Məhkəmə qərarları › İş №2(102)-4554/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4554/2021

07.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4554/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras aktivi və mirasın faktiki qəbulu ilə bağlı problemlər) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və vərəsəlik payının verilməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1698/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ver ilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər gohumdurlar (iddiaçı cavabdehin əmisidir). İddiaçının atası 1973-cü il və anası isə 1985-ci ildə vəfat edib. Onlar vəfat etdikdən sonra valideynlərin istifadəsində olmuş Gədəbəy rayonu Cəfərli kəndində yerləşən torpaq sahəsi və ev cavabdehin valideynlərinin istifadəsində olmuşdur. Cavabdehin valideynləri vəfat etdikdən sonra isə həmin əmlaklardan cavabdeh istifadə etməkdə davam edir. İddiaçı və cavabdeh evə və torpaq sahəsinə vərəsəlik hüquqları ilə bağlı hazırkı mübahisəni başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum atası Əsgərov Əli Rüstəm oğlundan və anası X5 miras qalmış, Gədəbəy rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən ibarət mirasa vərəsəlik hüququnun tanınması və vərəsəlik payının verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1940-cı ildə Gədəbəy rayonu, Cəfərli kəndində doğulmuşdur. Atası Əsgərov Əli Rüstəm oğlu 10 sentyabr 1973-cü ildə, anası X21 25 aprel 1985-ci ildə Mingəçevir şəhərində vəfat etmişdir. X3 və X17 2006-cı ildə, qardaşı X26 2018-ci ildə vəfat etmişdir. X4 oğlu X18, eləcə də bacısı X2, onun qızı X11, bacısı X32, bacısı X6 oğlu X12 miras əmlakdan pay istəməmişlər və bunu notarius qaydasında ərizələri ilə təsdiq etmişlər. Yalnız qardaşı X19 qızı Cavabdeh1 miras əmlaka tək yiyələnmiş və onun payını ver mir. O, notariusa müraciət etmiş və notarius da mübahisə olduğuna görə miras əmlakın məhkəmə yolu ilə bölünməli olduğunu bildirmişdir. Cavabdeh1 onu öz ata-baba evindən məhrum etmişdir. Dəfələrlə ora getsə də cavabdeh onu evə buraxmamışdır. Cavabdeh1 ünvan 1 ünvanında yaşayış evi vardır. Onun adına evi olmasına baxmayaraq, atasına məxsus evi də mənimsəmək istəyir.

4. Cavabdeh1 qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, mərhum atası X13 və anası X7 miras qalmış, Gədəbəy rayonu, Nağılar kəndində yerləşən sahəsi 24 kv.m olan yaşayış evindən və 0.25 həyətyanı torpaq sahəsindən ibarət mirasın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası X14 və nənəsi X1 atası X26 və anası X22 mübahisə ol unan evdə yaşayaraq həyətyanı torpaq sahəsindən istifadə etmişlər. Onların vəfatından sonra atası Bəhram Rüstəmov və anası Rüstəmova Morux həmin evdə yaşamışlar. 1985-ci ildən bu günə kimi o, valideynləri ilə birlikdə babasından və nənəsindən miras qalmış Gədəbəy rayonu, Nağılar kəndində yerləşən evdən və torpaq sahəsindən istifadə etmişdir. Nə iddiaçı, nə də digərləri 34 ildən çoxdur ki, mübahisəli evdən və torpaq sahəsindən istifadə etmirlər, nə də orda yaşamırlar. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 avqust 2019-cu il tarixli, 382 saylı arxiv arayışından da məlum olur ki, mərhum atası X15 Gədəbəy rayonunun Dövlət Arxivində mühafizə olunan 2001 -2005-ci illərə dair Əliismayıl kənd İƏD-üzrə nümayəndəliyin 12 saylı təsərrüfatbaşına kitabının 834-cü şəxsi hesabında onun adına təsərrüfat açılmışdır. Həmin arayışda qeyd olunur ki, atası Rüstəmov Bəhramın adına 0.25 ha torpaq sahəsi və 24 kv.m yaşayış evi qeyd olunmuşdur. Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 24 sentyabr 2019-cu il tarixli 286 saylı arayışdan da görünür ki, babası X10 və nənəsi X8 miras qalmış əmlakı atası X26 və anası X22 ilə birlikdə idarə etmişlər. Valideynlərinin vəfatından sonra bu günə kimi miras qalmış əmlakı faktiki olaraq tək idarə edir. Bu gündə həmin torpaq sahəsinin vergi pulunu ödəyir, həmin torpaq sahəsindən istifadə edir. Bununla da faktiki olaraq mirası qəbul etmiş sayılır. Cavabdeh iddiasında miras qalmış əmlakın qəbulu ilə bağlı heç bir sübut gətirməmişdir. Cavabdehin anası X23 1985-ci ildə vəfat etsə də, 34 il ərzində cavabdeh İddiaçı mirasın q əbulu ilə əlaqədar dövlət notariat orqanına və yaxud məhkəməyə müraciət etməmişdir. Bu da onu sübut edir ki, mirasın qəbulu ilə bağlı cavabdeh İddiaçı mirası qəbul etmə ilə bağlı qanunda nəzərdə tutulmuş müddəti şüurlu surətdə buraxmışdır. Bu fakt Gədəbəy RİHB-nin Daryurd kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 23 sentyabr 2019-cu il tarixli 285 saylı arayışla da təsdiq olunur. Həmin arayışda göstərilmişdir ki, cavabdeh heç vaxt nümayəndəliyin ərazisində yaşamamışdır.

6. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1011/2019 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Kazımov) ilk iddia tələbi qismən təmin edilmiş, İddiaçı Gədəbəy rayonu, Daryurd kənd İƏD üzrə nümayəndəliyin Nağılar kəndində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq s ahəsinin ½ hissəsinə vərəsəlik hüququnun tanınması və həmin hissədə mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, Gədəbəy rayonu, Daryurd kənd İƏD üzrə nümayəndəliyin Nağılar kəndində kəndində yerləşən ümumi sahəsi 24 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka Cavabdeh1 qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, ilk iddia və qarşlıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 1151.1, 1151.2, 1133.1, 1133.2, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1243, 1246-cı maddəsinə istinad etmişdir.

8. Qətnamədən narazı qalan hər iki tərəf apelyasiya şikayətləri vermişlər. Hər iki tərəfin şikayəti onanla bağlı olmuşdur ki, hər bir tərəf miras əmlaka təkbaşına hüquqdları olmasını bildirmiş və ona görə qarşı tərəfin iddiasının rədd edilməsini, hər biri öz iddiasının tam təmin edilməsini xahiş etmişlər. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlərƏ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Muradov və F.Mehtiyev) 06 noyabr 2020-ci il tarixli, 2(104)-1698/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin olunaraq 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iddia tələbləri təmin edilməmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 1151-ci maddəsinə istinad etmişdir.

10. Mübahisə ilə bağlı məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlaklar dövlət qeydiyyatına alınmadığı üçün onlar miras aktivinə daxil olan əmlaklar deyil və ona görə iddialar təmin oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apelyasiya Məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm cavabdeh kassasiya şikayəti vermişlər.

12. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin tam həcmdə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh1 qətnamənin ləğv olunaraq işin yeni apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya ş ikayətində qeyd edilmişdir ki, 2001-ci ildə qardaşı və onun arvadına mübahisəli əmlakın əkib becərilməsi üçün icazə vermişdir. Göründüyü kimi 1985ci ildən 2001-ci ilə kimi qardaşı sahiblk etməmişdir, mirasın qəbulu üçün qanunvercilikdə nəzərdə tutulmuş müddət bitdikdən 15 il sonra onun razılığı ilə orada yaşamışlar. Ona görə də qardaşı Bəhram Rüstəmov atalarından qalmış mirası, qızı Cavabdeh1 isə ondan qalan mirası faktiki qəbul etməmişdir.

15. Həmçinin, miras açıldıqdan sonra mülkiyyətçi kimi hərəkət edərək, qardaşına torpaqdan istiadə etməyə icazə vermişdir. Əgər həqiqətən də miras qardaşı tərəfindən qəbul edilmiş olsaydı, o zaman onun icazəsi olmadan, o, həmin torpaq sahəsini əkib becərə bilərdi. Bu barədə onun icazəsinin alınması vərəsəliyin yalnız onun tətərfindən qəbul edilməsini və qardaşısının özünün belə onu mülkiyyətçi hesab etməsini təsdiq edir.

16. Bundan əlavə Gədəbəy rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 avqust 2019-cu il tarixli 382 saylı arxiv arayışla bağlı isə qeyd etmişdir ki, qeyd edilən arayış saxtadır. Cavabdehin kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.

18. Mirası onun atası qəbul etmiş, ev və torpaq sahəsi onun adına rəsmiləşmiş və valideynlərinin vəfatından sonra isə əmlaklar onun faktiki idarəçiliyinə keçmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

20. İddiaçı məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdiyi üçün məhkəmə iclasında izahatı alınmamışdır.

21. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul et diyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

25. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında deyil ir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

27. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 200 1-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

28. Daşınmaz Əmlakın dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.8. bəndinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

29. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7.1 bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

30. Həmin Təlimatın 7.2. b əndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması a parılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvəd ə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

35. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

36. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.4. kassasiya instansiası məhkəməsi apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

38. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, Apelyasiya Məhkəməsi işin müəyyən edilən faktiki halarına düzgün qiymət verməmiş, nəticə etibarı ilə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.

41. Apelyasiya Məhkəməsinin mövqeyinə görə mübahisəli ev və torpaq sahəsi miras qoyanın adına dövlət qeydiyyatına alınmadığı üçün (Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1 və 139.3-cü mаddəsinə əsаsən mülkiyyət hüququ və dаşınmаz əmlаkа dаir hüquqlаr, bu hüquqlаrın məhdudlаşdırılmаsı, əmələ gəlməsi, b аşqаsınа keçməsi və xitаmı dаşınmаz əmlаkın dövlət reyestrində dövlət qeydiyyаtınа аlınmаlıdır) əmlakın miras kütləsinə daxil olmasını istisna edir. Məhkəmə Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən istinad etmişdir. Həmin normaya görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Məhkəmələr müəyyən etmişlər ki, Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 16.09.2019-cu il tarixli, 404 nömrəli arxiv arayışında Əsgərov Əli Rüstəm oğlunun Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 1957-1959-cu illərə dair Əlismayıl kənd XDS İK-nin nümayəndəliyin 16 saylı təsərrüfatbaşına kitabının 383 nömrəli şəxsi hesabında onun ailə üzvləri kimi arvadı X21, uşaqları X28, X29, İddiaçı və X33 qeyd edilmişdir. Onun adına 0.25 ha həyətyanı torpaq sahəsi və 1938-ci ildə tikilmiş fərdi yaşayış evi qeyd edilmişdir. Eyni zamanda işdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş 27.08.2019-cu il tarixli, 382 nömrəli arxiv arayışından görünür ki, X20 Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan 2001-2005-ci illərə dair Əlismayıl kənd İƏD üzrə nümayəndəliyin 12 saylı təsərrüfatbaşına kitabının 834 nömrəli şəxsi hesabında onun adına təsərrüfat açılmış, həmin təsərrüfatda onun adına 0.25 ha həyətyanı torpaq sahəsi və 24 kv.m fərdi yaşayış evi qeyd edilmişdir.

43. Göründüyü kimi mübahisəli ev və torpaq sahəsi təsərrüfatbaşı kitabda cavabdehin atasının adına rəsmiləşmiş, onun vəfatından sonra isə həmin əmlaklara dair təsərrüfat başı kitabda qeydlər Cavabde h1 adına dəyişdirilmişdir (mülki iş səhifə 49, İƏD üzrə nümayəndəliyin rəsmi arayışı).

44. Məhkəmə kollegiyası Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır ona görə ki, məhkəmə MM-nin 1151.1-ci maddəsinnin dispozisiya şərtlərini düzgün şərh etməmişdir. Həmin normaya görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Normada qeyd olunan əmlak hüquqları (miras aktivi) anlayışı dövlət reyestrində qeydiyyata alınan əmlak hüquqları ilə məhdudlaşmamalıdır. Əmlak hüquqları anlayışı geniş təsfir edilməlidir.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında deyil ir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

46. Mübahisəli ev mərhum Əsgərov Əli Rüstəm oğluna və həyat yoldaşına məxsus olmuş, onlar qanuni əsaslarla həmin evdə yaşamışlar. Evə dair Dövlət Arxivində mühafizə olunan 1957-1959-cu illərə dair Əlismayıl kənd XDS İK-nin nümayəndəliyin 16 saylı təsərrüfatbaşına kitabında 383 nömrəli şəxsi qeydlər aparılmışdır.

47. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

48. Daşınmaz Əmlakın dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.8. bəndinə əsasən bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfind ən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

49. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında təlimatın 7.1 bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmla k üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

50. Həmin Təlimatın 7.2. bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericil iklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir.

51. Göründüyü kimi analoji evlərin, torpaq sahələrinin dövlət qeydiyyatına alınmasının qanunla nəzərdə tutulan qaydaları müəyyən edilmişdir. Şəxsin həmin əmlakı öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, hüquqları maddi dəyərə malik olan hüquqlardır. Ona görə belə hüquqlar miras aktivinə daxildir. Apelyasiya Məhkəməsi iddianı həmin əsasla rədd edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

52. Məhkəmə Kollegiyasının mövqeyi ondan ibarətdir ki, hər iki tərəfin iddia tələbləri ba şqa əsaslarla təmin edilməməlidir. Çünki hər iki tərəf Əsgərov Əli Rüstəm oğlu və X5 miras qalmış əmlakların kimin tərəfindən qəbul edilməsi ilə bağlı mübahisə edirlər. Hər bir tərəf həmin əmlaka özünün hüququ olduğunu israr edir və bunu onunla əsaslandırırlar ki, miras əmlak məhz onun tərəfindən faktiki olaraq qəbul edilmişdir.

53. Amma işin müəyyən edilən hallarına görə hazırda Əsgərov Əli Rüstəm oğlu və X16 məxsus miras aktivi mövcud deyil. Həmin əmlaklar onların vəfatından sonra X20 adına təsərrüfatbaşı kitabda rəsmiləşmiş və onun vəfatından sonra isə Cavabdeh1 adına qeydiyyat aparılmışdır.

54. İlk İddiaçı qeyd olunan rəsmiləşmələri mübahisələndirmədən valideynlərindən miras qalmış əmlaklara vərəsəlik hüququ əldə etməsini realizə edə bilməz. Çünki həmin sənədlərə əsasən mirası cavabdeh in atası X29 qəbul etmiş və onun vəfatından sonra əmlak onun qızının adına təsərrüfatbaşı kiabda qeydiyyata alınmışdır. Nə qədər ki, İddiaçı qeyd olunan rəsmiləşmələri mübahisələndirməmişdir, yuxarıda sadalanan normativ aktlar Cavabdeh1 imkan verir ki, həmin sənədləri təqdim etməklə əmlakları öz adına dövlət qeydiyyatına aldırsın.

55. Cavabdeh1 da iddiası ona görə təmin olunmamalıdır ki, o da babasından qalmış mirasa iddia edir və hansıki, yuxarıdakı şərhdə qeyd olunduğu kimi həmin əmlaklar vaxtilə onun atasının adına rəsmiləşmiş, onun vəfatından sonra isə faktiki olaraq onun özünün istifadəsinə keçmişdir.

56. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları rəhbər tutaraq belə hesab edir ki, Apellyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmə diyi üçün qətnamə ləğv olunmalı, hər iki tərəfin iddiası təmin edilməməlidir.

57. Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsi mümkündürÖ çünki məhkəmə maddi hüquq normaları düzgün tətbiq etməmişdir.

58. Göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1698/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı mərhum atası Əsgərov Əli Rüstəm oğlundan və anası X5 miras qalmış, Gədəbəy rayonu, Cəfərli kəndində yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsin dən ibarət mirasa vərəsəlik hüququnun tanınması və vərəsəlik payının verilməsi barədə iddiası, Cavabdeh1 qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar