Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4506/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Dəmirov İlqar Kamal oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-3028/2019 saylı qətnaməsindən İddiaçı N qızı və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova, iş № 2(012)-313/2019) İddiaçı Xanbala qızının Cavabdeh1 qarşı iddiası təmin edilərək Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, X9 ərazisində yerləşən 200 kv. metr dən ibarət torpaq sahəsindən və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması, İddiaçı Xanbala qızının həmin yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ə.Məmmədov, L.M.Məmmədova və S.A.Qafari) Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən - Cavabdeh1 ailə üzvləri ilə birlikdə Abşeron rayonu, X9 ərazisində yerləşən 200 kv. metrdən ibarət torpaq sahəsi və üzərində tikilmiş yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, iddianın həmin hissədə rədd olunmasına və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilmişdir. İşin halları: Abşeron Rayon İcra Hakimiyyəti baş çısının xx xxxx 2008-ci il tarixli sərəncamı ilə Abşeron rayon X9nun ərazisində yerləşən 7,0 hektar torpaq sahəsinin kənd təsərrüfatı məqsədi ilə 99 il müddətinə icarə qaydasında X5 ayrılması haqqında olan icarə müqaviləsi və torpaqayırma sənədləri təsdiq edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə X8 tərəfindən ona ayrılmış 7,0 ha torpaq sahəsinin 200 kv. metrinə dair iddiaçının adına ümumi etibarnamə verilmiş, etibarnamənin qüvvədə olma müddəti 46 il 6 ay 23 gün (xx xxxx 2063-cü ilədək) müəyyən edilmişdir. 2018-ci ilin oktyabr ayında N oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9nda yerləşən ölçüsü 200 kv.metr təşkil edən torpaq sahəsini 4400 manata almaqla orada fərdi yaşayış evi və sahəsi 24 kv.metr olan mağaza binası tikdirməsini, lakin həmin torpaq sahəsinin və tikilinin onun 2014-cü ildən faktiki nikahda olduğu və ailə münasibətləri pozulmuş Cavabdeh2 tərəfindən iş üzrə Cavabdeh1 satılmasını əsas göstərməklə Cavabdeh1 ailə üzvləri ilə birlikdə onun faktiki sahibliyində olan 200 kv.metr torpaq sahəsi və tikilidən çıxarılması və özünün həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı N kassasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cavabdeh1 kassasiya şikayəti verərək mübahisəli torpaq sahəsini orada yerl əşən tikili ilə birlikdə xx xxxxxxxx 2017-ci il tarixdə Zenfira Əliyevadan alıb həmin torpaq sahəsinə və tikiliyə faktiki sahiblik etməsini, göstərilən vəziyyətdə iddiaçının həmin torpaq sahəsinə və tikiliyə köçürülməsinin qanunsuz olmaqla onun hüquqlarını pozmasını əsas göstərərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik ed ənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilərək qətnamə ləğv olunmaqla iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı Xanbala qızının iddia tələbini Cavabdeh1 ailə üzvləri ilə birlikdə mübahisəli torpaq sahəsindən çıxarılmasına dair hissədə rədd edib, İddiaçı həmin sahəyə köçürülməsinə dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayarkən mübahisə predmeti olan əmlaka tərəflərin heç birinin hüququnun dövlət qeydiyyatına alınmamasını və bununla əlaqədar cavabdehin ailə üzvləri ilə birlikdə evdən və torpaq sahəsindən çıxarılması barədə iddiaçının tələb irəli sürmək hüququna malik olmamasını əsas göstərmiş və gəldiyi nəticənin qanuni əsası kimi Mülki Məcəllənin 180-ci maddəsinə istinad etmişdir. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə birtərəfli qiymətləndirilmiş sübutlar əsasında, qanunun tələblərinə uyğun əsaslandırma aparmadan gəldiyindən qətnamə qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, mübahisə predmeti olan 200 kv. metrdən ibarət torpaq sahəsi və onun üzərində inşa edilmiş ev X9nda yerləşməklə tərəflərdən heç birinin həmin əml ak üzərində hər hansı bir hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı həmin torpaq sahəsinin X3 2016-cı ildə alınması və orada yerləşən tikililərin (evin və mağazanın) onun tərəfindən inşa etdirilməsini iddia etmiş və bunun təsdiqi kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Na torpaq sahəsinin ayrılmasına dair xx xxxx 2008-ci il tarixli sərəncamını və N tərəfindən həmin torpaq sahəsinə dair ona verilmiş xx xxxxxx 2016-cı il tarixli ümumi etibarnaməni məhkəməyə təqdim etmişdir. (səh.7-8) Birinci instansiya məhkəməsində iştirak etməyən Cavabdeh1 işə apellyasiya qaydasında baxılarkən həmin torpaq sahəsini xx xxxxxxxx 2017-ci il tarixdə X1 etibarnamə əsasında əldə etməsini bildirmiş və bunun təsdiqi kimi Abşeron rayon X9 direktorunun xx xxxxxx 2000-ci il tarixli əmrindən Çıxarışı, Nın həmin torpaq sahəsini Nun istifadəsinə verilməsinə dair ərizəsini və N tərəfindən Cavabdeh1 verilmiş əmlak üzərində sərəncam hüququ nəzərdə tutulmuş xx xxxxxxxx 2017-ci il tarixli etibarnaməni məhkəmə kollegiyasına təqdim etmişdir. (54-56) Göründüyü kimi mübahisəli torpaq sahəsinə dair məhkəmə instansiyalarına biri digəri ilə ziddiyyət təşkil edən iki sərəncam təqdim olunmuşdur. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi həmin sənədlərin eyni torpaq sahəsinə aid olub-olmamasını yoxlamamış, bu məqsədlə heç bir araşdırma aparmamış, iddiaçının keçmiş faktiki əri Cavabdeh2, torpaq sahəsinə dair iddiaçıya etibarnamə vermiş N və eyni zamanda cavabdehin xeyrinə 200 kv.metr torpaq sahəsindən imtina etmiş N dindirilməmiş, mübahisəli torpaq sahəsinə dair sərəncam vermiş İcra Hakimiyyəti or qanı və südçülük sovxozunun nümayəndəliyinin bu barədə fikri öyrənilməmişdir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin torpaq sahəsindən və evdən çıxarılması barədə tələbi rədd edərkən cavabdeh tərəfindən təqdim olunmuş sənədlərə ümumiyyətlə qiymət verməmiş, torpaq sahəsini tərəflərdən hansının daha əvvəl əldə etməsini, torpaq sahəsində yerləşən evin kimin tərəfindən tikilməsini müəyyən etməmiş, cavabdehə etibarnamənin N tərəfindən hansı əmlaka görə verilməsini etibarnamədə göstərilməməsini, mübahisəli əmlakın isə sonuncunun mülkiyyətində olmamasını nəzərə almamış, mübahisəli torpaq sahəsinin keçmiş əri Cavabdeh2 tərəfindən 5000 manata satılmasına dair iddiaçının dəlilinin yoxlanılması məqsədi ilə cavabdehə (onun nümayəndəsinə) sual belə verməmiş, mübahisəli əmlaka münasibətdə tərəflər dən hansının sahiblik hüququna malik olmasına obyektiv qiymət verilməmişdir. Əgər mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı tərəfindən və onun vəsaiti hesabına inşa edilməsi müəyyən olunarsa, bu zaman mübahisəli əmlaka münasibətdə Mülki Məcəllənin 163, 164-cü maddələrinin tələblərinə müvafiq olaraq onun sahiblik hüququna qiymət verilməlidir. Mülki Məcəllənin 163.1-ci maddəsinə görə sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164-cü maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu z aman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. (164.1) Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. (164.2) Apelyasiya instansiyası məhkəməsi işin göstərilən hallarını yoxlamadan, onlara müvafiq hüquqi qiymət vermədən iddiaçının mübahisəli torpaq sahəsindən və evdən cavabdehin çıxarılması barədə subyektiv hüquqa malik olmaması barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, iddiaçı eyni hüquqa əsaslanaraq həm də özünün mübahisəli torpaq sahəsinə və evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Həmin hissədə isə, işdən göründüyü kim i, məhkəmə kollegiyası iddianın təmin olunmasını əsaslı sayaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bununla da iddiaçının subyektiv hüququna münasibətdə ziddiyyətli nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinə görə iddiaçı, cavabdehin evdən və torpaq sahəsindən çıxarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmamış, özünün evə köçürülməsini isə tələb etməkdə subyektiv hüquqa malik olmuşdur. Nəticədə məhkəmə kollegiyası həm iddiaçını mübahisəli sahəyə köçürüb, həm də cavabdehi və ailə üzvlərini həmin sahədə saxlamaqla anlaşılmaz bir nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsinin həmin nəticəsi təsdiq edir ki, mübahisəli torpaq sahəsinə və evə kimin hüququnun olmasını məhkəmə kollegiyası müəyyən edə bilməmişdir. Göstərilənlərlə əlaqəda r kollegiya hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4506/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4506/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver