Məhkəmə qərarları › İş №2(102)-4511/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4511/2019

19.06.2019 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4511/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli 2(103)-1548/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.C.Qarayeva, iş № 2(008)-6523/2018) İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı nəqliyyat vasitəsinin alqı-satqı mü qaviləsinin etibarsız sayılması və payının müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.M.Həsənov, X.A.Məmmədova və F.F.Babayev) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 04 oktyabr 1991-ci il tarixdə Cavabdeh3 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və ailə münasibətləri indiyə kimi davam edir. 07 avqust 2015-ci il tarixdə “X2” markalı minik avtomobili Cavabdeh3 adına qeydiyyata alınmış və 05 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin avtomobil Cavabdeh4 15.000 manata satılmışdır. Sonrakı alqı-satqı müqavilələrinə əs asən avtomobil Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 satılmış və hazırda avtomobil sonuncunun mülkiyyətindədir. 2018-ci ilin avqust ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin Cavabdeh3la birgə nikahda olduğu dövrdə alınmaqla onların ümumi birgə mülkiyyəti olmasını, lakin Cavabdeh3 onun razılığı olmadan avtomobili başqasına satmaqla onun mülkiyyət hüququnu pozmasını əsas göstərməklə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34, 36 və 37-ci maddələrinin tələblərinə müvafiq olaraq avtomobilə dair bağlanmış alqı-satqı müqavilələrinin və qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilərək avtomobilin yarısına onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kas sasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək mübahisənin ailə qanunvericiliyinin tələblərinə zidd həll olunmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya in stansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsassız olması barədə nəticəyə gələrkən nəqliyyat vasitəsini əldə edənin vicdanlı alıcı olmasına və eləcə də nəqliyyat vasitələri ilə əlaqədar müqavilələr bağlanan zaman iddiaçının razılığının alınmasının qanunla tələb olunmamasına əsaslanmış və bu zaman maddi hüquq norması kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.3, 33.4, Mülki Məcəllənin 182.1, 222.3, 225.1-ci maddələrinə istinad etmişdir. İş materiallarından göründüyü kimi mübahisəli avtomobil 2016-cı ilin noyabr ayında Cavabdeh3 tərəfindən satılmasına baxmayaraq onunla bir ailədə yaşayan arvadı İddiaçı məhkəməyə müqavilənin etibarsızlığı barədə 2018-ci ilin noyabr ayında, 2 ildən sonra iddia qaldırmışdır. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər (354.1). Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göstərilən vəziyyətdə iddianın təmin edilməsi üçün əsaslar olmadığından kollegiya apellya siya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanunun müddəaları düzgün tətbiq edilməklə çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 31 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar