Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4527/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh İB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ə.Abbasova ) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, X yerləşən fərdi yaşayış evi üzrə qaz sərfiyyatına görə İddiaçı hesablanmış 2372,40 manat məbləğində borcun, qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış 235,88 manatın silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən, məruzəçi), X.Mərdanova və F.Babayev, 2(103)1161/2020 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4195/2019 saylı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə qismən təmin olunması, Cavabdeh İB tərəfindən X yerləşən fər di yaşayış evi üzrə (abonent kodu **********10000) 2018-ci ilin yanvar, fevral, mart və may aylarında tərtib olunmuş aktlar əsasında İddiaçı hesablanmış 1739,60 manat borcun silinməsi, həmin iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 6841,30 manat məbləğində hesablanmış əsassız borcun silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında quraşdırılmış “İTRON G-4” markalı 1402AZ**********83 saylı qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı guya kənar xəttin aşkar olunduğunu və 120 gün kənar qaz xəttindən qanunsuz istifadəyə g örə 2664 m3 qazın sərfiyyatına dair 532 manat məbləğində cərimə hesablanmış, daha sonra xx.xx.2018-ci il tarixdə yenidən Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq qaz sayğacına baxış keçirilmiş və guya kənar xətt aşkar olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 666 m3 qazın sərfiyyatına dair 133,20 məbləğində cərimə hesablanmış, xx.xx.2018-ci il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 manat məbləğində cərimə hesablanmışdır. xx.xx.2018-ci il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 manat məbləğində cərimə hesablanmışdır. Sonuncu dəfə xx.xx.201 9-cu il tarixdə yenidən ******* saylı akt tərtib olunaraq 30 gün kənar qaz xəttindən qanunsuz istifadəyə görə 1422 m3 qazın sərfiyyatına dair 284,40 məbləğində əsassız borc hesablanmışdır. Həmin aktlar tamamilə əsassızdır. Aktlar onun iştirakı olmadan tərtib edilmişdir. Bundan əlavə iddiaçının evində uzun illərdir ki, odun yandırılır və qazdan istifadə edilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. İddiaçı kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə yalnız 2008-ci ilin yanvar, fevral, mart, may ayları qrafasında əks edilmiş borcları silmiş, digər məbləğlər “Abonentin saldosu”nda əks olunmasına baxmayaraq, həmin borclar silinmədən saxlanılmışdır. Bundan əlavə məhkəmə tərəfindən qa nunsuz xəttdən istifadə edilmədiyi sübüt olunmuş, bu səbəbdən əsassız hesablanmış borc kimi bütün borclar silinməlidir. Cavabdeh İB-nin kassasiya şikayətinin dəlilləri: Məhkəmə iddia tələbinin təmin edilməsi barədə qətnamədə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edilməsi faktının öz təsdiqini tapmadığını əsas götürmüş, apelyasiya məhkəməsi həmin əsasla razılaşmışdır. Məhkəmə iddiaçı tərəfdən aktlar yazıldığı tarixlərdə təbii qazdan istifadəyə görə nə qədər pul ödənildiyini, ümumiyyətlə pul ödəyib ödəmədiyini araşdırmamışdır. Məhkəməyə kifayət qədər sübutlar təqdim edilmiş, foto şəkillər çəkilmiş və abonentin saldosu təqdim edilmişdir. İddiaçı 20152019-cu illərdə heç bir ödəniş həyata keçirməmişdir. Həmin müddət ərzində qazdan istifadə etməməsi mümkün deyil. Pros essual məsələlər və tərəflərin izahatları: İddiaçının vəkili X3 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili X4 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi q iymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: İş mate riallarından görünür ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçıya məxsus olmaqla o, Cavabdeh İB-nin abonentidir; xx.xx.2018-ci il tarixdə evin qaz təchizatı ilə hesablaşmasını həyata keçirən sayğaca baxış keçirilərək iddiaçının sayğacdan kənar xətlə qazdan istifadə etdiyi qeyd olunaraq ******* saylı akt tərtib olunmuş, həmin akta əsasən hesablaşma aparılaraq ona 532,8 manat borc hesablanmışdır. Həmçinin, sonradan da iddiaçı barəsində “mənzildə qaz sayğacından kənar xəttdən istifadə edilməsi faktının aşkar olunduğu” əsas kimi göstərilməklə aktlar tərtib olunmuş, ona xx.xx.2018-ci il tarixli ******* saylı aktla 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı aktla 142,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı aktla 142,20 manat, xx.xx.2019-ci il tarixli ******* nömrəli aktla 568,80 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. Belə ki, iddiaçıya aid “Abonentin saldosu” adlanan sənəddən, onun barəsində 2018-ci ilin yanvar, fevral, mart və may aylarında da aktlar tərtib edildiyi, həmin aktlar əsasında müvafiq olaraq 1011 manat, 284,40 manat, 199 manat və 245,20 manat borc hesablandığı aydın olmuşdur. Lakin həmin aktlar iddiaçıda mövcüd deyillər və aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuşdurlar. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən q azın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, aktlara əsasən iddiaçıya hesablanmış cərimə məbləğləri qanuni hesab edilə bilməz. Belə ki, Cavabdeh İB iddiaçının evində kənar xəttdən istifadə edildiyini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, həmin aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuşdur və iddiaçının kənar xəttdən istifadə etməsi ekspert rəyi ilə təkzib edilmişdir. Qeyd olunanlara əsasən apelyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı barəsində 2018-ci ilin yanvar, fevral, mart və may aylarında tərtib olunmuş aktlar əsasında hesablanmış 1 739,60 manat (1011+284,40+199+245,20) borc onun abonent hesabından silinməlidir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan aktlara əsasən hesablanmış bütün borc məbləğləri Apelyasiya Məhkəməsi tərəfindən silinmişdir. İddia tələbinə uyğun olaraq akta əsasən hesablanmış borclar silindiyindən məhkəmənin gəldiyi nəticə əsaslıdır. Çünki iddiaçı aktlara əsasən ona cərimə hesablandığını iddia edərək silinməsini xahiş etmiş, məhkəmələr akta əsasən hesablanmış borcu silmişdir. Qalıq borc məbləğinin hansı əsaslarla yaranması ilə bağlı abonent müvafiq sorğu aparmalı və onun əsaslarını əldə edərək mübahisələndirə bilər. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, işdə olan saldodan görünür ki, iddiaçı 2015-2019-cu illərdə təbii qazdan istifadəyə görə heç bir ödəniş həyata keçirməmişdir. Həmin müddət ərzində abonentin təbii qazdan istifadə edib-etməməsi, qalan borcun bununla bağlı və yaxud sayğac göstəricisi olub-olmaması gələcəkdə tələb irəli sürüləcəyi təqdirdə həmin icraatda yoxlanıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı və Cavabdeh İB-nin kassasiya şikayətləri təmin edilməsin. Ba kı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4527/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4527/2020
15.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver