Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4524/2021 31.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsızlığı tələbinə dair Sumqa yıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsindən İddiaçı Hacı qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh1 anasıdır. İddiaçı 25 iyul 2012-ci il tarixdə etibarnamə ilə oğlunun adından çıxış edərək ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m, yardımçı sahəsi 23 kv.m, ümumi sahəsi 71,1 kv.m olan 11 saylı mənzili 19000 manata satın almışdır. İddia edir ki, mənzil onun vəsaiti hesabına alındığı üçün oğlunun yox, onun adına rəsmiləşdirilməli idi. Ona görə həmin əqd etibarlı əqd olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
2. İddiaçı Hacı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən, Cavabdeh2, 25.07.2012-ci il tarixdə ona verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmin etibarnamə ilə bağlı qeydin ləğv edilməsi, Cavabdeh2 reyestrində 40/02-517 nömrəli qeyd əsasında rəsmiləşdirilmiş 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* nömrəli alğı-satqı müqaviləsi ilə əlaqəli 25 iyul 2012-ci il tarixli, 4Ə/02- 5İ7 reyestr nömrəli qeydin ləğv edilməsi və bağlandığı gündən həmin müqavilənin etibarsız hesab edilməsi, 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Əra zi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05 101-093001 reyestr və ********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində edilmiş qeydin ləğv edilməsi, daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05101- 093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 3 otaqlı, yaşayış sahəsi 48,1 kv.m, yardımçı sahəsi 23 kv.m, ümumi sahəsi 71,1 kv.m olan 11 saylı mənzilin alışına görə 19000 (on doqquz) min manat məbləğində pul satıcı X4 ödəyərək ondan faktiki olaraq mənzili alaraq alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün Cavabdeh2na müraciət etmişlər. Cavabdeh2 mənzilin alqı-satqısını rəsmiləşdirərək 25 iyul 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsini və onunla əlaqəli digər sənədləri tərtib edərək ona vermişdir. Notariusda sənədlər tərtib edilərkən mətnləri oxumamış, mənzilin alışına görə 19000 manat pulu özü ödəmiş, sənədləşməni oğlu Elçinə və notarius etibar etmişdir. Elçinin və notariusun sənədlərdə göstərdiyi yerlərdə imzalar etmişdir. Sonda mənzillə və alğı-satqı ilə bağlı sənədləri notarius ona təqdim etmişdir. Satın alınmış həmin mənzilə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd edilməsini və həmin qeyddən çıxarışın alınmasını cavabdeh, oğlu Cavabdeh1 həvalə etmişdir. Elçin mənzilin sənədlərini rəsmiləşdirərək ona təqdim edib. O, heç bir şübhə etmədən sənədləri alaraq yaşadığı evin ona mənsub otağında saxlamışdır. Cavabdehlər - oğlu Cavabdeh1 və Cavabdeh2 onun etbarından sui istifadə edərək satın aldığı mənzilə mülkiyyət hüququnun onun adına yox, Cavabdeh1 adına rəsmiləşdirilməsi barədə sənədləşmə aparıblar. Nəticədə, cavabdehlərin günahları səbəbindən qanunla qorunan onun mülkiyyət hüququ pozulmuşdur. Faktla bağlı Cavabdeh1 soruşarkən o, həmin məslədən xəbərsiz olduğunu və mənzilin onun yox, onun adına rəsmiləşdirildiyini bildirmişdir. Cavabdeh1 tərəfindən, Cavabdeh2, 25.07.2012-ci il tarixdə ona verilmiş 7E/07- 6621 reyestr nömrəli etibarnamə etibarsız hesab edilməli, həmin etibarnamə ilə bağlı qeyd ləğv edilməli, h əmin etibarnamə əsasında notarius reyestrində 4Ə/02-5 1 7 nömrəli qeydi əsasında rəsmiləşdirilmiş 25 iyul 2012-ci il tarixi, AN-1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi bağlandığı gündən etibarsız hesab edilməli, həmin müqavilə ilə əlaqəli 25 iyul 2012-ci il tarixli, 4Ə/02517 reyestr nömrəli qeyd ləğv edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66- 05101-093004 reyestr və********** qeydiyyat nömrəsi ilə 3 nömrəli reyestr kitabının nömrəli vərəqində edilmiş qeyd ləğv edilməli, daşınmaz əmlakın Dövlət reyestrində 18.12.2012-ci il tarixdə, **********66-05101-093004 reyestr və ********** nömrəli qeyddən verilmiş RX seriyalı, № ******* nömrəli çıxarış etibarsız hesab edilməlidir. Quba rayon notariusu tərəfindən 25.07.2012-ci ii tarixdə verilmiş 7E/07-6621 reyestr nömrəli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh1 iştirak etdiyi 25 iyul 2012-ci il tarixi, AN- 1 seriyalı, № ******* seriya nömrəli alğı-satqı müqaviləsi etibarsızdır. 25 iyul 2012-ci il tarixi, AN-l seriyalı, № ******* seriya nömrəli alğı- satqı müqaviləsinə əsasən Quba rayon notariusu tərəfindən 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 nömrəli etibnamə Cavabdeh1 adından çıxış edən Quba şəhəri, Y.Qasımov p r.ev 44-də yaşayan İddiaçı (şəx.vəs.AZE № 0*******. Quba RPŞ 19.08.2009) “Alıcı” adlanan digər tərəf, həmin müqaviləni bağlayıblar. Həmin müqavilənin bağlanarkən Cavabdeh1 tə qdim etdiyi, Quba RPŞ tərəfindən 23.08.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli şəxsiyyət vəsiqəsindən göründüyü kimi müqavilənin bağlandığı zaman Cavabdeh1 mənsub həmin şəxsiyyət vəsiqəsi ya olmamış, ya da ki, ona mənsub olmuş şəxsiyyət vəsiqəsi müddəti ötdüyündən etibarsız olmuşdur. Mövcud olmayan və ya etibarsız şəxsiyyət vəsiqəsi əsasında, şəxs əqd bağlaya bilməzdi və həmin şəxs adından bağlanmış əqdlər etibarsızdır. Cavabdeh1 ilə onun arasında olan ailə münasibətlərindən göründüyü kimi Elçin onun oğludur. Hazırki iddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 mənsub Quba RPŞ tərəfindən 23.08.2012-ci il tarixdə verilmiş AZE seriyalı, № 0******* nömrəli və ona mənsub Quba RPŞ Q və ŞV bölməsi tərəfindən 05.06.201 7-ci il tarixdə verilmiş AZE seriyalı, №16570170 nömrəli şəxsi yyət vəsiqəsindən göründüyü hazırki tələb üzrə mübahisələndirilmiş əqdlər bağlanarkən Elçin 35 yaşlı gənc sağlam, o, 56 yaşlı qoca qadındır. Həm, ailə münasibətlərinə görə, həm də yaş həddinə görə, şəxsi hüquqların həyata keçirilməsi üçün Elçinin ona yox, onun Elçinə etibarnamə verməyi ağlabatandır. Həm, ailə münasibətləri əsasında, həm də yaş həddinə görə, daşınmaz əmlakla bağlı oğlu Elçinlə o, notariat kontorunda birgə iştirak edərək, eyni vaxta, etibarnamə verib və həmin anda, həmin etibarnamə əsasında qoca ananın cavan oğlunun xeyrinə hüquqlar həyata keçirilməsi ağlabatan deyildir. Belə ki, tərəflər - satıcı və “alıcı” Elçinin birgə iştirak ilə eyni zamanda etibarnamə rəsmiləşdirərək həmin etibarnamə əsasında alğı-satqı müqaviləsi bağlamaqdansa notarius, elə həmin hərəkətlər zamanı onu n iştirakı olmadan mənzili Elçinin adına rəsmiləşdirə bilərdi.
4. Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsi ilə (hakim R.T.Həsənov) İddiaçı Cavabdeh1, Cavabdeh2na və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı alğı-satqı müqaviləsinin, etibarnamənin və çıxarışın etibarsızlığı tələbinə dair iddiası təmin edilməmişdir.
5. Məhkəmə iddia tələbini rədd edərkən «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5, 324.1, 389.1, 389.2, 390.1, 567-ci maddələrinə istinad etmişdir.
6. İddiaçı Hacı qızı apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.04.2021-ci il tarixli, 2(105)-1632/2021 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi T.Quliyev, hakimlər G.Tağızadə və L.Məmmədova) İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməmiş; Quba Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(027)-123/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. İddiaçı Hacı qızı kassasiya şikayəti vermişdir Kassasiya şikayətinin və ona etirazın dəli lləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı Hacı qızı kasasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılma sına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
14. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə.
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstəri lmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
16. Maddə.
324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
17. Maddə. 340.2. Yal an əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
18. Maddə.
389. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çox tərəfli xarakterinə zidd olmasın.
19. Maddə. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Maddə.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olara q hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Apelyasi ya Məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
26. Belə ki, məhkəmələr müəyən etmişlər ki, mübahisə predmeti olan Quba şəhəri, H.Əliyev küçəsi 51A, mənzil 11 də yerləşən 3 otaqlı mənzil MA seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 27.03.2012-ci il tarixdə X3 mülkiyyətində olmuşdur. AN-İ ******* saylı, 25.07.2012- ci il tarixli alğı-satqı müqaviləsi əsasında X1 şəhəri, H.Əliyev küçəsi, 51A ünvanında yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Quba rayon notariusu tərəfindən verilmiş 25.07.2012-ci il tarixdə verilmiş 7E/07-6621 saylı etibarnamə əsasında Cavabdeh1 adından çıxış edən İddiaçı vasitəsi ilə Cavabdeh1 19.000 manata satmışdır. Həmin müqavilə əsasında Quba şəhəri, Ha cıbaba Əliyev küçəsi 51A, mənzil 11 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır.
27. Bundan başqa, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)18/2017 saylı, 18.01.2017-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 01 avqust 2014-cü il tarixli, 14008-293/188267 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 28% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 22000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında 01 avqust 2014-cü il tarixli, 14008293/188267İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71,1 kv.m, yaşayış sahəsi 48,4 kv.m, yardımçı sahəsi 22,7 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 11 nömrəli mənzil cavabdeh X2 razılıq ərizəsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Bundan başqa, X5 ilə iddiaçı arasında bağlanmış 14008-293/462642Z saylı, 01 avqust 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyindən həmin tarixli qətnamə ilə, mübahisə predmetini təşkil edən ev hərrac yolu ilə 19125 manata Bank Respublika ASC-nin mülkiyyətinə keçmişdir. Hal-hazırda isə Quba şəhəri, Hacıbaba Əliyev küçəsi 51A, mənzil 11 də yerləşən 3 otaqlı mənzil RX seriyalı, ******* saylı hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı əsasında "xxxx" ASC-nin mülkiyyətindədir.
28. Apellyasiya instansiya məhkəməsi haqqlı olaraq hesab etmişdir ki, əqdin etibarsız hesab olunması üçün heç bir əsas olmamışdır.
29. Qanunvericiliyin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərd ə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməm əsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Etibarsız əqdlər, əsasən iki meyara görə təsnif edilir: əqdin elementinin qüsurlu olması meyarına görə; əqdin etibarsız sayılması üçün məhkəmə qərarının tələb edilməsi meyarına görə. Əqdin elementinin qüsurlu olması meyarına görə etibarsız əqdlərin də dörd növü fərqləndirilir: subyektiv tərkibi qüsurlu olan etibarsız əqdlər; iradəsi qüsurlu olan etibarsız əqdilər; forması qüsurlu olan etibarsız əqdlər; məzmunu qüsurlu olan etibarsız əqdlər. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fərqləndirilir: daxili iradə ol madan bağlanan əqd; daxili iradəsi düzgün formalaşmayan əqdlər.
30. Kollegiya qeyd edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.
31. İşin faktiki halları eyni zamanda belə qənaətə gəlməyə əsas verir ki, hazırkı iddianın irəli sürülməsinin əsl səbəbləri mübahisəli mənzilə dair bağlanmış sonrakı əqdləri, ipotekanın etibarlılığını şübhə altına almaq olmuşdur. İddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəyə qiymət verərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyi üçün apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1632/2021 nömrəli, 21.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.