Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4537/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma, torpaq sahəsinin və evin sahibliyə verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2202/2023 nömrəli, 5 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən ailəsi ilə birlikdə cavabdehin və qeyrilərinin çıxarılması, torpaq sahəsinin və onun üzərindəki evin faktiki sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-149/2022 nömrəli iş üzrə 2 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia təmin edilərək, cavabdehin ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında 212 kv.m olan torpaq sahəsindən və həmin sahə üzərində inşa edilmiş 196.08 kv.m. sahəsi olan fərdi yaşayış evindən çıxarılması, həmin torpaq sahəsinin və onun üzərindəki evin iddiaçının faktiki sahibliyinə verilməsi qət edilmişdir.
3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3260/2022 nömrəli mülki iş üzrə 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Xəyal Sarıyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Cavabdeh kass asiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-5576/2022 nömrəli mülki iş üzrə 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Ələsgər Əliyev (məruzəçi), Mehparə Əhmədova və İsmayıl Xəlilov) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2202/2023 nömrəli mülki iş üzrə 16 may 2023-cü il tarixli qətnaməs i ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdehin nümayəndəsi (vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2202/2023 nömrəli mülki iş üzrə 4 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.
10. Daha sonra cavabdehin nümayəndəsi (v əkili) tərəfindən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən növbəti dəfə verdiyi kassasiya şikayəti və şikayət üzrə ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi məhkəməyə daxil olmuşdur.
11. Ərizə belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilsə də, cavabdeh qətnaməyə görə ondan (nümayəndə və vəkildən) narazı qaldığı üçün ona verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonradan – xx.xx.2023-cü il tarixdə - ona yenidən etibarnamə vermiş, qətnamə cavabdehin özünə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. Kassasiya şikayətini xx.xx.2023-cü il tarixdə hazırlayıb elektron sistemə yükləsə də, məlum olmayan texniki problem səbəbi ilə şikayət imzalanmamış qalmış, bu səbəblə xx.xx.2023-cü il tarixdə şikayəti imzalayaraq yenidən vermişdir. Qətnamə cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi təqdim olunduğu, onun elektron məhkəmə sistemində qeydiyyata alınmadığı, özünün isə vəkil (nümayəndə) olaraq işdə iştirak edən şəxs olmadığı nəzərə alınıb, ötürülmüş prosessual müddət bərpa edilməlidir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2202/2023 nömrəli mülki iş üzrə 5 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhrəmzadə və Xumar Mərdanova) kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair cavabdehin nümayəndəsinin (vəkilinin) ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
13. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İş in materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə elan olunmuş, qətnamə xx.xx.2023-cü il tarixdə nümayəndənin (vəkilin) elektron kabinetinə yerləşdirilmiş, kassasiya şikayəti isə, yuxarıda qeyd olunduğu kimi ilk dəfə xx.xx.2023-cü il tarixdə elektron sistemə yüklənmişdir.
14. Müddətin bərpası barədə ərizədə qətnamənin Cavabdeh özünə xx.xx.2023-cü il tarixdə təqdim olunduğu və onun nümayəndəyə (vəkilə) verdiyi etibarnaməni ləğv etdirib sonradan yeni etibarnamə verdiyi irəli sürülsə də, nə bu halı, nə də şikayətin ilk dəfə xx.xx.2023-cü il tarixdə hazırlanıb elektron sistemə yerləşdirildiyini təsdiq edən hər hansı sübut təqdim olunmamışdır. Əksinə, elektron sistemdə əks olunan məlu matlardan görünür ki, Cavabdeh nümayəndəsi (vəkili) kassasiya şikayətini ilk dəfə məhz xx.xx.2023-cü il tarixdə həmin sistemə yükləmişdir.
15. Elektron məhkəmə sistemindən əldə olunan məlumatdan da görünür ki, Cavabdeh hazırkı icraat üzrə Nümayəndə verdiyi və xx.xx.2023-cü il tarixinə qədər qüvvədə olmuş xx.xx.2021-ci il tarixli etibarnaməni ləğv etdirməmişdir.
16. Bu kontekstdə kollegiya qeyd edir ki, ərizəçinin, müddəti ötürməsinin üzrlü səbəbi kimi göstərdiyi hallar iş materialları ilə təkzib olunur və o, müddəti ötürməsinə haqq qazandıracaq digər hər hansı sübut təqdim etməmişdir.
17. Nəzərə alınmalıdır ki, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermi r və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir.
18. Peşəkar vəkillə təmsil olunan bir şəxsin ötürdüyü prosessual müddətin bərpası üçün elə ciddi səbəblər olmalıdır ki, onların əsaslı hesab olunması hüquqi müəyyənlik prinsipinə xələl gətirməsin.
19. Həmçinin qeyd olunmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. 20. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 10-1.3, 10-1.5, 128.1, 130.1, 133.1, 135.1, 135.2, 135.6 405.0.1, 408.1.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, mülki iş üzrə qətnamədən verilmiş kassasiya şikayətinin Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin vəkilinin elektron kabinetinə yerləşdirilsə də, həmin qətnamə cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Elektron kabinetə yerləşdirilmiş k assasiya şikayətinin hazırlanma tarixindən də görünmüşdür ki, kassasiya şikayəti xx.xx.2023-cü il tarixdə hazırlanmış, həmin tarixdə də dövlət rüsumu ödənilmiş və imzalanaraq elektron sistemə yüklənmişdir. Lakin ona məlum olmayan texniki problem (sistem xətası) səbəbindən kassasiya şikayəti imzalanmamış qalmışdır. Baxmayaraq ki, onun tərəfindən kassasiya şikayəti imzalanmış və sistemə yüklənmişdir. Sonradan kassasiya şikayətinin aqibəti ilə maraqlanan zaman ona məlum olmuşdur ki, kassasiya şikayəti imzalanmamış qalmışdır. Bu səbəbdən o xx.xx.2023-cü il tarixdə kassasiya şikayətini yenidən imzalayaraq sistemə yükləmiş və qətnamənin xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən qəbul edildiyini, habelə sonuncunun elektron məhkəmə sistemində qeydiyyata alınmadığını, özünün isə vəkil və nümayən də olaraq MPM-in 46, 50 və 135-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin dairəsinə daxil olmadığını nəzərə alıb, kassasiya şikayətinin verilmə müddətinin buraxılmadığını düşünüb, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etməmişdir. Sonradan müddətin bərpası ilə bağlı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, baxmayaraq ki, heç də kassasiya şikayəti vermə müddəti buraxılmamışdır. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə əsassız onlara təmin edilməmiş və nəticə etibarı ilə kassasiya şikayəti yenidən geri qaytarılmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı Konstitusiyanın 60, 71-ci, Mülki Prosessual Məcəllənin 46, 50 və 135-ci maddələrinin tələblərinə zidd olmuşdur. Hazırkı kassasiya şikayətinə ə lavə edilmiş elektron kabinetdən çıxarışdan, habelə ödənilmiş dövlət rüsumunun tarixindən, vəkil orderinin tarixindən də görünmüşdür ki, o hazırkı mülki iş üzrə qətnamədən kassasiya şikayətini həqiqətəndə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sistemində yaradılmış kabinetdə hazırlamış, bundan tez hazırlaya bilməzdi, ona görə ki, orderin tarixindən də görünmüşdür ki, cavabdeh xx.xx.2023-cü il tarixdə vəkil ilə müqavilə bağlamışdır. Qeyd olunan qərardadın əsassız olduğunu sübut edən hallar aşağıdakılardır: hazırkı mülki iş üzrə qətnamədən 2 aylıq kassasiya şikayəti vermə müddəti qətnamənin poçt haqqında qanuna əsasən poçt vasitəsi ilə təqdim edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə iş üzrə cavabdeh tərəfindən qəbul edilmişdir. Bakı Apellya siya Məhkəməsinin 2(103)-2202/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin vəkil (nümayəndə) olaraq Nümayəndə elektron şəxsi kabinetinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə guya xx.xx.2023-cü il tarixdə yerləşdirilməsi hüquqlarını təmsil etdiyi cavabdeh tərəfin həmin qətnaməni xx.xx.2023-cü il tarixdə alması anlamına gəlməməlidir. Nümayəndə vəkil və nümayəndə olaraq həmin mülki iş üzrə işdə iştirak edən şəxslərə aid deyil və nəticə etibarı ilə şikayətçi olduğu qətnamənin vəkil Nümayəndə elektron şəxsi kabinetinə guya xx.xx.2023-cü il tarixdə yerləşdirilməsi həmin qətnamənin hüquqlarını təmsil etdiyi işdə iştirak edən şəxsə (cavabdeh tərəfə) xx.xx.2023-cü i il tarixdə təqdim olunması anlamını verməməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan k eçməmiş və nəticə etibarı ilə məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə onun mobil telefon nömrəsinə SMS-lə çatdırılmamışdır.
24. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Mülki Prosessual Məcəlləsinin 46, 50, 61, 135, 405-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına ça tdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
27. Maddə 10-1.5. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması "Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
28. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
29. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfi ndən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
30. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
31. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
32. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydad a təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
33. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış "elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırı lır.
34. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəm əsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qə naətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 oktyabr 2023-cü il tarixli 2(103)-2202/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.