Məhkəmə qərarları › İş №2(102)-4529/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4529/2022

05.11.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4529/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma, kəsici müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzillərdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MTK-nın kassasiya ş ikayətinə 05 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Qaranti-İnşaat-2012” MMC ilə Cavabdeh arasında bağlanmış 6-31/2018 saylı, 12 mart 2018-ci il tarixli “müqaviləyə əsasən İddiaçı MMC Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 mənzil 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 58 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə etməklə “E” girişində 14-cü mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli bir ədəd 63,4 kv metr olan 2 otaqlı və 15-ci mərtəbədə 63,4 kv metr olan 2 otaqdan ibarət mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür.

2. Mübahisə həmin müqavilənin etibarlılığı ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MTK (bundan sonra “iddiaçı” və ya “MTK”) iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən mənzilin əvəzləşdirilməsi məqsədi ilə Cavabdeh ilə (bundan sonra “cavabdeh”) bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması, etibarsızlıqla bağlı nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətinin bərpa edilməsi, yəni əsassız olaraq əldə edilmiş mənzillərdən cavabdehin çıxarılması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma qaydalarına cavab verməyən binalardan biri olan Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən tikilinin sökülüb yerində bina inşa edilməsi Nərimanov Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC (iddiaçının hüquqi varisi) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 340 saylı Sərəncamı ilə iddiaçıya həvalə edilmişdir. Bununla əlaqədar olaraq Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 ünvanında yerləşən mənzilin sökülməsi məqsədi ilə həmin mənzildə yaşayan şəxslərə məlumat verilmiş və özünü mülkiyyətçi kimi təqdim edən cavabdehlə 12 mart 2018-ci il tarixdə müqavilə bağlanm ışdır. Müqavilə bağlanan zaman cavabdeh mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş və əslini sonradan təqdim edəcəyini deyərək, iddiaçıda inam yaratmışdır.

5. Bu prosesdən sonra X8 adlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus mənzilin qanunsuz olaraq sökülməsinə görə iddiaçıdan kompensasiyanın tutulmasını xahiş etmiş, həmin iş üzrə məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olduğu iddia edilən mənzil cavabdehin kredit öhdəliyinin təminatı kimi “NİKOYL” X4 ipoteka yüklülüyündə olmuşdur. Cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etmədiyindən kredit borcunun tutulması mənzilə yönəldilməklə həyata keçirilmiş və sözügedən mənzil hərracda bank tərəfindən alınmışdır, bu fakt hərracın nəticələri haqqında 29 d ekabr 2014-cü il tarixli, Y-457 nömrəli yekun Protokol ilə də təsdiqlənir.

6. Bankın mənzil üzərində mülkiyyət hüququ 17 mart 2015-ci il tarixdə qeydə alınmış, daha sonra bank mənzili 09 iyul 2015-ci il tarixdə X2 və sonuncunun mənzilə dair mülkiyyət hüququ 14 iyul 2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli çıxarış da verilmişdir.

7. X6 iddiası üzrə başlanmış mülki işdə "xxxx" MMC qarşılıqlı iddiaçı kimi, X7 və Cavabdeh qarşı qarşılıqlı iddia verərək mənzilin əvəzləşdirilməsi məqsədi ilə Cavabdeh ilə bağlanmış 12 mart 2018-ci il tarixli müqavilənin etibarsız sayılması və həmin müqavilənin yeni mülkiyyətçi X8 ilə bağlanılaraq, O.Məmmədova 72 kv.m sahəsi olan mənzil və aylıq 350 manat kirayə haqqı verilməsi barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019-cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi ilə X6 iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən həm ilkin iddiaçı, həm də qarşılıqlı iddia üzrə cavabdeh olan Cavabdeh ayrılıqda apellyasiya şikayəti vermişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli 2(103)- 667/2020 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyul 2019- cu il tarixli 2(005)-1307/2019 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, Bakı Apelyasiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli 2(103)- 667/2020 saylı qətnaməsi ilə X6 apelyasiya şikayəti qismən təmin edilmiş, ilkin iddia qismən təmin edilərək "xxxx" MMC-dən 154675 manat məbləğində pulun X6 xeyrinə tutulması qət edilmişdir.

8. Göründüyü kimi, cavabdeh sökülməli olan mənzilin ona məxsusluğu barədə çıxarış təqdim etməklə iddiaçını aldatmış və müqavilənin bağlanmasına nail olmuşdur. Həqiqət mənzilin hüquqi və faktiki mülkiyyətçisinin yalnız mənzil söküldükdən sonra məhkəməyə müraciət etdiyi zaman üzə çıxmışdır.

9. Bundan başqa araşdırma cavabdehin əsas tutduğu Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 347 nömrəli sərəncamı da AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilməmiş və həmin sərəncam əsasında xx.xx.2006-cı il tarixi Çıxarışla mənzilin sahəsi 60 kv.m müəyyən edilmişdir. Bu fakt özü də sübut edir ki, cavabde hin yalnız 60 kv.m sahəsi olmuş, həmin sahə isə sonradan Orxan Məmmədova məxsus olmuşdur. Bu halın özü də iddiaçının aldadılmasını sübut edir.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 337.1, 337.5, 339.2, 339.5 və 339.6-cı maddələrinə istinad etmişdir.

11. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə yazılı etiraz vermişdir: Etirazın dəlilləri: - ünvan 2 ünvanda yerləşən həyət evi cavabdehin xüsusi mülkiyyətində olmuş, daha sonra həmin ev "Nikoyl" İKB-də ipoteka ilə yüklü edildiyinə görə məhkəmə qətnaməsi ilə 2912.2014-cü il tarixdə açıq hərracda banka satılmış və xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X6 mülkiyyətinə keçmişdir. Bu məsələni cavabdeh və həmin mənzildə yaşayan digər bacıları vaxtında mubahisələndirsələr də, heç bir nəticə əldə olunmamışdır; - yalnız sonuncu dəfə cavabdehin bacısı X3 məhkəməyə müraciətinin nəticəsi olaraq Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Xavər Mustafayeva ünvan 4liyə köçürülmüşdür. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə icra olunmuş və cavabdehin bacısı həmin ünvana köçürülmüşdür. Qətnamə icra edildikdən sonra bacısı Xavər Mustafayevadan başqa, həmin ünvanda digər bacıları İlhamə Mustafayeva, Zivər Mustafayeva və cavabdeh özü ailəliklə köçüb yaşamışlar; - qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11847/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə köçürüldükləri ünvan, yəni ünvan 4linin X6 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 3 otaqlı həyət evinə heç bir aidiyyəti yox dur. Belə ki, qanuni qüvvəyə minmiş həmin qətnamədə qeyd olunur ki, 2 otaqlı tikiliyə köçürülmə barədə tələb əsaslıdır. Belə ki, ipoteka predmeti 31 nömrəli yaşayış evidir, həmin ev 3 otaqlıdır. 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir. Əgər tərkib hissəsi olsaydı cavabdehlər bunu təsdiq edən texniki pasportu və ya digər sənədi məhkəməyə təqdim edərdilər. Cavabdeh “Nikoyl” İKB apellyasiya şikayətində 2 otaqlı tikilini “qanunsuz tikili" adlandırıb, bununla da etiraf edib ki, 2 otaqlı tikili 31 nömrəli evin tərkib hissəsi deyil”; - məhkəmə qətnaməsində həmçinin qeyd olunub ki, “1-ci instansiya məhkəməsində yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 31 nömrəli 3 otaqlı fərdi yaşayış evi ilə 2 otaqlı tikili eyni həyətdə yerləşir, həyətə giriş ümumi olma qla bir yerdəndir. Onların eyni həyətdə yerləşməsi 2 otaqlı tikilinin 31 nömrəli fərdi yaşayış evinə aid olan torpaq sahəsində yerləşməsi mənasını vermir. Hər hansı tikilinin yerləşdiyi yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi həmin tikilinin texniki pasportu və digər bu kimi sənədlərlə müəyyən olunur. Cavabdeh tərəf məhkəməyə belə sənəd təqdim etməyib”; - göründüyü kimi qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 2 otaqlı tikilinin ipoteka predmeti olan və X6 mülkiyyətində olan 31 nömrəli yaşayış evinə heç bir aidiyyəti yoxdur. Hətta 2 otaqlı tikili 31 nömrəli yaşayış evinə aid olan torpaq sahəsində də yerləşmir; - bundan başqa, 53 saylı MKİS tərəfindən tərtib və Nərimanov Rayon İcra Hakimiyyətinin 12 07.2006-cı il tarixli 347 saylı sərəncamı ilə təsdiq olunmuş eskiz pl anından da görünür ki, 2 otaqlı tikilinin Orxan Məmmədovun mülkiyyətində olan 31 nömrəli 3 otaqlı yaşayış evinə heç bir aidiyyəti yoxdur. Həmin sərəncamda Cavabdeh yaşadığı ünvan ünvan 3unmuşdur. X10 çıxarışında isə 31 saylı ev qeyd olunub. Sərəncamda həmçinin cavabdehin yaşadığı evin ümumi sahəsi 194,5 kv.metr kimi qeyd olunmuşdur; - beləliklə, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı, 13 12.2017-ci il tarixli qətnaməsi ilə köçürüldüyü ünvanın (ünvan 4li) əvəzində cavabdehə İddiaçı MMC tərəfindən 46-31/18 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 2 ədəd 63,4 kv.metrdən ibarət 2 otaqlı mənzil təqdim olunmuşdur. Həmin müqavilədən də bunu açıqaşkar görmək mümkündür. Belə ki, müqavilədə mülkiyyətində olan 2 otaqlı 58 kv.metr mənzilin əvəzində cavabdehə 2 ədəd mənzilin veril məsi göstərilib. Halbuki, X6 mülkiyyətində olan evin ümumi sahəsi isə 60 kv.metr, otaqlarının sayı 3-dür; - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11847/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehin bacısı X5 ünvan 4liyə köçürüldüyü halda, İddiaçı MMC ilə mənzillərin təhvil-təslimi və alğı-satqısına dair müqavilələrin cavabdehlə, yəni Cavabdeh ilə bağlanması sual doğursa da, bu, iş üçün əhəmiyyətli bir hal deyildir. Çünki həmin dövrdə müqavilə tərtib edilərkən '‘Qaranti-İnşaat-2012” MMC tərəfindən bacılardan hər hansı birinin adına müqavilə bağlanıla biləcəyi bildirilmişdi. Cavabdeh və digər bacıları İlhamə Mustafayeva, Zivər Mustafayeva və Xavər Mustafayeva ünvan 4lidə birlikdə yaşadıqlarından, yeni tikilən binada hər iki mənzilin cavabdehin adına rəsmiləşdirilməsini aralarınd a razılaşdırmışlar. Buna görə də müqavilələr cavabdehlə İddiaçı MMC arasında bağlanmışdır; - həmçinin iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi 31 saylı ünvanda yerləşən evin əvəzləşdirilməsi məqsədilə Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsızlığını tələb etsə də, iddia ərizəsində qeyd etdikləri əsaslı olsa da belə onun tərəfindən bu əqdin etibarsızlığını mübahisələndirmə müddəti ötürülmüşdür.

12. Cavabdehin nümayəndəsi müddətin tətbiqi barədə ərizə də vermişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı 30 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim Solmaz Ədilova)

14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, cavabdehlə iddiaçı arasında xx-xx/2018 saylı, 1 2 mart 2018-ci il tarixli nömrəli mənzillərin əvəzləşdirilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə İddiaçı MMC Nərimanov rayonu, M. Sənani küçəsi ev 31 mənzil 1 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitlə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçinin” söküntüsü nəzərdə tutulmuş, mülkiyyətində olan 2 otaqlı, 58 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ( və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20 % əlavə etməklə “E” girişində 14-cü mərtəbədə (qeyri-yaşayış da sayılmaqla) tam təmirli bir ədəd 63,4 kv metr olan 2 otaqlı və 15-ci mərtəbədə 63,4 kv metr olan 2 otaqdan ibarət mənzilləri “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı ******* saylı çıxarışına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı - nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12874 saylı vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, ev 31 mənz il tam mülkiyyət hüququ ilə X6 adına rəsmiləşdirilmişdir.

15. Birinci instansiya məhkəməsi iddiaçının cavabdeh tərəfindən aldadılması barədə dəlilləri üzrə qeyd edib ki, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məs ələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Bundan başqa hər hansı müqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəl lənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.

16. Birinci instansiya məhkəməsi onu da vurğulayıb ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsində müəyyən edilmiş hallara əsasən “ipoteka predmeti 31 №-li fərdi yaşayış evidir, həmin ev 3 otaqlıdır. 2 otaqlı tikili 31 №-li evin tərkib hissəsi deyil, ondan kənarda yerləşir...Cavabdeh “Nikoyl” İKB apellyasiya şikayətində 2 otaqlı tikilini “qanunsuz tikili” adlandırıb, bununla da etiraf edib ki, 2 otaqlı tikili 31 №-li evin tərkib hissəs i deyil....Birinci instansiya məhkəməsində yerində müayinə zamanı müəyyən olunmuşdur ki, 31 №-li 3 otaqlı fərdi yaşayış evi ilə 2 otaqlı tikili eyni həyətdə yerləşir, həyətə giriş ümumi olmaqla bir yerdəndir. Onların eyni həyətdə yerləşməsi 2 otaqlı tikilinin 31 №-li fərdi yaşayış evinə aid olan torpaq sahəsində yerləşməsi mənasını vermir. Hər hansı tikilinin yerləşdiyi yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi həmin tikilinin texniki pasportu və digər bu kimi sənədlərlə müəyyən olunur”.

17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlib ki, iddiaçı MTK cavabdeh tərəfindən aldadıldığını iddia etsə də, iddia tələbində istinad etdiyi dəlillər əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 1.1-ci bəndində söküntüsü nəzə rdə tutulmuş əmlakın 2 otaqdan ibarət olduğu, habelə, mübahisəli fərdi yaşayış evinin ünvanı ünvan 5 ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə mübahisəli tikili ilə bağlı məsələyə hüquqi qiymət verilmişdir. Başqa sözlə, ipoteka ilə yüklü edilmiş əmlakdan əlavə, cavabdehin yaşadığı qanunsuz tikili də mövcud olmuş, yəni mübahisəli müqavilədəki əmlakla X7 məxsus ünvan 6 ünvanında yerləşən mənzil eyni deyildir.

18. Birinci instansiya məhkəməsi ona da istinad edib ki, mübahisəli müqavilənin 2018-ci ildə bağlandığı nəzərə alındıqda, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün bir illik kəsici müddət də ötürülmüşdür.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası nın Mülki Məcəlləsinin 324.5, 337.1, 339.2-ci, 354, 385.1-ci, 386.1-ci, 387.2-ci, 389.1-ci, 390.1, 404cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin əqdin halları ilə bağlı düzgün olmayan məlumat verməsi, mülkiyyətində olmayan əmlakın mülkiyyətçisi kimi özünü təqdim etməsi, onun əsassız olaraq faydalanmasına gətirib çıxarmışdır. Dəqiq məlumat versə idi, əvəzləşdirilmə müqaviləsi bağlanan zaman 2 mənzil yox, 1 mənzil verilərdi. Məhkəmə qətnaməsi ilə X1 tutulması qət edilmişdir, belə olan halda MTK mənzilə görə 3 dəfə ödəniş etmişdir. Cavabdeh iddiaçının etibarından sui-istifadə edərək, MTK-nı aldatmışdır, ona verilən artıq 1 mənzil üzrə bağlanmış müqavilə etibarsız hesab edilməlidir. MTK Ali Məhkəmənin qərarı ilə baxılmamış saxlanmış iş üzrə əqdi mübahisələndirdiyi üçün kəsici müddət ötürülməmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2546/2021 saylı iş üzrə 30 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi b irinci instansiya məhkəməsinin gəldiyi nəticə, o cümlədən kəsici müddətin tətbiqi ilə bağlı nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış mübahisəli müqavilənin 1.1-ci bəndində söküntüsü nəzərdə tutulmuş əmlakın 2 otaqdan ibarət olduğu, habelə, mübahisəli fərdi yaşayış evinin ünvanı kimi ünvan 7ir. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2017-ci il tarixli 2(103)-11847/2017 saylı qətnaməsi ilə mübahisəli tikili ilə bağlı məsələyə hüquqi qiymət verilmiş, ipoteka ilə yüklü edilmiş əmlakdan əlavə, cavabdehin yaşadığı qanunsuz tikili də mövcud olmuşdur, yəni mübahisəli müqavilədəki əmlakla X7 məxsus ünvan 6 ünvanında yerləşən mənzil eyni deyildir. Eyni zamanda iddiaçı tərəfindən əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün Mülki Məcəllənin 35 4.2-ci maddəsində nəzərdə tutulan bir illik kəsici müddət ötürülmüşdür (iddiaçı ən azı 2019-cu ildə Orxan Məmmədov ona qarşı iddia qaldırdıqdan sonra ehtimal etdiyi hüquqlarının pozuntusunu bilmişdir).

25. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edir ki, iddiaçının dəlilləri həm də ona görə əsassızdır ki, iddia ərizəsində göstərilənlərə görə, cavabdeh ilə müqavilə bağlanan zaman sonuncu mənzilə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş və əslini sonradan təqdim edəcəyi əsası ilə iddiaçıda inam yaratmış, lakin sonradan məlum olmuşdur ki, mənzil bankda girovda olmuş, bank mənzili hərracdan almış və Orxan Məmmədova satmışdır. Lakin cavabdehin adına olmuş MH seriyalı ******* saylı çıxarışda mülkiyyətdə olan daşınmaz əmlakın «Bakı şəhəri, Nərimanov rayonu, Möhsü n Sənani küçəsində istifadədə olan 0,9448 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 1 mərtəbəli binada yerləşən 60 kv.m ümumi, - kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, nömrəli mənzil» olduğu göstərildiyi halda, 12 mart 2018-ci il tarixli müqavilədə «Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 31 nömrəli evin sahəsi 58 kv.m olan 2 otaqlı 1 nömrəli mənzil» göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər arasında müqavilə bağlanarkən cavabdeh mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətini təqdim etmiş olsaydı, onda müqavilədə sahəsi 58 kv.m olan 2 otaqlı 1 nömrəli mənzil yox, sahəsi 60 kv.m olan 3 otaqlı nömrəsiz mənzil qeyd olunardı. Göstərilənlər onun deməyə əsas verir ki, tərəflər arasında bağlanmış 12 mart 2018- ci il tarixli müqavilədə cavabdeh t ərəfindən banka girov qoyulmuş 3 otaqlı mənzil yox, eyni həyətdə yerləşən və cavabdehin faktiki istifadəsində olan digər – 2 otaqlı mənzil nəzərdə tutulmuşdur.

27. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, apellyasiya şikayətində «cavabdeh dəqiq məlumat versə idi, əvəzləşdirilmə müqaviləsi bağlanan zaman 2 mənzil yox, 1 mənzil verilərdi» göstərilməsi də yuxarıda qeyd olunan nəticənin əsaslı olmasına dəlalət edir. İddiaçının söküntüsü barədə müqavilə bağladığı yaşayış, qeyri-yaşayış və həyətyanı sahənin hüquqi və faktiki cəhətdən hansı ölçülərdə və kimə məxsus olmasını öncədən bilmədən cavabdehlə razılığa gəlməsi də inandırıcı deyildir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün geri qaytarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırlıb, şikayətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin dəlillərə düzgün qiymət verilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanı lmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən bax ılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi il ə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2 427-ci bəndlərində əks edilən qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır. Belə ki, apellyaisya instansiyası məhkəməsi əqd bağlanılan zaman iddiaçının aldadılması, kəsici müddətlə bağlı işin hallarına, eləcə də müddətin keçməməsi barədə apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib. Bu səbəbdən məhkəmə kollegiyası əlavə şərhə zərurət görmür. Hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

37. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, kollegiya qeyd edir ki, bu dəlillər işin faktiki tərəfinə aid olmaqla iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallarla bağlıdır. Kassasiya instansiyasında işin faktiki halları araşdırılmır, həmin hallara işə mahiyyəti üzrə baxan məhkəmələr qiymət verib.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3003/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar