Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4533/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv olunması Açar sözlər: müqavilənin etibarsızlığı, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, cavabdehin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13359/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin b inasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında xx xxxxx 2017-ci il tarixində Bakı şəhəri XXXnda bağlanmış borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə verilmiş xx xxx 2018-ci il tarixli icra qeydinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış müqavilə formal xarakter daşıyır. Belə ki, cavabdehdən hər hansı bir formada heç vaxt pul almamış və onun cavabdehə heç vaxt borcu olmamışdır. Cavabdehlə onun arasında bağlanmış xx.xx.2017-ci il tarixli borcun eti rafı müqaviləsi ancaq tanışı X1 cavabdehə olan 15000 manat məbləğində borcunu sığortalamaq və ödəniş üçün möhlət almaq məqsədi daşımışdır və tam təsadüfən onun həmin vaxt notariat kontorunda olması səbəbilə saxta müqaviləni imzalayan tərəfdən biri olmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-2324/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim B.Qasımov) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-13359/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və Ş.Məhərrəmova) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, idd iaçının apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələr müəyyən etmişlər ki, tərəflər arasında xx xxxxx 2017-ciil tarixdə Bakı şəhəri XXXnda borcun etirafı haqqında müqavilə bağlanmış, iddiaçı cavabdehə 15000 manat borcunun olduğunu bəyan və etiraf etmiş, həmin məbləği xx xxxx 2017-ci il tarixdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilədə aparılmış qeydlərdən aydın olur ki, iddiaçı tərəfindən xx xxxx 2017-ci il tarixdə 5000 manat, xx xxxx 2018-ci il tarixdə 3000 manat olmaqla cəmi 8000 manat pul cavabdehə qaytarılmışdır. İddiaçı məhz sözügedən müqavilənin, yəni xx.xx.2017-ci il tarixli “Borcun etirafı haqqında müqavilə”nin mahiyyətcə qeyri-obyektiv olmasını və həqiqəti əks etdirmədiyini, yəni görünüş üçün bağlandığını irəli sürməklə onun etibarsız hesab olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarına Mülki Məcəllənin 324, 337.1, 339, 340.2-ci maddələrini tətbiq etməklə, belə qənaətə gəlmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hal, yəni xx.xx.2017-ci il tarixli müqavilənin görünüş üçün bağlandığı sübuta yetirilməmişdir. Həmçinin, mübahisələndirdiyi müqaviləyə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirilmişdir; beləliklə də hər hansı aldatma və ya zorakılıqdan, yaxud ağır vəziyyətdən istifadə olunmasından və ya başqa əqdi pərdələmək istəyindən bəhs etmək mümkün deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddi açının müqavilənin etibarsızılığına əsas kimi göstərdiyi hallar müqavilənin digər tərəfinin (cavabdehin) təqsirli (mülki qanunvericiliyin prinsiplərinə zidd olan) hərəkətlərindən qaynaqlanmamışdır. Beləliklə, Məhkəmə kollegiyası hesab etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmiş dir. Kassasiya şikayəti iddianın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək özünün və vəkilinin xəstələndiyini bildirsə də bu barə də hər hansı sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məh kəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Kas sator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olmasını əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır. Halbuki hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Əsasən iddianın və apelyasiya şikayətinin əsaslandırılması ilə üst-üstə düşən həmin dəlillərə apelyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-13359/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4533/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4533/2020
26.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver