağa görə etibarnamə alıb sonra ona xəbər vermədən torpağı başqasına alğı-satqı etmişdir. Göründüyü kimi Cavabdeh1 İddiaçı3 aldadıb ondan etibarnamə alıb onun valideynləri tərəfindən İddiaçı3 6000 manata etibarnamə ilə satılmış torpaq sahəsini digər cavabdehə formal olaraq satmışdır. Bununla da Mülki Məcəllənin 339.2-ci və 339.3-cü maddəsində nəzərdə tutulmuş hüquqları kobud şəkildə pozulmuşdur; - məhkəmə cavabdehlər arasında olan alğı-satqı müqaviləsinin uydurma, yalan əqd olmasını müəyyən etsə də, buna heç bir hüquq i qiymət verməmişdir. Çünki bu cavabdehlər etibarnamə ilə torpaq sahəsini öz aralarında formal olaraq alqı-satqı etmişlər. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 Cavabdeh1 bir manat da pul verməməsi ilə bağlı dediklərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə yalan, uydurma olan əqdlə bağlı qanunla müəyyən edilmiş heç bir addım atmamış, nəticədə Mülki Məcəllənin 337.1-ci, 337.2, 337.3 və 337.4-cü maddələrinin tələblərinə zidd olaraq iddia tələbini rədd etmişdir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-6192/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-876/2021 nömrəli iş üzrə 26 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
23. Kassasiya instansiyası məhkəməsini mövqeyi: - apellyasiya instansiyası məhkəməsi qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddiaçı3 aldığı etibarnamədən istifadə edib, xx.xx.2020-ci il tarixdə digər iddiaçıların da adından çıxış etməklə torpaq sahəsini 4000 manata bütünlüklə digər Cavabdeh2 rəsmi alğı-satqı müqaviləsi bağlamaqla satarkən, xx.xx.2020-ci il tarixli etibarnamə hüquqi qüvvəyə malik olmuş və sonradan da ləğv edilməmişdir. Ona görə də, xx.xx.2020-ci il tarixli həmin müqavilənin ləğvinə də yol verilmir; - halbuki iddiaçıların adından Cavabdeh1 etibarnamə verildiyi və mübahisəli alqısatqı müqaviləsi bağlanarkən həmin etibarnamənin qüvvədə olduğu işi n mübahisə olunmayan halıdır. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Cavabdeh1 aldatma yolu ilə onlardan etibarnamə alaraq özünün digər Cavabdeh2 olan borcunun əvəzinə torpaq sahəsini sonuncunun adına formal olaraq rəsmiləşdirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi öz mövqeyini tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmadan, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir; - nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyn i zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin; - sadəcə bir sıra qanunvericilik normalarının sadalanması və mübahisənin mahiyyətinə qiymət vermədən iddianın əsassız olması barədə qənaəti əks etdirən bir cümlədən ibarət olan məhkəmə aktı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir; - nəzərə alınmalıdır ki, baxılan işdə mübahisəli alqı-satqı müqaviləsi üz rə razılaşdırılmış məbləğin 3000 manat hissəsinin alıcı qismində çıxış edən Cavabdeh2 satıcıların nümayəndəsi qismində çıxış edən Cavabdeh1 ona olan borcuna sildiyi mübahisəsiz haldır. Başqa sözlə, Cavabdeh1 təmsilçi kimi ona verilmiş səlahiyyət əsasında satıcıya olan borcunun əvəzində torpaq sahəsini Cavabdeh2 adına keçirilməsi barədə razılığa gəlmişdir. Halbuki Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi istinad olunan maddənin hazırkı mübahisəyə tətbiqi mümkünlüyünü ümumiyyətlə müzakirə etməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-967/2022 saylı 23 fevral 2022-ci il tarixli qət naməsi ilə cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin 2(058)-510/2021 saylı, 21 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Azər Bayramov, Aygül İsgəndərova)
25. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, mübahisəli alqı-satqı müqaviləsi üzrə razılaşdırılmış 3000 manat hissəsinin alıcı qismində iştirak edən Cavabdeh2 satıcıların nümayəndəsi kimi çıxış edən Cavabdeh1 ona olan borcuna sildiyi işin mübahisəsiz halıdır. Bu faktı Cavabdeh1 bir daha təsdiq etmişdir. Bu da o deməkdir ki, Cavabdeh1 təmsilçi kimi ona verilmiş səlahiyyət əsasında alıcıya olan borcunun əvəzində torpaq sahəsini Cavabdeh2 m ülkiyyətinə keçirilməsi barədə razılığa gəlmişlər.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 (təmsil edən) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 (təmsil olunanların) adından əqdi özü üçün bağlamışdır, yəni alıcı Cavabdeh2 olan 3000 manat borcunu bağlamaq üçün İddiaçı1, İddiaçı2 və İddiaçı4, həmçinin özünü paylı mülkiyyətində olan torpaq sahəsini digər cavabdehin mülkiyyətinə vemrişdir. Müqavilə bağlanarkən İddiaçı3 6000 manat pulun verilməsinə dair göstərilənlər isə həqiqətə uyğun uyğun olmamaqla İddiaçı3 izahatı, həmçinin alqı-satqıya görə İddiaçı3 6000 manat verildiyi halda, müqavilədə alqı-satqı predmetinin dəyərinin 4000 manat kimi göstərilməsi ilə təkzib edilir.
27. Digər tərəfdən alğı-satqı-müqaviləsi bağlanarkən Cavabdeh1 İddiaçı3 yox, iddiaçılar İddiaçı 1, İddiaçı2 və İddiaçı4 təmsil etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 337, 339.3, 359.1, 359.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehlər (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddianını rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
30. Kassasiya şikayəti belə əsaslandırılıb: - İddiaçı1, İddiaçı2 oğlu və İddiaçı4 öz pay torpaqlarının satılmasını etibarnamə əsasında İddiaçı3 etibar etmişlər. İddiaçı3 da Samux rayon Notariat Ofisində həmin pay torpaqlarının satılmasını Cavabdeh1 həvalə etmişdir; - işə baxılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə İddia çı3 aldığı etibarnamədən istifadə edib, xx.xx.2020-0 il tarixdə digər iddiaçıların da adından çıxış etməklə 1.1054 ha torpaq sahəsini 7000 manata (4000 manat müqavilədə nəzərdə tutulan pul və 3000 manat borc əvəzinə) bütünlüklə digər Cavabdeh2 rəsmi alqı-satqı müqaviləsi bağlamaqla satarkən, qeyd edilən xx.xx.2020 tarixli etibarnamə hüquqi qüvvəyə malik olmuşdur; - Cavabdeh1 ilə Cavabdeh2 arasında olan xx.xx.2020-ci il tarixli əqdin bağlandığı an sözügedən həmin xx.xx.2020-ci il tarixli etibarnamə qüvvədə olmuşdur və sonradan da ləğv edilməmişdir; - Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 160-1-ci bəndinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respub likasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən (beş min beş yüz manatdan) artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. İşin hallarından görünür ki, qeyd edilən torpaq sahəsinin 7000 manata alqı-satqısından söhbət gedir ki, həmin məbləğin 4000 manatı tərəfə nağd formada verilmiş, 3000 manatı isə borcun əvəzində əvəzləşdirilmişdir. Belə olan halda da həmin məbləğin depozit hesabına keçirilməsi məcburi deyildir. Məhkəmə bu halı nəzərə almayaraq iddiaçıların mövqeyindən çıxış edərək əsassız iddianın əmin edilməsi barədə qətnamə qəbul etmişdir; - müqavilə bağlanarkən hər hansı bir aldatma olmamış və verilmiş qanuni qüvvədə olan etibarnamə əsasında alqı-satqı müqaviləsi icra edilmişdir. M üqavilə bağlanan və adına çıxarış alınan cavabdehin adına isə nə etibarnamə verilmiş, nə də ki, sonuncu özü barəsində hər hansı müqavilə bağlamamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Maddə 337.4 etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.2 Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin Maddə 359.1 Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) eti barnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 359.3 Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılm alıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnaməni n yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
33. Kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş ediblər, bu b axımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
42. İşin müəyyən edilmiş hallarına görə Cavabdeh1 (təmsil edən) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 (təmsil olunanların) adından əqdi özü üçün bağlamışdır. Halbuki Mülki Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.
43. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2528-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
44. Belə ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
45. Bu baxımdan, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
45. Məhkəmə kollegiyası alqı-satqının etibarnamə əsasında aparılması, həmin vaxt etibarnamənin qüvvədə olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, cavabdehlərin bu dəlili birinci apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsinin iddianı rədd etmək üçün istinad etdiyi dəlil olmuş və bu əsasla iddianın rədd edilməsi hazırki iş üzrə kassasiya instansiyasını əvvəlki qərarında qanunsuz sayılmışdır. Çünki iddiaçıların adından Cavabdeh1 etibarnamə verildiyi və mübahisəli alqı- satqı müqaviləsi bağlanarkən həmin etibarnamənin qüvvədə olduğu işin mübahisə olunmayan halıdır. İddiaçılar müqavilənin etibarsızlığını həmin etibarnamə ilə əlaqələndirmirlər və etibarnamə ilə bağlı hər hansı mübahisə açmırlar.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-967/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul e