Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4545/2022 10.08.2022 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4545/2022 (açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş hasarın sökülməsi, torpaq sahəsinə giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, torpaqdan istifadəyə edilən müdaxilənin qarşısının alınması və torpaq sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dai r mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)10463/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı iddia ərizəsi (tələbinin dəqiqləşdirilməsinə dair ərizə) ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsində özbaşına olaraq tikilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, iddiaçıya məxsus mənzilin yerləşdiyi 0.01975 ha torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin, istifadəyə edilən müdaxilənin aradan qaldırılması, həmin torpaq sahəs indən istifadənin bərpa edilməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1065/2021 nömrəli iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh inşa etdiyi Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində ümumi istifadədə olan 0.01975 ha torpaq sahəsindəki hasarın onun tərəfindən sökülməsi, giriş qapısının əvvəlki vəziyyətə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim Şəhla Süleymanova) b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Mülki kollegiyasının 2(103)-10463/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1065/2021 saylı iş üzrə 11 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov,Vahid Sadıqov)
5. Cavabdeh kassasiya şikayəti vermişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının (hakimlər A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov,V.N.Sadıqov) 2(103)-10463/2021 nömrəli, 14 mart 2022ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti MPM-ə Əlavə 3də göstərilən formada verilmədiyi üçün geri qaytarılmışdır.
7. Ca vabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)10463/2021 saylı 01 dekabr 2021- ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə təkrarən kassasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10463/2021 saylı, 05 may 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)
9. Apellyasiya instansiyası məhkəməsi ikinci dəfə kassasiya şikayətini qaytararkən cavabdehin şikayətdə maddi və prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilməməsinə istinad etmiş, bu əsasla şikayəti geri qaytardığı üçün müddətin bərpası barədə ərizəyə baxılmasına da lüzum olmadığını qeyd etmişdir.
10. Cavabdeh xx.xx.2022-ci il tarixdə yenidən prosessual müddətin bərpası barədə ərizə və ərizəyə əlavə olaraq kassasiya şikayəti vermişdir.
11. Cavabdeh müddətin bərapsı barədə ərizəsini onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin qəbul edilmiş olmasını bilsə də, xx.xx.2022-ci il tarixli qərardad barəsində uzun müddət məlumatsız olmuş, ona bu barədə məlumat verilməmişdir və o, müvafiq bildiriş və ya çağırış almaq üçün gözləmişdir. Ancaq hər iki halda ona iş üzrə heç bir məlumat verilməmişdir. 01 dekabr 2021-ci il tarixli qətnamədən kassasiya şikayəti verilməsi üçün 2 aylıq müddəti ötürüb. Lakin bu müddət ondan asılı olmayan səbəbdən ötürüldüyü üçün müddətin bərpası mümkün ola bilər.
12. İddiaçı elektron kabinet vasitəsilə müdə tin bərpası barədə ərizəyə etiraz ünvanlayaraq, etirazını onunla əsaslandırmışdır ki, cavabdehin vəkilinin Mülki Prosessual Məcəlləyə edilmiş son dəyişiklikdən məlumatsız olması üzrlü səbəb deyil. Hər iki halda kassasiya şikayəti eyni əsaslarla geri qaytarılmışdır. Cavabdeh qətnaməni xx.xx.2022-ci il tarixdə almış, kassasiya şikayətini qanunla müəyyən edilmiş 2 aylıq müddətin ən sonuncu günü xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Bu cavabdehin qərəzli olaraq işə baxılmasını uzatmaq niyyətini və hüquqdan sui-istifadə etdiyini bir daha təsdiq edir.
13. Bakı Apellyasiya Məhkəməsinin kollegiyasının 2(103)-10463/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəmə sinin Mülki kollegiyasının 2(103)-10463/2021 saylı 01 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talışinski)
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ərizəsində buraxılmış müddətin üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də müddətin üzrlü səbəb olmadan ötürülməsi üçün əsaslar olmadığından ərizə təmin edilə bilməz.
15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 128.1, 130.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və Bakı Apellyasiya Mülki kollegiyasının 2(103)-10463/2021 nömrəli, 01 dekabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsinə dair buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi 2(103)-10463/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin mövqeyinə uyğun olaraq birtərəfli mövqe nümayiş etdirmiş cavabdehin prosessual müddətin bərpası barədə ərizəsini qanunsuz və əsassız olaraq rədd etmişdir. Qərardad Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1, 129.1-129.3-cü maddələrinin kobud şəkildə pozulması ilə çıxarılmışdır.
18. Cavabdehin vəkili elekt ron kabinet vasitəsilə kassasiya şikayəti üzrə əlavə dəlillər irəli sürərək göstərib ki, apellyasiya instansiyası məhkəməsinin 14 mart 2022-ci tarixli qərardadı ilə şikayət düzgün tərtib edilmədiyi üçün geri qaytarılmışdır. Lakin cavabdeh həmin qərardadı almadığı üçün şikayətin geri qaytarıldığı barədə yalnız icra mərhələsində xəbərdar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə cavabdehin qərardadı alıb-almadığını araşdırmadan ərizəni rədd etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə v ə qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin b elə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəmə sinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
22. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
24. Apellyasiya instansiyası məhkəməsi müddətin bərpası barədə ərizəni təmin etməyərkən buraxılmış müddətin üzrlü hesab edilməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməməsinə istinad etmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən əsasla ərizəni təmin etməməsi barədə gəldiyi nəticə ilə razılaşır. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqd im etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda cavabdeh kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab edəcək hər hansı mötəbər sübutu apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir.
26. Məhkəmə kollegiyası cavabdehin xx.xx.2022-ci il tarixli qərardadı almaması ilə bağlı kassasiya şikayətinə sonradan əlavə etdiyi dəlili qəbul etmir. Belə ki, cavabdeh müddətin bərpası barədə ərizədə bir tərəfdən 14 mart 2022-ci il tarixli qərardaddan məlumatsız olmasını bildirmiş, bir tərəfdən də müddəti ötürməsini, həmin halı da müddəti ötürməsinin üzrlü səbəbi kimi qeyd edərək, onun bərpa edilməsini xahiş etmişdir ki, bun lar da biri-biri ilə ziddiyyət təşkil edir. Bundan başqa, qeyd edilən qərardad cavabdehin həm birinci, həm də sonradan təqdim etdiyi kassasiya şikayətlərini tərtib edən vəkilinin elektron kabinetinə 18 mart 2022-ci ildə yerləşdirilib.
27. Bu baxımdan kassasiya şikayətini dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyası müddətin bərpası ilə bağlı məsələlər üzrə diqqəti “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarına da çəkir.
29. Konstitusiya Məhkəməsinin həmin Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəs i müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
30. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə si Mülki kollegiyasının 2(103)-10463/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 avqust 2022-ci il Bakı şəhəri iddiaçı X1 cavabdeh X4 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4503/22 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 10 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı X1 cavabdeh X4 qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3059/20 22 nömrəli, 01 iyun 2022-ci il tarixli qərardadından cavabdeh X8 oğlunun kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X3 (bundan sonra-iddiaçı) X4 (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60000 ABŞ dolları məbləğində pulun tutulması və borcun Bakı şəhəri, Sabunçu rayonu, Bakxanov qəsəbəsi, Y.Əliyev küçəsində tikilən bina hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1292/2017 saylı 13 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X2 60000 ABŞ dolları (ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə, manatla) borcun alınaraq iddiaçıya verilməsi qət edi lmişdir.(hakim İmran Burcayev)
4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3059/2020 saylı, 17 iyun 2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə barışıq sazişi təsdiq edilərək icraata xitam verilmişdir. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)
6. Barışıq sazişinə dair qərardad üzrə icra vərəqəsi icra edilməsi üçün müvafiq icra qurumuna göndərilmişdir.
7. Cavabdeh P. Mehdiyev qeyd olunan qərardaddan 15 noyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şik ayəti elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda verildiyi üçün geri qaytarılmışdır.
9. Cavabdeh 10 mart 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qərardadından kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmasına dair ərizə ilə müraciət edərək, kassasiya şikayəti verilməsi müddətinin üzrlü olaraq ötürldüyünü bildirib, şikayət üzrə müddətin bərpa olunmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3059/2020 nömrəli, 01 iyun 2022-ci il tarixli qərardadı ilə müddətin bərpasına dair ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Şərafət Məmmədova, Rafael Eyvazov)
11. Apellyasiya instansiyas ı məhkəməsi kassasiya şikayətini qaytararkən ona istinad edib ki, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərardadı tərəflərə poçt vasitəsilə göndərilmişdir. Həmçinin qərardad elan olunan məhkəmə prosesində cavabdeh Polad Mehdiyev (ali təhsilli hüquqşünas, vəkillər kollegiyasının üzvü) özü də iştirak etmiş, barışıq sazişinin şərtləri ilə razı olaraq işin icraatına xitam verilməsini xahiş etmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi icraata başlama haqqında qərarın surətindən görünür ki, cavabdeh Polad Mehdiyev qeyd edilən qərarı və bildirişi xx.xx.2021-ci il tarixdə almışdır. Faktiki olaraq xx.xx.2021-ci il tarixdə cavabdeh Polad Mehdiyevin mübahisələndirilən qərardad üzrə icraata başlandığı və icra hərəkətlərinin ap arıldığı barədə məlumatı olmuşdur.
13. Apellyasiya instansiyasının qənaətinə görə cavabdeh kassasiya şikayəti verilməsinin üzrlü hesab olunmasını hər hansı bir arqumentlə əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Hazırki halda cavabdeh kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddəti üzrlü hesab edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalə t mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçəndən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəlləsinin 128.1, 133.1, 405.0.1 və 408.1.4-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 01.06.22-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasının təmin edilməməsi barədə qərardad çıxararkən Mülkü Prosessual Məcəlləsinin 402-ci maddəsinin tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi 17 iyun 2020-ci il tarixli qərardadın cavabdehə poçt vasitəsi ilə göndərilməsini xx.xx.2022-ci il tarixli qərardadda qeyd etmiş, lakin məhkəmə MPM-nin 134-cü və 135-ci maddələrinin tələblərinə riayət olunub olunmaması araşdırmamışdır. Məhkəmə kollegiyası qərarını belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli qərardad elan edilərkən hüquqşünas və vəkillər kollegiyasının üzvü olan cavabdeh Polad Mehdiyev iştirak etmişdir. Məhkəmənin qərardadında göstərdiyi bu dəllildən belə nəticəyə gəlmək o lur ki, həkim xəstələnirsə özü-özünü müalicə etməli, başqa həkimə ehtiyacı olmamalıdır. Məhkəmə qərardadı elan edərəkən cavabdehin hüquqlarım müdafiə edən vəkil üzrlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin hüquqşünas olduğunu qeyd etməklə vəkilin prosessdə iştirakının lüzumsuz olduğun göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmı ş müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qərardad cavabdehə poçt vasitəsilə göndərilmişdir. Həmçinin qərardad elan olunan məhkəmə prosesində cavabdeh Polad Mehdiyev (ali təhsilli hüquqşünas, vəkillər kollegiyasının üzvü) özü də iştirak etmiş, barışıq sazişinin şərtləri ilə razı olaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Üstəlik, icraata başlama haqqında qərarın surətindən görünür ki, cavabdeh Polad Mehdiyev qeyd edilən qərarı və bildirişi xx.xx.2021-ci il tarixdə almışdır. Faktiki olaraq xx.xx.2021-ci il ta rixdə cavabdeh Polad Mehdiyevin mübahisələndirilən qərardad üzrə icraata başlandığı və icra hərəkətlərinin aparıldığı barədə məlumatı olmuşdur.
24. Apellyasiya instansiyasının qənaətinə görə cavabdeh kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin üzrlü hesab olunmasını hər hansı bir arqumentlə əsaslandıra bilməmiş, MPM-in 77.1-ci maddəsinə uyğun olaraq sübut təqdim etməmişdir.
25. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh müddəti üzrlü səbəbdən buraxmasını kassasiya şikayətini ilk dəfə elektron qaydada verməməsi ilə izah etmişdir, halbuki cavabdeh icraata başlama haqqında qərarı və bildirişi xx.xx.2021-ci il tarixdə almaqla, mübahisələndirilən qərardad üzrə icraata başlanması v ə icra hərəkətlərinin aparılması barədə məlumatlı olmuşdur. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 11-14-cü bəndlərinə əks edilən mövqeyi ilə razılaşır.
26. Məhkəmə kollegiyası müddətin bərpası ilə bağlı məsələlər üzrə diqqəti “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarına da çəkir.
27. Konstitusiya Məhkəməsinin həmin Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərar ın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
28. «Kudrina Rusiyaya qarşı» iş üzrə 21 iyun 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalnız iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz.
29. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X8 oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3059/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qər ardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.