Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-453/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: Dadaşova Nailə Qurban qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzinə və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-453/21 (Açar sözlər: hərracın nəticələrinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: xxxxx qızı, Cavabdeh: Azərbaycan Respublikasının İqtisaddiyyat Nazirliyi yanında X4 Xidmə tinin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)-2387/2020 saylı qətnaməsindən iddiaçı xxxx qızının kasasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 13 saylı binada yerləşən 47 saylı mağazaya dair onun adına mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə həvalə edilməsi, həmin mağazaya dair keçirilmiş hərracın nəticələrinin və hərracın nəticələrinə əsasən mağazaya dair mülkiyyət hüququ haqqında Bəşir Qurbanov un adına verilmiş xx xxxxxx 2017-ci il, Cavabdeh5 adına verilmiş xx xxxx 2018-ci il və Bəşir Qurbanovun adanı verilmiş xx xxxxx 2018-ci il tarixli Çıxarışların ləğv edilməsi, onların hər birindən vurulmuş maddi zərərə görə 10.000 manat, cavabdeh təşkilatların vəzifəli şəxslərinin hər birindən ona vurduqları mənəvi zərərə görə 5.000.000 avro kompensasiyanın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, habelə işə baxan hakim barəsində intizam icraatının başlanmasını və cavabdeh təşkilatların vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ( sədrlik edən, hakim S.İ.Əbilova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb və həmin qeyri-yaşayış sahəsi xx xxx 2018-ci il tarixdə keçirilən hərracda 100.000 manata xxxx tərəfindən satın alınıb. Qeyri-yaşayış sahəsinin açıq hərracda satışa çıxarılması barədə hər dəfə kütləvi informasiya vasitələrində elanlar verilib. İddiaçı keçirilən hərraclar barədə məlumatlı olub və hətta özü də məhkəmə proseslərində bu halı etiraf edib. Hərrac keçirilərkən onun aparılması qaydalarına riayət edilib. Mübahisəli qeyri-yaşayış sahəsini satın almaqda iddiaçının üstünlük hüququnun həyata keçirilməsinə hər hansı maneçilik törədilməyib. Çünki qeyri-yaşayış sahəsi açıq hərraca çıxar ılıb və bütün alıcılar üçün açıq olub və ən yüksək təklif edən şəxs tərəfindən qeyri-yaşayış sahəsi satın alınıb. Bu baxımdan iddiaçının hərracın ləğv ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Eyni zamanda iddiaçı cavabdehlərin təqsiri üzündən ona maddi, mənəvi zərər dəyməsini iddia etsə də, fiziki və mənəvi sarsıntı keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi, mənəvi zərər arasında səbəbli əlaqənin olması, habelə zərər vuran şəxsin təqsirli olmasına dair məhkəməyə heç bir mötəbər yazılı sübut təqdim etməyib. Ona görə də iddia tələbləri rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Dövlət əmlakının özəlləş dirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 20.1-ci maddələrinin, Mülki Məcəllənin 414.1, 414.2, 416.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi xx xxxx 2020-ci il tarixli xüsusi qərardadl a sözügedən mağazasının özəlləşdirilməsi və bununla bağlı əlaqəli təşkilatların səlahiyyətli şəxslərinin və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olubolmaması üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Azərbaycan Respublikası Baş Prokororluğuna məlumat verib. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yoxlayıb edib qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti yaranarkən qüvvədə omuş mülki qanunvericliyin tətbiqi baxımından hərrac üzrə mübahisələndirilən hallar bilavasitə hərracın keçirilməsi prosedurunu deyil, hərraca çıxarılan zaman mübahisəli qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeyd edilməsinə və həmin qeyri-yaşayış sahəsinin kooperativə məxsus olması əsasına görə iddiaçının mülkiyyət hüq uqunun pozulmasına əsaslanır. Bu mənada və apelyasiya şikayətinin dəlillərinə görə subyektiv hüquqla bağlı iddiaçı cavabdehlərə qarşı tələblərini düzgün müəyyən etməyib. Belə ki, mülki icraata aidiyyəti olmayan tələbin əsasını təşkil edən cinayət-hüquqi səciyyəli dəlillər müzakirəyə çıxarılıb. Apelyasiya icraatı zamanı səlahiyyətlər baxımından buna fərqli qiymət verilməsi mümkün deyil. Cavabdehlər şikayət vermədiyindən iddiaçının subyektiv hüququnun müzakirəsi obyektiv mənada yolverilməz olsa da, prosessual mənada sadəcə diqqətə çatdırılmalıdır. İddiaçı qeyri-yaşayış sahəsinin kooperativə aid olduğunu iddia etmiş olsa da, özəlləşdirmə zamanı kooperativin cəlb edilməsinin hüquqi və faktiki sübutedici əsaslarını müzakirəyə təqdim etməyib. Habelə, kooperativin mülki prosesə cəlb edilməsi üçün müvafiq prosessual hərəkətlərin edilməsinə əsas verən müraciətlər etməyib. Mübahisəli qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsinin balansına keçməsi hazırki mübahisənin kökünü təşkil etsə də, bu prosedurun mübahisələndirilməsi və mahiyyəti üzrə qiymət verilməsi müəyyən edilmir. Beləliklə əsaslandırılmış bəzi dəlillərin mövcudluğu müəyyən edilsə də tələb həddində mahiyyəti üzrə təqdim edilən iddianın baxış predmeti, tələbin əsası, tələbin yönəldiyi cavabdehlərin sırası və məhkəmələrin preyudisal əhəmiyyətli qərarları bu dəlillərin müzakirəsini yolverilməz edir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139-158, 414-416-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh3 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş ed ib. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi xxxxx və vəkili xxxxx kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı xxxx məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı xxxx vəkili Vəkil, cavabdehlər xxxx, DƏDRX-nin X3 Reyestr Xidməti, ƏMDK, xxxx və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri ü çün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq “Dövlət əmlakının özəlləşidirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2.2-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi prosesində əmək kollektivinin qanunvericilklə müəyyən olunmuş mənafelərinin qorunması dövlət əmlakının özəlləşdirilməsinin əsas prinsiplərindən sayılır. Həmin Qanunun 16.1.1-ci maddəsində göstərilir ki, dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri də özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışıdır. Həmin Qanunun 17.1-ci maddəsinə görə, özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kolle ktivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Həmin Qanunun 17.2-ci maddəsində göstərilir ki, özəlləşdirilən dövlət müəssisələrin səhmlərinin və ya hissələrinin satışından güzəştlər- əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə də aid edilir (Qanunun 17.2.1-ci maddəsi). Həmin Qanunun 31.1.1-ci maddəsinə görə, bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəll əsi: Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızılığına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmam asına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instan siyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın bütövlükdə təmin edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını n tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, 13 saylı binada, 2, 3-cü qapıda yerləşən, ümumi faydalı sahəsi 644,5 kv.metr olan qeyriyaşayış sahəsi (47 saylı mağaza) 1988-ci ildən istismara verilib və həmin qeyri-yaşayış sahəsi Suraxanı rayon Qarışıq Ticarət İdarəsinin balansında olub. Qarışıq Ticarət İdarəsinin rəisinin xx xxxxxx 1988-ci il tarixli, 36-K saylı əmri ilə Nailə Dadaşova 47 saylı mağazaya müdir təyin edilib. Bundan sonra, Qarışıq Ticarət İdarəsi ləğv edilib və Ticarət və İctimai İaşə İdarəsi yaradılıb və Dövlət Əmlak Komitəsi sədrinin xx xxxxx 1999-cu il tarixli, 230 saylı Sərəncamı ilə ticarət və ictimai iaşə üzrə inzibati-ə razi idarəetmə orqanlarının ləğv edilməsi və həmin orqanların tabeliyində olan bütün müəssisə və obyektlərin özəlləşdirilməsinə qədər Dövlət Əmlak Komitəsinin İstehsalat və Təsərüfat İdarəsinin tabeçiliyinə verilməsi qərara alınıb. ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun xx xxxx 2015-ci il tarixli, 161M saylı əmri ilə xxxxx müəssisənin ləğv edilməsi əsasına görə xx xxxx 1999-cu il tarixdən 47 saylı mağazanın müdiri vəzifəsindən azad edilmiş hesab edilib. Daha sonra, sözügedən Mərkəzin rəhbərliyi tərəfindən 47 saylı mağazanın əmək kollektivi haqqında- əsas iş yeri həmin mağaza hesab edilən işçilərin olmamasına dair məlumat verilib və ƏMDK-nin Sədrinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onların yerl əşdiyi torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx xxxxxx 2016-cı il tarixli, 168 saylı Sərəncamı ilə 47 saylı mağazanın özəlləşdirilməsinə dair qərar qəbul olunaraq, açıq hərraca çıxarılıb. Azərbaycan Respublikası ƏMDK-nin yanında Hərracların təşkili üzrə Auksion Mərkəzi tərəfindən xx xxxx 2017-ci il tarixdə keçirilən hərracda 23/01 saylı protokola əsasən 47 saylı mağaza 100.000 manata xxx satılıb və bu barədə sonuncu ilə Azərbaycan Respublikası ƏMDK arasında xx xxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən 47 saylı mağaza daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bəşir Qurbanovun adına qeydə alınmaqla, onun adına xx xxxxxx 2017-ci il tarixli Çıxarış verilib. X5 47 saylı mağazanın bir hissəsini alqı-satqı müqaviləsinə əsasən Cavabdeh5 satıb və həmin müqaviləyə əsasən ümumi sahəsi 385,5 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh5, ümumi sahəsi 259 kv.metr olan qeyri-yaşayış sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Bəşir Qurbanovun adına qeydə alınıb və bu barədə onların adlarına xx xxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixli Çıxarışlar verilib. Eləcə də qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xxxx apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi- əmrin ləğv edilməsi və işə bərpa tələbinin rədd edilməsi hissələrində ləğv edilib, həmin hissələrdə iddia təmin edilərək, ƏMDK-nin İstehsal və Xidmət Müəssi sələrinin İdarəetmə Mərkəzinin xx xxxx 2015-ci il tarixli, 161M saylı əmrinin ləğv edilməsi, xxxx 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilməsi qət edilib. Bundan sonra, qətnamə icra edilərək Mərkəzin Baş direktorunun xx xxxxxx 2018-ci il tarixli, 27M saylı əmri ilə xxxx 47 saylı mağazanın müdiri vəzifəsinə bərpa edilib və elə həmin gündə də Mərkəzin Baş direktorunun 28M saylı digər əmri ilə mülkiyyətçinin dəyişməsi əsasına görə xxxx xx xxxxxx 2017-ci il tarixdən tutduğu vəzifəsindən azad edilib. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X6 və digərlərinə qarşı “xx xxxxxx 2018-ci il tarixli, 27M saylı əmrdən ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeçiliyində olmuş sözlərinin çıxarılma sı, xx xxxxxx 2018-ci il tarixli əmrlə xx xxxxxx 2017-ci il tarixdən tutduğu vəzifəsindən azad edilməsinə dair əmrin, hərracın və hərracın nəticələrinin ləğv edilməsi, xx xxxx 2017-ci il tarixdə keçirilmiş hərraca əsasən verilmiş xx xxxxxx 2017-ci il, xx xxxx 2018-ci il və xx xxxxx 2018ci il tarixli Çıxarışların etibarsız hesab olunaraq ləğv edilməsi, 47 saylı mağazaya əmlak hüquqlarının tanınması, həmin mağazaya dair onun adına Çıxarışın verilməsi və ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin və digər qurumların vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” barədə iddiası qismən təmin edilərək, sözügedən Mərkəzin Baş direktorunun xx xxxxxx 2018-ci il tarixli, 28M saylı əmrinin ləğv edilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Həmin Məcəllənin 261.0.2-ci maddəsində göstərilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi...olarsa məhkəmə iş üzrə icraata xitam verir. Maddənin mənasına görə, bu əsasla iş üzrə icraata xitam verilməsinə o, halda yol verilir ki, barəsində qanuni qüvv əyə minmiş məhkəmə qətnaməsi olan mübahisə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsun. Yalnız nəzərdə tutulmuş şərtlərin hamısı eyni vaxtda mövcud olduqda, bu iş üzrə icraata xitam verilməsi üçün əsas hesab edilir. İlk növbədə nəzərə alınmalıdır ki, mübahisə tərəflərinin eyniliyi o, halda mövcud olur ki, barəsində qanuni qüvvəyə minmiş qətnamə olan mübahisə eyni predmet üzrə və eyni əsaslarla həmin mübahisənin əvvəlki tərəfləri və ya onların hüquqi varisləri tərəfindən məhkəmədə yenidən qaldırılır. Mübahisə tərəflərinin eyni olub-olmaması haqqında məsələ həll olunarkən nəzərə alınmalıdır ki, burada tərəf anlayışına yalnız Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinin tələbləri baxımından ya naşmaq olmaz. Həmin maddəyə görə, prosesdə tərəflər yalnız iddiaçı və cavabdeh hesab edildiyi halda, mübahisə tərəfləri daha geniş dairəni nəzərdə tutur. İddianın predmeti isə iddianın elementlərindən biri olmaqla iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi-hüquqi tələbdən ibarətdir. Bu mənada iddianın predmeti dedikdə- mübahisəli subyektiv hüquq və ya hüquq münasibətləri deyil, bu münasibətlərdən irəli gələn iddiaçının cavabdehə qarşı olan maddi-hüquqi tələbi başa düşülür. İddianın predmetinin eyniliyi dedikdə iddiaçının cavabdehə qarşı olan mövcud tələbinin onun həmin cavabdehə qarşı olan əvvəlki tələbi ilə mahiyyətcə eyni olması nəzərdə tutulur. Eyni predmet üzrə iddia tələbinin həcminin artırılması və ya azaldılması iddianın predmetini dəyişdirmir. Belə olan halda əvvəlki iddia tələbi yenidən irəli sürülərkən tərəflər və iddianın əsası dəyişmədikdə işin icraatına xitam verilir. İddianın əsası isə onun faktiki və hüquqi əsaslarından ibarətdir. İddianın faktiki əsası dedikdə iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar başa düşülür. İddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdığı hallar hüquqi faktlar olmaqla tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinin yaranmasının, dəyişməsinin və xitamının əsası kimi çıxış edir. İddianın hüquqi əsası dedikdə iddiaçının cavabdehə qarşı tələbinin hüquqi cəhətdən əsaslandırılması (hüquqi tövsüf) başa düşülür. Hər bir halda iddiaçının cavabdehə qarşı tələbi konkret hüquq münasibətlərindən irəli gəlir və bu münasibətlər də normativ-hüquqi aktlarla tənzimlənir. Apelyasiya instansiyası məhkəməsi, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə X6 və digərlərinə qarşı “hərracın və hərracın nəticələrinin ləğv edilməsi, xx xxxx 2017-ci il tarixdə keçirilmiş hərraca əsasən verilmiş xx xxxxxx 2017-ci il, xx xxxx 2018-ci il və xx xxxxx 2018-ci il tarixli Çıxarışların etibarsız hesab olunaraq ləğv edilməsi və 47 saylı mağazaya dair adına Çıxarışın verilməsi” tələblərinin rədd edilməsinə və həmin tələblərlə hazırki məhkəmə baxışının predmeti olan “47 saylı mağazaya dair onun adına mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nə həvalə edilməsi, həmin mağazaya dair keçirilmiş hərracın nəticələrinin və hərracın nəticələrin ə əsasən mağazaya dair mülkiyyət hüququ haqqında xxxx adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, Cavabdeh5 adına verilmiş xx xxxx 2018-ci il tarixli və xxxx adanı verilmiş xx xxxxx 2018-ci il tarixli Çıxarışların ləğv edilməsi” tələblərinə dair mübahisənin eyni tərəflər arasında, eyni predmet barəsində yaranmasına diqqət yetirmədən, hazırki iddia tələblərinin yeni əsaslar üzrə verilib-verilməməsini və beləliklə də hazırki işin icraatına hissəvi xitam verilməsi üçün əsasların olub-olmamasını sadalanan prosessual normaların tələbləri baxımından kifayət qədər araşdırmadan, iddiaçının prosessual hüquqlarını həyata keçməsinə bilavasitə hər hansı kömək göstərmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qətnaməni qeyd olunan tələblər üzrə də dəy işdirilmədən saxlamışdır. Digər tərəfdən işdə, xxxx 47 saylı mağazanın müdiri vəzifəsindən azad edilməsinə dair işəgötürənin müvafiq əmri (sərəncamı və sair) yoxdur, əksinə onun həmin mağazanın müdiri vəzifəsindən azad edilməsinə dair ƏMDK-nin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Baş direktorunun xx xxxxxx 2018-ci il tarixli, 28M saylı əmri qanuni qüvvəyə minmiş Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Göründüyü kimi 47 saylı mağazanın özəlləşdirilməsi və dövlət əmlakının özəlləşdirilməsi üsulu kimi hərrac vasitəsilə satışı zamanı əmək kollektivinin üzvü olaraq xxxx həmin mağazanın bir hissəsini güzəştli şərtlərlə almaq hüququnun pozulması və bunun, onun üçün müəyyən maddi və mənəvi məhrumiyyətlərə səbəb olması və son nəticədə cavabdeh təşkilatların vəzifəli şəxslərinin hərəkətləri və ya hərəkətsizlikləri nəticəsində onun açıq-aşkar qurbana çevrilməsi, mülki iş materialları ilə istisna edilmir. İşin bu halları tərəflər arasında uzun müddət davam edən ayrı-ayrı mübahisələr üzrə məhkəmə çəkişmələri ilə də təsdiq olunur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, bir tərəfdən 47 saylı mağazanın özəlləşdirilməsi və mağazanın hərrac vasitəsilə satılması zamanı əlaqəli təşkilatların səlahiyyətli şəxslərinin və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olub-olmaması üzrə müvafiq araşdırma aparılması üçün xüsusi qərardad çıxarmaqla Azərbaycan Respublikası Baş Prokororluğuna məlumat verdiyi halda, digər tərəfdən Nailə Dadaşovanın cavabdehlərə qarşı iddia tələblərini “dəymiş maddi, mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qətnaməni həmin hissədə də dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticəyə gəlmiş və iddia tələblərinə yuxarıda sadalanan normaların tələbləri baxımından hüquqi qiymət verməmişdir. Halbuki, qeyd olunan normaların mənasına görə, dövlət əmlakının özəlləşdirilməsi üsullarından biri də özəlləşdirilən dövlət müəssisələrinin əmlakının əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışıdır. Satış üsulundan asılı olmayaraq özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini güzəştli şərtlərlə almaq hüquqları vardır. Özəlləşdirilən döv lət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər- əsas iş yeri həmin müəssisə hesab edilən işçilərə aid edilir. “Dövlət əmlakının özəlləşdirilməsi” haqqında Azərbaycan Respublikası Qanununun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Apelyasiya instansiyası məhkəməsi, hazırki halda hüquqi baxımından iddiaçının əsas iş yerinin 47 saylı mağaza hesab edilməsini istisna edən halın aradan qalxmasına və sadalanan normaların tələblərinə görə satış üsulundan asılı olmayaraq özəlləşdirmə prosesində 47 saylı mağazanın əmək kollektivinin üzvü kimi iddiaçının ilk vaxtdan həmin mağazanın bir hissəsini güzəştli şərtlərlə almaq hüququnun olmasına diqqət yetirməmiş, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinin əsaslı olub-olmamasını kifayət qədər araşdırmamış və ona dəymiş zərərin əvəzinin ödənilməsi üsullarını Mülki Məcəllənin 1115-ci maddəsinin tələbləri baxımından müzakirə etməmişdir. Halbuki, həmin maddənin mənasına görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və sair.i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsin in qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət veri lməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı xxxxx qızının kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)2387/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-453/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-453/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver