Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4557/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X7 Xidmət Mərkəzində Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəslik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı mübahisə) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 Xidmət Mərkəzində Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şə hadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-399/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər bir ailənin üzvləridir (bacı və qardaş). Onların atalarının adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Ataları Əhmədov Bəşarət Əhmədiyyə oğlu 2016-cı ildə ölmüşdür. Həmin vaxt cavabdeh ərdə olmuşdur. İddiaçı isə ailəsi və anası ilə birgə həmin evdə yaşamışdır. Həmçinin Cavabdeh1 1994-cü ildə nikaha girərək mübahisəli evi tərk etmişdir. Onun nikahdan 1996, 1997 və 2008-ci il təvəllüdlü uşaqları vardır. 2018-ci ildə isə cavabdeh ərindən boşanmış və kirayədə yaşamağa başlamışdır. Cavabdeh atasından qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/6 hisəsi ilə bağlı adına 25 noyabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına 28 dekabr 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı bacısının mirası qəbul etməsinə dair sənədləşmələrin qanunsuz olması əsası ilə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, X7 Xidmət Mərkəzində Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şək i Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 verilmiş 28 dekabr 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı atası Əhmədov Bəşarət Əhmədiyyə oğlunun mülkiyyətində olmuşdur. İddiaçının atası Əhmədov Bəşarət Əhmədiyyə oğlu 18 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun vəfatından sonra vərəsələri kimi arvadı X3, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. Lakin, mərhum Əhmədov Bəşarət Əhmədiyyə oğlundan qalmış mirası faktiki olaraq yalnız İddiaçı və anası Cavabdeh1 qəbul etmişlər, digər vərəsə olan iş üzrə Cavabdeh1 isə atasından qalmış mirası faktiki olaraq qəbul etməmişdir. Atasının sağlığında və atasının vəfatından sonra həmin evdə yalnız İddiaçı və anası Cavabdeh1 yaşamışlar. Lakin, Cavabdeh1 atasının sağlığında və atasının vəfatından sonra həmin evdə yaşamamış, ümumiyyətlə mirası faktiki qəbul etməmişdir. Cavabdeh1 həmin müddət ərzində ər evində yaşamışdır. Bu müddət ərzində Cavabdeh1 mübahisə predmeti olan evlə bağlı hər hansı bir mübahisəsi olmamışdır. Cavabdeh1 atasının vəfatından iki il sonra ərindən boşanmış və bundan sonra o, ər evindən çıxarılmışdır. Cavabdeh1 atasından qalmış ünvan 1 ünvanında yerləşən f ərdi yaşayış evinin 1/6 hisəsi ilə bağlı adına 25 noyabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və adına 28 dekabr 2019-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
4. Şəki Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin edilməmiş, ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı özünə aid edilmişdir.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 324.1, 324.2, 324.4, 329.2, 337.1, 337.2, 337.3, 337.4, 389.2, 1159.1.1, 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Şəki Apelyasi ya Məhkəməsi MK-nın 31.03.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- Ə.Məcidov (sərlik edən və məruzəçi), Ə.Mahir və A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş; İş üzrə Şəki Rayon Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli 2(075)-981/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
8. İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti belə əsaslandırılmışdır: məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə. 1151. Mir asa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
14. Maddə. 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər.
15. Maddə. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
16. Maddə. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
17. Maddə. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladı qda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini n pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, mübahisə ilə bağlı Apelyasiya Məhkəməsinin gəldiyi nət icə əsaslıdır.
24. Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr olan 14 nömrəli fərdi yaşayış evinin A tikilisi tam, torpaq sahəsi tam X1, B tikilisi tam X2 və C tikilisi tam Əhmədov Bəşarət Əhmədiyə oğlunun birgə mülkiyyətlərində olmuşdur. Həmin evin birgə mülkiyyətçisi olmuş Əhmədov Bəşarət Əhmədiyyə oğlu 18 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsələri kimi arvadı X3, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar.
25. Cavabdeh1 18 fevral 2016-cı il tarixdə vəfat etmiş Əhmədov Bəşarət Əhmədiyyə oğlundan qalmış, Şəki şəhəri, Yaqub Süleymanov küçəsində yerləşən 0,1648 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 307,20 kvadrat metr o lan 14 nömrəli fərdi yaşayış evinin C tikilisindən ibarət mirasdan mərhumun vərəsəsi kimi 1/6 hissədə pay almış və bununla bağlı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 25 noyabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna mərhumun ölüm haqqında şəhadətnaməsi, onun vərəslərinə dair arayış, müvafiq ərizləri, yəni qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmişdir.
26. Eyni zamanda vərəsə həmin sənədlərlə birgə evdə daimi pasport qeydiyyatında olması və yaşaması barədə arayış təqdim etmişdir. Məhkəmə baxışı zamanı da cavabdeh atasının sağlığında ona qulluq göstərməsi, atasının vəfatından sonra isə evdə yaşaması, mirası qəbul etməsinə dair müvafiq icra nümayəndəliyindən arayış təqdim etmişdir.
27. Həmçinin, İddiaçı iddia ərizəsində iddiasının əsası kimi Cavabdeh1 mirası faktiki olaraq qəbul etmədiyini bildirsə də, o, özü məhkəmə iclası zamanı Cavabdeh1 atasının dəfn və yas mərasimlərində iştirak etdiyini, bundan sonrakı müddətlərdə 2-3 aydan bir onların yaşadığı evə gəlib-getdiyini təsdiq etmişdir. Həmçinin, İddiaçı özünün məhkəməyə şahid qismində dəvət etdiyi Şahid Cavabdeh1 atasının dəfn və yas mərasimlərində iştirak etməsi barədə ifadə vermişdir. Bütün bunlarla yanaşı Cavabdeh1 özünün də izahatı və məhkəməyə təqdim etdiyi Şəki şəhər İHB-nin Qışlaq məhəllə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, 311 nömrəli arayışlada onun, atası Əhmədov Bəşarət Əhmədiyə oğlu xəstə olarkən müntəzəm o laraq atasına hər gün baş çəkdiyi və bir qızı kimi atasının qulluğunda durması öz təsdiqini tapmışdır.
28. İddiaçı tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir. İddiaçı sübutetmə vəzifəsinin öhdəsindən gələ bilməmişdir. Beləki, cavabdeh vərəsəlik şəhadətnaməsi almış və mirasın ona çatan hissəsini rəsmiləşdirmişdir. İddiaçı hesab edir ki, bacısı mirası vaxtında qəbul etməmişdir. Ona görə cavabdehin mirası qəbul etmədiyini sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə bununla bağlı sübutlar təqdim etməmiş, sadəcə bacısının həmin vaxt ərdə olduğunu, 2018-ci ildə boşanmasını bildirərək idianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh həmin dəlilə mə ntiqi cavab verərək bildirmişdir ki, onun əri ilə münasibəti hələ atasının sağlığında pozulmuş və həmin vaxtdan ata evinə qayıtmışdır. Keçmiş ərinin sonradan verdiyi iddia əsasında 2018-ci ildə nikahları pozulmuşdur. Yəni nikah pozulandan xeyli əvvəl onların ailə münasibətləri pozulmuşdur.
29. Məhkəmə araşdırması zamanı X7 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 25 noyabr 2019-cu il tarixli, 2V-1233 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 28 dekabr 2019-cu il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir.
30. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-399/2021 nömrəli, 31 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.