Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4520/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçılаr Rəhimоv Mustаfа Əlisöhrаb оğlu və Rəhimоv Rəhim Əlisöhrаb оğlunun cаvаbdеh Rəhimоv Tеlmаn Əlisöhrаb оğlunа (mübаhisə prеdmеti bаrədə müstəqil tələb irəli sürməyən 3-cü şəхs Göyçаy rаyоn Nоtаriаt Kоntоru) qаrşı tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu, (məruzəçi) Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiаçılаr Rəhimоv Mustаfа Əlisöhrаb оğlu və Rəhimоv Rəhim Əlisöhrаb оğlunun cаvаbdеh Rəhimоv Tеlmаn Əlisöhrаb оğ lunа qаrşı “mirаs əmlаkа vərəsəlik hüququnun tаnınmаsı” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1202/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadından qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Göyçay şəhəri Nizami küçəsi dalan 2-də yerləşən 3 saylı 2 otaqlı fərdi yaşayış evi və 0,06 ha torpaq sahəsinin X1 miras qalmış ½ hissəsini miras kimi qəbul etmələri müəyyən edilmiş, onların həmin mirasa vərəsəlik hüququnun tanınması qət edilmişdir. (hakim İbrahim Fəttahov)
2. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir.
3. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1202/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-520/2023 saylı qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiya qeyri-mümkün hesаb edilmişdir. (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov, Elçin Mehdiyev)
4. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 10-1.2, 10-1.3, 363.1.5, 364.1, 366.2, 400 və 402.2.1-ci maddələrinə istinad edərək qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti “Elektron məhkəmə” inform asiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməli olduğu halda, maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qаytаrmаlı оlduğu hаldа, səhvə yоl verərək оnu bаxılmаsı üçün apellyаsiyа instansiyası məhkəməsinə göndərmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) kassasiya şikayətinin dəlilləri
5. Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və mülki işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti MPM-in 363.1.5-ci m addəsinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən maddəni düzgün tətbiq etməmişdir. Halbuki geri qaytarılması qərara alınmış apellyasiya şikayəti apellyatorun nümayəndəsi olan vəkil tərəfindən elektron şikayət formasında imzalanaraq Göyçay Rayon Məhkəməsinə elektron qaydada göndərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkə məsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq o lunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qa ydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti t əmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
8. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
9. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
10. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayə tini qeyri-mümkün sayarkən apellyator tərəfindən şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsinə istinad etmişdir.
13. Məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-520/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti apellyatorun nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmaqla elektron kabinet vasitəsi ilə verilmişdir.
14. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətini qeyri-mümkün sayarkən Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə istinad etməsini əsaslı saymır. Çünki bu norma şikayətin həmin Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulmuş el ektron qaydada verilməməsi hallarına aiddir. Halbuki hazırki işdə “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə uyğun olaraq elektron kabinet vasitəsi ilə təqdim edilmişdir.
15. Məhkəmə kollegiyası vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi şikayətin mümkünlüyü məsələsini araşdırarkən “Elektron məhkəmə” informasiya sisteminə də nəzər yetirməli idi.
16. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli məqsədilə sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır.
17. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: Qətnamə ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1202/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.