Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4538/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili X3, Cavabdeh2 nümayəndəsi və vəkili xxxoğlu və Cavabdeh1 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)1874/2018 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili X3 və Cavabdeh2 nümayəndəsi və vəkili xxxoğlunun kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏY YƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli, 2(001)-670/2016 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.H.Qasımov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kooperativ mənzil tikintisi haqqında müqavilənin qismən etibarsız hesab edilməsi, müdaxilənin aradan qaldırılması” barədə iddiası rədd edilmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli, 2(103)8496/2016 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və S.F.Hacıyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi təmin edilərək, qeyri-yaşayış sahəsi nə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin qismən, yəni Bakı şəhəri, xxx prospekti, xxx“A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş 2 mərtəbəli, ticarət mərkəzinin “A” 4 korpusunun 1-ci mərtəbəsində “A” –“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 mert, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin həmin ticarət mərkəzinin “A” 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və “A”-“C” hərf oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilməsi və həmin qeyri-yaşayış sahələrindən iddiaçıların istifadə etmələrinə yaradılan maneələrin cavabdehlər tərəfindən aradın qaldırılması qət edilmişdir. Cavabdeh1 və vəkili İlqar A bbasov qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2017-ci il tarixli, 2(102)-2904/2017 saylı qərarı ilə (hakimlər Ə.G.Nurməmmədov sədrlik edən, məruzəçi, M.T.Əhmədova və A.Ə.İsgəndərov) kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)1874/2018 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov sədrlik edən, məruzəçi, T.S.Səmədov və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və onların vəkili xxx qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, xxx prospekti, xxx“A” saylı məhəllənin şimal hissəsində Cavabdeh2 tərəfindən inşa edilmiş yaşayış binasının 1 və 2-ci mərtəbələrində yerləşən və layihə üzrə nəzərdə tutulmuş 4564 kv.metr qeyri-yaşayış sahəsinə dair bağlanmış 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilənin qismən, İddiaçı1lə Cavabdeh2 arasında 24 noyabr 2015-ci il tarixdə bağlanmış, 13 saylı müqavilə üzrə Bakı şəhəri, xxx prospekti, xxx“A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş, 2 mərtəbəli ticarət mərkəzinin “A”4 korpusunun 1-ci m ərtəbəsində “A”-“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə, həmçinin İddiaçı2lə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2005-ci il tarixli, 14 saylı müqavilə üzrə həmin ticarət mərkəzinin “A”5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları və “A”-“D” hərf oxları arasında, hündürlüyü 2,8 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsinə dair hissədə etibarsız hesab edilərək, İddiaçı1 satılmış 93 kv.metr və İddiaçı2 satılmış 99 kv.metr qeyriyaşayış sahələrindən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçılar kassasiya şi kayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir. İddiaçıların kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh2 kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalırının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Cavabdeh2 kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası m əhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və onların vəkili xxx, eləcə də Cavabdeh2 vəkili və nümayəndəsi xxx kassasiya şikayətlərində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh1 vəkili İlqar Abbasov məhkəmə iclasında kassasiya şikayətlərinin dəlilləri ilə razılışmayıb, izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, 24 noyabr 2005-ci il tarixli, 13 saylı müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, xxx prospekti, xxx“A” saylı məhəllənin şimal h issəsində inşa edilmiş, 2 mərtəbəli ticarət mərkəzinin “A” 4 korpusunun l-ci mərtəbəsində “A”-“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,80 metr, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsini hər kv.metri üçün 1.000 ABŞ dolları ödəmək şərti ilə cəmi 93.000 ABŞ dollarına İddiaçı1 satın və kassa mədaxil qəbzinə əsasən həmin məbləğ Azərbaycan manatına məzənnədə hesablanaraq 427.800 manat müəyyən edilib. 24 noyabr 2005-ci il tarixli kassa mədaxil qəbzinə əsasən həmin məbləğ tam şəkildə Cavabdeh2 kassasına ödənilib və qeyri-yaşayış sahəsinin sərhədləri müəyyən edilməklə İddiaçı1 təhvil verilib və bu barədə müvafiq akt tərtib edilib. Eləcə də 28 noyabr 2005-ci il tarixli, 14 saylı müqaviləyə əsasən Cavabdeh2 Bakı şəhəri, xxx pospekti, xxx“A” saylı məhəllənin şimal hissəsində i nşa edilmiş, 2 mərtəbəli ticarət mərkəzinin “A”-“C” kopusunun l-ci mərtəbəsində 13-15 rəqəm oxları və (“A”-“D” hərf oxlarına sonradan düzəliş edilərək “A”-“C” hərf oxları göstərilib) “A”-“C” hərf oxları arasında hündürlüyü 2,80 metr, sahəsi 99 km.metr olan qeyri-yaşayış sahəsini hər kv.metri üçün 1.000 ABŞ dolları ödəmək şərti ilə cəmi 99.000 ABŞ dollarına İddiaçı2 satıb və kassa mədaxil qəbzinə əsasən həmin məbləğ Azərbaycan manatına məzənnədə hesablanaraq 455.400 müəyyən edilib. 28 noyabr 2005-ci il tarixli kassa mədaxil qəbzinə əsasən həmin məbləğ tam şəkildə Cavabdeh2 kassasına ödənilib və qeyri-yaşayış sahəsinin sərhədləri müəyyən edilməklə İddiaçı2 təhvil verilib və bu barədə müvafiq akt tərtib edilib. Eyni zamanda işdən görünür ki, 03 aprel 2006-cı il tarixli, 23 saylı müqaviləyə əs asən Cavabdeh2 Bakı şəhəri, xxx prospekti, xxx“A” saylı məhəllənin şimal hissəsində inşa edilmiş, 2 mərtəbəli ticarət mərkəzinin “C” korpusunun 1 və 2-ci mərtəbələrində, 1-10 rəqəm oxları ilə “K”-“P”hərf oxları arasında sahəsi 602,4 kv.metr, “A” 2 korpusunun 1 və 2-ci mərtəbələrində, 10-17 rəqəm oxları ilə “K”-“P” hərf oxları arasında sahəsi 518,4 kv.metr, “E” korpusunun 1 və 2-ci mərtəbələrində, 18-27 rəqəm oxları ilə “K”-“P” hərf oxları arasında sahəsi 738 kv.metr, “A”3 korpusunun “İ”-“G” hərf oxları arasında sahəsi 518,4 kv.metr, “B” korpusunun “G”-“D” 3526 hərf oxları arasında sahəsi 654,4 kv.metr, “A”4 korpusunun 16-26 rəqəm oxları ilə “A”-“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr, “A”5 korpusunun 9-15 rəqəm oxları ilə “A”-“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr, “D” korpusu nun 1-9 rəqəm oxları ilə “A”-“Ç” hərf oxları arasında sahəsi 496 kv.metr, ümumilikdə sahəsi 4564 kv.metr olan qeyri- yaşayış sahələrini Cavabdeh1 satıb və 03 aprel 2006-cı il tarixli kassa mədaxil qəbzinə əsasən 600.000 ABŞ dolları Cavabdeh1 tərəfindən Cavabdeh2 kassasına ödənilib. Hazırda iddiaçılar iddia edirlər ki, cavabdehlər onlara satılan qeyri-yaşayış sahələrinə müdaxilə etdiklərinə görə həmin qeyri-yaşayış sahələrindən istifadə edə bilmirlər. Əvvəla, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 752.1 və 752.2-ci maddələriinin tələblərinə istinad edərək, iddiaçılarla Cavabdeh2 arasında bağlanan müqavilələrin podrat müqavilələri olmasına dair düzgün nəticəyə gəlsə də, qeyri-yaşayış sahələrinə dair Cavabdeh2 ilə iddiaçılar arasında müqavilələr bağlanarkən qeyri-yaşayış sahələri nin tikilmiş vəziyyətdə olub-olmaması, Cavabdeh2 ilə Cavabdeh1 arasında müqavilə bağlanarkən qeyri-yaşayış sahələrinin iddiaçılara təhvil verilib-verilməməsi, həmin sahələrin üst-üstə düşüb-düşməməsi və sair ilə bağlı işin hallarını tam, hətərəfli və obyektiv araşdırmadan, bu barədə işə əlavə edilmiş sübutlara, akta, mütəxəssis və ekspert rəylərin obyektiv hüquqi qiymət vermədən, eləcə də kassasiya instansiyası məhkəməsinin bundan əvvəlki qərarında bu barədə göstərilən məcburi göstərişlərə əməl etmədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, MPM-nin 420-ci maddəsinin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Daha sonra apellyasiya instansiyası məhkəməsi tərəflər arasınd a yaranan hazırkı mülki mübahisəyə Mülki Məcəllənin 452.l-ci maddəsinin tələblərini tətbiq etməklə də səhvə yol verib. Belə ki, həmin maddənin mənasına görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələri Cavabdeh1 verildiyinə görə iddiaçıların həmin qeyri-yaşayış sahələrinin onlara verilməsini tələb etmək hüquqları artıq aradan qalxıb. Kassasiya instansiyası məhkəməsi bununla razılaşmır və hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsinə gö rə, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan MMC ilə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onlar arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı bir məmulatın hazırlanması nəzərdə tutulursa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayırsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Maddənin mənasından göründüyü kimi “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” ifadəsi, yəni hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsi məhz podratçının vəzifəsi kimi müəyyən edilib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, pod ratçı kimi Cavabdeh2 hüququ yoxdur ki, iddiaçıların sifarişi ilə hazırlanmış qeyri-yaşayış sahələrini sonradan başqasına, yəni Cavabdeh1 versin. Çünki qeyri yaşayış sahələri podratçı kimi Cavabdeh2 maddiləşmiş nəticəsidir və iddiaçıların sifarişi və maliyyəsi hesabına əmələ gəlib. Ona görə də podratçı kimi Cavabdeh2 vəzifəsidir ki, mübahisəli qeyri-yaşayış sahələrini məhz iddiaçılara təhvil versin. Mülki Məcəllənin 452.1-ci maddəsi isə, o halda tətbiq oluna bilər ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir. Belə halda müqavilə bağlamış digər şəxslərin həmin əmlakı tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşır. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur və o, mülkiyyətçi deyil, podratçıdır. Ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə üyğun olaraq məhz sifarişçiyə verməyə borcludur. Bu zaman Mülki Məcəllənin 752.2-ci maddəsində “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir”ifadəsi düzgün başa düşülməlidir. Belə ki, həmin maddədə əslində “alqı-satqı müqaviləsi” deyil, “alqı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alqı-satqı qaydaları tətbiq edilir və ayrıca alqı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verilməsi bir müqav ilənin- podrat müqaviləsinin tənzimetmə predmetidir. Əgər Cavabdeh2 mülkiyyətçi kimi qeyri-yaşayış sahələri üzərində sərəncam vermək üçün əvvəlcə iddiaçılarla, daha sonra isə Cavabdeh1la alqı-satqı müqaviləsi bağlamaqla, həmin qeyri yaşayış sahələrini sonuncuya təhvil vermiş olsaydı, belə olan halda iddiaçıların həmin qeyri-yaşaış sahəsini tələb etmək hüququ artıq aradan qalxmış olardı. Hazırki işdə isə, belə bir hal yoxdur və podratçı kimi Cavabdeh2 məhz ilkin “sifarişçi”lər olan iddiaçılarla, daha sonra isə Cavabdeh1la podrat müqavilələri bağlamışdır. Apellyasiya instansiyası məhkəməsi bu hallara diqqət yetirmədən, qeyri-yaşayış sahələrinə dair sonradan Cavabdeh1la bağlanmış müqavilənin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfir etmədən, Cavabdeh1 la bağlanan müqavilədə yalan əqdə aid elementlərin olub-olmamasını aydınlaşdırmadan, Cavabdeh2 ilə Cavabdeh1 arasında yaranan münasibətlərə həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən hüquqi qiymət vermədən, iddia tələblərini rədd etmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla, əslində iddiaçıların sifarişi və maliyyəsi hesabına inşa edilmiş qeyriyaşayış sahələrini Cavabdeh1 güzəştə getmişdir. Halbuki, qeyri-yaşayış sahələri iddiaçıların sifarişi və maliyyəsi hesabına tikildiyinə görə Cavabdeh1 həmin qeyri-yaşayış sahəsinin təkrarən tikilməsi barədə sifariş verə bilməzdi. Mülki qanunvericiliyə görə, podrat münasibəllərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyil və bu nəinki qanunsuz, həm də məntiqsizdir. Bu cür münasitbətləri i sə əslində Mülki Məcəllənin 452-ci maddəsi deyil, Cinayət Məcəlləsinin 178-ci maddəsi tənzimləyir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 25 aprel 2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili, qeyri-yaşayış sahəsini əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə tənunat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil və qeyri-yaşayış sahəsi əldə elmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Əks yanaşma isə ona səbəb olacaq ki, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadə hallarına rəvac verəcək, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan podratçı təşkilatla r daha çox qazanc əldə etmək üçün birinci müqavilə bağlayan şəxslərin sifarişi və maliyyəsi ilə inşa etdikləri mənzilləri və qeyri-yaşayış sahələrini sonradan müqavilə bağladıqları şəxslərə satacaqlar. Halbuki, MPM-nin 2.1-ci maddəsində göstərilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə, mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydaların bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Digər tərəfdən Cavabdeh1la bağlanmış müqavilə zahirən podrat müqaviləsinə oxşa dılsa da, əslində alqı-satqı müqaviləsini pərdələmək məqsədi ilə bağlanıb. Belə ki, mübahisəli qeyri-yaşaış sahələri podratın maddiləşmiş nəticəsidir, yəni iddiaçıların sifarişi və maliyyəsi ilə inşa edildiyindən iqtisadi mənada da onların əmlakıdır. Cavabdeh2 də iddiaçıların tərəlblərini etiraf etməklə, qeyd olunan faktları inkar etməmişdir. Ona görə də kassasiya instansiyası məhkəməsi hesab edir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən, sözügedən qeyri-yaşayış sahələrinə dair Cavabdeh1la müqavilə bağlanarkən mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulubpozulmaması bir daha araşdırılmalı və bundan sonra iddiaçıların tələblərinə yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verilməlidir. Daha sonra işdən görünür ki, Cavabdeh2 ilə Cava bdeh1 arasında bağlanan 03 aprel 2006-cı il tarixli, 23 saylı müqavilədə Bakı şəhəri, xxx prospekti xxx“A” saylı məhəllənin şimal hissəsində, 0,553 ha torpaq sahəsində layihə sənədlərinə, tikinti norma və qaydalarına uyğun olaraq çoxmərtəbəli yaşayış binasının tikintisi və “alıcı” tərəfindən maliyyələşdirilməklə, obyektin hər kv.metri üçün 131,46 ABŞ dolları ödənilməsi şərti ilə, sahəsi 4564 kv.metr olan obyektin 600.000 ABŞ dollarına inşa edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Cavabdeh1la müqavilə bağlanmamışdan altı ay əvvəl iddiaçılar tərəfinden həmin qeyri-yaşayış sahəsinin hər kv.metri üçün 1.000 ABŞ dolları ödənildiyi halda, həmin qeyri-yaşayış sahəsinə dair Cavabdeh1la bağlanan müqavilədə qeyri-yaşayış sahəsinin hər kv.metrinin qiyməti 7,6 dəfə aşağı qiymətlə, yeni 131,46 ABŞ dollarına satılması göstərilib. Eyni zamanda Cavabdeh2 22 fevral 2019-cu il tarixli məktubundan, iddiaçıların apellyasiya şikayətinin dəlillərindən görünür ki, Cavabdeh1la Cavabdeh2 arasında bağlanan müqavilədə göstərilən 600.000 ABŞ dolları Cemiyyetin kassasına ödənilməmişdir. Belə ki, 23 aprel 2006-cı il tarixdə Cavabdeh1 anasından “A.M.A.Y” Ticaret Mərkəzinin tikintisi üçün faizə 600.000 ABŞ dolları borc alınmış və həmin borcun təminatı olaraq Bakı şəhəri, Atlatürk pespekıi xxx“A” saylı məhəllənin şimal hissesində “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasında 4564 kv.metr qeyri-yaşayış sahəsi girov qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara, yəni qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrdə göstərilən qiymətlər aras ındakı kəskin fərqə, eləcə Cavabdeh2 ilə Cavabdeh1 arasında yaranın mülki hüquqi münasibətlərə aydınlıq gətirmədən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyri-yaşayış sahələrinin iddiaçılara təhvil verilməsinə dair akta da düzgün hüquqi qimət verməyib və həmin akta qeyd olunan qeyri-yaşayış sahələrinin “göstərilməsi” ilə “təhvil verməsi”nin fərqi anlayışlar olmasına dair səhv nəticəyə gəlib. Belə ki, apellyasiya instansiyası məhkəməsi sözügedən qeyri-yaşayış sahələrinin İ saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 iyun 2012-ci il tarixli qərardadına əsasən 9 ildən sonra Cavabdeh1 təhvil verilməsinə əhəmiyyət verməyib, həmçinin qeyri-yaşayış sahəsinin sonuncuya “təhvil verilməsinin”, iddiaçılara isə “g östərilməsi”nin, Cavabdeh1 üçün hər hansı imtiyazlar verməməsini, üstünlüklər yaratmamasını nəzərə almayıb. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi qeyri-yaşayış sahələrinə dair tərəflər arasında bağlanan müqavilələrdə göstərilən qeyri-yaşayış sahələrinin sənəd üzrə və faktiki olaraq üst-üstə düşüb-düşməməsi ilə bağlı da kifayət qədər araşdırma aparmayıb. Belə ki, işə əlavə edilmiş müqavilələrdən görünür ki, İddiaçı1 sözügedən ticarət mərkəzinin “A” 4 korpusunun 1-ci mərtəbəsində, “A”-“Ç” hərf oxları ilə 16-19 rəqəm oxları arasında yerləşən, hündürlüyü 2,80 metr, sahəsi 93 kv.metr olan qeyri-yaşayış sahəsi, İddiaçı2 isə həmin ticarət mərkəzinin “A” 5 korpusunun 1-ci mərtəbəsində 13-15 rəqəm oxları (“A”-“D” hərf oxlarına sonradan düzəliş edilərək “A”-“C” hərf oxları göstərilib) və “A”-“C” hərf oxları arasında yerləşən, hündürlüyü 2,80 metr, sahəsi 99 kv.metr olan qeyri-yaşayış sahəsi satılıb. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan müqavilədə iddiaçılara satılan qeyri-yaşayış sahələrinin göstərilməməsinə əhəmiyyət vermədən, bu barədə işə əlavə edilmiş mütəxəssis, ekspert rəylərini nəzərə almadan, iddiaçıların tələblərini rədd etməklə əslində İlqar Ağarəhmovun iddiaçılara məxsus qeyriyaşayış sahələrinə yiyələnməsi üçün qanunsuz əsas yaratmışdır. Belə ki, işə əlavə edilmiş 17 iyul 2018-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunur ki, “A” 4 və “A” 5 korpuslarında Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan müqavilədə ona verilmiş qeyri-yaşayış sahəsinin hansı mərtəbədə ayrıldığı göstərilməyib. Cavabdeh1 müqaviləsində göstərilən s ahə “A”-“G” hərf oxları arasında olduğundan, onu “A”-“C” oxu ilə əvəz etmək düzgün olmaz. Cavabdeh2 tərəfindən 06 dekabr 2016-cı il tarixli məktubla göndərilən arayışa əsasən “A”-“D” hərf oxlarının “A”-“C” hərf oxları kimi oxunuşunu qəbul etsək, İddiaçı2lə bağlanan müqaviləyə əsasən “A”5 korpusunun 1-ci mərtəbəsində layihəyə görə “A”-“C” hərf oxları və 13-15 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahə 99 kv.metr deyil, layihəyə görə 59,4 kr.metr sahə ilə üst-üstə düşür. İddiaçı1lə bağlanan müqaviləyə əsasən “A” 4 korpusunun 1-ci mərtəbəsində “A”-“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında, hündürlüyü 2,8 metr olan sahə 93 kv.metr deyil, layihəyə görə 59 kv.metr sahə ilə üst üstə düşür. İddiaçı2 verilmiş sahənin “A”-“D” hərf oxları arasındakı sahənin “A”-“C” hərf oxları arasında kı sahə deyil, “A”-“Ç” hərf oxları arasındakı sahə olması düzgün olardı. Bu üyğunsuzluğu ayrı-ayrı sahələr kimi qiymətləndirmək olar. Eləcə də işə əlavə edilmiş məhkəmə tinikti-texniki ekspertizasının 26 aprel 2018-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Cavabdeh2 06 dekabr 2016-cı il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən “A”-“D” hərf oxlarının “A”-“C” hərf oxları kimi oxunmasını qəbul etsək İddiaçı2lə bağlanan müqaviləyə əsasən “A” 5 korpusunun l-ci mərtəbəsində layihəyə görə “A”“C” hərf oxları ilə 13-15 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan sahə 99 kv.metr deyil, layihəyə görə 59,4 kv.metr üst-üstə düşür. İddiaçı1lə bağlanan müqaviləyə əsasən “A” 4 korpusunun l-ci mərtəbəsində layihəyə görə “A”-“C” hərf oxları ilə 16-19 rəqəm oxları arasında hündürlüyü 2,8 metr olan s ahə 93 kv.metr deyil, layihəyə görə 59,4 kv.metr üst-üstə düşür. Eləcə də Cavabdeh1la bağlanan müqaviləyə əsasən “A” 4 korpusu 16-26 rəqəm oxları ilə “A”“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr olan və “A” 5 korpusu 9-İ5 rəqəm oxları ilə “A”“Ç” hərf oxları arasında sahəsi 518,4 kv.metr olan qeyri-yaşayış sahələrinin mərtəbəsi müqavilədə göstərilmədiyinə görə, qeyd olunan qeyri-yaşayış sahələri ilə sözügedən müqavilələrə əsasən iddiaçılara məxsus olan qeyri-yaşayış sahələrinin üst-üstə düşüb- düşməməsini müəyyən etmək mümkün olmadı. Həmçinin İddiaçı1lə bağlanan müqaviləyə əsasən “A” 4 korpusunun 1-ci mərtəbəsində “A”- “C” hərf oxları “A”-“Ç” hərf oxları kimi və İddiaçı2lə bağlanan müqaviləyə əsasən “A”-“S” korpusunun 1-ci mərtəbəsində “A”-“D” hərf oxları “A”-“Ç” hərf oxları kimi oxun arsa, bu zaman həmin oxlar arasındakı qeyri-yaşayış obyektlərinin müqavilədə nəzərdə tutulmuş həmin oxlar arasındakı qeyri-yaşayış obyektlərinin müqavilədə nəzərdə tutulmuş sahləri (müvafiq olaraq 93 kv.metr və 99 kv.metr) layihəyə uyğunluq təşkil edir. Apellyasiya instansiyası məhkəməsi mütəxəssis və ekspert rəylərini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı yoxlayıb qiymətləndirmədən, həmçinin kifayət qədər aydın və tam olmadığı, eləcə də əsassızlığına görə mütəxəssisin və ekspertin rəyləri ilə razılaşmadığı təqdirdə MPM-nin 97.1, 102.1, 102.2ci maddələrinin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə əlavə və ya təkrar ekspertiza keçirib xüsusi bilik tələb edən yuxarıdakı suallara aydınlıq gətirmədən, eləcə də işdə olan sübutlara, mü təxəssis və ekspert rəylərinə həmin Məcəllənin 88, 101.3, 103.1-ci maddələrinin tələblərinə əsasən tətbiq edilməli hüquq normalarına müvafiq olaraq obyektiv hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyi nə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalıdır, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübutlar təqdim etməyi təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsi və ya iş üzrə əlavə, təkrar ekspertizaların keçirilməsidir. MPM-nin 97.1-ci maddəsində göstərilir ki, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Həmin Məcəllənin 81-ci maddəsinə görə, qanuna və ya digər no rmativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələblərinə cavabdeh tərəfin etirazları, eləcə də gətirdikləri arqumentlər nə qədər inandırıcı, ağlabatan görünsə də, xüsusi bilik tələb edən suallara, cavabdeh tərəfin, o cümlədən işə baxan məhkəmənin ehtimallarına, mülahizələrinə əsasən aydınlıq gətirilə bilməz. Çünki MPM-nin 9.3, 76.1, 76.2-ci maddələrinə görə, məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, səndlərlə əsaslandırmalıdır. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olduğunu və ya olmadığını is ə, işə əlavə edilmiş yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerinə müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə təsdiq və ya təkzib etməlidir. Bundan başqa mütəxəssisin, ekspertin rəylərinə görə İddiaçı2 iddia etdiyi 99 kv.metr qeyri-yaşayış sahəsinin yalnız 59,4 kv.metr hissəsi, eləcə də İddiaçı1 iddia etdiyi 93 kv.metr qeyri-yaşayış sahəsinin yalnız 59,4 kv.metr hissəsi mübahisəli qeyri-yaşaşyış sahələri ilə üstüstə düşür. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia etdikləri qeyri-yaşayış sahələrinin Cavabdeh1 qeyri-yaşayış sahələri ilə üst-üstə düşməyən hissəsinin sözügedən ticarət mərkəzinin hansı hissəsinə düşməsini, həmin sahədən faktiki olaraq kimin istifadə etməsini aydınlaşdırmadan və birinci instansiya məhkəməsinin iddiaçıların tələblərini Cavabdeh1 qeyriyaşayış sahəsi ilə üst-üstə düşməyən hissəsində də rədd etməsini nəzərə almamışdır. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən, başqa ekspertə həvalə edilməklə iş üzrə təkrar ekspertiza keçirilməli, Cavabdeh1 müqavilə üzrə və faktiki istifadəsində olan obyektin ümumi sahəsi, sərhədləri, hansı hissəsinin iddiaçılara məxsus qeyri-yaşayış sahələri ilə üst-üstə düşməsi, iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin qalan hissəsinin ticarət mərkəzinin hansı hissəsində yerləşəməsini və sair müəyyən etdikdən sonra, iddia tələblərinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda MPM-nin 82.3 və 233.3-cü maddələrinin tələblərinə istinad edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanan müqavilənin əsaslılığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmasını, həmin qətnamə ilə müəyyən edilmiş faktların hazırkı işdə iştirak edən şəxslər üçün predyusial əhəmiyyət daşımasını göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. Belə ki, əvvəla, iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnamədə istinad etdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları üzrə tərəf, işdə iştirak edən şəxslər olmamışlar. “Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilir ki, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün predyusial əhəmiyyətə malik olmasını göstərir. Predyusiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzlb edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərin nəticəsidir. Predyusiya instutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına məhkəmə təcrbvəsində eyniliyin, sabitliyin və hüqüqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Predyusiallığı tənzim edən normalar sübutetmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosessi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cava bdehlərin iştirak etdikləri başqa bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə iddiaçılar üçün predyusial əhəmiyyət daşıya bilməz. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən, bu hala da əhəmiyyət verməmiş və mülki prosessual normaların tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib, hesab edir ki, kassasiy a şikayətləri təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçılar İddiaçı2, İddiaçı1, onların vəkili X3 və Cavabdeh2 nümayəndəsi və vəkili xxxoğlunun kassasiya şikayətləritəmin edilsin, iş üzrə Bakı Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli, 2(103)-1874/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4538/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4538/2019
07.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver