Məhkəmə qərarları › İş №2(102)-4512/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4512/2019

01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4512/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə. İddiaçı X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktyabr 2018-ci tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim:F.V.Abdiyev; 2(005)-2378/2018) iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1nə və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı hərracın nəticələrinin ləğv olunması tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlərİ.E.M.Həsənov,(sədrlik edən və məruzəçi), X.A.Mərdanova və İ.K.Xəlilov 2(103)-10855/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan, onun və ailəsinin son yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evinin onun xəbəri olmadan, qərəzli olaraq real dəyərindən ucuz qiymətə satı lmasına dair 27 oktyabr 2017-ci il tarixli saxta hərracın nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin ona qarşı iddiası təmin edilmiş, ondan 170.000 manat əsas borc, 19.608 manat faiz borcu, 10.625 manat dəbbə pulu “xxxx” ASC-nin xeyrinə tutulmuşdur, tələbin ona məxsus Binəqədi rayonu, ************* küçəsi, 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması, evin satışından əldə olunacaq vəsait hesabına cavabdehin banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artiq vəsait qalarsa cavabdehə qaytarılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin bu qətnaməsi əsasında icra vərəqəsi verilmişdir. Bundan sonra o, “xxxx” ASC-nin nümayəndələri ilə dəfələr lə görüşmüş, tezliklə borcunu banka qaytaracağını bildirmiş və ona vaxt verilməsini xahiş etmişdir. Həmçinin, o “xxxx” ASC-nın nümayəndələrinə son zərurət kimi evini sataraq bankın borcunu ödəyəcəyini bildirmişdir. ünvan 2 ünvanında yerləşən ev (keçmiş Varovski) 2 mərtəbədən, hər mərtəbə 200 kv.metr sahədən ibarət olan 4 sot torpaq sahəsində yerləşən evdir. Evin 200 kv.metr sahəsi olan, 2 metr hündürlüyündə zirzəmisi vardır, bundan əlavə həyətdə əlavə olaraq bir ailənin yaşaya biləcək 2 mərtəbəli, 2 otaqdan ibarət başqa bir evdə vardır. 2018-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Bakı şəhəri Cavabdeh1 ilə xxxx ona məxsus Binəqədi rayonu, ************* küçəsi, 6 saylı evin qiymətləndirilməsini həyata keçirmiş və əmlakın ilkin satış qiymətini 280000 manat məbləğində müəyən etmişdir. Həmin əmlakı 178.500 manata tələbkar “xxxx” ASC əldə etmişdir. Hərracın yekun nəticələri barədə 27 oktyabr 2017-ci il ırixdə ********** nömrəli protokol tərtib edilmişdir. Onun evinin hərraca çıxarılması, evinə iymət qoyulması, hərracın keçirilməsi barədə ona heç bir məlumat verilməmiş və onun evi sal dəyərindən bir-neçə dəfə ucuz qiymətə tələbkara hədiyyə edilmişdir. O, bir-neçə dəfə sləbkara və eləcə də, icra məmuruna onun evinin real bazar qiymətinin 700.000 - 800.000 ianat təşkil etdiyini, son zərurət yaranarsa evi satıb borcu ödəməyə hazır olduğunu dirmişdir. Göründüyü kimi cavabdehlər öz şəxsi maraqları ucbatından hərrac barəsində na heç bir məlumat vermədən, onun və ailəsinin son yaşayış yeri olan evini özlərinə sərf dən qiymətə, evin real dəyərindən 3-4 dəfə aşağı qiymətə satmışlar. Evinin qiymətləndirilməsi, habelə evə hansı qiymətin qoyulması barədə məlumatsızdır. Onun evinə qiymətləndirici gəlməmiş, evə hər hansı baxış keçirilməmişdir. Bundan əlavə hərracın vaxtı və yeri, forması, keçirilmə qaydası, ilkin satış qiyməti və sair barədə ona heç bir məlumat verilməmiş, hərrac ondan xəbərsiz, gizlin olaraq evinin tələbkara hədiyyə edilməsi ilə keçirilmişdir. Hərracın keçirilməsi barədə formal olaraq 27 oktyabr 2017-ci il arixdə, ********* N-li yekun protokol tərtib etmiş və guya hərracın qanuni keçirilməsini rəsmiləşdirmişlər. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxıl ması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4,422,424-cü maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, evinin qiymətləndirilməsi.hərracın vaxtı,yeri,forması,keçrilmə qaydası,ilkin satış qiyməti barədə məlumat verilmədən,hərrac gizli keçirilməklə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X5 kassasiyaşikayətininməzmununauyğunizahatverərək, şikayətintəminedilməsinixahişetdilər. Məhkəməkollegiyasınıniclasındamüstəqil tələb irəli sürməyən 3-cü şəxs “xxxx” ASC-nin nümayəndəsi və vəkili X3 kassasiyaşikayətinintəminolunmaması barədə qərar çıxarılmasınıxahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onlarıniştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 416.1 -ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləş dirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər; həmin məcəllənin - 416.2-ci maddəsinə görə isə, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. - 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməy ə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. - 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. - 423-c maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş üzrə toplanmış sübutları araşdıraraq apellyaiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki qanunvericlikdə hərr acın keçirilməsi qaydalarının pozulmasına yol verildiyi təqdirdə hərracın nəticələrinin, o cümlədən “Hərracın yekunları barədə” protokolun və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin ləğvi deyil, etibarsız hesab edilməsini əks etdirən müddəalar təsbit edilmişdir. Əqdin etibarsızlığı və əqdin ləğvi hüquqi mahiyyət etibarı ilə mülki hüququn müxtəlif institutlarına aid edilməklə müxtəif hüquqi əsaslara söykənir. Başqa sözlə, müqavilənin ləğv edilməsi və müqavilənin etibarsız hesab edilməsinin,hüquqi əsaslar müxtəlifdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, mübahisələndirilən hərracın nəticələrinin, o cümlədən “Hərracın yekunları barədə protokof’un;və alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbini həmin müqaviləni bağlamış, yəni o nun tərəfləri olmuş “xxxx” MMC və “xxxx” ASC bir-birinə qarşı irəli sürə bilər və İddiaçı həm bu müqavilənin tərəfi olmadığından, həm də mülki qanunvericilikdə bu qəbildən olan işlər üzrə müqavilənin ləğvi nəzərdə tutulmadığından müvafiq tələb üzrə subyektiv hüquq sahibi deyildir, iddiaçı, hərracın nəticələrinin və hərrac nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmək hüququna sahibdir ki, bu tələblərə də irəli sürdüyü halda müvafiq məhkəmə tərəfindən baxıla bilər. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin rədd olunması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar