Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4513/2021 24.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4513/21 (Açar sözlər: işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri, 24 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və X1 vəkili Vəkil1 və Cavabdeh vəkili Enın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Koll egiyasının 2(103)-4915/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və X2 tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 24 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və X2 Cavabdehnə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mənzillərinə dair 02.11.2015-ci il tarixli və 15.12.2015-ci il tarixli alqı-satqı müqavilələrində ölçüsü bilavasitə əks olunmayan, lakin Ali Məhkəmənin qərarına əsasən müqavilədə göstərilən yardımçı sahəyə aid edilən və onların subyektiv hüquqları olan zirzəminin dəyərinin, yəni 210000 manat pulun cavabdehdən alınaraq onlar a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-416/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadı ilə (hakim Təhminə Xəlilova) iddiaçılar İddiaçı1 və X1 Cavabdehnə qarşı "pul" tələbinə dair mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçıların iddia tələbi inzibati orqan olan Cavabdeh hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya ilə əlaqədar olduğundan və aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilm ədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla eyin predmet barəsində iddiaçıların iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.01.2017-ci il tarixli qərarı ilə mümkün sayılmış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2424/2017 saylı, 12.12.2017-ci il tarixli qərarı ilə iddia rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06.04.2018-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Ali Məhkəmənin 14.08.2018-ci il tarixli, 2-1(102)-1583/2018 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin qərarı dəyişd irilmədən qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsinin 2(004)-416/2021 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə (hakim Fərid Əyyubov) iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 şikayətinin təmin edilməməsi qərara alınmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Vahid Sadıqov sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Azad İmanov) 2(103)-4915/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı ilə iddiaçıların şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-416/2021 saylı, 11.03.2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi inzibati orqan olan Cavabdeh hərəkətl əri nəticəsində vurulmuş ziyana görə kompensasiya ilə əlaqədar olduğundan və aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan iş üzrə icraata xitam verilməli və hazırki iddia ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ona görə də birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və X2 (vəkili Vəkil1) kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəm əsi onlar tərəfindən verilmiş şikayətlə tanış olmamış, bu səbəbdən öz qərardadında həmin şikayətdə göstərilən əsasları ümumiyyətlə qeyd etməmiş, inzibati hüquq münasibətləri ilə heç bir əlaqəsi olmayan hazırki iddia tələbinin qanuni əsaslarını aydınlaşdırmamışdır. Hazırki iddianın predmetini müqavilə münasibətləri təşkil edir. Yəni Cavabdeh burada inzibati orqan kimi deyil, müqavilə tərəfi kimi, yəni alıcı kimi çıxış edir. Göstərdikləri Ali Məhkəmənin qərarınsa əsaslanaraq bir daha qeyd edirlər ki, cavabdeh mülkiyyətlərində olan əmlakın dəyərini düzgün hesablamamış və tam şəkildə onlara ödəməmişdir. Belə vəziyyətdə mübahisənin inzibati hüquq münasibətlərinə yox, mülki hüquq münasibətlərinə, konkret olaraq əsassız varlanmaya aid olduğu son dərəcə aşkardır. b) Kasasiya şikayətinə qarşı etira zın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili E kasasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: Maddə 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: Maddə 261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkə məsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 7.1-ci bəndində vurğulanmışdır ki, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıy ır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarının 15.4-cü bəndinə əsasən eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəmə yə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçıların idd ia tələbi inzibati orqan olan Cavabdeh hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya ilə əlaqədar olduğundan və aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası mübahisə üzrə düzgün hüquqi mövqedə olmuş və qərardad qəbul edərkən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyas ı məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və X2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4915/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.