Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4512/2021 23.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçının hüquqi varisi X1 vəkili X2, Cavabdeh vəkili Vəkil, üçüncü şəxs X iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-385/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 23 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında iddiaçının adından Cavabdeh ilə bağlanmış ünvan 1 ünvanında ümumi sahəsi 42,5 kv.m., yaşayış sahəsi 29,6 kv.m. olan 2 otaqlı mənzilə dair 13 iyul 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sonuncu həmin mənzildə arvadı X4 və birgə nikahdan olan uşaqları ilə yaşamışdır. 21 iyul 1983-cü ildə onların arasında nikah məhkəmə qaydasında pozulmuşdur. Həmin tarixdən X4 uşaqları ilə birlikdə mənzili tərk etm işdir. 25.07.2014-cü ildə mənzil özəlləşdirilməklə İddiaçı mülkiyyətinə keçmişdir.
3. Bununla yanaşı işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, 06.07.2014cü il tarixli etibarnamə əsasında İddiaçı bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi X etibar etmişdir.
4. Həmin etibarnamə əsasında X mənzili 13.07.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə oğlu Cavabdeh bağışlamışdır.
5. Həmin müqavilə əsasında Cavabdeh hüquqları 25.07.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. Bundan sonra İddiaçı tərəfindən verilmiş ərizə əsasında X verilmiş 06.07.2014-cü il tarixli etibarnamə 03.01.2019 -cu il tarixdə ləğv olunmuşdur
7. İddiaçının hüquqi varisi bildirir ki, xxx nömrəli mənzili 1989-cu ildən İddiaçı istifadəsində olmuş və sonuncu həmin mənzili 25 avqust 1995-ci ildə öz adına özəlləşdirmişdir. Onun X, X və X adlı üç qızı olsa da, o, arvadı ilə boşandığı üçün qızları ondan ayrı yaşamış, o isə mülkiyyətində olan mənzildə tək yaşamışdır. Hal-hazırda qızlarının öz ailələri vardır. İddiaçı arvadından boşandığı üçün qızları onunla münasibət saxlamamış və evinə gedib-gəlməmişlər. Lakin, 2018-ci ilin noyabr ayında onun qonşusu X3 vəziyyətinin ağır olduğunu görüb, bu barədə qızlarına telefonla məlumat vermiş və həmin məlumat əsasında iddiaçının qızları onun yanına gəlmişlər. Həmin vaxt qızları onun vəziyyətinin ağır olduğunu görüb, dərhal ona lazım olan tibbi və digər yardımları etm iş və onu kritik vəziyyətdən çıxarmışlar. Bundan sonra məlum olmuşdur ki, onun qardaşı oğlu X 2014-cü ildə müxtəlif bəhanələrlə onu aldadaraq 06 iyul 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında da bir həftə sonra, yəni 13 iyul 2014-cü ildə ona məxsus mənzili oğlu Cavabdeh bağışlamışdır. O, 1935-ci il təvəllüdlüdür, yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlanmasını həmin vaxt bilməmişdir. 2018-ci ilin axırlarında qonşusu ona yaxılaşıb mənzili almaq istədiyini bildirdikdə, o,evin satmadığını bildirmişdir. Qonşu buna təəccüblənmiş və mənzilin satıldığını X dediyini bildirmişdir. Bundan sonra dəqiq məlum olmuşdur ki, qardaşı oğlu X onu aldadaraq 06 iyul 2014-cü il tarixdə verdiyi etibarnamədən istifadə edərək, 13 iyul 2014-cü il tarixdə mənzili öz oğlunun adın a bağışlamışdır. Bu bağışlama əsasında cavabdeh öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Etibarnamənin verildiyi tarix ilə bağışlama arasında cəmi bir həftə vaxt keçmiş, onun evi bağışlamaq niyyəti olsa idi, bunu özü edə bilərdi. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal iddiaçının belə etibarnaməni verilməyində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, tərəfindən verilən etibarnamədə onun iradə ifadəsi mənzilin təmiri üçün Bankdan pulun alınmasına yönəlmişdir. Bu iradə ifadəsini həyata keçirmək üçün etibarnamə əsasında onu təmsil edən X vasitəsi ilə o, özü çıxış etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə X maraqları daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Lakin, ünvan 2 ünvanında ümumi sahəsi 42.5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzil sənədlər üzərində bağışlansa da, faktiki olaraq onun istifadəsində qalmışdır. Bu da onu sübut edir ki, bağışlama müqaviləsi uydurma əqddir. Buna görə də, X verilmiş 06 iyul 2014-cü il tarixli etibarnamə onun tərəfindən 03 yanvar 2019-cu il tarixdə ləğv olunmuşdur.
8. Cavabdeh bildirir ki, 1935-ci il təvəllüdlü İddiaçı onun atası X əmisidir. İddiaçı arvadından boşandıqdan sonra özünə məxsus xxx nömrəli mənzilində yaşamış, həmin mənzil İddiaçı istifadəsində olmuş və sonuncu həmin mənzili 25 avqust 1995-ci ildə öz adına özəlləşdirmişdir. Mənzil iddiaçıya məxsus olduğu dövrdən hal-hazıra kimi,həmin mənzildə yaşamışdır. İddiaçının X, X, X adlı üç qızı vardır, lakin, iddiaçı 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş, onunla maraqlanmamış və iddiaçı tənha yaşamışdır. Buna görə də, iddiaçıya həmişə onlar, yəni əsasən də onun atası X baxmışdır. İddiaçının çox ağır günləri olmuş, atası iddiaçını müalicə etdirmiş və iddiaçının pis günündə onun yanında olmuşlar. İddiaçının bədənindəki yaralarla bağlı onu müayinəyə aparmış və bütün xərclərini cəkmişlər. İddiaçının qızları onunla danışıb əlaqə saxlamamışlar. İddiaçı xəstə olduğunu nəzərə alıb, onun əziyyətini çəkdiyi və daim onun yanında olduğu üçün evi ona bağışlamaq qərarına gəlmişdir. Bu səbəbd ən də, iddiaçı X 06 iyul 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında da 13 iyul 2014cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil ona bağışlanmışdır. İddiaçının özü həmin mənzili ona bağışlamaq istəmiş, buna görə də, həmin müqavilə bağlanmışdır. İddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün onun atasına etibarnamə verməzdi. Hal-hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana özləri müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini də iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi. Bu əsassız iddianın verilməsi iddiaçının özü deyil, qızlarının təşəbbüsüdür.
9. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X b ildirir ki, İddiaçı onun əmisidir. İddiaçının X, X, X adlı üç qızı vardır. İddiaçı 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş və iddiaçı ilə maraqlanmamışlar. Buna görə də, bütün bu illər ərzində iddiaçıya o, baxmışdır. xxx nömrəli mənzili iddiaçıya məxsusdur və sonuncu həmin mənzili 25 avqust 1995-ci ildə öz adına özəlləşdirmişdir. O, oğlu X birgə iddiaçıya baxmış, onu müalicə etdirmiş, yaşlı və xəstə olduğu üçün bütün ev işlərini o özü görmüş, əmisi yaşlı olduğundan kommunal xərclərini özü ödəmişdir. 2014-cü ildə iddiaçı xəstə olduğunu bildirərək ona baxdıqları üçün və pis günündə həmişə onun yanında olduqları üçün mənzilini X bağışlamaq qərarına gəldi. Belə ki, iddiaçının çox ağır günləri olmuş, lakin qızları onunla danışıb əlaqə saxlamamışlar. Bu səbəbdən, iddiaçı evini X bağışlamaq qərarına gəlmişdir. İddiaçı yaşlı və xəstə olması ilə əlaqədar sənədləşmə işini həll edərək mənzili X bağışlamaqdan ötrü ona 06 iyul 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnaməyə görə 13 iyul 2014-cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil X bağışlandı. İddiaçının özü həmin mənzili X bağışlamaq istəmiş və buna görə də, həmin müqavilə bağlanmışdır. Əgər iddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün ona etibarnamə verməzdi. Hazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Habelə, iddia ərizəsini iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi.
10. Mü stəqil tələb irəli sürməyən üçüncü şəxslər X və X heç bir üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı adından Abdullayev Ramiz Oruc oğlu arasında bağlanmış xxxx saylı mənzil ilə bağlı 13.07.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda 06.07.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsi etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilər ək verilmiş 25.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Abdullayev Ramiz Oruc oğlu əmlakın mülkiyyətçisi İddiaçı verdiyi etibarnamə əsasında əmlakı oğlu – Cavabdeh bağışlamışdır. Göründüyü kimi, təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıyır və özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətindədir. Halbuki bağışlama müqaviləsi iddiaçı nın yox, məhz təmsilçinin və ailə üzvlərinin maraqlarına xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır. Bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilin X tərəfindən satılmasını bildirdikdən sonra iddiaçı X adına verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan bir qədər sonra hazırkı iddia tələbi ilə 27.08.2019-cu ildə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə baxışında işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda da mübahisəli mənzildə yaşayır. Bu isə bir daha onu təsdiq edir ki, həqiqətən də, iddiaçının mübahisəli mənzili özgəninkiləşdirmək fikri olmamışdır.
13. Qanunvericiliyin tələbinə görə tərəfin iradə ifadəsi əqdin etibarlılığının başlıc a şərtidir.
14. Cavabdehin vəkili hazırkı iddiaya iddia müddətinin tətbiq edilib iddianın rədd edilməsi vəsatətinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin cavabdehin adına özgəninkiləşdirildiyini yalnız 2018-ci ilin payızında qonşusu iddiaçıya mənzilin X tərəfindən satılmasını bildirmiş və bundan sonra iddiaçı cavabdehin atası X adına verdiyi etibarnaməni ləğv etdirmiş və bundan bir qədər sonra 27.08.2019-cu ildə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı hazırkı iddia tələbi üzrə qanunla nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 337, 359.1, 359.3, 362.1, 377.1, 377.2, 666.1, 667.1, 668.1.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrin ə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
17. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-385/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari - sədrlik edən və məruzəçi, Ş.Abasov və T.Məmmədov) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh ilə İddiaçı adından X arasında bağlanmış xxxx saylı mənzil ilə bağlı 13.07.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi notariat kontorunda 06.07.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqavilə sinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş 25.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********9-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən mənzillə bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istif adə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili öz doğma oğlu iş üzrə Cavabdeh bağışlamışdır.
19. Bununla da qanunvericiliyin tələbləri baxımından təmsilçi verilmiş etibаrnаmə üzrə özünün yоx, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi dаşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Hаlbuki, bağışlama müqаviləsi iddiаçının yоx, məhz təmsilçinin və ailə üzvlərinin mаrаqlаrınа xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin axırlarında qonşusu iddiaçıya mənzilinin X tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı x adın a verdiyi etibarnaməni ləğv etdirmiş və hazırki iddianı qaldırmışdır.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mübahisəli mənzil heç vaxt X istifadəsində və sahibliyində olmamış, əksinə istər müqavilədən əvvəl, istərsə də müqavilədən hazırkı vaxta qədər də mənzil İddiaçı sahibliyində və istifadəsində olmuşdur.
21. Kollegiya belə qənaətə gəlmişdir ki, tərəflər arasında qohumluq münasibətləri olsa da, hədiyyə verən İddiaçı hədiyyə alan Cavabdeh mənzili bağışlamaq niyyəti, yəni iradə ifadəsi mövcud olmamışdır.
22. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təm in edilməlidir.
23. Bundan başqa cavabdehin müddətin tətbiqi barədə ərizəsinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 354.2. maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir.
24. Bu mənada kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur.
25. Bağışlama müqaviləsinin bağlanması iddiaçıya məhz 2018-ci ilin payız ayında qonşusu tərəfindən ona mənzilin X tərəfindən satılmasını bildirdikdən sonra məlum olduğu ndan, iddiaçı həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürmədən 27 avqust 2019-cu ildə məhkəməyə müraciət etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
26. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi 2014-cü ildə bağlanmış bağışlama müqaviləsini yalnız şahid ifadələrinə əsaslanmaqla 6 il sonra etibarsız hesab etmiş, bununla da iddia müddətinin tətbiqi barədə ərizəyə düzgün hüquqi qiymət verməmişdir. b) Kassasiya şikayə tinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. İddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
30. Cavabdehin vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
31. Üçüncü şəxs Abdullayev Ramiz Oruc oğlu məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri
32. MPM-in 407.2-ci mad dəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
33. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəl lə
36. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. (maddə 324.1)
37. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. (maddə 324.2)
38. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. (maddə 324.3)
39. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. (maddə 324.4)
40. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (maddə 324.5)
41. Bu Mə cəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (mddə 354.2)
42. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. (maddə 359.1)
43. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. (maddə 359.3)
44. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. (maddə 362.1)
45. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. (maddə 362.2)
46. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. (maddə 666.1) Mülki Prosessual Məcəllə
47. Hakim öz qərarın ı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3)
48. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
49. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
50. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
51. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
52. Qətnamə çıxarıldıq da hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
54. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
56. Belə ki, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. (53)
57. Əvvəla iş materiallarıdan görünür ki, İddiaçı iddia ərizəsindəki imza sonuncunun etibarnamədəki və iş materiallarında olan sənədlərdəki, o cümlədən şəxsiyyət vəsiqəsindəki imzasından açıq-aydın fərqlənir.
58. Nəzərə alınmalıdır ki, şəxsin pozulmuş hüquqlarının bərpası, yaxud hüquqların təsdinə yönəlmiş mülki məhkəmə icraatı bununla bağlı şəxsin bilavasit ə özünün, yaxud onun müvafiq səlahiyyətə malik nümayəndəsinin verdiyi iddia ərizəsi əsasında başlanılır.
59. Cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazlarda, o cümlədən izahatlarında iddia ərizəsindəki imzanın İddiaçı məxsus olmadığını göstərsə də, apelyasiya instansiyası məhkəməsi bu halı araşdırmamış və iddia ərizəsindəki imzanın İddiaçı məxsus olubolmamasını müəyyənləşdirməmişdir.
60. Bundan başqa iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni digər əsaslarla yanaşı həmçinin onunla əsaslandırmışdır ki, 13.07.2014-cü il tarixli bağışlama müqaviləsinin bağlanması iddiaçıya məhz 2018-ci ilin payız ayında qonşusu tərəfindən ona mənzilin X tərəfindən satılmasını bildirildikdən sonra məlum olduğundan, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 ill ik kəsici müddəti ötürmədən 27 avqust 2019-cu ildə məhkəməyə müraciət etmişdir.
61. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi kəsici müddətin axımını müəyyənləşdirərkən düzgün olmayan nəticəyə gəlmişdir.
62. Belə ki, iş materiallarından görünür ki, İddiaçı X 06.07.2014-cü il tarixli etibarnamə vermişdir.
63. Etibarnamənin məzmunundan görünür ki, İddiaçı X bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir.
64. Göründüyü kimi 06.07.2014-cü il tarixli etibarnamə ilə İddiaçı X digər hüquqlarla yanaşı mübahisə predmeti olan evi 3-cü şəxslərə bağışlamaq hüququnu da etibar etmişdir.
65. Yəni iddiaçı X etiba rnamə verildiyi tarixdən sonra mübahisə predmeti olan mənzil barəsində sonuncunun istənilən sərəncam verəcəyini, o cümlədən mənzilin bağışlana biləcəyini istisna etməmişdir.
66. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müddətin axımının 2018-ci ilin payız aylarından başlaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir.
67. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06.07.2014-cü il tarixli etibarnaməni X mübahisə predmeti olan evin təmiri məqsədi ilə bankdan kredit götülünməsi üçün verilmişdir.
68. Qeyd edilən halın sübutu kimi iddiaçı X, X, X və X şahid ifadələrinə əsaslanmışdır.
69. Məhkəmə kollegiyası hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz.
70. Belə ki, şahidlər ifadələrində 06.07.2014-cü il tarixli etibarnamənin məhz mübahisə predmeti olan evin təmiri üçün bankdan kredit götürülməsi məqədi ilə verildiyini sübut edən hər hansı hala istinad etməmişlər.
71. Bundan başqa apelyasiya instansiyası məhkəməsi bağışlama müqaviləinin etibarsızlığı ilə bağlı hissədə qəbul etdiyi qətnaməni bağışlama müqаviləsinin iddiaçının mənafeyinə uyğun olmaması, bağlanan əqdin iddiaçının iradəsinə zidd olması ilə əsaslandırsa da, bununla bağlı hər hansı mötəbər sübuta istnad etməmişdir.
72. Halbuki hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. (49)
73. Əksinə işi n halları ilə müəyyən edilir ki, İddiaçı bu müqaviləni bağlamaq üçün etibarnamə verməmişdən əvvəl, yəni konkret olaraq 20 avqust 1996-cı ildə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə ilə mübahisə predmeti olan mənzili Cavabdeh vəsiyyət etmişdir.
74. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır.
75. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
76. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-385/2021 nömrəli iş üzrə 31 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.