Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4547/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)2637/2019 saylı qətnaməsi ilə (hakim G.Əsədova) iddia tələbi rəd d edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)14188/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2637/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 BOKT ASC-yə və Bakı şəhəri Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 060 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, xx xxxxxx 2019-cu il tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilənin ləğv edilməsi, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzilə mülkiyyət hüququnun bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Sübütlar yalnız iddianın rədd edilməsi istiqamətində əsaslandırılmışdır. Prosessual məsələlər və tərəflərin izahatları: İddiaçının vəkili X2 məhkəmə iclasında kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mü lki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət verm ir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1. maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2. maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətinin dəlilləri ilə razılaşmaq olmaz. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Cavabdeh2 BOKT ASC ilə İddiaçı arasında xx xxxx 2015-ci il tarixdə kredit müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Cavabdeh2 BOKT ASC İddiaçı 50.000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi tərəflər arasında həmin tarixdə ipoteka müqaviləsi imzalanmışdır. İpoteka müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzil Cavabdeh2 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2017 -ci il tarixli, 2(004)239/2017 nömrəli icra vərəqi üzrə İddiaçı xx xxxx 2015-ci il tarixli, 2015/00058/01 nömrəli istehlak krediti müqaviləsi üzrə əsas borc qismində 38.601,10 ABŞ dolları, faiz borcu qismində 3.762,21 ABŞ dolları, cərimə qismində 200 ABŞ dolları olmaqla, cəmi 42.563,31 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə manatla Cavabdeh2 BOKT ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzilinin ilkin satış qiyməti 128.000 manat məbləğində müəyyən edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzili nin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına xx xxxx 2015-ci il tarixli, 2015/00058-01 nömrəli istehlak krediti müqaviləsi üzrə İddiaçı Cavabdeh2 BOKT ASC-yə olan borcunun ödənilməsi, Bakı şəhəri, X nömrəli evin 3 otaqlı, ümumi sahəsi 63,25 kv.metr olan 77 nömrəli mənzilinə tutma yönəldikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 ay müddətində İddiaçı həmin mənzildən çıxarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh1 MMC, Cavabdeh3 sifarişi əsasında həmin məhkəmənin xx.xx.2017-ci il tarixli icra sənədinin icrası istiqamətində hərrac proseduruna başlamış və ilkin satış qiyməti 128000 manat müəyyənləşdirilmiş ipoteka predmeti xx xxxxxx 2018-ci il tarixdə 81600 manata Cavabdeh2 BOKT ASC-nə satılmışdır. İş materiall arında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1” MMC əmlakın ilkin satış qiymətini (128 000 manat) və hərracın keçirilmə yerini göstərməklə həmin bildirişi həm İddiaçı (borclu), həm dəCavabdeh2 BOKT ASC-nə (tələbkar) göndərməklə birinci hərracın keçirilməsini xx.xx.2018-ci il tarixə təyin etmiş və “Kaspi” qəzetində müvafiq elanlar vermişdir. Beləliklə, ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni 108 800 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın xx.xx.2018-ci il tarixdə keçiriləcəyi ilə bağlı xx.xx.2018-ci il tarixdə müvafiq bildiriş tərtib edilərək xx.xx.2018-ci il tarixdə “Kaspi” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt xəbərnamələrinin kötüyündən görünür k i, birinci hərracın keçirilməsi ilə bağlı bildiriş iddiaçıya xx.xx.2018-ci il tarixdə çatdırılsa da, ikinci hərracla bağlı bildiriş ünvan tam qeyd edilmədiyinə görə iddiaçıya çatdırılmamışdır. Beləliklə, əmlak təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz aşağı qiymətə ipoteka saxlayana, yəni Cavabdeh2 BOKT ASC-nə təklif edilmiş və xx.xx.2018-ci il tarixdə onunla “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə imzalanaraq hərracın nəticələri ilə əlaqədar 171 saylı protokol tərtib olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3, 41.2, 41.3 və 41.5-ci maddələrinə əsasən ipoteka predmetinə tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqd a isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” AR Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır. Qanunun 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etm ə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə əsasən, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış q iymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Müqavilə baş tutmadığı halda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiyməti ilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətind ən 25 faiz az olmayan qiymətlə ala bilər. AR Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. XX və X şikayəti ilə əlaqədar Azərbaycan Res publikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apelyasiya instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı borc məbləğini Cavabdeh2 BOKT ASC-nin hesabına köçürdüyünü bildirsə də, bu barədə mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı həmin məbləği ödəmiş olsa belə, bu hal hərracın nəticələri barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4547/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4547/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver