Məhkəmə qərarları › İş №2(102)-455/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-455/2023

24.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-455/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh (X8, X7 və Səbail rayon Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi, ekspert rəyinin qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyas iya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səbail Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli Sərəncamına əsasən Bələdiyyə ərazisində olan 200 kv.m torpaq sahəsinin X3 adına rəsmiləşdirilmişdir. Torpaqların alqı-satqısına dair akta əsasən 200 kv.m torpaq sahəsi X8 tərəfindən alınmışdır. 2. “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin mütəxəssisləri böyük hüquq məsləhətçisi A.Həsənov, Baş Makşeyder O.Talışov və 3 saylı NQÇS-nin rəisi C.Muradov tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli aktda “Bibiheybətne ft” NQÇİ-nin daimi istifadəsində olan torpaq sahəsində ünvan 1 ünvanında vətəndaş Cavabdeh tərəfindən ərazinin bir hissəsinin zəbt edilərək orada özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “Azneft” İB (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, torpaq sahəs inin cavabdeh tərəfindən özbaşına zəbt edilməsi, orada özbaşına tikinti işlərinin aparılması iddiaçının qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneçilik yaradır. İddiaçıya məxsus Səbail rayonu, Lomonosov küçəsində yerləşən torpaq sahəsi faktiki olaraq özgəsi tərəfindən zəbt edilmiş və qanunvericilikdə həmin kateqoriya torpaqlar üçün müəyən edilmiş məqsədlərdən kənar istifadə olunur.

5. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 25 iyun 2021-ci il tarixli, 10/1098 saylı rəyində qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerqurulu şu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin mütəxəssis rəyində göstərildiyi kimi, iddiaçının iddia etdiyi və naturada göstərdiyi, koordinatları müəyyən edilərək ölçülmüş tikilinin yerləşdiyi torpaq sahəsi “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin ərazisində yerləşir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-59/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim:İlkin Rüstəmli) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi ekspert rəyi ilə razılaşaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında inşa edilmiş tikili özbaşına tikilidir.

8. Birinci instansiya məhkəməsi qeyd edilən tikilinin iddiaçının hüquqlarını və qanunla qorunan mənafelərini pozması ilə bağlı bildirmişdir ki, Mül ki Məcəllənin 159-cu maddəsinə uyğun olaraq, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

9. Həmçinin, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mötəbər sübut kimi qəbul edilən ekspert rəyində ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin iddiaçının istismarında və sahibliyində olduğu öz əksini tapmışdır. Lakin, cavabdeh heç bir hüquqa əsaslanmadan iddiaçının qanuni sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir.

10. Bundan başqa, birinci instansiya məhkəməsi iddia tələbinin ərazinin boşaldılması və z əbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması hissəsinin tələbin ünvan 4 ünvanında cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin cavabdehin hesabına sökülməsi hissəsi ilə birbaşa bağlı olduğunu nəzərə alaraq hesab etmişdir ki, sahibliyin müdafiəsi çərçivəsində iddia “ərazinin boşaldılması və zəbt edilmiş torpaq sahəsinin iddiaçının istifadəsinə qaytarılması” hissələrində də təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 159, 164.2, 180.1, 180.3, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamə ilə mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Səbail Rayon Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli sərəncamına uyğun olaraq torpaq sahəsinin cizgisi tərtib edilmişdir. X8 isə öz növbəsində 30 oktyabr 2007-ci ildə həmn ərazidə yerləşən torpaq sahəsini özəlləşdirmək, şəhadətnamə almaq və üzərində digər əmlak hüquqlarının həyata keçirə bilməsi üçün X4 etibarnamə vermişdir. Etibarnamənin 30 illik müddətinə verilməklə apellyasiya icraatı zamanı müddəti 30 oktyabr 2037-ci ildə bitir. X7 etibarnamə ilə torpaq sahəsini istifadə etməyə başladıqdan sonra Səbail Bələdiyyəsinin ********** nömrəli vergi hesabına mütəmadi torpaq vergisi üçün ödənişlər etmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən Səbail Rayon Bələdiyyəsinin sərəncamı və torpaq sahəsinin alqı-satqı aktına heç bir hüquqi qiymət verməmiş, ümumiyyətlə onları araşdırmamışdır. Halbuki qətnamə qəbul olunarkən iş üzrə bütün sübutlar hərtərəfli şəkildə araşdırılmalı idi. Həmçinin bu sübutlarla müəyyən olunur ki, iddiaçı iddia tərtib olunarkən cavabdehi düzgün seçməmiş hüquq və maraqlarına toxunan şəxs qismində X5 (Səbail Bələdiyyəsinin sərəncamına əsasən torpaq sahəsinin sahibi və istifadəçisi) cavabdeh qismində göstərməli olduğu halda, onu yəni Cavabdeh göstərmişdir. Torpaq sahəsinin etibarnamə üzrə istifadəçisi X7 da iş üzrə maraqlarına toxunan 3-cü şəxs qismində məhkəməyə cəlb olunmamışdır. Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, ümumiyyətlə həmin ərazidə tikilini onun tikdiyi hansı sübutlarla müəyyən olunur. Belə ki, iddiaçı ancaq özü tərtib etdiyi aktda tikilini onun tikdiyi naməlum səbəblərdən qeyd etmişdir, halbuki torpaq sahəsi başqa şəxslərin mülkiyyət və istifadəsindədir. Səbail X1 adına ayrılmış 30 dekabr 2004-ci il tarixli sərəncamı və buna əsasən bağlanılmış torpaq sahəsinin alqı-satqı müqaviləsi heç bir dövlət qurumu və təşkilatı tərəfindən mübahisələndirilməyərək, hal-hazırda da qüvvədədir. 14.. Bakı Apellyasiya Məhkəməsin in 2(103)-10245/2021 nömrəli, 01 noyabr 2021-ci il tarixli qərardadı ilə Səbail Rayon Bələdiyyəsi, X8 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə əlavə məhkəmə tikinti ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərinin müvafiq rəyi təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edildiyi bildirilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsi ilə (hakimlər: Fuad Talışınski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) apelyasiya şik ayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş hallar üzrə sübutlar təkzib edildiyindən (şübhələrdən kənar sübutlarla təsdiq edilmədiyindən) və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən, həmçinin mübahisələndirilən torpaq sahəsində olan tikiliyə dair hüquqmüəyyənedici rəsmi sənəd təqdim edildiyindən, habelə iddiaçı tərəfindən məhz qeyd edilən tikilinin mübahisələdirilməsi bildirildiyindən, birinci instansiya məhkəməsində tərtib edil ən mütəxəssis və ekspert rəylərinə sübut qismində ümumiyyətlə hüquqi qiymət verilməsinə zərurət qalmır. Belə ki, torpaq üzərində iddiaçının istifadəsində olan torpaq sahəsinin yüklülüyü birinci instansiya məhkəməsində icraat zamanı müzakirə edilməyib və iddiaçı bu istiqamətdə araşdırma aparmadan məhkəməyə müraciət etmişdir.

17. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, gözlənilən mülkiyyət (əmlak) və istifadə hüququnun toxunulmamazlığı üzrə onun mübahisələndirilməməsi hazırki iddianın ərz edilən əsaslarla müzakirəsini yolverilməz edir və bu iddianın müzakirəsi mümkünlüyü dövlət tərəfindən tanınan hüququnun ləğvi (və ya müvafiq kompensasiya verilməklə hüquqa xitam verilməsi) halında mümkündür.

18. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ehtimal edilən torpağın üzərində hazırki cavabdehin hüquqları yalnız təmsilçilik səciyyəsi daşıya bilər. Mübahisələndirilməyən bələdiyyə sənədi üzrə isə hüquqlar isə sonuncuya və X6 aid ola bilər ki, onların məhkəmə kollegiyasının iclasında iştirakının təmin edilməsi, torpağ üzrə istifadə, sahiblik və sərəncam hüquqlarının şübhələrdən kənar sübutedici vasitələrlə sübuta yetirilməsi, habelə prosessual hədlər baxımından tələbin və onun yönəldiyi şəxslərin dəyişməsi mümkünlüyü müəyyən olunmamışdır.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, 46, 47, 50, 56, 67-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-180, 239-249-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə mübahisəli sahəyə dair X3 adına bələdiyyə tərəfindən verilmiş torpaqların alqı-satqısına dair akt mövcud olduğunu qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş sənayə təyinatlı torpaq sahəsi bələdiyyə tə rəfindən hər hansı bir şəxsə satıla bilməz. Həmçinin həmin aktın mövcudluğu orada inşa edilmiş tikilini özü-özlüyündə qanuni etmək məsələsi də mübahisəlidir. Sənaye təyinatlı torpaqlarda qanunsuz tikililərin tikilməsi ilk növbədə orada yaşayan şəxslərin həyat və sağlamlıqları üçün təhlükəlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qətnaməsində ekspertizanın rəyinə münasibətdə movqeyini bildirməmiş və rəyin nə üçün nəzərə alınmadığını əsaslandırmamışdır.

22. Həmçinin kassator bildirmişdir ki, X3 mövcudluğu barədə məlumat apellyasiya instansiyasında cavabdeh tərəfindən verilmişdir və apellyasiya instansiyası məhkəməsi həmin şəxsi işə cəlb edə bilərdi. Bundan başqa, iş materiallarından da göründüyü kimi həmin şəxs ona məxsus olmayan torpağa dair cavabdehə 30 illik etibarnamə ver məklə həmin torpağı cavabdehə qanunsuz şəkildə sataraq getmiş və nə həmin torpaqdan, nə də ki, üzərindəki özbaşına tikilidən istifadə etməmişdir. Odur ki, məhkəmə formal mülahizələrə əsaslanaraq qanuni və ədalətli qətnaməni ləğv edə bilməzdi.

23. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4, 337.1, 337.3, 337.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.2, 385.2-ci, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanunun 2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli, 94 nömrəli “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” qərarının 1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Ka ssasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

25. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

26. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsin də sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi

27. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlə r bağlamaq ixtiyarı yoxdur.

29. Maddə 180.3 Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

30. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

31. Maddə

240. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir.

32. Maddə

243. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keç ərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir.

33. Maddə

244. Əgər torpaq sahəsinin mülkiyyətçisi ilə torpaq istifadəçisi arasındakı müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsindən istifadə hüququna xitam verildikdə torpaq istifadəçisinin həmin torpaq sahəsində tikdiyi binalara, qurğulara və başqa daşınmaz əmlaka mülkiyyət hüququ torpaq sahəsinin mülkiyyətçisinə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyy ən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qə tnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

45. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 5 sentyabr 2022-ci il tarixli, 2(103)-563/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar