Məhkəmə qərarları › İş №2(102)-4541/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4541/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4541/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X7, X1 vəkili X2, Cavabdeh3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-3506/2018, hakim E.A.Nuriyev) İddiaçı cavabdeh lər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiası təmin edilmiş, cavabdehlərin özlərinə məxsus olan əşyaları ilə birlikdə XXX çıxarılmaları, mənzilin iddiaçıya təhvil verilməsi, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, X1 İddiaçı qarşı mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4345/2019, hakimlər E.Q.Nəbiyev, R.Ə.Qurbanov, A.Ə.Hüseyn) X3, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ilə (iş № 2(102)-5709/2019, hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov) X3, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-633/2020, hakimlər X.A.Mərdanova, E.M.Həsənov, F.F.Babayev) X3, Cavabdeh2 və Cavabdeh3 apelyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qarşı “əşyaları ilə birlikdə mənzildən çıxarılma, yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, xx xxxxxx 2004-c ü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə İddiaçı ona məxsus olan Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzilin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh3 qanunsuz sahibliyində olmasına istinad edərək cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda X3 həmin mənzilin İddiaçı satılmasına dair əqdin formal xarakter daşımaqla aralarında olan borc münasibətlərini pərdələmək niyyətilə bağlandığına istinad edərək xx xxxxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia qaldırmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, mülkiyyətçinin mübahisəli mənzilə sərəncam verilməsi barədə dövlət notariat kontorunda onu təmsil etmək barədə etibarnamə verməsi, həmin evdə yaşayan digər şəxslərin mənzilin satılmasına razılıq vermələri barədə ərizələri ilə mənzilin iddiaçıya satılması barədə mülkiyyətçinin iradə ifadəsinin olmas ı təsdiq edildiyi və mübahisəli mənzilin satılmasına dair əqdin bağlandığı vaxtdan 15 il keçdiyi halda, həmin əqdin etibarsız olması barədə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh Rübabə Əliyevanın vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, digər cavabdeh isə vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apelyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli (Zərdabi) küçəsindəki 96 nömrəli binanın 19 nömrəli mənzili Şövkət Abbasovanın xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş, həmin mənzil xx xxxxxx 2004cü il tarixdə iddiaçıya satılmış, alqı-satqı müqaviləsini mülkiyyətçinin xx xxxxxx 2004-cü il tarixdə verdiyi etibarnamə əsasında Cavabdeh3 imzalamışdır. Həmin tarixdə mülkiyyətçinin əri X4 və mülkiyyətçinin qızı olan qarşılıqlı iddiaçı həmin mənzilin satılmasına razılıq vermələri barədə notarial qaydad a təsdiqlənmiş ərizələr vermişlər. İddiaçının göstərilən mənzilə dair mülkiyyət hüququ xx xxxxxx 2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən əqd üzrə əldə etdiyi mənzildə heç bir qanuni əsas olmadan yaşayan cavabdehlərin çıxarılmasını və mənzilin ona təhvil verilməsini, qarşılıqlı iddiaçı isə mənzilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığından apelyasiya məhkəməsinin qətnaməsi ilk növbədə qarşılıqlı iddia hissəsində yoxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsi ilə əq dlərin anlayışı və növləri, həmin Məcəllənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri müəyyən edilmişdir. Həmin Məcəllənin 339-cu maddəsi ilə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdlərin etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin maddənin məzmunundan görünür ki, zorakılıq və ya hədələmə yolu ilə bağlanmış əqdi mübahisələndirmək hüququ birbaşa əqdi bağlayan şəxsə məxsusdur. Qarşılıqlı iddiaçının etibarlılığını mübahisələndirdiyi əqd sonuncunun anasının mülkiyyətində olmuş mənzilin notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında iddiaçının xeyrinə əvəzli şəkildə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqaviləsidir və qarşılıqlı iddiaçı tələbinin əsası kimi əqdin aldatma yolu ilə bağlandığına istinad edilir. Əvvəla, qarşılıqlı iddiaçı həmin mənzilin mülkiyyətçisi, dolayısı ilə müqavilə tərəfi olmamışdır ki, bu da onun əqdin aldatma yolu ilə bağlanılmasına istinad edərək həmin əqdin etib arsız hesab edilməsini tələb etmək hüququnu istisna edir. Bununla bərabər, o həmin mənzilin satılmasına razılıq verməklə həmin mənzildə qeydiyyatda olan şəxs kimi həmin mənzil üzrə qeydiyyatdan çıxması barədə notarial qaydada təsdiqlənmiş ərizə əsasında həmin mənzilə dair hüquqlarından könüllü qaydada imtina etmişdir. Apelyasiya məhkəməsi isə göstərilən xüsusatlara, ümumiyyətlə, hüquqi qiymət verməmişdir. Digər tərəfdən, apelyasiya məhkəməsi gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, Cavabdeh3 etibarnamə əsasında mülkiyyətçi və etibar edən Şövkət Abbasovanın məlumatı olmadan sonuncuya məxsus mənzili iddiaçıya satmışdır. Beləliklə, təmsilçi kimi təmsil edilən adından şəxsən özü barəsində əqd bağlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin həmin qənaəti əqdlə rdə təmsilçiliyin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359-cu maddəsi ilə əqdlərdə təmsilçiliyin anlayışı verilmişdir. Həmin maddənin tələblərinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Hazırki işdə mənzil alqı-satqı müqaviləsi əsasında digər şəxsin adına özgəninkiləşdirilməklə təmsilçi özü barəsində əqd bağlamamışdır. Bununla bərabər, Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx xxxx 2005-ci ilə qədər, yəni mübahisələndirilən müqavilə bağlanan vaxt qüvvədə olan etibarsız əqdlər üzrə iddia müddətləri adlanan 354.2-ci maddəsinə əsasən mübahisə edilən əqdin etibarsız sayılması və onun etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və bilməli olduğu gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi nin iddia müddətinin anlayışını müəyyən edən 372-ci maddəsinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin iddia müddətinin tətbiqinin əsaslarını müəyyən edən 375-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin iddia müddətinin başlanmasının əsaslarını müəyyən edən 377-ci maddəsinin tələblərinə görə iddia müddətinin axı mı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yuxarıda qeyd edildiyi kimi, Rübabə Əliyeva müqavilə bağlanan zaman məhz mənzilin satılmasına razılıq verməsi barədə notariatda təsdiq edilmiş ərizə vermişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsi xx xxxxxx 2004-cü il tarixdə bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia xx xxxxxxx 2018-ci il tarixdə irəli sürülmüşdür. İddiaçı yazılı ərizə təqdim edərək qarşılıqlı iddia üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məc əlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara mülkiyyət hüququnun əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndəril

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar